Məhkəmə qərarları › İş №2(007)-2596/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2596/2021

25.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2596/2021 25.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyev Xədicə Rəşid qızının katibliyi, İddiaçı “X3” ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı “X3” ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “X3” ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «xxxx» KB ASC ilə Cavabdeh arasında bağlanmış 09.09.2020-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədləri üçün 48 ay müddətinə illik 25 ödəmək şərtilə 2472 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə kredit borcalanın mülkiyyətinə verir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh Müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 16.05.2021-ci il tarixinə «xxxx» KB ASC-yə 2471.55 manat əsas, 285.84 manat faiz, 5.02 manat cərimə, cəmi 2762.41 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor “xxxx” KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Qeyd olunanlara əsasən cavabdehdən iddiaçı “xxxx” KB ASC-nin xeyrinə 2471.55 manat əsas, 285.84 manat faiz, 5.02 manat cərimə, cəmi 2762.41 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “X3” ASC-nin nümayəndəsi X2 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh izahatında bildirdi ki, iddianı tam qəbul etdiyini, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan “X3” ASC ilə Cavabdeh arasında bağlanmış 09.09.2020-ci il tarixli 2941nkNFT/20 saylı kredit və bank hesabı müqaviləsindən görünür ki, Cavabdeh istehlak məqsədləri üçün 48 ay müddətinə illik 25 ğdəmək şərtilə 2472 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, borclu 48 ay müddətinə hər ayın 09-dan gec olmayaraq 83 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan “X3” ASC-nin 19.04.2021-ci il tarixli bildirişdən görünür ki, «xxxx» KB ASC ilə Cavabdeh arasında bağlanmış 09.09.2020-ci il tarixli 2941nkNFT/20 saylı kredit və bank hesabı müqaviləsinə əsasən borclunun 19.04.2021-ci il tarixə 2471.55 manat əsas, 237.61 manat faiz, 2.29 manat cərimə, cəmi 2711.45 manat borcu vardır. Kredit müqaviləsi üzrə borcun 3 iş günü müddətində tam ödənilməsi təmin edilməlidir. Əks təqdirdə, bank borcun və onun üçün çəkilən xərclərin qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəkdir. İş materiallarında olan 16.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 09.09.2020-ci il tarixli 2941nkNFT/20 saylı kredit və bank hesabı müqaviləsi üzrə 2471.55 manat əsas, 285.84 manat faiz, 5.02 manat cərimə, cəmi 2762.41 manat borcun “X3” ASC-yə borcu vardır. İş materiallarında olan 18.05.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, “X3” ASC məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, tərəflər arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirərək müqavilədə nəzərdə tutulan məbləğini cavabdehə versə də sonuncu öz öhdəliklərinə əməl etməmiş və layiqincə icra etməmişdir. Belə ki, xxxx» KB ASC ilə Cavabdeh arasında bağlanmış 09.09.2020-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədləri üçün 48 ay müddətinə illik 25 ödəmək şərtilə 2472 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 16.05.2021-ci il tarixinə «xxxx» KB ASC-yə 2471.55 manat əsas, 285.84 manat faiz, 5.02 manat cərimə, cəmi 2762.41 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2471.55 manat məbləğində əsas borc, 285.84 manat məbləğində faiz borcu, 5.02 manat cərimə, cəmi 2762.41 manat borc və dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumu “X3” ASCnin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 2471.55 manat məbləğində əsas borc, 285.84 manat məbləğində faiz borcu, 5.02 manat cərimə, cəmi 2762.41 manat borc və dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumu “X3” ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar