Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2597/2022 07.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçı, Cavabdeh oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən iddiaçı iddıanın həcminin azaldılması barədə ərizə vermişdir. Məhkəmə iclasında İddiaçı iddianı onunla əsaslandırdı ki, Cavabdeh ilə 2009-cu ildə ailə qurmuşdur. Birgə nigahdan 12 avqust 2010-cu ildə X3, 19 yanvar 2016-cı ildə X4 dünyaya gəlib. Bərdə Rayon Məhkəməsinin 26 fevral 2016-cı il tarixli, 2(021)-1602/2016 saylı qətnaməsinə əsasən aralarında olan nigah pozulub, 12 avqust 2010-cu il tarixində anadan olan X3 və 19 yanvar 2016-cı il tarixində anadan olan X4 onun himayəsində saxlanılıb, Cavabdeh 2 uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay cəmi 100 manat alimentin onun xeyrinə tutulması qət edilib. Cavabdehlə ayrıldıqdan sonra iki azyaşlı uşağı ilə birlikdə Nizami rayonu, Çobanzadə küçəsində anasına məxsus evdə yaşayır.Qeyd edilən məhkəmə qətnaməsi hazırkı vaxtın tələblərinə cavab vermir.Belə ki, həmin aliment məbləği uşaqların normal yaşaması üçün kifayət etmir, uşaqların gündəlik yeməyə, paltara, həkim xərcinə, mənzildə işıqdan, qazdan, sudan istifadə etməyə və s. ödənişlərə ehtiyacı olmaqla maddi cəhətdən çətinlik çəkir. Uşaqlar böyüyüb, təhsillə bağlı əlavə xərclər vardır. Cavabdeh uşaqların saxlanmasına yardım göstərmir. Halbuki onun imkanı yaxşı olmaqla, maddi cəhətdən təminatlıdır.Qeyd olunanlara əsasən Bərdə Rayon Məhkəməsinin 26 fevral 2016-cı il tarixli, 2(021)-1602/2016 saylı qərarnaməsi ilə müəyyən olunan alimentin artırılması, 12 avqust 2010-cu il tarixində anadan olan X1 və 19 yanvar 2016-cı il tarixində anadan olan X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 100 manat olmaqla cəmi 200 manat alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddianı qəbul etdi və izahat verərək göstərdi ki,yeni ailə qurmuşdur. Həmin nikahdan bir övladı vardır, onun dolanışığı zəifdir, bunu qarşı tərəf də bilir. Lakin çalışacaq ki,hər ay cəmi 200 manat alimenti ödəsin. Məhkəmə tərəflərin izahatını dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Bərdə Rayon Məhkəməsinin 26 fevral 2016-cı il tarixli, 2(021)-1602/2016 saylı qətnaməsi ilə tərəflər arasında olan nigahın pozulması,12 avqust 2010-cu il tarixində anadan olan X3 və 19 yanvar 2016-cı il tarixində anadan olan X2 iddiaçının himayəsində saxlanılması, Cavabdeh 2 uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay cəmi 100 manat alimentin iddiaçının xeyrinə tutulması qət edilib. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu» haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün məbləğ 193 manat müəyyən edilmişdir. Məhkəmə cavabdehin iddianı qəbul etdiyini nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalı, Bərdə Rayon Məhkəməsinin 26 fevral 2016-cı il tarixli, 2(021)-1602/2016 saylı qərarnaməsi ilə müəyyən olunan alimentin artırılmalı, 12 avqust 2010-cu il tarixində anadan olan X1 və 19 yanvar 2016-cı il tarixində anadan olan X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Alimentin artırılmış miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin olunsun. Bərdə Rayon Məhkəməsinin 26 fevral 2016-cı il tarixli, 2(021)-1602/2016 saylı qərarnaməsi ilə müəyyən olunan alimentin miqdarı artırılsın. 12 avqust 2010-cu il tarixində anadan olan X1 və 19 yanvar 2016-cı il tarixində anadan olan X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulsun. Alimentin artırılmış miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablan Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-2597/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2597/2022
07.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver