Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2598/2023 19.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, İddiaçı "Unibank” KB ASC-nin cavabdehlər Cavabdeh1, Mirzəyeva (Kərimova) Sevinc Dilavər qızına və Cavabdeh3 qarşı “vərəsələrdən kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı- "Unibank” KB ASC. Cavabdehlər- Cavabdeh1, Mirzəyeva (Kərimova) Sevinc Dilavər qızı və Cavabdeh3. Müqavilə- "Unibank” KB ASC ilə X4 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli müqavilə. Müqavilənin predmeti- kredit müqaviləsi. Tələb olunan məbləğ- 314,46 manat əsas borc olmaqla, cəmi 314,46 manat borc və 30,40 manat dövlət rüsumu. Sübutlar- Kredit müqaviləsi, ödəniş cədvəli, maliyyə arayışı, ölüm haqqında şəhadətnamənin surəti, "Unibank” KB ASC tərəfindən 4 saylı Bakı “ASAN xidmət” mərkəzi notaiat ofisinə ünvanlanılmış xx.xx.2023-cü il tarixli sorğu, 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notaiat ofisinin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məktubları, dövlət rüsumunun ödənilməsi barədə qəbz, pretenziya qaydasına əməl olunması barədə bildiriş. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci, 739.2-ci, 741-ci, 1151.1-ci və 1306.1-ci maddələri. Məhkəmə iddianı əsaslı hesab edir. Belə ki, "xxxx" KB ASC ilə X4 arasında bağlanmış xx.xx.2019-cu il tariхli kredit müqaviləsinə əsasən bank tərəfindən kredit verilmişdir. Lakin bu müddət ərzində borclu kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürməsinə baxmayaraq kredit müqaviləsindən irəli gələn öhdəliklər pozulmuş iddiaçının bununla bağlı xəbərdarlıqları yerinə yetirilməmişdir. Daha sonra X4 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. "xxxx" KB ASC tərəfindən göndərilmiş sorğuya xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 4 saylı “Asan Xidmət" mərkəzində notariat ofisinin cavab məktubu ilə xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 adına olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 69.1 kv.m olan mənzilə dair həmin ünvanda qeydiyyatda olan vərəsələri (övladları) Cavabdeh1, Mirzəyeva (Kərimova) Sevinc Dilavər qızı və Cavabdeh3 xx.xx.2022-ci il tarixdə 2V-617 reyestr nömrəli vərəsəlik şəhadətnaməsinin verilməsi müəyyən edilmişdir. X1 iddiaçıya olan borcunun cavabdehlərdən tutulması üçün hüquqi əsas yaranmışdır. Qeyd edilənlərlə müəyyən olundu ki, borclu X4 xx.xx.2019-cu il tariхli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərini pozmuşdur və X4 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. X2 vəfat etdiyindən və onun vərəsələri- övladları Cavabdeh1, Mirzəyeva (Kərimova) Sevinc Dilavər qızı və Cavabdeh3 olduğundan qeyd olunan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün onlar cavabdehdirlər. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də X4 müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 da onun vərəsələri olduğundan yaranmış borc məbləği və digər xərclər onlar tərəfindən ödənilməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia tələbi təmin edilsin. Cavabdeh1, Mirzəyeva (Kərimova) Sevinc Dilavər qızından və Cavabdeh3 "xxxx" KB ASC-nin xeyrinə xx.xx.2019-cu il tariхli kredit müqaviləsi üzrə 314,46 manat əsas borc olmaqla, cəmi 314,46 manat borc məbləği və ödənilmiş 30,40 manat dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №2(007)-2598/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2598/2023
19.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver