Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2609/2021 30.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi İddiaçının nümayəndəsi Nümayəndə2 qızının iştirakı ilə İddiaçı "xxxx" ASC cavabdehlər X3 və Cavabdeh2 Abdul-Hüseyn qızına qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işəişə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC cavabdehlər X3 və Cavabdeh2 Abdul-Hüseyn qızına qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə vermişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 qızı iddia tələbini onunla əsaslandırmışdır ki, 20 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən X3 İddiaçı ASC tərəfindən illik 26 faizlə 24 ay müddətinə 10000 manat məbləğində kredit verilib. 04.09.2015-ci il tarixli əlavə razılaşmaya əsasən borc üzrə gecikmədə olan 772.95 manat məbləğində kredit restruktrizasiya edilmiş və 336.39 manat kapitallaşdırlmış faizlər kreditin qalıq məbləğinə əlavə edilmişdir.Lakin cavabdeh müqavilə öhdəliklərini tam və layiqincə yerinə yetirməmişdir.Hal-hazırda onun İddiaçı ASC-nə 20 oktyabr 2014-cü il tarixli, 120LN.2102.201014.00001 saylı kredit müqaviləsi üzrə 6295.17 manat əsas,1223.81,180.97 manat cərimə, 1439.85 manat Azərbaycan Respublikası KM-nin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu olmaqla cəmi 9139.80 manat borcu vardır. Digər Cavabdeh2 Abdul-Hüseyn qızı arasında zaminlik müqaviləsi bağlanıb və o, kredit müqaviləsinə təminat durub. Borcun ödənilməsi dəfələrlə cavabdehlərdən tələb olunub, lakin borc ödənilməyib. Qeyd olunanları nəzərə alıb xahiş edir ki,cavabdehlər X1 və Cavabdeh2 Abdul-Hüseyn qızından müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 20 oktyabr 2014-cü il tarixli,120LN.2102.201014.00001 saylı kredit müqaviləsi üzrə 6295.17 manat əsas,1223.81,180.97 manat cərimə, 1439.85 manat Azərbaycan Respublikası KM-nin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu olmaqla cəmi 9139.80 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər X4 və Cavabdeh2 Abdul-Hüseyn qızıməhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar edilsələr də məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 qızının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia təmin olunmalıdır. İş materiallarında olan: İddiaçı ASC ilə X4 arasında bağlanmış 20 oktyabr 2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, X3 İddiaçı ASC tərəfindən illik 26 faizlə 24 ay müddətinə 10000 manat məbləğində kredit verilməsi barədə tərəflər arasında razılıq əldə olunub. Həmin müqaviləyə 04.09.2015-ci il tarixli əlavə razılaşmadan görünür ki, borc üzrə gecikmədə olan 772.95 manat məbləğində kredit restruktrizasiya edilmiş və 336.39 manat kapitallaşdırlmış faizlər kreditin qalıq məbləğinə əlavə edilmiş,bununla da kreditin ümumi məbləği 7555.62 manat təşkil etmişdir. Zaminlik müqaviləsindən görünür ki,Cavabdeh2 Abdul-Hüseyn qızı İddiaçı ASC ilə X4 arasında bağlanmış 20 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi ilə əlaqədar üzərinə zaminlik öhdəlikləri götürmüşdür. Maliyyə arayışından görünür ki,08.08.2019-cu il tarixinə cavabdehin İddiaçı ASC-nə 20 oktyabr 2014-cü il tarixli,120LN.2102.201014.00001 saylı kredit müqaviləsi üzrə banka olan borcu 6295.17 manat əsas,1396.20 faiz,8.58 manat cərimə olmaqla cəmi 7699.95 manat borcu manat təşkil edir. Ödəniş qəbzindən görünür ki,bank məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/6799 saylı 06.10.2021-ci il tarixli ekspert rəyindən görünür ki, X2 20 oktyabr 2014-cü il tarixli,120LN.2102.201014.00001 saylı kredit müqaviləsi üzrə 7221.41 əsas, 2392.99 faiz borcu vardır. Cavabdehlərə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki iddiaçı pretenziya qaydasına əməl etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, İddiaçı ASC ilə X4 arasında 20 oktyabr 2014-cü il tarixdə qanunla müəyyn olunan qaydada kredit müqaviləsi bağlanmış, X3 İddiaçı ASC tərəfindən illik 26 faizlə 24 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Bank öz öhdəliklərinə əməl edib,müqavilə ilə razılaşdırılmış kredit məbləğini müştəri X3 versə də,sonuncu müqavilə öhdəliklərini tam və layiqincə yerinə yetirməmişdir.Belə ki,onun mübahisələndirilən kredit müqaviləsi üzrə cəmi 9139.80 manat ödənilməmiş borcu qalmışdır.Digər Cavabdeh2 Abdul-Hüseyn qızı isə üzərinə götürdüyü zaminlik öhdəliklərinə əməl etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə iddianı əsaslı hesab edir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki,iddia əsaslı olduğundan təmin olunmalı, X1 və Cavabdeh2 Abdul-Hüseyn qızından müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 20 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 6295.17 manat əsas,1223.81,manat faiz 180.97 manat cərimə, 1439.85 manat Azərbaycan Respublikası KM-nin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu olmaqla cəmi 9139.80 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutulmalıdır. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat X1 və Cavabdeh2 Abdul-Hüseyn qızından müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. X1 və Cavabdeh2 Abdul-Hüseyn qızından müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 20 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 6295.17 manat əsas, 1223.81 manat faiz,180.97 manat cərimə,1439.85 manat Azərbaycan Respublikası KM-nin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu olmaqla cəmi 9139.80 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutulsun. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat X1 və Cavabdeh2 Abdul-Hüseyn qızından müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-2609/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2609/2021
30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver