Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-261/2022 14.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh Əlı̇ yeva Vəfa Tofı̇ q qızının vəkili və nümayəndəsi Vəkil1 Əsman qızının, İlkin iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh4 vəkili və nümayəndəsi Vəkil2, İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 qarşı “qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi, mülkiyyətində olan qeyri-yaşayış sahəsindən istifadə etməyinə cavabdehlər və digər şəxslər tərəfindən edilmiş maneələrin aradan qaldırılması və sair” tələbinə dair ilkin iddia ərizəsi, iddiaçılar Cavabdeh1 və Cavabdeh4 cavabdehlər İddiaçı, Cavabdeh3 qarşı müstəqil tələb irəli sürməyən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi, Bakı şəhəri 50 saylı Notariat ofisi cəlb edilməkələ “alqı-satqı müqaviləsinin və çıxarışın daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatının etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 qarşı “qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi, mülkiyyətində olan qeyri-yaşayış sahəsindən istifadə etməyinə cavabdehlər və digər şəxslər tərəfindən edilmiş maneələrin aradan qaldırılması və sair” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25.05.2021-ci il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 40 kv.metr olan qeyri-yaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsi, həmin qeyri-yaşayış sahəsindən istifadəyə cavabdehlər Cavabdeh4 və Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 40 kv.metr olan qeyri-yaşayış sahəsinə dair alqı-satqı müqaviləsi bağlandığı vaxtdan, yəni 22.05.2021-ci il tarixdən aylıq 500 manat olmaqla, hal-hazırda cavabdehlərin əsassız əldə etdiyi 2000 manat ödənilmiş icarə haqqı və qeyri-yaşayış sahəsi boşaldılaraq ona təhvil verildiyi vaxtadək hər ay 500 manat icarə haqqı əldən çıxmış fayda olaraq cavabdehlər Cavabdeh4 və Cavabdeh2 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbini iddiaçı onunla əsaslandırmışdır ki, 2021-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 40 kv.metr olan qeyri-yaşayış sahəsini alqı-satqı yolu ilə almışdır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 25.05.2021-ci il tarixdə onun adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir və hal-hazırda onun mülkiyyətindədir. Qeyri-yaşayış sahəsinə dair alğı-satqı müqaviləsi bağlanarkən keçmiş mülkiyyətçi həmin qeyri-yaşayış sahəsinin hal-hazırda icarədə olduğunu və aylıq 500 manat icarə haqqı ödənildiyini bildirmişdir. O, isə öz növbəsində, mübahisələndirilən qeyri-yaşayış sahəsini icarəyə vermək niyyəti olduğundan, icarəçilərin icarə haqqını ona ödəməklə qeyri-yaşayış sahəsindən istifadə etməyi planlaşdırmışdır. Alğı-satqı müqaviləsi bağlandıqdan sonra, qeyri-yaşayış sahəsinə gedərək, icarə haqqını tələb edən zaman, icarəçilər ona aylıq 500 manat icarə haqqını Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi Cavabdeh4 və Cavabdeh2 ödədiklərini bildirmişlər. Sonradan, o, həmin şəxslərə müraciət edərək, artıq qeyri-yaşayış sahəsinin onun mülkiyyətində olduğunu, icarə haqqını ona ödəməli olduğunu bildirsə də, bunun heç bir nəticəsi olmamışdır. Notariat kontoruna müraciət edərək, X3 adından Cavabdeh4 və Cavabdeh2 etibarnamə verilib-verilməməsini soruşduqda, həmin etibarnamənin 2007-ci ildə verildiyi və 2 il müddətinə verildiyi, 2009-cu ildən isə qüvvədən düşdüyü bildirilmişdir. Bundan sonra, cavabdehlər Cavabdeh4 və Cavabdeh2 müraciət edərək, qeyri-yaşayış sahəsini boşaldaraq ona təhvil verməsini tələb etməyinə baxmayaraq, məhkəməyə müraciət etməyini bildirmişlər. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O hesab edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun xüsusi mülkiyyətində olan 25.05.2021-ci il tarixdə verilmiş ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 40 kv.metr olan qeyri-yaşayış sahəsi boşaldılaraq ona təhvil verilməli, həmin qeyri-yaşayış sahəsindən istifadəyə cavabdehlər Cavabdeh4 və Cavabdeh2 tərəfindən yaradılmış maneələr aradan qaldırılmalıdır. İddiaçılar Cavabdeh1 və Cavabdeh4 cavabdehlər İddiaçı, Cavabdeh3 qarşı müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi, Bakı şəhəri 50 saylı Notariat ofisi cəlb edilməkələ “alqı-satqı müqaviləsinin və çıxarışın, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatının etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlılı idda ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə iddia tələbinin rədd edilməsi, Cavabdeh3 Cavabdeh1 adından etibarnamə əsasında İddiaçı ilə 22.05.2021-ci il tarixdə 50 saylı notariat ofisində bağlanılmış Reyestrdə 40-929 nömrə ilə qeyd edilən alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində reyestr nömrəsi **********66-05101-083008 olan, 25.05.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatının etibarsız hesab edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsini Cavabdeh1 onunla əsaslandırılmışdır ki, İddiaçı adlı şəxsi tanımır, onunla arasında heç bir alğı-satqı müqaviləsi bağlanılmayıb, ona hər hansı əmlak satmamış və ondan pul almamışdır. Belə ki, o, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 40 kv.metr olan qeyri-yaşayış sahəsini 2007-ci ildə etibarnamə əsasında (etibarnamədə ünvan göstərilməklə) Cavabdeh4 satmış, elə həmin tarixdən də qeyri-yaşayış sahəsi Cavabdeh4 sərəncamına verilmişdir. Həmin qeyri-yaşayış sahəsinin üstündə yerləşən mənzili də qeyri-yaşayış sahəsi ilə birlikdə Cavabdeh4 satmışdır. ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 40 kv.metr olan qeyri- yaşayış sahəsini 2007-ci ildə etibarnamə əsasında (etibarnamədə ünvan göstərilməklə) Cavabdeh4 satarkən həmin əmlaka dair hüquqmüəyyənedici sənədini -yəni Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair şəhadətnamənin əslini də ona vermişdir ki, gedib öz adına rəsmiləşdirsin. Cavabdeh4 16.09.2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə mürəciət edərək həmin əmlakın onun adına keçirilməsini xahiş etdikdə, DƏDRXdən ona 28.09.2021-ci il tarixli məktubla cavab olaraq bildirilmişdir ki, Bakı şəhəri, Nizami Rayonu, Qara Qarayev prospekti, 68 ünvanında yerləşən qeyri-yaşayış sahəsi digər fiziki şəxsin adına özgəninkiləşdirilmişdir. Sonra ona məlum olmuşdur ki, həmin əmlak İddiaçı adına 50 saylı notariat ofisində qanunsuz olaraq özgəninkiləşdirilmişdir. 50 saylı notariat ofisindən verilən məlumatda və notariat işinin materiallarında qeyd edilib ki, bu əməliyyatı 2015-ci ildə Cavabdeh1 Cavabdeh3 vermiş olduğu başqa bir etibarnamə əsasında Cavabdeh3 dələduzluq yolu ilə edib. Özgə əmlakını qanunsuz mənimsəyib. Həmin əmlakın sırf şəhadətnaməyə əsasən rekvizitləri göstərilməklə barəsində sərəncam vermək səlahiyyəti Cavabdeh4 olması göstərilib. O qeyd edir ki, Cavabdeh3 özü hansısa qanunsuz yolla araşdırıb bilmişdir ki, Cavabdeh1 adına belə bir qeyri-yaşayış sahəsi vardı, ondan sonra 2021-ci ilin may ayında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək yalandan məlumat verib ki, guya həmin qeyriyaşayış sahəsinin şəhadətnaməsini itirib. Ona yeni çıxarış verilib. Çıxarışı alandan sonra isə həmin əmlakı öz yaxın adamı (qohumu qardaşı arvadı) olan İddiaçı adına saxta alqısatqı yolu ilə özgəninkiləşdirib. Guya 30.000 (otuz min) manata satıb. Hansı ki, Cavabdeh1 nə həmin vaxt Azərbaycanda olmuş, nə ona hər hansı pul verilməmiş, nə də ki, adına hər hansı bank hesabı açılmamışdır. Əgər, o adam həqiqətən alıcı idisə almamışdan qabaq gəlib bir əmlaka baxmalı idi, görməli idi ki, həmin əmlaka kim sahiblik edir. Cavabdeh3 verilən etibarnamə Bakı şəhəri, Nizami Rayonu, Qara Qarayev prospekti, 68 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin satılması və ya hər hansı əməliyyatlar aparılması üçün verilməyib. O, dələduzluq yolu ilə özgə əmlakını ələ keçirib. Həmçinin, bu iş onun ilk əməli deyil, bundan qabaq da başqa adamların başına belə işlər gətiribdi. Onun Cavabdeh4 verdiyi etibarnamə 25 il müddətinə verilib, hal-hazırda da qüvvədədir. Lakin ilkin iddiaçı qeyd edir ki, guya etibarnamə 2 il müddətinə verilmişdir. Elə buradan görünür ki. İddiaçı həmin əmlakı qanunsuz yolla alarkən hər şeydən məlumatlı olub. İlkin iddiaçı tamamilə özündən başqa bir yalan uyduraraq qeyd edir ki, guya o, ona demişdir ki, həmin qeyri-yaşayış sahəsini aylıq 500 manata icarəyə vermişdir. Hansı ki, o, heç onu görməmiş, tanımır, aralarında heç bir müqavilə bağlanılmamışdır. Nə də ki, heç onlar heç Cavabdeh4 tanımırlar, ona da heç bir müraciət etməyiblər. Cavabdeh4 2021-ci ilin sentyabr ayında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək həmin əmlakın onun adına keçirilməsini xahiş etdikdə, DƏDRX-dən ona 28.09.2021-ci il tarixli məktubla cavab verildikdə ki, həmin əmlak İddiaçı adına keçib əməliyyatı isə Cavabdeh3 edib. Bundan sonra Cavabdeh3 telefonla zəng edib ondan niyə qanunsuz əməl törətdiyini soruşandan sonra İddiaçı məhkəməyə müraciət edib, xəbər tutub ki, artıq tərəfindən müqavilənin etibarsızlığı tələbi ilə məhkəməyə iddia qaldırılır. O hesab edir ki, onun adından formal olaraq etibarnamə əsasında 22.05.2021-ci il tarixdə 50 saylı notariat ofisində bağlanılmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Eyni zamanda adınıdan etibarnamə ilə sui-istifadə edən Cavabdeh3 və İddiaçı barəsində xüsusi qərardad qəbul edilməlidir. İddiaçı Cavabdeh4 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 68 ünvanında yerləşən 40 kv.m-lik qeyri-yaşayış sahəsini 2007-ci ildə etibarnamə əsasında Cavabdeh1 almış, həmin vaxtı həmin qeyriyaşayış sahəsini alanda Cavabdeh1 qeyri-yaşayış sahəsinin o vaxtki mülkiyyət sənədi olan Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair şəhadətnamənin əslini ona vermiş ki, o özü istədiyi zaman onu öz adına sənədləşdirsin, o isə 16.09.2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə mürəciət edərək həmin əmlakın öz adına keçirilməsini xahiş etdikdə, DƏDRX-dən ona 28.09.2021-ci il tarixli məktubla cavab olaraq bildirilmişdir ki, həmin qeyri-yaşayış sahəsi digər fiziki şəxsin adına özgəninkiləşdirilmişdir. Sonra ona məlum olmuşdur ki, həmin əmlak İddiaçı adına 50 saylı notariat ofisində qanunsuz olaraq özgəninkiləşdirilib. Belə ki, həmin alqı-satqı müqaviləsinin bağlanılmasında mülkiyyətçi Cavabdeh1 iştirak etməyib, nə də ki, o alıcı Vəfa adlı şəxsi tanımır. Bu əməliyyatı 2015-ci ildə Cavabdeh1 Cavabdeh3 vermiş olduğu başqa bir etibarnamə əsasında Cavabdeh3 dələduzluq yolu ilə edib. Özgə əmlakım qanunsuz mənimsəyib. Cavabdeh1 özü də bildirir ki, o, Cavabdeh3 həmin adına olan əmlakı barəsində hər hansı sərəncamverici səlahiyyət verməyib. Ona verilən etibarnamədə sırf əmlakın şəhadətnaməyə əsasən rekvizitləri göstərilməklə barəsində sərəncam vermək səlahiyyəti onda olması göstərilib. Onun əldə etdiyi məlumata əsasən Cavabdeh3 özü hansısa qanunsuz yolla araşdırıb bilib ki, Cavabdeh1 adına belə bir qeyriyaşayış sahəsi vardı, ondan sonra 2021-ci ilin may ayında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək yalandan məlumat verib ki, guya həmin qeyri-yaşayış sahəsinin şəhadətnaməsini itirib. Ona yeni çıxarış verilib. Çıxarışı alandan sonra isə həmin əmlakı öz yaxın adamı (qohumu qardaşı arvadı) olan İddiaçı adına saxta alqı-satqı yolu ilə özgəninkiləşdirib. Guya 30.000 (otuz min) manata satıb. Hansı ki, Cavabdeh1 nə həmin vaxt Azərbaycanda olmayıb, nə ona hər hansı pul verilməyib, nədəki adına hər hansı bank hesabı açılmayıb. Əgər o adam həqiqətən alıcı idisə almamışdan qabaq gəlib bir əmlaka baxmalı idi, görməli idi ki, həmin əmlaka kim sahiblik edir. Cavabdeh3 verilən etibarnamə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 68 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin satılması və ya hər hansı əməliyyatın aparılması üçün verilməyib. O dələduzluq yolu ilə özgə əmlakını ələ keçirib. O həmçinin qeyd edir ki, bu iş onun ilk əməli deyil, bundan qabaq da başqa adamların başına belə işlər gətiribdi. O, yuxarıda qeyd etdiklərinə əsasən hesab edir ki, Cavabdeh1 adından İddiaçı ilə etibarnamə əsasında 22.05.2021-ci il tarixdə 50 saylı notariat ofisində bağlanılmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Eyni zamanda Cavabdeh3 barəsində xüsusi qərardad qəbul edilməlidir. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh Əlı̇ yeva Vəfa Tofı̇ q qızı qarşılıqlı iddia ərizəsinə etiraz verərək qarşılıqlı iddianın rədd edilməsi və ilkin iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, etirazda qarşılıqlı iddia ərizəsində göstərilənlərin əsassəz olduğunu bildirmişdir. Belə ki, mübahisəli qeyri-yaşayış sahəsinə dair alğı-satqı müqaviləsi bağlanarkən Cavabdeh1 adından etibarnamə üzrə çıxış edən Cavabdeh3 sonuncunu təmsil etmiş və 2015-ci ildə verilmiş etibarnamə 2021-ci ilədək qüvvədə olmuş və hal-hazırkı vaxtadək ləğv edilməmişdir. Mübahisələndirilən qeyriyaşayış sahəsinin ilk hüquqi qeydiyyata alınması ilə bağlı sənədləşmə işləri də Cavabdeh1 adından etibarnamə üzrə çıxış edən Cavabdeh3 tərəfindən aparılmış və Cavabdeh1 qeyriyaşayış sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almadığından, qanunvericiliklə nəzərdə tutulmuş qaydada alğı-satqı müqaviləsi rəsmiləşdirilməmişdir. Onunla Cavabdeh1 arasında bağlanmış 22.05.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanan 50 saylı Notariat Ofisinin notariusu tərəfindən Cavabdeh3 etibarnaməsinin qüvvədə olub-olmaması kifayət qədər araşdırılmış, etibarnamə qüvvədə olduğundan, etibarnamənin ləğvi və ya etibarsız hesab edilməsi ilə bağlı Notariat Ofisində hər hansı qeyd aparılmadığından, alqı-satqı müqaviləsi rəsmiləşdirilmişdir. Notariat orqanının notariusu ilk əvvəl baş etibarnamənin etibarlılığını yoxlamış və etibarnamənin ləğv olunmadığını, qüvvədə olduğunu müəyyən etdikdən sonra digər sənədlərə baxmışdır. Həmin vaxt əmlakın birgə nikah dövründə əldə olunmuş əmlak ola biləcəyini ehtimal edərək, Cavabdeh1 nikahda olub-olmamasına dair subaylıq haqqında arayış da təqdim etmişlər. Alqı-satqı həyata keçirilərkən qanunauyğun şəkildə həyata keçirildiyindən və alqı-satqı müqavilənin etibarsız hesab olunmasına heç bir əsas yoxdur. Həmçinin, Cavabdeh1 qarşılıqlı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş, mötəbər sübutlar təqdim etməmişdir. Cavabdeh1 alqı-satqı müqaviləsinin onun razılığı olmadan və iradəsinə zidd həyata keçirildiyini bildirsə də, onun bu dəlilləri inandırıcı deyildir. Çünki əgər Cavabdeh1 elə bir niyyəti, yəni mübahisələndirdiyi qeyri-yaşayış sahəsini satmaq məqsədi olmasaydı qeyd olunan əmlakın onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almasına və satılmasına dair Cavabdeh3 vermiş olduğu etibarnaməni 22.05.2021-ci il tarixədək ləğvi və ya etibarsız hesab edilməsi ilə bağlı Notariat Ofisinə müraciət edərdi. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin vəkili və nümayəndəsi Vəkil1 Əsman qızı ilkin iddia tələbini müdafiə edib, qarşılıqlı iddianı qəbul etmədiyini bildirdi və qarşılıqlı iddia tələbinin məzmununa uyğu izahat verərək ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. O əlavə olaraq bildirdi ki, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 68 ünvanında yerləşən qeyri-yaşayış sahəsini Cavabdeh3 alğısatqı müqaviləsi əsasında almışdır. Həmin qeyri-yaşayış sahəsini Cavabdeh1 Cavabdeh3 etibarnamə ilə satmışdır. Cavabdeh1 Cavabdeh3 verdiyi etibarnamə ləğv edilməmişdir. Cavabdeh1 Cavabdeh4 verdiyi etibarnamə ya ləğv edilib ya da müddəti bitib. Həmin qeyriyaşayış sahəsinin əvvələr çıxarışı olmamışdır. Belə görünür ki, Cavabdeh1 həm Cavabdeh3, həm də Cavabdeh4 həmin qeyri-yaşayış sahəsini etibarnamə əsasında satmışdır. Alğı-satqı müqaviləsi bağlanandan 5 ay sonra tərəf daşınmaz əmlaka müraciət edib yenidən çıxarış almaq istəmişdir. 2021-ci ilə qədər tərəf çıxarış almaq üçün müraciət etməmiş və nə üçün etmədiyini bildirmir və onun əsl niyyəti ortaya çıxmır. Bu günki gün Hətəm səsyazısını göndərir ki, onun əsl niyyəti qeyri-yaşayış sahəsini Aydına satmaq olub, əgər əsl niyyəti Aydına satmaq olubsa, bəs onda Faiqə niyə baş etibarnamə vermişdir? O, baş etibarnamə verəndə ehtimal etməli idi ki, bu şəxs ondan istifadə edə bilər.Tərəf bildirir ki, sui-istifadə edib bəs nə üçün prokurluğa müraciət etməmişdir. Tərəf ona görə prokurorluğa müraciət etməmişdir ki, burada əmlakı əla keçirmək, etibardan suiistifadə etmək halı yoxdur, şəxs əlində ləğv edilməmiş etibarnaməsi olub və həmin etibarnamədən istifadə edib çıxarış almış və alğı-satqı etmşdir. Çıxarış alana qədər olan məsələlərin bu məsələyə aidiyyətı yoxdur. Onlar alğı-satqı müqaviləsi bağlanana qədər bu şəxsin etibarnaməsi qüvvədə olmuşdur. Notariat orqanı tərəfindən alğı-satqı müqaviləsi rəsmiləşdirilərkən heç bir qanun pozuntusuna rast gəlinməmişdir. Həmçinin o, icarə haqı məsələsi ilə bağlı bildirdi ki, onlar alğı-satqı müqaviləsi bağlanandan bu günə kimi icarə haqı olaraq 500 manat istəmişlər. İcarə haqqı ilə bağlı şahid yuxarıya 500 manat, aşağıya, yəni mübahisəli sahəyə aylıq 500 manat icarə haqqı ödədiyini billdirdi, sonradan şahid 200 manat icarə haqqı ödədiyini bildirmişdir. Halbuki həmin yerin icarəsinin 200 manat olması real deyildir. Tərəf məhkəmədə iş gedən zaman da, həmin qeyri-yaşayış sahəsinin mülkiyətçisinin başqa bir şəxs olduğunu bildiyi halda da əsasız varlanaraq pul əldə etmişdir. Qarşı tərəf qanunsuz icarə haqqı almışdır. Şahidləri etiraf etdi ki, oradan istifadə edir. Məhkəməyə müraciət edəndən sonra Vəfa məhkəmənin nəticəsini gözləmişdir. Mülkiyyətçinin hər hansı bir şəxsə qeyri-yaşayış sahəsinə dair etibarnamə vermək səlahiyyəti onu alğı-satqı müqaviləsinin mübahisələndirmək üçün ləğvi ilə bağlı məhkəmədə müraciət etmək üçün sübyektiv hüquq yaratmır. Əgər Hətəm iki şəxsə qeyriyaşayış sahəsi ilə bağlı etibarnamə veribsə bu günki gün Hətəmi şikayət etsinlər. Vəfa ilə Faiq qohum olduqlarını deyirlər, bu halı sübut etsinlər. O, həmçinin, şahidləri tanımadığını, qeyri-yaşayış sahəsi təhvil verilmədiyi üçün şəxsin məhkəməyə müraciət etdiyini, Faiqin iddiaya cavab verən şəxs olmadığını, etibarnamə ilə Hətəmi təmsil etdiyini, Hətəmlə Vəfanın arasında müqavilə bağlandığını, mülkiyyətçi Hətəm olduğundan oranı Hətəmin boşaldıb təhvil verməli olduğunu, Hətəmin adından çıxış edən təmsilçi Faiq obyekti boşaldıb təhvil verəcəyini öhdəlik götürdüyünü və həmin obyekti təhvil vermə anına gələndə orada başqa şəxslərin olduğunu, başqa şəxslərin etibarnaməsi olduğunun məlum olmasını bildirdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh4 vəkili və nümayəndəsi Vəkil2 ilkin iddianı qəbul etmədiklərini bildirərək, qarşılıqlı iddia tələbini müdafiə edib, qarşılıqlı iddia tələbinin məzmununa uyğu izahat verərək ilkin iddianın rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bidirirdi ki, 2015-ci ildə Cavabdeh1 Cavabdeh3 başqa iş üçün etibarnamə vermiş, Cavabdeh3 haradansa xəbəri olmuş ki, Cavabdeh1 adına qeyriyaşayış sahəsi var. Sonra Cavabdeh3 həmin etibarnamə əsasında 2021-ci ildə gedib şəhadətnaməni itirməsi ilə bağlı daşınmaz əmlaka ərizə vermiş və reyestr xidmətindən etibarnamə əsasında çıxarış almış, daha sonra Cavabdeh3 həmin qeyri-yaşayış sahəsini satmışdır. Cavabdeh3 İddiaçı həmin qeyri yaşayış sahəsini alğı-satqı müqaviləsi ilə 30.000 manata satmış, həmin alqı-satqı 50 saylı notariusda keçirilmişdir. Onlar özəlləşdirmək üçün müraciət edəndə onlara bildirmişlər ki, qeyri-yaşayış sahəsi özələşdirilib. Sonra bu məsələ ilə bağlı Hətəmə bildirmiş, Hətəm Faiqlə əlaqə yaratmış və Faiq Hətəmə ona olan borcu üçün belə etdiyini bildirmişdir. Həmin qeyri-yaşayış sahəsinə heç kəs yaxınlaşmamışdır. Faiq dələduzluq edib, 2015-ci ildə başqa işlə bağlı Hətəm Rusiyaya getdiyi üçün Faiqə bu işlərlə məşğul olması üçün həmin etibarnaməni vermişdir. O, həmçinin qeyd etdi ki, şahidlər sübut əhməyyəti olan ifadələr vermişlər, şahidlər nə Faiqi, nə də Vəfanı tanımadıqlarını və heç vaxt həmin obyektə yaxınlaşmadıqlarını bildirmişlər. Şahidlər də bildirdi ki, bu neçə illərdi bunlar həmin qeyri yaşayış sahəsinə yaxınlaşmayıblar. 2010-2020-ci ildən Qafarov Rauf işlədib həmin müddətdə Faiq oraya yaxınlaşmayıb niyə deməyib ki, bura onundur, icarə haqqını Aydına yox ona ödəməlidir. Buradan da Faiqin bu obyektə aidiyyat olmadığı görünür. Üçüncü şahid də nə Faiqi, nə də Vəfanı tanımadığını bildirdi və obyektlə bağlı heç kəs ona yaxınlaşmamışdır. Deyilənlər, qeyd edilən xüsusatlar ona dəlalət edir ki, 22.05.2021-ci il tarixdə Hətəmin adından çıxış edən Faiqlə Vəfa arasınada bağlanmış müqavilə etibarsız müqavilədir və Faiqin qurmasıdır. Daşınmaz əmlakdan sorğuya cavabda da qeyd edilib ki, Faiq şəhadətnaməni itirdiyini bildirmiş və yenidən şəhadətnamə almışdır. Daşınmaz əmlak formal gəlib baxmadan texposport vermişdir və tərəfdə qeyd edir ki, orda obyektin içərisində dəyişiklik edilmişdir, daşınmaz əmlakdan oraya heç kəs gəlməmişdir. 2021-ci ilin sentyabr ayında həmin qeyri-yaşayış sahəsini Aydın öz adına keçirtmək üçün müraciət etmişdir ki, öz adına keçirtsin və ona cavab verilmişdir ki, Hətəmin adından çıxış etmiş Faiq 2021-ci ilin aprel ayında müraciət edib həmin qeyri-yaşayış sahəsinin sənədlərinin texniki pasportunu və şəhadətnaməsini itirdiyini bildirmiş və ona çıxarış və texniki pasport vermişlər. Sonra Faiq qeyri-yaşayış sahəsini formal alqı-satqı ilə Vəfanın adına keçirmişdir. Alqı-satqı müqaviləsində də qeyd edilmişdir ki, orada təhvil-təslim aktı olmalıdır. Alqı-satqı müqaviləsində də 22.05.2021-ci ilə təhvil verilməsi yazılmışdır. Bəs onda Faiq niyə gəlib təhvil-təslim etməmişdir. Bundan başqa əgər qeyri-yaşayış sahəsi Faiqindirsə onda niyə 2015-ci ildən indiyə qədər həmin qeyri-yaşayış sahəsinə getməmiş oradakıları çıxarmamışdır. Bunların hamısı işin həqiqi hallarıdır, Konstusiya Məhkəməsinin 02.04.2021-ci il tarixli qərarında iradə ifadəsinin 3 halını qeyd etmişdir. Orada qeyd edilmişdir ki, məhkəmə işin həqiqi hallarına diqqət etməlidr. Bu işin həqiqi hallari ilə subut olunur ki, Faiqin həmin qeyri-yaşayış sahəsinə heç bir aidiyyətı yoxdur və o etibardan suiistifadə etmişdir. Vəfa xanım isə nə həmin qeyri- yaşayış sahəsinə getmiş, nə də oranın harada olduğundan məlumatı olmamışdır. Əsas odur ki, alğı-satqı müqaviləsində də qeyd edildiyi kimi mayda təhvil-təhsil olunmayıb. Əgər Faiq qeyri-yaşayış sahəsini Vəfaya təhvil veribsə o gəlib işlədərdi. Bundan başqa obyektin açarından burada söhbət gedir, bu obyektin açarı yoxdursa Vəfa xanım bu obyekti necə alıb? Vəfa xanım oranın qapısını da tanımır, oranı necə alıb. Bu da birbaşa dəlalət edir ki, bu alğı-satqı müqaviləsi formal xarakterli müqavilədir. Burada alqı-satqı müqaviləsi olubsa pul Hətəmin bank hesabına kassasına daxil olmamışdır, onun nümayəndəsi götürüb xərcləmişdir. Bundan başqa həmin qeyri-yaşayış sahəsini 30000 manata aldığını bildirirlər, həmin qeyri-yaşayış sahəsinin qiyməti 30.000 manat deyil. Bu günki gün o ərazidə qeyri-yaşayış sahəsinin kvadratının qiyməti 4000 manatdan aşağı deyildir. Bu da onu göstərir ki, bu alğı-satqı müqaviləsi formaldır. Vəfa xanım iddiasında hər hansı bir maraqlı şəxs qoymamışdır. İddia ərizəsində qeyd edib ki, 2007-ci ildəki etibarnamənin müddəti bitmişdir. Bunun Vəfa xanıma nə aidiyyatı var? X12 əlaqəsi olduğu və bir adam olduqları görünür. Hətəm Aydın müəllimə qeyri- yaşayış sahəsini 2007-ci ildə yuxarı ilə birlikdə 137.000 dollara satmışdır. O, notaris Kənan müəllimə bu necə olur ki, Aydının xəbəri olmamış alğı-satqı olunduğu ilə bağlı sual verdiyini, Kənan müəllimin həmin alğı-satqı müqaviləsini 2 gün saxladıqlarını, Faiqin qardaşının səs-küy salaraq onların obyektinin alğı-satqı olunduğunu bildirdiyini, Vəfa adlı şəxsin heç obyektdən xəbəri olmadığını, hamısının Faiqin qurması olduğunu, Faiqin qardaşının obyeki onların aldığını deməsini dediyini bildirdi. Əgər obyekti Vəfa alıbsa Faiqin qardaşının nə aidiyyatı var. Hətəm səsyazısı məhkəməyə təqdim edilmişdir. Onun əsl niyyəti qeyri-yaşayış sahəsini Aydına satmaq olmuşdur. Məhkəmənin iclasında ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ilkin iddianı qəbul etmədiyini ilkin iddianın rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq o bidirirdi ki, mübahisələndirilən qeyri-yaşayış sahəsinin bütün komnunallarını, vergisini hamısını o, ödəyirlər. Həmin vaxt onların qeyriyaşayış sahəsini adlarına keçirməyə vaxtları olmamışdır. Faiq ona Hətəmin ona borcu olduğunu və Hətəmin onun pulunun vermədiyini, Hətəmin onun pulunu verməsini bildirmişdir. X16 verdiyi etibarnaməni ləğv etdirmişlər. Guya Vəfa gəlib qeyri-yaşayış sahəsinə və ordakılara çıxmalarını bildirib. Vəfa deyir ki, ora Faiqin qeri-yaşayış sahəsidir, onda niyə onları məhkəməyə verir? Onlar prokurorluğa da şikayət veriblər. Obyektin texniki pasportu var. Həmin yer pandemiyaya görə bağlı olub daşınmaz əmlak necə gedib oranın şəklini çəkib? O, şəhadətnamədə zirzəmi sözünün yazılmadığını, Hətəmin adına zirzəmi olduğunu, onun da onlara etibarnamə verdiyini, 2007-ci ildən altı da, üstü də Hətəmdən aldığını, zirzəminin sənədi olmadığına görə iyul ayının 4-də texniki pasport şəhadətnaməsini etibarnamə ilə birlikdə Hətəmin ona verdiyini, Faiqdə etibarnamədən başqa heç bir şey olmadığını, bütün sənədlərin əslinin onda olduğunu, 2015-ci ildə obyekt onun olubsa icarəyə qoyduğu adamı gətirməsini bildirmişdir. O qeyd etmişdir ki, Qafarov Rauf oranı işlədib, vergi ödəyib, işığa, suya ödənişlər edib. İddiaçı Faiqi məhkəməyə verməlidir ki, özgəsinin qeyri-yaşayış sahəsini ona satıb. Vəfa xanım nə ona, nə də atasına gəlib deməyib ki, bura onundu, oranı alıb. Onlar sentyabrda gəlib çıxarış ala bilsinlər deyə oranı çəkmələri üçün müraciət ediblər, onlar oranın çəkildiyini bildirmişlər və həmin yerin Faiq adlı şəxsin adına olduğunu öyrənmişlər. O, İlqardan Faiqin kim olduğunu soruşmuş, Faiqin qardaşı gəlib oranın Vəfa ilə onların olduğunu demişdir. Bundan sonra Faiqin qardaşı İlqara zəng etdi ki, Aydına deyin ki, obyekti satmışlar, Vəfa xanıma açarlarını versin, əgər obyekt Faiqin olubsa niyə açarlarını onlardan istəyir? Pandemiyaya görə 200- 300 manat icarə haqqı verilmişdir. Orada bir şəhadətnamə olur və şəhadətnamənin nömrəsi olur. Bir adam 5 aydır alıbsa niyə gəlib həmin qeyri-yaşayış sahəsinin onun olduğunu demir. O bildirdi ki, əgər dələduzluq edilibsə niyə 2007-ci ildən onları heç kəs tutmur. Orada kamera da var Vəfa xanım oraya gəlməmişdir. 2007-ci ildən o obyekt onun olduğunu, qarşı tərəf obyektin onların olmaması ilə bağlı bir nəfər ortaya çıxatsın Daşınmazdan gəlib heç oranı çəkməmişlər. Amma hal hazırda orada içəridə dəyişiklik olub, əgər gəlsəydilər içəridəki dəyişikliyi görərdilər. Faiqin etibarnaməsi ləğv edilmişdir, Hətəmə məsələ barədə məlumat verdikdə Faiqin etibarnaməsini dərhal ləğv etmişdir. Oradakı binalar 5 mərtəbədir, söküləcək deyə bunlar belə edirlər Məhkəmənin əvvəlki iclasında iştirak etmiş qarşılıqlı iddia üzrə Cavabdeh3 qarşılıqlı iddianı qəbul etmədiyini, Cavabdeh1 ona 2015-ci ildə etibarnamə ilə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 68 ünvanında yerləşən qeyri-yaşayış sahəsini satdığını, həmin qeyri-yaşayış sahəsini Cavabdeh1 ona satdığını, sonra onun oranı özəlləşdirdiyini, İddiaçı satdığını, Cavabdeh1 ona etibarnaməni 30 il müddətinə verdiyini və həmin etibarnamənin 08.07.2045-ci ilə qədər qüvvədə olduğunu, Cavabdeh1 ona bütün əmalaklarına dair etibarnamə verdiyini, həmin qeyri-yaşayış sahəsini qanuni yolla satdığını, onda həmin qeyri-yaşayış sahəsinə dair şəhadətnamənin əsli olduğunu, qeyriyaşayış sahəsinə texniki pasport aldığını, onda olan məlumata görə Cavabdeh1 axtarışda olduğunu, Cavabdeh1 ona borcu olmadığını, əmlakı özəlləşdırib satdığını, Cavabdeh1 həmin qeyri-yaşayış sahəsini etibarnamə ilə ona satdığını, Hətəmin Aydına verdiyi etibarnamədə zirzəmi sözünün yazılmadığını bildirmişdir. O əlavə olaraq qeyd etmişdir ki, etibarnaməsinin kim tərəfindən ləğv edildiyini bilmir. Vəfanı tanımır, maklerlik edən zaman ona bu xanımın obyekt istədiyini dedilər, o da 20.000 manata aldığı qeyri-yaşayış sahəsini özəlləşdirib 30.000 manata Vəfa xanıma satmışdır. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş şahid X4 ifadəsində bildirmişdir ki, o, Cavabdeh3 tanıyır, o da onun kimi maklerdi, ev alıb-satır, ev təmir edir. Hətəmdən həmin əmlakı alt-üst bir yerdə 137000 ABŞ dollarına o alıb. Ona müraciət ediblər, o da onlara oranı göstərib, onlar da razılaşıb alıblar. Bu hadisə 2007-ci ildə olub. Həmin zirzəmi təmirli idi, yuxarının çıxarışı var idi, amma zirzəminin yox idi. Hətəm alqı-satqı edəndə yuxarının çıxarışının olduğunu demiş, aşağıya da 5-6 ay möhlət verilməsini oranı özəlləşdirməsi üçün istəmişdir. Sonradan özəlləşdirib etibarnamə və şəhadətnamə ilə birlikdə Aydın müəllimə verib. Aydın müəllim də həmin obyekti adına keçirməmişdir. 2021-ci ilin sentyabr ayı, səhər saat 10:00 olardı bunlar o vaxt aldıqları obyekti adlarına keçirilməsi üçün gəlmiş, Qara Qarayevdəki notarusa Kənan müəllimin yanına getmişlər, oradan da onları Bakıxanovdakı Asan xidmətə göndərmişlər, daha sonra Asan məkana sənədləri təhvil vermişlər. Onlara 21 günə çıxarışı alacaqları deyilmişdir. Üstündən 4 gün keçəndən sonra xəbər gəldi ki, başqa bir adam 2021-ci ilin 16 aprelində müraciət edib etibarnamə ilə ki, sənədləri itirib, ona yeni çıxarış verilsin. Araşdırıb həmin şəxsin Faiq olduğunu bilmişlər. O, Faiqə zəng edərək oranı Hətəmin Aydına satdığını, nə qədər xərc çəkibsə alıb ona verəcəyini, bu obyekti Aydının adına keçirtməsini demiş, o da iki günə gələcəyini bildirmişdir. Üstündən 3 saat keçəndən sonra zəng vurub ona 10000-15000 manat pul verəndən sonra sonra onların adına keçirəcəyini demiş, o da Faiqə axı oranın Hətəmgilin obyekti olduğunu bildimiş, Faiq də Hətəmin verəcəyi olduğunu demişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş şahid X14 ifadəsində bildirmişdir ki, o, 2010-cu ilin martından 2020-ci ilin martadək Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 68 ünvanındakı qeyri-yaşayış sahəsini Cavabdeh2 icarəyə götürmüş və internet kulub kimi işlətmişdir. Onun rəsmi VOEN olduğunu, amma Cavabdeh2 ilə aralarında rəsmi icarə müqaviləsi olmadığını, Faiqi tanımadığını, pandemiya məhdudiyətindən sonra qeyri-yaşayış sahəsini təhvil verdiyini, 2020-ci ilin oktyabr ayında Rafiq dövlətin internet klub işlətməyə icazə vermədiyini, qeyri-yaşayış sahəsini başqa işlətmək istəyən olduğunu, onun da avadanlıqları yığışdırdığını və Rafiqin iştirakı ilə Vaqifə təhvil verib çıxdığını, bu 10 il müddətində Cavabdeh3 gəlmədiyini, belə birini tanımadığını, ora və oranın vergisini özünün ödədiyini qeyd etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş X1 ifadəsində bildirmişdir ki, o, Aydın və Rafiq müəllimi tanıyır, onların obyektini götürüb işlədir. O, həmin ərazidə başqa obyekt işlədirdi, sonra gördü ki, həmin obyekt boşdur, oranı işlətməyə başayıb. Faiqi və Vəfanı tanımadığını, həmin əmlakı 5 il olar icarəyə götürdüyünü, əvvəl ancaq yuxarını icarəyə gotürdüyünü, sonradan zirzəmini də götürüb təmir edib işlətdiyini, indi də işlətdiyini, yuxarını 5, aşağını pandemiya başlayandan 2020-ci ildən işlətdiyini, zirzəmiyə İddiaçı gəlmədiyini, 500 manat yuxarı, 500 manat aşağıya icarə haqqı verdiyini, pandemiya vaxtında zirzəmiyə görə 200-300 manat verdiyini, son 5-6 ayda zirzəmi üçün 200 manat ödədiyini, zirzəmiyə görə icarə müqaviləsinin olmağını qeyd etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 40 kv.metr olan qeyri-yaşayış sahəsi İddiaçı adına xüsusi mülkiyyət olaraq 25.05.2021-ci il tarixdə qeydiyyata alınmışdır. - AN-İ № ******* saylı 22.05.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, etibarnamə üzrə Cavabdeh3 Cavabdeh1 məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 40 kv.metr olan qeyri-yaşayış sahəsini İddiaçı satmışdır. - Bakı şəhəri 50 saylı Notariat ofisinə Cavabdeh1 tərəfindən ünvanlanmış ərizədən görünür ki, daşınmaz əmlakın Dövlət reyestri Xidməti tərəfindən 07.05.2021-ci il tarixdə verilmiş Çıxarış əsasında onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 40 kv.metr olan qeyri-yaşayış sahəsini satmaq istədiyini bildirmiş və həmin əmlak üzərində daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın real vaxt rejimində əldə edilməsini təmin edilməsini xahiş etmişdir. - Bakı şəhəri 50 saylı Notariat ofisinə Cavabdeh1 adından etibarnamə üzrə çıxış edən Cavabdeh3 və İddiaçı tərəfindən ünvanlanmış ərizədən görünür ki, Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 40 kv.metr olan qeyri-yaşayış sahəsinin 30.000,00 manat qiymətə satılması barədə razılığa gəlmiş, daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiqi notariat qaydasında təsdiqlənməsi, həmçinin bununla bağlı bank xərclərinin ödənilməsini alıcı İddiaçı öz üzərinə götürmüşdür. - Bakı şəhəri 50 saylı Notariat ofisi tərəfindən "xxxx" ASC-nin 50 saylı Notariat şöbəsinə ünvanlanmış məktubdan görünür ki, İddiaçı təərfindən təsdiq ediləcək alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 30.000 manat məbləğində pulun müvafiq müqavilə tərəfindən təsdiq edildikdən sonra yaranmış 1620 manat vergi öhdəliklərini dövlət xəzinədarlığına ödənilməsi məqsədilə mənzilin satış dəyərindən çıxdıqdan sonra qalan 28380 manat məbləğində pulun Cavabdeh3 verilməsi xahiş edilmişdir. - 04.07.2007-ci il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh1 25 il müddətinə Cavabdeh4 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 40 kv.metr olan qeyriyaşayış sahəsinin alqı-satqısı üçün lazım olan arayışları almağı, sonra həmin qeyriyaşayış sahəsinə sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi və digər hərəkətləri etməyi etibar etmişdir. - 08.07.2015-ci il tarixli, ƏN №096547 nömrəli etibarnamənin surətindən görünür ki, Cavabdeh1 30 il müddətinə Cavabdeh3 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizələrinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq və digər hərəkətləri etməyi etibar etmişdir. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 40 kv.metr olan qeyri-yaşayış sahəsi Cavabdeh1 adına xüsusi mülkiyyət olaraq 07.05.2021-ci il tarixdə qeydiyyata alınmışdır. - 28.09.2021-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin Cavabdeh1 ünvanlanmış “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi” barədə Bildirişinin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq özgəninkiləşdirilməsi bildirilmişdir. - “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair” Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 40 kv.metr olan qeyri-yaşayış sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada 720,00 manata satın almışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 40.3 kv.metr, 28.02 kv.metr yaşayış sahəsindən ibarət 2 otaqlı, 47 nömrəli mənzil Cavabdeh1 adına tam mülkiyyət olaraq 17.05.2017-ci il tarixdə qeydiyyata alınmışdır. - Mənzil Kommunal Təsərrüfat Departamentinin 120 saylı MKİS sahəsinin arayışından görünür ki, Cavabdeh4 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 40 kv.metr olan zirzəminin kommunal xərclərini, yəni qeyri-yaşayış ödənişini 2021-ci ilə qədər ödəmişdir. - Etibarnamə üzrə Cavabdeh1 adından çıxış edən Cavabdeh3 tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış 16.04.2021-ci il tarixli ərizənin surətindən görünür ki, o, 2007-ci ildə aldığı çıxarışı itirdiyini bildirmiş və ona çıxarış və texniki pasport verilməsini xahiş etmişdir. - Cavabdeh1 ərizəsi ilə təsdiq edilmiş sənəddən görünür ki, o, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 40 kv.metr olan qeyri-yaşayış sahəsini Cavabdeh4 04.07.2007-ci il tarixdə etibarnamə əsasında satmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh1 04.07.2007-ci il tarixli etibarnamə ilə 25 il müddətinə Cavabdeh4 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 40 kv.metr olan qeyri-yaşayış sahəsinin alqı-satqısı üçün lazım olan arayışları almağı, sonra həmin qeyri-yaşayış sahəsinə sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi və digər hərəkətləri etməyi, 08.07.2015-ci il tarixli etibarnamə ilə isə 30 il müddətinə Cavabdeh3 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizələrinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq və digər hərəkətləri etməyi etibar etmişdir. 2007-ci il tarixdən hazırki vaxtadək mebahisəli qeyriyaşayış sahəsini Cavabdeh4 və digər cavabdeh onun oğlu Cavabdeh2 idarə edirlər. Əlı̇ yeva Vəfa Tofı̇ q qızı ilə Cavabdeh1 adından etibarnamə üzrə çıxış edən Cavabdeh3 arasında bağlanmış 22.05.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən mübahisəli qeyri-yaşayış sahəsini Əlı̇ yeva Vəfa Tofı̇ q qızı almışdır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 25.05.2021-ci il tarixdə onun adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir və hal-hazırda onun mülkiyyətindədir. Məhkəmə iclasında həmçinin, mübahisəli qeyri-yaşayış sahəsinin aylıq 500 manata icarəyə verilməsi pandemiya vaxtında isə həmin zirzəmiyə görə 200-300 manat icarə haqqı verilməsi verməsi müəyyən edildi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İlki növbədə məhkəmə mübahisəli məsələ ilə bağlı bildirir ki, mübahisəli qeyriyaşayış sahəsi qanunvericiliyin tələblərinə riayət edilməklə özgənikiləşdirilmiş və nəticədə Əlı̇ yeva Vəfa Tofı̇ q qızının mülkiyyət hüququ daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. Yuxarıda qeyd olunan maddi normaların məzmunundan görünür ki, mülkiyyətçi ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olma, ondan istifadə edə və ona dair sərəncam vermə bilər, həmçinin öz əmlakına başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə və özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, ilkin iddia tələbi “ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 40 kv.metr olan qeyri-yaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsi, həmin qeyri-yaşayış sahəsindən istifadəyə cavabdehlər Cavabdeh4 və Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması” hissədə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə İddiaçı iddia tələbinin “ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 40 kv.metr olan qeyri-yaşayış sahəsinə dair alqı-satqı müqaviləsi bağlandığı vaxtdan, yəni 22.05.2021-ci il tarixdən aylıq 500 manat olmaqla, hal-hazırda cavabdehlərin əsassız əldə etdiyi 2000 manat ödənilmiş icarə haqqı və qeyri-yaşayış sahəsi boşaldılaraq ona təhvil verildiyi vaxtadək hər ay 500 manat icarə haqqı əldən çıxmış fayda olaraq cavabdehlər Cavabdeh4 və Cavabdeh2 tutularaq ona ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, ilkin iddia tələbi bu hissədə qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, İddiaçı mübahisələndirilən qeyri-yaşayış sahəsini icarəyə vermək niyyəti olmuş, icarəçilərin icarə haqqını ona ödəməklə qeyri-yaşayış sahəsindən istifadə etməyi planlaşdırmışdır. X1 və şahid X8 izahatlarından da görünür ki, Cavabdeh1 və Cavabdeh2 tərəfindən mübahisəli qeyri-yaşayış sahəsi aylıq 500 manat icarə haqqı olmaqla icarəyə verilmişdir. Məhkəmə həmin qeyri-yaşayış sahəsində ilkin iddia üzrə cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılmamasını, 22.05.2021-ci il tarixli müqavilədən sonra da aylıq 500 manat icarə haqqının Cavabdeh1 və Cavabdeh4 ödənilməsini, bu müddət ərzində İddiaçı mübahisələndirilən qeyri-yaşayış sahəsini icarəyə vermək niyyətinin olmasını nəzərə alaraq hesab edir ki, ilkin iddiaçı tərəfindən məhkəməyə müraciət edildiyi tarixdən, yəni 04.10.2021-ci il tarixdən başlanılaraq 2021-ci ilin oktyabr, noyabr, dekabr və yanvar ayları üzrə aylıq 500 manat icarə haqqı olmaqla cavabdehlər Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada 2000 manat vəsait tutularaq Əlı̇ yeva Vəfa Tofı̇ q qızına verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 366.2-ci maddəsinə əsasən, etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir. 152.8-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Məhkəmə qeyd edir ki, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 08.07.2015-ci il tarixli etibarnamə ilə 30 il müddətinə Cavabdeh3 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizələrinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq və digər hərəkətləri etməyi etibar etmişdir. Qarşılıqlı iddia üzrə Cavabdeh3 etibarnamə əsasında Cavabdeh1 tərəfindən ona verilmiş hüquqlardan istifadə edərək, sonuncunun adından digər cavabdeh İddiaçı ilə 22.05.2021-ci il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsini bağlamış və əmlak İddiaçı mülkiyyətinə keçmişdir. Hazırda ilkin iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar X6 və Cavabdeh4, Cavabdeh3 Cavabdeh1 adından etibarnamə əsasında İddiaçı ilə 22.05.2021-ci il tarixdə 50 saylı notariat ofisində bağlanılmış Reyestrdə 40-929 nömrə ilə qeyd edilən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində reyestr nömrəsi **********66- 05101-083008 olan, 25.05.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatının etibarsız hesab edilməsini xahiş etsə də həmin müqavilənin və çıxarışın etibarsızlığı üçün əsas yoxdur. Belə ki, Cavabdeh1 tərəfindən Cavabdeh3 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizələrinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq və digər hərəkətləri etməyi etibar edilmiş və etibarnamənin müddəti 08.07.2045-ci il tarixədək müəyyən edilmişdir. Alqı-satqı müqaviləsi bağlanan vaxt, yəni 22.05.2021-ci il tarixdə etibarnamə qüvvədə olmuş və etibarsız hesab edilməsi üçün əsaslar mövcud olmamışdır. Məhkəmə həmçinin onu da qeyd edir ki, həmin etibarnamədə bütün əmlakları öz mülahizələrinə görə almaq, satmaq etibar edilmiş, Cavabdeh3 da Cavabdeh1 adından etibarnamə əsasında verilmiş hüquqlar əsasında alqı-satqı müqaviləsi bağlamış, alqı-satqı müqaviləsi rəsmiləşdirilən zaman qanunvericiliyin tələblərinə riayət olunmuşdur. Məhkəmə Cavabdeh1 Cavabdeh3 verdiyi etibarnaməni ləğv etdirməsi ilə bağlı qeyd edir ki, etibarnamə ləğv edilsə də 22.05.2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanarkən etibarnamə qüvvədə olmuş və etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Həmçinin məhkəmə “alqı-satqı müqaviləsinin və çıxarışın, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatının etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbi ilə bağlı onu da bildirir ki, İddiaçı vicdanlı alıcıdır. Ona görə də onunla bağlanılmış alğısatqı müqaviləsi və onun əsaında verilmiş çıxarış və qeydlər etibarsız hesab edilə bilməz. Belə ki, “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu belə hüquqi nəticəyə gəlmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 may 2008-ci il tarixli Qərarında da Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belə olmuşdur ki, əldə edənin əmlakı onu özgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mülkiyyətçiyə nisbətdə daha üstün hüquqi mövqeyə çıxarır. “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 sentyabr 2014-cü il tarixli Qərarında da Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Mövcud mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə, onda MM-in 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. Həmin Qərardda o cümlədən qeyd olunmuşdur ki, qanunvericilik belə istisnaları müəyyən etməklə mülki dövriyyənin mürəkkəbləşməsinin və çətinləşməsinin qarşısını alır, dayanıqlığını və möhkəmliyini təmin edir. Təsadüfi deyildir ki, mülkiyyət və digər əmlak hüquqlarının, müqavilə və digər öhdəliklərin, əqdlərin etibarsızlığının nəticələri barədə hüquqların yaranması və xitamını tənzimləyən qanunverici yalnız mülkiyyətçinin deyil, mülki dövriyyənin iştirakçısı kimi vicdanlı sahibin də mülki hüquqlarının qorunmasını təmin edən hüquqi vasitə və mexanizmləri nəzərdə tutmuşdur. Əks halda, hər hansı müqavilə bağlayarkən ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirmiş vicdanlı sahiblərin geniş dairəsi üçün tam vindikasiya qaydasında onlardan tələb oluna bilən əmlakların qeyriqanuni itirilməsi riski mövcud olardı. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda vicdanlı əldə edənin hüquqlarının qorunması, mülkiyyətçiyə nisbətdə onun daha üstün hüquqi mövqeyə çıxması və əqdin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildiyi halda iddianın təmin olunmasından imtina edilməsi qeyd edilmişdir. Bütün bu qeyd olunanlar məhkəməyə belə qənaətə gəlməyə tam əsas verir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 40 kv.metr olan qeyri-yaşayış sahəsinin 22.05.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyil, yuxarıda qeyd edildiyi kimi alıcı vicdanlı əldə edəndir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi təmin oluna bilməz. Məhkəmə qarşılıqlı iddia tələbində qeyd olunmuş “Cavabdeh3 2021-ci ilin aprel ayında müraciət edib həmin qeyri yaşayış sahəsinin sənədlərinin texniki pasportunu və şəhadətnaməsini itirdiyini bildirmiş və ona çıxarış və texniki pasport vermişlər” dəlili ilə bağlı bildirir ki, Cavabdeh3 bu hərəkətləri edərkən Cavabdeh1 tərəfindən verilmiş etibarnamə əsasında etmiş, bu sənədləri etibarnamə təqdim edərək almışdır. Məhkəmə hesab edir ki, bu hallar İddiaçı bağladığı alqı-satqı müqaviləsinin və onun adına olan çıxarışın ləğv edilməsi üçün əsas deyildir. Beləliklə, məhkəmə hesab edir ki, ilkin iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh4 İddiaçı qarşı “Cavabdeh3 Cavabdeh1 adından etibarnamə əsasında İddiaçı ilə 22.05.2021-ci il tarixdə 50 saylı notariat ofisində bağlanılmış Reyestrdə 40-929 nömrə ilə qeyd edilən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində reyestr nömrəsi **********66-05101-083008 olan, 25.05.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatının etibarsız hesab edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə cavabdehlərdən tutulması” barədə qarşılıqlı iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə qarşılıqlı iddiaçılar Cavabdeh1 və Cavabdeh4 “Cavabdeh3 və İddiaçı əməllərində cinayət tərkibinin olması hallarının müəyyən edilməklə onun barəsində xüsusi qərardada çıxarılması barədə vəsatətləri ilə bağlı bildirir ki, hazırki mübahisə mülki xarakterli mübahisə olduğundan, habelə Cavabdeh3 və İddiaçı əməlində cinayət tərkibi olmadığından, onlar barəsində xüsusi qərardad çıxarılması üçün hər hansı əsaslar müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, vəsatət əsassızdır və təmin edilə bilməz. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ilkin iddia qismən təmin edilməli, Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 25.05.2021-ci il tarxli çıxarışa əsasən Əlı̇ yeva Vəfa Tofı̇ q qızının xüsusi mülkiyyətində olan ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 40 kv.m olan qeyriyaşayış sahəsi Cavabdeh1 Ağabəy oğlu, Nəcəfov Aydin Kamı̇ l oğlu və Nəcəfov Rafı̇ q Aydın oğlu tərəfindən boşaldılaraq Əlı̇ yeva Vəfa Tofı̇ q qızına təhvil verilsin. Həmı̇ n qeyrı̇ yaşayiş sahəsı̇ ndən ı̇ stı̇ fadəyə cavabdehlər Nəcəfov Aydin Kamı̇ l oğlu və Nəcəfov Rafı̇ q Aydın oğlu tərəfindən yaradılmış maneələr aradan qaldırılsın və onlardan müştərək qaydada 2000 manat vəsait tutularaq Əlı̇ yeva Vəfa Tofı̇ q qızına verilməli, ilkin idia qalan hissədə təmin edilməməli, ilkin iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 Ağabəy oğlunun, Cavabdeh4 Kamı̇ l oğlunun ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh Əlı̇ yeva Vəfa Tofı̇ q qızına və Cavabdeh3 qarşı iş üzrə 3-cü şəxs Bakı şəhəri 50 saylı Notariat ofisi cəlb edilməklə “Cavabdeh3 Cavabdeh1 Ağabəy oğlu adından etibarnamə əsasında Əlı̇ yeva Vəfa Tofı̇ q qızı ilə 22.05.2021-ci il tarixdə Bakı şəhəri 50 saylı Notariat ofisində bağlanılmış reyestrdə 4Ə-292 nömrə ilə qeyd edilən alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında Əlı̇ yeva Vəfa Tofı̇ q qızına verilmiş Hüquqlarin dövlət qeydı̇ yyatİ haqqında daşınmaz əmlakın Dövlət reyestrı̇ ndəreyestr nömrəsi 66**********̇-05101-083008 olan, 25.05.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsinə dair və ödənilmiş 100 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə cavabdehlərdən tutulması” barədə qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Məhkəmə həmçinin izah edir ki, Cavabdeh1 Ağabəy oğlunun Cavabdeh3 qarşı, Nəcəfov Aydin Kamı̇ l oğlunun isə Cavabdeh1 Ağabəy oğluna qarşı mübahisəli qeyriyaşayış sahəsinin satılması ilə bağlı pul vəsaitinin qaytarılması barədə məhkəmədə iddia qaldırmaq hüquqları vardır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Əlı̇ yeva Vəfa Tofı̇ q qızı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 30 manat vəsait Cavabdeh1 Ağabəy oğlu, Nəcəfov Aydin Kamı̇ l oğlu və Nəcəfov Rafı̇ q Aydın oğlundan müştərək qaydada tutularaq Əlı̇ yeva Vəfa Tofı̇ q qızına ödənilməli, Cavabdeh1 Ağabəy oğlu tərəfindən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçı Cavabdeh1 Ağabəy oğluna aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi qismən təmin edilsin. Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 25.05.2021-ci il tarxli çıxarışa əsasən Əlı̇ yeva Vəfa Tofı̇ q qızının xüsusi mülkiyyətində olan ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 40 kv.m olan qeyri-yaşayış sahəsi Cavabdeh1 Ağabəy oğlu, Nəcəfov Aydin Kamı̇ l oğlu və Nəcəfov Rafı̇ q Aydın oğlu tərəfindən boşaldılaraq Əlı̇ yeva Vəfa Tofı̇ q qızına təhvil verilsin. Həmı̇ n qeyrı̇ -yaşayiş sahəsı̇ ndən ı̇ stı̇ fadəyə cavabdehlər Nəcəfov Aydin Kamı̇ l oğlu və Nəcəfov Rafı̇ q Aydın oğlu tərəfindən yaradılmış maneələr aradan qaldırılsın və onlardan müştərək qaydada 2000 manat vəsait tutularaq Əlı̇ yeva Vəfa Tofı̇ q qızına verilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Əlı̇ yeva Vəfa Tofı̇ q qızı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 30 manat vəsait Cavabdeh1, Nəcəfov Aydin Kamı̇ l oğlu və Nəcəfov Rafı̇ q Aydın oğlundan müştərək qaydada tutularaq Əlı̇ yeva Vəfa Tofı̇ q qızına ödənilsin. İlkin iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 Ağabəy oğlunun Nəcəfov Aydin Kamı̇ l oğlunun ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh Əlı̇ yeva Vəfa Tofı̇ q qızına və Cavabdeh3 qarşı iş üzrə 3-cü şəxs Bakı şəhəri 50 saylı Notariat ofisi cəlb edilməklə Cavabdeh3 Cavabdeh1 Ağabəy oğlu adından etibarnamə əsasında Əlı̇ yeva Vəfa Tofı̇ q qızı ilə 22.05.2021-ci il tarixdə Bakı şəhəri 50 saylı Notariat ofisində bağlanılmış reyestrdə 4Ə-292 nömrə ilə qeyd edilən alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alğı-satqı müqaviləsi əsasında Əlı̇ yeva Vəfa Tofı̇ q qızına verilmiş Hüquqlarin dövlət qeydı̇ yyatİ haqqında daşınmaz əmlakın Dövlət reyestrı̇ ndəreyestr nömrəsi 66**********̇-05101-083008 olan, 25.05.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsinə dair və ödənilmiş 100 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə cavabdehlərdən tutulması barədə qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Cavabdeh1 tərəfindən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçı Cavabdeh1 aid edilsin. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-261/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-261/2022
14.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver