Məhkəmə qərarları › İş №2(007)-2611/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2611/2021

26.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2611/2021 26.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami rayon məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı iddiaçı İddiaçı Nı̇ zaməddı̇ n qızının cavabdeh Bakı Şəhər-Kommunal Təsərrüfat Departamentı̇ nə qarşı "mənzilə istifadə hüququnun tanınması və icarə müqaviləsinin bağlanması" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Nı̇ zaməddı̇ n qızı cavabdeh Bakı Şəhər-Kommunal Təsərrüfat Departamentı̇ nə qarşı "mənzilə istifadə hüququnun tanınması və icarə müqaviləsinin bağlanması" tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, onun ünvan 1 ünvanına istifadə hüququnun tanınması və icarə müqaviləsinin bağlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili X1 26.05.2021-ci il tarixli ərizə ilə Bakı şəhəri Nizami rayon məhkəməsinə müraciət edərək iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə hesab edirəm ki, iddiaçının iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin qaytarılmasına dair ərizəsi məhkəməyə daxil olduğundan, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququna malik olması izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb QƏRARA ALDİM: İddiaçı İddiaçı Nı̇ zaməddı̇ n qızının cavabdeh Bakı Şəhər-Kommunal Təsərrüfat Departamentı̇ nə qarşı "mənzilə istifadə hüququnun tanınması və icarə müqaviləsinin bağlanması" tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar