Məhkəmə qərarları › İş №2(007)-262/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-262/2021

13.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-262/2021 13.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi X15, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil2, ilkin iddia üzrə cavabeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi X8, ilkin iddia üzrə cavabeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “fərdi evdən istifadə hüququnun tanınması” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzildən çıxarılma” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “fərdi evdən istifadə hüququnun tanınması” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Nizami rayonu, A.Manafov küçəsi, ev 24 ünvanına dair evdən istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia ərizəzi onunla əsaslandırmışdır ki, o, vaxtıikən rəhmətlik atası X9 icarədarı olan ünvan 2 mənzildə yaşayır. Hal-hazırda həmin evin icarədarı qardaşı Cavabdehdur. Lakin bütün bunlara baxmayaraq mənzilin icarədarı onu həmin ünvanın qeydiyyatına salmasını müxtəlif bəhanələrlə uzadır. Onun həmin mənzildə 35 il ərzində yaşamasını nəzərə alaraq onun mübahisəli evin istifadə hüququnun tanınması tələbi tam qanunidir. İddiaçı Cavabdeh İddiaçı qarşı “mənzildən çıxarılma” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsi 24 ünvanda zəbt etdiyi mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahi etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən sahəsi 30.0 kv.m. mübahisələndirilən mənzil ilk iddia tələbində qeyd edildiyi kimi fərdi ev deyil, dövlət mənzil fonduna aid olmaqla Bakı şəhəri, MKTD-nə məxsusdur. 19 iyun 1998ci il tarixli 33 nömrəli qərarla ailə üzvlərinin razılığı ilə mənzilin şəxsi hesabı atasının adından dəyişdirilərək onun adına keçirilmişdir. Mənzildə ailə üzvlərinin say çoxluğu baxımından sıxlıq olduğundan ailənin digər üzvləri mənzil növbəsinə dayanmaqla növbəlilik əsasında başqa ünvanlardan mənzil alıb köşmüşlər. Cavabdehlə anası da eyni əsasla İcra Hakimiyyətində mənzil növbəsinə dayanmışlar. 1989-cu ildə anası və cavabdehə birlikdə dövlət mənzil fondundan order əsasında Bakı şəhəri, Babək prospekti, 62 saylı evin 44 saylı 2 otaqlı mənzili verilmişdir. Həmin vaxtdan da cavabdeh anası ilə birlikdə mübahisəli mənzildən qeydiyyatdan çıxmaqla köçüb getmişlər. Bundan sonra da cavabdeh bir neçə dəfə yaşayış yerini dəyişməklə müxtəlif ünvanlarda qeydiyyatda olmaqla yaşamışdır. (Bu faktı təsdiq edən arayışlar qarşılıqlı iddia ərizəsinə əlavə edilir). Mənzildə isə atası, qardaşının ailəsi və onun ailə üzvləri qalıb yaşamaqda davam etmişlər. Kommunal xərclər də onun tərəfindən ödənilmişdir (Bu barədə arayış qarşılıqlı iddia ərizəsinə əlavə edilir). Mənzildən köçüb getdikdən sonra cavabdeh İddiaçı həmin mənzillə heç bir əlaqəsi olmamışdır. Cavabdeh son vaxtlarda atasının yaşadığı otağı ələ keçirmək məqsədi ilə gəlib həmin otaqda onunla birlikdə yaşamağa cəhd göstərsə də atası buna imkan verməmiş, onu mənzilə buraxmamaışdır. Buna görə hətda yaşlı və xəstə olan atasına əl qaldıraraq hörmətsizlik etdiyindən atası onun bu hərəkətlərindən Nizami Rayon Polis İdarəsinə, 25-ci Polis Bölməsinə şikayətlər də etmişdir. Cavabdehin də atasına qarşı şikayətləri olmuşdur. (Bu barədə 25-ci PB-nin məlumatı qarşılıqlı iddia ərizəsinə əlavə edilr). O, isə cavabdehi heç vaxt ailə üzvü kimi qəbul etməmişdir. Cavabdeh deyiləsi mümkün olmayan hərəkətləri ilə dözülməz vəziyyət yaratmış 29.02.2020-ci il tarixdə atası vəfat etmişdir. Bundan sonra həmin otağın açarını götürüb özündə saxlamaqla mənzildə yaşamasa da ara sıra gəlib qonşulara və ailə üzvlərinə qarşı ciddi narahatçılıqlar yaratmaqla hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehə dəfələrlə onun ailə üzvü olmadığını və icarədarı olduğu mənzilə heç bir aidiyyəti və hüququ olmadığını zəbt etməyə cəhd göstərdiyi mənzilin açarını ona qaytarmasını tələb etsə də buna məhəl qoymur. Cavabdeh 1989-cu ildən mənzil alaraq anası ilə birlikdə başqa ünvana köçməklə həmin vaxtdan da mənzilə olan hüququnu itirmişdir. Hazırkı qanunsuz hərəkətləri ilə ailədə dözülməz vəziyyət yaratmışdır. Mənzildən getdiyi 31 il ərzində cavabdeh müxtəlif ünvanlarda bir neçə dəfə mənzil dəyişmişdir. Mübahisələndirdiyi icarədarı olduğu mənzilə heç bir hüququ olmadığı halda qanunsuz yollarla mənzilə istifadə hüququ əldə etməyə çalışaraq 10 nəfərdən ibarət ailəni mənzilsiz qoymağı planlaşdırır. Göründüyü kimi cavabdehin 1989-cu ilədək mübahisəli mənzildən istifadə hüququ olub, həmin vaxt mənzilin icarədarı atası olmuş cavabdeh də onun ailə üzvü olmuşdur. Bundan 10 il sonra yəni 1998-ci il tarixdə ailə üzvlərinin razılığı ilə mənzilin şəxsi hesabı onun adına dəyişdirilmişdir. Cavabdeh onun ailə üzvü olmamışdır. O, mənzilin icaradarı olduqdan sonra da cavabdeh heç vaxt onunla birlikdə mübahisəli mənzildə yaşayıb birgə təsərrüfat aparmamışdır. Cavabdehin mənzilə heç bir hüququ da yoxdur. Cavabdeh 31 il əvvəl daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə köçməklə evdən istifadə hüququnu itirmişdir. Hazırda da mənzildə yaşamır sadəcə atasının vəfat etməsindən istifadə edərək açarı ələ keçirməklə mənzilin bir hissəsini bağlı saxlamaqla zəbt etmişdir. Otağın açarını qaytaracağına söz verib onları aldadaraq vaxt qazanmaqla hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Mən və ailə üzvləri də cavabdehin mənzildə köçüb yaşamasına razı deyillər. Tərəflər arasında münasibətlər 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin qüvvədə olduğu zaman yarandığından mübahisə həmin Məcəllənin müddəalarına uyğun həll edilməlidir. Bakı şəhəri,Xətai rayon MKTB-nin 29 saylı MKİS-nin 07.08.2020-ci il tarixli 262 saylı arayışından da görünür ki,cavabdeh İddiaçı Babək pr., 62 saylı evin 44 saylı mənzilində 16.09.1993-cü ildən 19.08.1997-ci il tarixədək qeydiyyatda olmuşdur. (Arayış qarşılıqlı iddia ərizəsinə əlavə olunur). Mənzilə qeydiyyata gec düşsə də cavabdeh və anasına həmin ünvündakı mənzil sıxlaşdırılmış mənzildən növbəlilik əsasında orderlə verilmişdir və 1989-cu ildən həmin mənzilə köçməklə orada yaşamışdır. Sonradan Bakı şəhəri, Naxçıvanski küçəsi, 79-cu mənzilin 44 saylı mənzilinə köçüb orada yaşamışdır. Bakı şəhəri,Nizami Rayon Mənzil Kommunal Təsərrüfatı birliyinin 84 saylı Mənzil Komunal İstismar Sahəsinin 21.08.2020-ci il tarixli, 441 saylı arayışından görünür ki, İddiaçı Bakı şəhəri Naxçıvanski küçəsi,79 saylı evin 44 saylı mənzilinə 04.08.2006-cı il tarixdə qeydiyyata düşüb, 08.05.2012-ci il tarixdə isə qeydiyyatdan çıxmışdır. (Arayış qarşılıqlı iddia ərizəsinə əlavə olunur). Göründüyü kimi cavabdeh mübahisəli ünvandan köçüb getdikdən sonra bir neçə dəfə yeni mənzil əldə edib bir müddət həmin ünvanlarda yaşayıb. Hazırda da yaşadığı mənzildən qeydiyyatdan çıxmaqla 31 il əvvəl qeydiyyatdan çıxıb getdiyi icarədarı olduğu mənzildən bu üsulla mənzil əldə etmək istəyir. Bu məqsədlə də planlı şəkildə yaşadığı mənzildən formal olaraq qeydiyyatdan çıxmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfat Departamentinin 1 saylı Xüsusi təyinatlı MKTB-nin 120 saylı MKİS- nin təsdiq etdiyi 24.06.2020-ci il tarixli aktında da qeyd edilmişdir ki, İddiaçı 1989-cu ildən yeni mənzil alması ilə əlaqadar gedib bu günədək Azər Manafov 24-də yaşamamışdır. Həmçinin də MKTB-nin arayışından da görünür ki, Mənzil Bakı şəhəri,MKTB-nə məxsusdur, icarədarı isə o olmaqla mənzildə 10 nəfərdən ibarət qeydiyyatda olan ailə üzvləri yaşayır. Cavabdehin mübahisəli mənzildə yaşamadığını həmin mənzildən növbəlilik əsasında mənzillə təmin edilərək 1989-cu ildən həmişəlik başqa mənzilə köçüb getməsini və həmin vaxtdan da mübahisəli mənzillə heç bir əlaqəsinin olmadığını bütün qonşular da təsdiq edə bilərlər. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia təlbini müdafiə edib, ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq qeyd etdi ki, 1985-ci ildən orada yaşayır. Onun hüquqları pozulur. Onun yaşamağa yeri yoxdur. Göstərdiklərinin nəzərə alınmasını ilkin iddianın təmin edilməsini qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında ilkin iddiaçının nümayəndəsi X20 ilkin iddia ərizəsini müdafiə edib, ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verdi və ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında ilkin iddiaçının vəkili və nümayəndəsi Vəkil2 ilkin iddia ərizəsini müdafiə edib, qarşılıqlı iddianı qəbul etmədiklərini bildirdi. İlkin iddia ərizəsinin məzmununa uyğun izahat verdi və ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. O həmçinin bildirdi ki Sevinc mübahisəli həyətdə yerləşən tikilidə yaşayır. Onun başqa yaşayış yeri yoxdur. Məhkəmə iclasında qarşılıqlı iddiaçının nümayəndəsi X18 ilkin iddianı qəbul etmədiklərini, qarşılıqlı iddianı müdafiə etdiklərini bildirdi. Qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında X6 şahid qsimində ifadə verərək göstərmişdir ki, İddiaçı uşaq vaxtı orada yaşamışdır. Lakin uzun müddət idi ki, Sevinc orada yaşamamışdır. Atası Adillə anası ayrıldıqdan sonra o anası ilə başqa yerə köçmüşdür. O, qonşularla mübahisə edir. Rəhmətlik atası ilə də mübahisələri çox düşürdü. Məhkəmə iclasında X4 şahid qsimində ifadə verərək şahid X2 ifadəsinə uyğun izahat vermişdir. O həmçinin bildirmişdir ki, Sevinc hamı ilə mübahisə etdiyi üçün qonşular onun mübahisəli evə köçməsini istəmirlər. Məhkəmə iclasında qarşılıqlı iddiaçının vəkili Vəkil1 ilkin iddianı qəbul etmədiklərini, qarşılıqlı iddianı müdafiə etdiklərini bildirdi. O, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq qeyd etdi ki, ilkin iddiaçı həmin sahədə yaşamır. Oraya gətirib dovşanlar salıb, dovşanlar yaşayır həmin sahədə. Qeyd olunnaların nəzərə alınmasını, ilkin iddianın rədd olunmsaını və qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. O həmçinin bildirdi ki, Sevinc anası ilə Babək prospektində başqa yaşayış yeri əldə edərək mübahisəli evdən köçmüşdür. Onun köçdüyü evi anası bacısı Sevdaya, Sevda isə öz növbəsində evi öz qızı Əliyeva Fərqanəyə bağışlamışdır. Beləliklə Sevda öz bacısını yaşadığı yerdən məhrum etmiş və hazırda onu istifadə hüququnu illər öncə itirdiyi evə köçürməyə cəhd edir. Sevinc Babək prospektində yaşamışdır. O sonra Nizami rayonunda Naxçivanski Prospektində qeydiyyatda olmaqla yaşamışdır. Sevinc hazırda polisin inzibati binasında qeydiyyatdadır. Məhkəmə iclasda iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, ilkin iddia rədd edilməli, qarşılıqlı iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İİ 071836 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 29 fevral 2020-ci il tarixdə ölmüşdür. - 120 saylı MKİS tərəfindən verilmiş 22 may 2020-ci il tarixli, 305 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 2 ünvanda 1985-ci il tarixdə pasport qeydiyyatında olub. Hazırda həmin ünvanda qeydiyyatsız yaşayır. - 120 saylı MKİS tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh 1980-ci il tarixdə qeydiyyata alınmaqla ünvan 2 ünvanında yaşayır. Onunla bərabər mənzildə, həyat yoldaşı, övladları, qardaşı arvadı və qardaşının övladları qeydiyyatdadır. - 24 iyun 2020-ci il tarixdə qonşular X3, X6, X16 tərəfindən tərtib edilərək təsdiq edilmiş Aktdan görünür ki, onlar İddiaçı 1989-cu il tarixdən ünvan 2 ünvanında yaşamadığını bildirmişlər. - “Azərneftyağ” İB-nin 19 iyun 1998-ci il tarixli, 33 nömrəli qərarının surətindən görünür ki, ünvan 2 ünvanı üzrə şəxsi hesab Cavabdeh adına keçirilmişdir. - 29 saylı MKİS tərəfindən verilmiş 07 avqust 2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı 16.09.1993-cü il tarixdən 19.08.1997-ci il tarixədək Babək prospekti 62 saylı evin 44 nömrəli mənzilində qeydiyyatda olmuşdur. - 84 saylı MKİS tərəfindən verilmiş 21 avqust 2020-ci il tarixli arayışdan görünür ki , Dadaşova X1, ev 79 mənzil 44 ünvanına 04 avqust 2006-cı il tarixdə qeydiyyata düşmüş, 08.05.2012-ci il tarixdə qeydiyatdan çıxmışdır. - ƏMDK yanında DƏDRXin 1 saylı Bakı ərazi İdarəsi tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmiş 27 noyabr 2020-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospəkti, ev 62, 44 saylı mənzil 039872 nömrəli, 15.02.1990cı il tarixli orderə, 9 nömrəli, 27.08.1997-ci il tarixli Forma 2 arayışına əsasən ilkin olaraq 03.03.1998-ci il tarixində X5 adına qeydiyyatdan keçmişdir; Bakı şəhəri 18 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş, 29.09.2000-ci il il tarixli, 3M-01-78 reyestr nömrəli mənzil bağışlama müqaviləsinə əsasən 06.12.2000-ci il tarixində X15 adına qeydiyyatdan keçmişdir; Bakı şəhəri 18 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş, 15.03.2008-ci il tarixli, 4Ə-02-223 reyestr nömrəli mənzil bağışlama müqaviləsinə əsasən 07.05.2008-ci il tarixində X10 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. - İş materiallarında olan 039872 saylı orderin surətindən görünür ki, X7 verilmiş Bakı şəhəri, Xətai rayonu, Babək prospəkti, ev 62, 44 saylı mənzilə dair orderdə onun ailə tərkibinə 1967-ci il təvəllüdlü İddiaçı da daxildir. Məhkəmə ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mübahisənin yaranlığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddibüluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinin tələbinə görə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında göstərilmişdir ki, Mənzil Məcəlləsinin 60- cı maddəsinin 1-ci hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, həmin Məcəllənin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlanndan məhrum etmir. Həmin qərarda həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat 5 digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd olunan qərarına görə yaşayış sahəsinə olan hüquqlarından məhrum edilməsi yalnız iki haldan biri mövcud olduqda: birincisi, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və digər qanunvericilik aktlarında göstərilən əsaslarla, yəni şəxs daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya daimi yaşamaq üçün həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə və ikincisi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunduqda mümkündür. “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli, 2 saylı qərarının 9-cu bəndində isə qeyd olunur ki, kirayəçinin və ya onun ailə üzvlərinin daimi yaşamaq üçün başqa yerə getmələri ilə əlaqədar kirayə müqaviləsinin ləğv edilməsinə dair mübahisəni həll edərkən məhkəmə kirayəçinin başqa yerə köçməsini və ya həmin yaşayış məntəqəsinin başqa yaşayış sahəsinə köçməsini sübut edən sənədləri tələb etməyə borcludur. Belə sübutlara yaşayış sahəsindən qeydiyyatdan çıxmağa, iş yerindən çıxıb yeni yaşayış sahəsində işə düzəlməyə, yeni iş yerindən mənzillə təmin edilməyə və sair sənədlər aid ola bilər. Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən belə hallarda yaşayış sahəsinin kirayə müqaviləsi kirayəçinin və onun ailə üzvlərinin başqa yerə köçdükləri gündən pozulmuş hesab edilir. Yuxarıda qeyd olunan maddi normaların məzmunundan görünür ki, icarədarın ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, İddiaçı, Cavabdeh sahibliyində olan yaşayış sahəsindən daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmüşdür. Belə ki, mübahisəli ünvan 2 ünavnda yerləşən yaşayış sahəsi tərəflərin atası olan X11 verilmişdir. İddiaçı 1985-ci il tarixdə həmin ünvanda qeydiyyatda olmaqla yaşamışdır. 1989-cu il tarixdən isə İddiaçı həmin yaşayış sahəsini tərk etmiş və daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmüşdür. İş materiallarında olan 29 saylı MKİS tərəfindən verilmiş 07 avqust 2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı 16.09.1993-cü il tarixdən 19.08.1997-ci il tarixədək, anası X7 məxsus olan Babək prospekti 62 saylı evin 44 nömrəli mənzilində qeydiyyatda olmuşdur. Həmin mənzilə dair orderdə o ailə üzvü kimi qeyd edilmişdir. 84 saylı MKİS tərəfindən verilmiş 21 avqust 2020-ci il tarixli arayışdan görünür ki , Dadaşova X1, ev 79 mənzil 44 ünvanına 04 avqust 2006-cı il tarixdə qeydiyyata düşmüş, 08.05.2012-ci il tarixdə qeydiyatdan çıxmışdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, İddiaçı mübahisəli ünvan 2 ünvanındakı yaşayış sahəsini tərk etdikdən sonra, yəni 19 iyun 1998-ci il tarixdə “Azərneftyağ” İB-nin 33 nömrəli qərarı ilə, ünvan 2 ünvanı üzrə şəxsi hesab Cavabdeh adına keçirilmişdir. Göründüyü kimi, iş materiallarında olan sənədlərlə İddiaçı, Cavabdeh sahibliyində olan yaşayış sahəsindən daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsi sübut olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı qıznın Cavabdeh qarşı "Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsində yerləşən 24 saylı evdən istifadə hüququnun tanınması" barədə ilkin iddiası rədd edilməli, qarşılıqlı iddia təmin edilməli, İddiaçı qız ünvan 4 ünvandan zəbt etdiyi mənzildən çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilkin iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu ilkin iddiaçıya, qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı qıznın Cavabdeh qarşı "Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsində yerləşən 24 saylı evdən istifadə hüququnun tanınması" barədə ilkin iddiası rədd edilsin. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı qız ünvan 4 ünvandan zəbt etdiyi mənzildən çıxarılsın. İlkin iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu İddiaçı, qarşılıqlı iddia ərizəsi veriərkən ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar