Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2624/2021 04.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 14 avqust 2019-cu il tarixli kredit müqaviləsinə əsasən Nikoyl İKB ASC-dən illik 1%(bir) faizlə 60 ay müddətinə 1853,71 AZN kredit götürmüşdür. 08 aprel 2021-ci ilədək Cavabdeh banka 14 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1948,69 AZN əsas borc, 31,18 AZN faiz borcu, 155,97 AZN cərimə və kredit müqaviləsi üzrə 08 aprel 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 faizlə hesablanmış 72,55 AZN məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 2208,39 AZN borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Cavabdeh ‘‘Yelo Bank" ASC-nin xeyrinə 1 4 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1948,69 AZN əsas borc, 31,18 AZN faiz borcu, 155,97 AZN cərimə və kredit müqaviləsi üzrə 08 aprel 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 faizlə hesablanmış 72.55 AZN məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 2208,39 AZN borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan 14 avqust 2019-cu il tarixli 15-Y-3-0-563-15 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh Nikoyl İKB ASC-dən illik 1(bir) faizlə 60 ay müddətinə 1948.69 manat kredit götürmüşdür. İş materiallarında olan 14.08.2019-cu il tarixli problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtlərinə əsasən Cavabdeh 1948.69 manat kredit məbləğini 5 il müddətinə illik 1 faiz ödəmək şərtilə 1 il güzəşt müddəti olmaqla müqavilə bağlanmışdır. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh 60 ay müddətinə illik 1 (bir) faiz dərəcəsi ilə 1948.69 manat krediti hər ayın 14-dən gec olmayaraq ilk 12 ayı 1.62 manat, qalan 8 ayı isə aylıq 41.43 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC-nin 02.03.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 14 avqust 2019-cu il tarixli 15- Y-3-0-563-15 saylı kredit müqaviləsinə əsasən illik 1(bir) faiz olmaqla 60 ay müddətinə verilmiş kredit üzrə yaranmış 1948,69 manat məbləğində borcun ödənilməsi barədə xəbərdar olunmuş, əks təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İş materiallarında olan 08.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 14 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə 08.04.2021-ci il tarixə İddiaçı ASC-yə 1948,69 AZN əsas borc, 31,18 AZN faiz borcu, 155,97 AZN cərimə və kredit müqaviləsi üzrə 08 aprel 2021 il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 faizlə hesablanmış 72.55 AZN məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 2208,39 AZN borcu vardır. İş materiallarında olan 03.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki,- Cavabdeh 14 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə 03.08.2021-ci il tarixə İddiaçı ASC-yə 1948,69 AZN əsas borc, 37,47 AZN faiz borcu, 356.3 AZN cərimə və kredit müqaviləsi üzrə 03.08.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 faizlə hesablanmış 0 AZN məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 2342.46 AZN borcu vardır. İş materiallarında olan 09.04.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Vergilər Nazirliyinin Milli Gəlirlər İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsindən verilmiş notarial qaydada təsdiq olunmuş çıxarışdan görünür ki, "xxxx" İKB ASC-nin adı dəyişdirilmiş və İddiaçı ASC adlandırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, tərəflər arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirərək müqavilədə nəzərdə tutulan məbləğini cavabdehə versə də sonuncu öz öhdəliklərinə əməl etməmiş və layiqincə icra etməmişdir. Belə ki, İddiaçı ASC ilə Cavabdeh Ələddin oğlu arasında bağlanmış 14 avqust 2019cu il tarixli 15-Y-3-0-563-15 nömrəli razılaşmadan görünür ki, cavabdehə aylıq faiz dərəcəsi 1(bir) faiz olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1948.69 (min doqquz yüz qırx səkkiz manat, altmış doqquz qəpik) manat məbləğində kredit verilmişdir. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə onun banka 1948,69 AZN əsas borc, 31,18 AZN faiz borcu, 20 AZN cərimə borcu qalmışdır. Ona görə də iddia əsas borcun və faizlərin tələb olunması hissəsində əsaslıdır. Həmçinin iddia tələbində qeyd olunan 08 aprel 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 faizlə hesablanmış 72,55 AZN məbləğində əldən çıxmış fayda iş materiallarında olan 03.08.2021-ci il tarixli maliyyə arayışında 0 (sıfır) kimi qeyd olunduğundan məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin olunmamalıdır. Tərəflər arasında bağlanmış müqavilə ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da, 14 avqust 2019-cu il tarixli 15-Y-3-0-563-15 nömrəli razılaşma üzrə 356.3 manat məbləğində cərimənin tələb olunması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğu üçün, həmin cərimənin məbləği azadılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, 356.3 manat məbləğində dəbbə pulu azaldılmalı və 20 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 14 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1948,69 AZN əsas borc, 31,18 AZN faiz borcu, 20 AZN cərimə, cəmi 1999,87 (bir min doqquz yüz doxsan doqquz manat, səksən yeddi qəpik) manat borc və 27 (iyirmi) manat ödənilmiş dövlət rüsumu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia tələbi qalan hissədə təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Aşıq Səhmdar Cəmiyyəti ilə 14 avqust 2019-cu il tarixdə baglanmış kredit müqaviləsi üzrə 1948,69 manat əsas, 31,18 manat faiz, 20 manat cərimə, cəmi 1999,87 manat və 27 manat ödənilmiş dövlət rüsumu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 3 manatı iddiaçıya aid edilsin İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-2624/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2624/2021
04.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver