Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2649/2022 21.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun hərəkətləri nəticəsində ona dəymiş 2790 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun işlədiyi mağazaya 2021-ci ildə gələrək “Macbook 13 Pro” markalı macbokunu satmağı təklif etmiş və o da təklifi qəbul edərək onun macbokunu 1950 manata almışdır. Daha sonra o, tanışı X7 həmin macboku 2400 manata satmışdır. Cavabdehdən aldığı məhsulu öz, aralarında cavabdehin şəxsiyyət vəsiqəsi əsasında reallaşdırmışlar. Bir müddət sonra Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin əməkdaşları onu polis bölməsinə dəvət etmiş və nəticədə polis araşdırması nəticəsində onun cavabdehdən aldığı macbookun oğurluq olması məlum olmuşdur. Polis bölməsində izahatı alınmış cavabdeh macboku tanışı olan Sabir adlı şəxsin macboku satmaq təklifi əsasında ona 1950 manata satmasını etiraf etmişdir. Macbook istintaq orqanı tərəfindən alınaraq sahibinə qaytarılmışdır. xx.xx.2021-ci il tarixli Bakı şəhəri Yasamal rayonu Polis İdarəsi tərəfindən ünvanına “cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında” qərarın qəbul edilməsi barədə rəsmi məktub göndərilmişdir. Daha sonra tanışı X8 ona qarşı “dəymiş maddi ziyanın ödənilməsi” ilə bağlı iddia qaldırmış və nəticədə 2(110)-228/2022 saylı Naxçıvan MR Şərur Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi tam təmin edilmişdir. Onun tərəfindən həmin qətnamə tam şəkildə icra edilmiş və cavabdehin hərəkətləri nəticəsində 2790 manat pul ödənilmişdir. Belə ki, 2515 manat X7 notarial qaydada ödənilmiş, 177 manat icra xərcləri, 50 manat hüquqi yardım (ərizənin tərtibi üçün), 48 manat dövlət rüsumu üçün ödənilməklə, cəmi 2790 manat pul xərclənmişdir. Beləliklə, ona ümümilikdə 2790 manat dəyərində maddi ziyan dəymişdir. Yəni ki, hazırki iddianın predmeti 2790 manat pul vəsaitinin Cavabdeh tələb edilməsidir. Dəymiş maddi ziyan ilə bağlı yeganə sübutu Bakı Şəhəri Yasamal Rayonu Polis İdarəsinin araşdırması nəticəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli, xx.xx.2021-ci il tarixli cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında qərardır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia ərizəsinin təmin edilməsini xahiş etdi. O, əlavə olaraq bildirdi ki, Cavabdeh mağazaya satdığı məhsul ağzı bağlı qutulaşdırılmış halda olduğu üçün heç nədən şübhələnməmiş və həmin malın oğurluq olacağı ağlına gəlməmişdir. Sonradan həmin macbook istintaq orqanı tərəfindən alınaraq sahibinə qaytarılmış, həmin macbooku satdığı X8 ona qarşı iddia qaldıraraq pulunu tələb etmiş və həmin pul da tərəfindən ödənilmişdir. Cavabdeh problemləri çoxdur, borcla bağlı başqa işləri də vardır. Hazırda o, cavabdehdən ona dəymiş ziyanı tələb edir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri barədə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh İddiaçı işlədiyi Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74 ünvanında yerləşən “Pro Mobile” mağazasına gələrək, özünə məxsus olan şəxsiyyət vəsiqəsini təqdim etmiş, özü ilə gətirdiyi “Macbook 13 Pro” markalı macbooku satmaq istədiyini söyləmişdir. Onlar təqdim edilmiş məhsulun qiymətində 1950 manata razılaşmış və Cavabdeh qeyd olunan məbləğdə pul vəsaitini götürərək getmişdir. Bundan bir qədər sonra əvvəldən tanıdığı X8 mağazaya gəlmiş və macbooku almaq istədiyini bildirmiş, iddiaçı da həmin macbooku sonuncuya 2400 manat məbləğə satmışdır. Bütün bunları iddiaçı xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda izahat verərkən bildirmiş və iddiaçının izahatını X8 da izahatı alınan zamanı təsdiq etmişdir. Daha sonra X8 macbooku polis əməkdaşlarına təhvil vermişdir. Həmin qərarda izahatı alınmış Cavabdeh bildirmişdir ki, bir neçə müddətdir ki, tanışları ilə birlikdə dələduzluq yolu ilə müxtəlif əşyalar ələ keçirib onları satmaqla məşğuldurlar. Belə ki, xx.xx.2021-ci il tarixdə saat 21:00 radəbrində tanışı Sabir adlı şəxs onunla əlaqə saxlayıb macbook olduğunu söyləmiş, onu satıb-sata bilməyəcəyini soruşmuşdur. Cavabdeh həmin macbooku sata biləcəyini vəd etmiş və onlar həmin gün saat 22:00 radələrində Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən “Bravo" Supermarketinin yaxınlığında görüşmüş, Sabir adlı şəxs macbooku ona vermişdir. Cavabdeh həmin macbooku xx.xx.2021-ci il tarixdə sat 13:00 radələrində Neftçilər metrostansiyasının yaxınlığında yerləşən mağazalardan birinə 1950 manata satmışdır. O, əldə etdiyi pul vəsaitini bir neçə dəqiqə sonra 8-ci kilometr bazarının yaxınlığında görüşdüyü Sabir adlı şəxsə vermişdir. Sabir adlı şəxs isə həmin pul vəsaitindən 500 manatını Cavabdeh qaytarmışdır. Cavabdeh əldə etdiyi 500 manat məbləğində pul ilə müxtəlif şəxslərə olan borcunu ödəmişdir. Həmin cinayət işi CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən rədd olunmuş və X7 2400 manat pulun tələbinə dair məhkəmə orqanlarına müraciət etmək hüququ izah olunmuşdur. Bundan sonra X1 Məhərrəm Şirin oğluna qarşı məhkəmədə həmin 2400 manat maddi ziyanın, hüquq yardım üçün ödədiyi 70 manat və ödənilmiş 45 manat dövlət rüsumunun İddiaçı alınıb ona ödənilməsi barədə iddia qaldırmış, Naxçıvan MR Şərur Rayon Məhkəməsinin 2(110)-228/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi tam təmin edilmişdir. İddiaçı tərəfindən həmin məbləğ tam şəkildə ödənilmiş və X8 bunu xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizə ilə təsdiq edərək ona dəymiş maddi ziyanın tam olaraq ödənildiyini və İddiaçı heç bir şikayəti, maddi tələbinin olmadığını, gələcəkdə də olmayacağını bildirmişdir. Eyni zamanda həmin tarixdə olan qəbz üzrə iddiaçı tərəfindən icra şöbəsinə 177 manat, xx.xx.2022-ci il tarixli mədaxil qəbz ilə isə hüquqi yardım üçün 50 manat pul vəsaitinin ödənildiyi öz əksini tapmışdır. Hazırda iddiaçı X7 notarial qaydada ödədiyi 2515 manat, icra xərcləri üçün 177 manat, 50 manat hüquqi yardım üçün (ərizənin tərtibi üçün) 48 manat dövlət rüsumu olmaqla cəmi 2790 manat maddi ziyan məbləğini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məhkəmə iddia tələbinə münasibətdə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Mülki iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar üzrə müəyyən olmuşdur ki, Cavabdeh İddiaçı 1950 manat məbləğə satdığı “Macbook 13 Pro” markalı macbooku İddiaçı X7 2400 manat məbləğə satmışdır. Daha sonra həmin mackbook cinayət yolu ilə əldə edildiyi üçün polis əməkdaşları tərəfindən X4 alınmış və ona dəymiş ziyana görə məhkəmədə iddia qaldırmaq hüququ izah olunmuşdur. Həmin qərarda izahatı alınmış Cavabdeh sözügedən mackbooku 1950 manat məbləğə satdığını, dələduzluqla məşğul olduğunu etiraf etmişdir. Daha sonra məhkəmə qətnaməsi ilə X5 xeyrinə iddiaçıdan ona vurulmuş ziyana görə 2400 manat məbləğ tutulmuş və qətnamədə qeyd olunan bütün məbləğlər İddiaçı tərəfindən ödənilmişdir. Həmçinin, xx.xx.2022-ci il tarixli qəbz üzrə iddiaçı tərəfindən icra şöbəsinə 177 manat, xx.xx.2022-ci il tarixli mədaxil qəbz ilə isə hüquqi yardım üçün 50 manat pul vəsaitinin ödənildiyi də öz əksini tapmışdır. Göründüyü kimi, iddiaçıya cavabdehin etdiyi hərəkət nəticəsində maddi ziyan dəymiş və iddiaçı da Azərbaycan Respublikası MM-nin 21.2-ci maddəsi ilə X7 ödədiyi 2515 manat, icra xərcinə görə 177 manat, hüquqi yardım üçün ödədiyi 50 manat və ödənilmiş 48 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2790 manat məbləği cavabdehdən məhkəmə qaydasında tələb edir. Məhkəmə iş materialların əlavə edilmiş sənədlər və qanunvericiliyin yuxarıda qeyd olunan maddələrinə əsasən hesab edir ki, qeyd olunan məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 2790 (iki min yeddi yüz doxsan) manat vəsaitin əvəzi tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 2790 (iki min yeddi yüz doxsan) manat vəsaitin əvəzi tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-2649/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2649/2022
21.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver