Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2651/2022 25.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektron nəzarət vasitəsinin dəyəri olan 1346,03 manat dəyərində vəsaitin alınıb onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 1(008)-217/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Qərarın icrası onlara həvalə edilmiş, xx.xx.2021-ci il tarixdə böyük icra məmuru Ə.Fərzəndov məhkumun iştirakı ilə müvafiq protokol tərtib etmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edilmşdir. Elə həmin gün müvafiq aktla bir ədəd mobil qurğu, bir ədəd mobil qurğunun enerji adapteri, bir ədəd mobil qurğunun enerji toplayıcı kabeli, bir ədəd enerji bankı, bir ədəd sadə elektron qolbağ, bir ədəd qolbaq üçün yükləmə qurğusu, yaddaş kitabçası və 3 ədəd ev siqnal ötürücüsü məhkum hazırki iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqları üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Cavabdehə təhvil verilmiş, bir ədəd mobil qurğu cavabdeh tərəfindən qaytarılmamışdır. Həmçinin cavabdehə bildiriş göndərilərək, ona təhkim olunmuş 01 ədəd mobil qurğunun dəyəri olan 1346,03 ( bir min üç yüz qırx altı manat 03 qəpik) manat pulu təqdim olunmuş müvafiq hesaba ödəmək təklif olunsa da bu günə kimi həmin məbləğ müvafiq bank hesabına ödənilməmişdir. Belə olan halda cavabdehin günahından yəni lazımınca məsuliyyətli olmadığından elektron nəzarət qurğusu qaytarılmamış və onlara maddi ziyan dəymişdir. Nazirliyin verdiyi maliyyə arayışına görə həmin avadanlığın dəyəri 1346,03 manat təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia ərizəsinin təmin edilməsini xahiş etdi. O, əlavə olaraq bildirdi ki, Cavabdeh barəsində qətimkan tədbiri olduğu üçün hal-hazırda 3 saylı istintaq Təcridxanasındadır. Cavabdeh üzərində olan elektron nəzarət vasitəsini bir neçə dəfə yoxlamışlar və heç bir nasazlıq mövcud olmamışdır. Bundan başqa Cavabdeh elektron nəzarət qurğusunu qaytarmamışdır Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri barədə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 1(008)-217/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən Cavabdeh Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən cinayət əməlini törətməkdə təqsirli bilinmiş, təqsirləndirilən şəxs Cavabdeh 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, təqsirləndirilən şəxs Cavabdeh xx.xx.2020-ci il tarixdən xx.xx.2020ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlandığı 02 (iki) gün müddətin nəzərə alınması, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 04 (dörd) gün hesablanaraq təyin olunmuş cəzadan çıxılaraq təqsirləndirilən şəxs Cavabdeh üzərində qəti olaraq 01 (bir) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması hökm edilmişdir. Qərarın icrası İddiaçınə həvalə edilmiş, xx.xx.2021-ci il tarixdə böyük icra məmuru Ə.Fərzəndov məhkumun iştirakı ilə “Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi” barədə protokol tərtib etmiş və Cavabdeh üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət mobil qurğunun enerji adapteri, mobil qurğunun enerji toplayıcı kabeli, enerji bankı, sadə elektron qolbağ, qolbaq üçün yükləmə qurğusu və 3 ədəd ev siqnal ötürücüsünə təhkim edilmiş, bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqları üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Həmin tarixdə mərhumun həyat yoldaşı və böyük icra məmuru Ə.Fərzəndov tərəfindən tərtib edilmiş akt ilə də müəyyən olunmuşdur ki, məhkum Cavabdeh tətbiq edilmiş “Şans” markalı elektron nəzarət vasitəsinə aid 3 ədəd ev siqnal ötürücüsü məhkumun həyat yoldaşından təhvil alınmış, təhvil alınan zaman elektron nəzarət vasitəsinə baxış keçirilərkə gözlə görüləcək heç bir nasazlıq aşkar edilməmişdir. xx.xx.2021-ci il tarixli iltizamdan görünür ki, cavabdehə təhkim edilmiş 2590 saylı komplekti zədələdikdə, korladıqda barəsində qanunamüvafiq tədbirlər görüləcəyi ona izah edilmiş və o da onları qəbul etmişdir. İddiaçı Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli bildiriş ilə cavabdehə təhkim olunmuş nəzarət qurğusu qaytarılmadığı üçün onun dəyəri olan 1346,03 manat pulu ödəməsi tələb olunmuş, mobil qurğunun dəyəri Cavabdeh tərəfindən könüllü olaraq ödənilmədiyi halda həmin pulun ondan məcburi tutulması üçün məhkəməyə müraciət olunması bildirilmişdir. Lakin, cavabdehə təhvil verilmiş, bir ədəd mobil qurğu onun tərəfindən qaytarılmamışdır. Ədliyyə Nazirliyinin verdiyi maliyyə arayışına görə həmin avadanlığın dəyəri 1346,03 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə qeyd edir ki, Cavabdeh Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Sabunçu rayon Məhkəməsinin 1(008)-217/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə 01 (bir) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, hökmün icrası İddiaçınə həvalə edilmişdir. İddiaçı tərəfindən cavabdehə həvalə edilmiş qurğular barədə cavabdeh kifayət qədər məlumatlandırılmış, cavabdehə bu avadanlıqları üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmiş və Cavabdeh öz imzası ilə bununla bağlı tərtib olunmuş iltizamı imzalayaraq bütün bunları qəbul etmişdir. Lakin, cavabdeh ona həvalə edilmiş 1346,03 manat dəyərində 01 ədəd mobil qurğunu iddiaçıya həvalə etməmiş, eyni zamanda onun dəyərini ödəməmişdir. Buna görə də iddiaçı həmin qurğunun dəyərini tələb edərək məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, cavabdeh məsuliyyəti öz üzərinə götürdüyündən həmin məbləği ödəməlidir. Beləliklə, işin materiallarına əlavə olunmuş sənədlər və sübutlardan da görünür ki, cavabdehin iddiaçıya 1346,03 manat məbləğində maddi ziyan vurduğu bilavasitə Cavabdeh tərəfindən verilmiş yazılı iltizam və protokollarla təsdiq edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, elektron mobil nəzarət qurğusunun 1346,03 manat dəyərində vəsaiti Cavabdeh alınıb iddiaçıya verilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci və 9.4-cü maddələrinə əsasən məhkəmə hesab edir ki, İddiaçı dövlət rüsumundan azad olduğu üçün 33,46 manat dövlət rüsumu Cavabdeh tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 1346,03 manat məbləğində vəsait tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1346,03 manat məbləğində vəsait tutularaq İddiaçınə ödənilsin. Cavabdeh 33,46 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-2651/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2651/2022
25.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver