Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2661/2021 25.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Fikrət Xasay oğlu Mirzəyevin sədrliyi Məsləhətçi Ramil Firdun oğlu Qurbanovun katibliyi İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Babək rayon məhkəməsinin 06 iyun 2016-cı il tarixli, 2(079)-187/2016 saylı qətnaməsinə əsasən Azərbaycan Respublikası Babək rayon məhkəməsinin 04 sentyabr 2015-ci il tarixli, 2(079)-326/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilmiş və Cavabdeh hər ay 120 manat miqdarında sabit pul məbləğində alimentin alınıb 06 iyul 2009-cu il tarixdə doğulmuş Tağıyeva Ellada Seymur qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı verilməsi qət edilmişdir. Cavavdeh tərəfindən ödənilən 120 manat miqdarındakı aliment məbləği uşağın saxlanılması üçün yetərli deyildir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Babək rayon məhkəməsinin 06 iyun 2016-cı il tarixli, 2(079)-187/2016 saylı qətnaməsinə əsasən Cavabdeh iddiaçının xeyrinə tutulan alimentin artırılması,Cavabdeh tərəflərin birgə nikahından doğulmuş 06 iyul 2009-cu il təvəllüdlü Tağıyeva Ellada Seymur qızının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunmasına baxmayaraq məhkəməyə gəlməmiş, teleqram göndərərək, bildirmişdir ki, səhhətində ciddi problemlər var. Buna görə də məhkəmədə iştirak edə bilmir. O tək anadır. Qızını böyütmək üçün maddi sıxıntıları çox olur. Qızının atası illərdi ona təyin olunan alimentdən başqa heç bir maddi köməklik göstərmir.Alimenti də ona görə ödəyir ki, məsuliyyətə cəlb olunmasın. İşə onun iştirakı olmadan baxılması, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşağın mənafeyini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan AZ-İİ seriyalı 334458 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından 06 iyul 2009-cu il təvəllüdlü Tağıyeva Ellada Seymur qızı anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı 167829 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasındakı nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında aklt qeydləri kitabında 02.07.2013-cü il tarixdə 06 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Babək rayon Məhkəməsinin 06 iyun 2016-cı il tarixli, 2(079)-187/2016 saylı qətnaməsinin surətindən görünür ki, Azərbaycan Respublikası Babək rayon Məhkəməsinin 04 sentyabr 2015-ci il tarixli, 2(079)-326/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilmiş və Cavabdeh hər ay 120 manat miqdarında sabit pul məbləğində alimentin alınıb 06 iyul 2009-cu il tarixdə doğulmuş Tağıyeva Ellada Seymur qızının yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı verilməsi qət edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 (yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Babək rayon Məhkəməsinin 06 iyun 2016-cı il tarixli, 2(079)-187/2016 saylı qətnaməsi ilə Azərbaycan Respublikası Babək rayon məhkəməsinin 04 sentyabr 2015-ci il tarixli, 2(079)-326/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilmiş və Cavabdeh hər ay 120 manat miqdarında sabit pul məbləğində alimentin alınıb 06 iyul 2009-cu il tarixdə doğulmuş Tağıyeva Ellada Seymur qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə yetkinlik yaşına çatmayanlar üçün 2021-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddia təmin edilməli, birgə nikahdan anadan olmuş uşağın saxlanılması üçün cavabdehdən hər ay iddiaçının xeyrinə tutulmalı olan alimentin miqdarı 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Naxçıvan MR-nın Babək rayon məhkəməsinin 06 iyun 2016-cı il tarixli, 2(079)- 187/2016 saylı qətnaməsinə əsasən Cavabdeh iddiaçının xeyrinə tutulan aliment artırılsın, Cavabdeh tərəflərin birgə nikahından doğulmuş 06 iyul 2009-cu il təvəllüdlü Tağıyeva Ellada Seymur qızının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin artırılmış miqdarının tutulmasına qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-2661/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2661/2021
25.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver