Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2673/2021 25.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 16.07.2019-cu il tarixli 136313-1-17079/1 saylı kredit müqaviləsinə əsasən 06.05.2021-ci il tarixə 1662.30 manat məbləğində əsas borc, 3,68 məbləğində faiz borcu ümumilikdə isə 1665.98 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank) ilə Cavabdeh (bundan sonra mətndə T.S Mahmudov) arasında bağlanmış 28.10.2014-cü il tarixli 136313-CNS-12061 saylı kredit müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədi ilə illik 22 (iyirmi iki) faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə 3200 ABŞ dolları məbləğində kredit verilmişdir. Sonradan, 24.06.2015-cı il tarixi 136313-1-17079 saylı kredit müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədilə illik 22 (iyirmi iki) faiz hesablanması şərti ilə 50 (əlli) ay müddətinə 2938 ABŞ dolları məbləğində kredit verilmişdir. Azərbaycan Respublikasında fiziki şəxslərin problemi kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən, 24.06.2015-ci il tarixli 136313-1-17079 saylı müqavilə üzrə kredit borcu 16.07.2019-cu il tarixdə restrukturizasiya olunmuşdur. Müqaviləyə əsasən kredit məbləği 1794,13 (min yeddi yüz doxsan dörd 13) manat illik 1% (bır faiz) dərəcəsi ilə 60 (altmış) ay müddətinə verilmişdir (uzadılmışdır). Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəlikləri 16.11.2020-ci il tarixdən icra etməmiş və nəticəsində cavabdehin Banka 1662,30 (min altı yüz altmış iki.30) manat məbləğində əsas borc. 3.68 (üç,08) məbləğində faiz borcu ümumilikdə isə 1665,98 (min altı yüz altmış beş.98) manat məbləğində borcu qalmışdır. Borc üzrə cərimə tətbiq edilməmişdir Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işə əlavə olunmuş İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 24.06.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh 50 ay müddətində, illik 22 faiz ödəmək şərti ilə 2938 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh isə müəyyən olunmuş müddət ərzində kreditin borcunun müqavilənin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 28.10.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh 36 ay müddətində, illik 22 faiz ödəmək şərti ilə 3200 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh isə müəyyən olunmuş müddət ərzində kreditin borcunun müqavilənin şərtlərinə uyğun vaxtlıvaxtında ödənilməsini öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 16.07.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, 136313-1-17079/1 saylı kredit müqaviləsi restrukturizasiya edilmişdir. Bank tərəfindən Cavabdeh 60 ay müddətində, illik 1 faiz ödəmək şərti ilə 1794.13 məbləğində kredit verilmişdir. Cavabdeh isə müəyyən olunmuş müddət ərzində kreditin borcunun müqavilənin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş İddiaçı ASC-nin 06 may 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 16.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə əsas məbləğ üzrə 1662.30 manat, faiz borcu üzrə 3.68 manat olmaqla, ümumilikdə 1665.98 manat borcu vardır. İşə əlavə olunmuş 17 may 2021-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı ASC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Qeyd edilənlərlə müəyyən olundu ki, cavabdeh iddiaçı ilə bağladığı 16.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti borcunu ödəməmiş, kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməmişdir Beləliklə, məhkəmə göstərilənləri nəzərə alaraq, hesab edir ki, iddia tələbi əsaslı hesab edildiyindən təmin edilməlidir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 16.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə 1662.30 manat əsas borc, 3.68 manat faiz borcu olmaqla, cəmi 1665.98 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-2673/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2673/2021
25.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver