Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2681/2021 12.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X3 Mirzəyevin sədrliyi, X1 Qurbanovun katibliyi, İddiaçı İstafil oğlunun vəkili-nümayəndəsi sgəndərov Fərman Məmmədtağı oğlunun, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı İstafil oğlunun cavabdeh Bakı Şəhəri Mənzil Kommunal Təsərrüfat Departamentinin 1 Saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinə qarşı mənzilə istifadə hüqunun tanınması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı İstafil oğlu cavabdeh Bakı Şəhəri Mənzil Kommunal Təsərrüfat Departamentinin 1 Saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinə qarşı mənzilə istifadə hüqunun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini onunla əsaslandırdı ki, İddiaçı İstafil oğlu 2008-ci ildən ünvan 1 ünvanda qeydiyyatsız yaşayır. Onun başqa yaşayış yeri olmadığı üçün burada yaşamaq məcburiyyətində olub. Bina əvvəllər Sosial İnkişaf İdarəsinin hazırda isə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfat Departamenti 1 Saylı Xüsusi Təyintalı Mənzil Kommunal Təsərrüfat Birliyinin balansındadır. İddiaçının dəfələrlə yaşadığı mənzilə qeydiyyata alınması və müvafiq sənədlərin verilməsi barədə müraciətinə cavabdeh etinasız yanaşıb və ya ona imtina edib. İddiaçıya yaşadığı mənzilə ancaq məhkəmə yolu ilə qeydiyyata düşə biləcəyini bildiriblər. Mənzilin kommunal xərclərini özü ödəyir. Bundan əlavə mənzilə elektrik enerjisi,qaz və su sayğacları qoyulub ki, onlar da iddiaçının adınadır. Yəni 2008-ci ildən mənzilə sahiblik və istifadə hüququnu həyata keçirir. Uzun müddətdər ki, yaşadığı mənzilin bütün kommunal xərclərini ödəyib. Mənzil kommunal şəraitlidir, arxitektura və memarlıq qaydalarının tələblərinə tam cavab verir. Yaşadığı müddət ərzində yaşayış sahəsini cari və əsaslı təmir etdirib, oranın kommunal xidmətlər haqqını vaxtı-vaxtında ödəməklə, yaşayış sahəsindən açıq, fasiləsiz və vicdanla istifadə edib. Həmin ev memarlıq baxımından mümkündür, digər binalara, qurğulara və kommunikasiya xətlərinə heç bir maneçilik törətmir. Başqa yaşayış yeri yoxdur və hesab edir ki, uzun müddət yaşayış sahəsindən istifadə etdiyi tarixdən Bakı şəhəri Nizami rayonu Şirin mirzəyev küçəsi ev 79, 18A saylı mənzilinə pasport qeydiyyatına alınmalıdır və onunla icarə müqaviləsi bağlanmalıdır. Hazırda qeydiyyatı olmadığı üçün yaşadığı mənzilə dair hüquq və vəzifələrinin yerinə yetirməsi ilə əlaqədar bir sıra çətinliklər yaranır. Bir vətəndaş kimi ölkədə keçiriləcək seçkilərdə iştirak etmək istəyir.Qeyd olunanlara əsasən onun Bakı şəhəri Nizami Rayonu Şirin Mirzəyev küçəsi 79 saylı evin İddiaçı İstafil oğlu 19A saylı mənzilnə istifadə hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı Şəhəri Mənzil Kommunal Təsərrüfat Departamentinin 1 Saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin nümayəndəsi Nümayəndə iddianı qəbul etdiyini və təmin olunması barədə qətnamə qəbul olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı İstafil oğlu xx.xx.1973-cü il tarixdə Azərbaycan Respublikası Naxçıvan MR Şərur rayonunun Qarxun kəndində anadan olmuşdur. 141 Saylı MKİS-dən verilmiş 397 saylı 20 may 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı İstafil oğlu Bakı şəhəri Nizami Rayonu Şirin Mirzəyev küçəsi 79 saylı evin 18A saylı mənzilində qeydiyyatsız yaşayır. Su təchizatı və tullantı suların axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilənin məzmunundan görünür ki, Nizami Rayon Sukanal İdarəsi Bakı şəhəri Nizami Rayonu Şirin Mirzəyev küçəsi 79 saylı evin 18A saylı mənzilnin su təchizatının və digər xidmətlərin təmin olunması ilə bağlı İddiaçı İstafil oğlu ilə razılığa gəlmişlər. Qaz paylayıcısı ilə məişət qaz quröusu istifadəçisi arasında qazın alqı-satqısına dair müqavilədən görünür ki “Azəriqaz” İB Bakı şəhəri Nizami Rayonu Şirin Mirzəyev küçəsi 79 saylı evin 18A saylı mənzilnin qaz təchizatının təmin olunması ilə bağlı İddiaçı İstafil oğlu ilə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıda sadalanan maddələrinə əsasən: 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İşin hallarından görünür ki, iddiaçı Bakı şəhəri Nizami rayonu Şirin mirzəyev küçəsi ev 79, 18 A saylı mənzilindən uzun müddətdir ki,faktiki olaraq istifadə etməklə həmin mənzilə sahiblik edərək orada yaşayır və istifadə etdiyi kommunal xidmətlərə görə müvafiq ödənişlər edir.Mənzil 2012-ci ildən cavabdeh Bakı Şəhəri Mənzil Kommunal Təsərrüfat Departamentinin 1 Saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin balansındadır.Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi iddianı etiraf edir.Məhkəmə hesab edir ki,cavabdehin iddianı etiraf etməsi 3-cü şəxslərin qanunla qorunan maraqlarına toxunmur. Məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb, sübutlara qiymət verərək və cavabdehin iddianı etiraf etdiyini nəzərə alaraq hesab edir ki,iddia təmin olunmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı İstafil oğlunun Bakı şəhəri Nizami Rayonu Şirin Mirzəyev küçəsindəki 79 saylı evin 18A saylı mənzilnə istifadə hüququ tanınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-2681/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2681/2021
12.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver