Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2684/2020 20.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami rayon məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 26 noyabr 2014-cü il tarixli, 7190tkSTB2/14 saylı kredit müqaviləyə əsasən bank tərəfindən cavabdehə istehlak məqsədləri üçün 84 ay müddətinə, illik 26% ödəmək şərti ilə, 2500 manat məbləğində kredit verilmişdir. Müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri Cavabdeh yerinə yetirməmiş və onun 27 avqust 2020-ci il tarixinə banka 566.68 manat əsas borcu, 75.39 manat faiz borcu və 0.23 manat cərimə olmaqla, cəmi 642.30 manat məbləğində borcu qalmışdır. Həmin borcun və ödənilmiş 30 manat dövlət rüsümünün əvəzini cavabdehdən İddiaçı "xxxx" KB ASC –nin xeyrinə tutulması haqqında qətnamə qəbul edilməsinin məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işə əlavə olunmuş, 26 noyabr 2014-cü il tarixli, 7190tkSTB2/14 saylı müqavilədən görünür ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə istehlak məqsədləri üçün 84 ay müddətinə illik 25% ödəmək şərti ilə, 2500 manat məbləğində kredit verilmişdir. İşdə olan 26 noyabr 2014-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh həmin tarixdə iddiaçı "xxxx" KB ASC-dən 2500 manat məbləğində vəsait götürmüşdür. İşə əlavə edilmiş ödəmə cədvəli və maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nə 566.68 manat əsas borcu, 75.39 manat faiz borcu və 0,23 manat cərimə olmaqla, cəmi 642.30 manat məbləğində borcu qalmışdır. İşə əlavə edilmiş bildirişlərdən (pretenziya) görünür ki, iddiaçı "xxxx" KB ASC tərəfindən Cavabdeh onun banka borcu qaldığı barədə məlumat verilərək, həmin borcun banka ödənilmədiyi halda, cavabdehin barəsində müvafiq tədbirlərin görülməsi haqqında cavabdeh xəbərdarlıq edilmişdir. İşə əlavə edilmiş 648843332 nömrəli ödəmə qəbzindən görünür ki, iddiaçı "xxxx" KB ASC tərəfindən məhkəməyə iddia verilməsindən ötrü nəzərdə tutulan 30 manat dövlət rüsümü ödənilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsindən verilmiş 25 avqust 2020-ci il tarixli arayışından görünür ki, xx xxxxxx 1954-cü il təvəllüdlü Cavabdeh ünvan 1ünvanda qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Qeyd edilənlərlə müəyyən olundu ki, cavabdeh iddiaçı ilə bağladığı 26 noyabr 2014-cü il tarixli müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə əməl etməmiş, müəyyən edildiyi müddətdə borcu ödəməmiş, kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməmişdir, hansı ki, o, iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216- 220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 26 noyabr 2014-cü il tarixli, 7190tkSTB2/14 saylı müqavilə üzrə 566,68 manat əsas borcu, 75,39 manat faiz borcu və 0,23 manat məbləğində cərimə borcu olmaqla, 642,30 ( altı yüz qırx iki manat otuz qəpik) manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh "xxxx" KB Acıq Səhimdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-2684/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2684/2020
20.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver