Məhkəmə qərarları › İş №2(007)-2698/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2698/2022

16.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2698/2022 16.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Quluzadə Emil Mirələm oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektron nəzarət qurğusunun dəyəri olan 2277,40 manat dəyərində vəsaitin alınıb dövlət büdcəsinə ödənilməsi haqqında qətnamə qət qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Ramız oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-320/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə 01 il 06 ay 02 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmün icrası onlara həvalə edilmiş, xx.xx.2022-ci il tarixdə icra məmuru R.Əliyev məhkumun iştirakı müvafiq protokol tərtib edilmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tədbiq edilmişdir. Elə həmin gün “Attenti” markalı bir ədəd mobil qurğu, bir ədəd mobil qurğunun enerji adapteri, bir ədəd mobil qurğunun enerji toplayıcı kabeli, bir ədəd qolbağ məhkum hazırki iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqları üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Məhkum Cavabdeh barəsində olan hökmün icrası məqsədi ilə idarəyə dəvət olunmuş və müəyyən olunmuşdur ki, məhkum ona təhkim olunmuş mobil qurğunu itirmişdir. Bu barədə məhkumun izahatı alınmış, izahatında o, mobil qurğunu itirdiyini göstərmişdir. Həmçinin, cavabdehə bildiriş təqdim olunaraq, ona təhkim olunmuş 01 ədəd mobil qurğunun dəyəri olan 2277,40 (iki min iki yüz yetmiş yedi manat qırx qəpik) manat pulu təqdim olunmuş müvafiq hesaba ödəmək təklif olunsa da, bu günə kimi həmin məbləğ müvafiq bank hesabına ödənilməmişdir. Belə olan halda hesab edirlər ki, cavabdehin günahından, yəni lazımınca məsuliyyətli olmadığından elektron nəzarət qurğusu yararsız vəziyyətə salmış və onlara maddi ziyan dəymişdir. "xxxx" QSC-nin verdiyi maliyyə arayışına görə həmin avadanlığın dəyəri 2277,40 manat təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçı rəisi vəzifəsini icra edən, baş ədliyyə müşaviri İsmayılov Namiq məhkəməyə ərizə ünvanlayaraq, icraatlarında olan iş yükünün çoxluğu səbəsi ilə təyin edilmiş məhkəmə iclasının İddiaçı səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri barədə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında iştirak etmiş İddiaçı nümayəndəsi icra məmuru X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-320/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Cavabdeh 1 (bir) il 06 (altı) ay 02 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, hökmün icrası İddiaçınə həvalə edilmişdir. - xx.xx.2022-ci il tarixli “Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi” barədə Prortokoldan görünür ki, məhkum Cavabdeh Attenti markalı elektron nəzarət vasitəsi təhvil verilmiş və hökmün tələbləri, cəzanın icra qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. - Cavabdeh tərəfindən İddiaçınə ünvanlanmış xx.xx.2022-ci il tarixli İzahatdan görünür ki, o, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-320/2021 saylı 03 11.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay 02 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Qeyd etmək istəyir ki, cəzasının müddəti ərzində yaşayış yerini hər gün saat 22600-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhər ərazisini tərk etməmək müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, kimi vəzifələr ona izah olunmuşdur. Azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi qaydaları ona ətraflı izah olunmuşdur. - Cavabdeh tərəfindən İddiaçınə ünvanlanmış xx.xx.2022-ci il tarixli İzahatdan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 01 il 06 ay 02 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir və üzərinə hökümlə Bakı şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini saat 22:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək kimi vəzifələr qoyulmuşdur. Hökümün icrası ilə əlaqədar, elektron nəzarət vasitəsinin işlək vəziyyətdə saxanması üçün ona xidmət etmək vəzifəsi və hökm üzrə inzibati ərazi məhdudiyyətini,vaxt məhdudiyyətini icra məmuru tərəfindən ona ətraflı izah edilmişdir. O, xx.xx.2022-ci il tarixdə təxmini saat 21:00-dan mobil qurğunu mindiyi taksidə unutmuşdur, taksini tanımadığından mobil qurğunun harada olduğundan xəbəri yoxdur. Həmin vaxt içkli olduğundan gəlib yaşadığı ünvanda yatmış, sonradan mobil qurğunu özü tapacağından icra məmuruna xəbər etməmişdir. Mobil qurğunu tapmadığı halda, dəyərini ödəməyə harırdır, əks halda öz məsuliyyətini dərk edir. Qolbağının açılmasının qəsdən etmədiyinin üzürlü hesab edilməsini xahiş etmişdir. - xx.xx.2022-ci il tarixli “Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsin cəzasının icrası qaydalarına və şətrlərinə əməl etməsinin yooxlanılması” barədə Prortokoldan görünür ki, Bakı Şəhəri Probasiya İdaərisnin qeydiyyatdından olan azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Cavabdeh nəzarət vasitəsi kimi quraşdırılmış env-nin mobil qurğusunu itirdiyindən yenisi ilə əvəz olunaraq hüquq və vəzifələri izah edilmişdir (ENV-nin № 356228007, qolbaq 50495). - İddiaçı Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, elektron mobil qurğunu yararsız hala saldığı üçün onun dəyəri olan 2277,40 manat pulu ödəməsi tələb olunmuş, mobil qurğunun dəyəri Cavabdeh tərəfindən könüllü olaraq ödənilmədiyi halda həmin pulun ondan məcburi tutulması üçün məhkəməyə müraciət olunması bildirilmişdir. - "xxxx" QSC tərəfindən ünvanlanmış məktubdan görünür ki, elektron mobil qurğunun və avadanlıqlarının dəyəri 2277,40 manatdır. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh AR Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-320/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə 1 (bir) il 06 (altı) ay 02 (iki) müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, hökmün icrası İddiaçınə həvalə edilmişdir. xx.xx.2022-ci il tarixdə idarənin icra məmuru Ramil Əliyev tərəfindən məhkumun iştirakı ilə müvafiq protokol tərtib edilmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə İddiaçındə olarkən izahatı alınmış, o, izahatında xx.xx.2022-ci il tarixdə təxmini saat 21:00-dan mobil qurğunu mindiyi taksidə unutduğunu, taksini tanımadığından mobil qurğunun harada olduğundan xəbərinin olmadığını bildirmişdir. "xxxx" QSC tərəfindən tərtib edilmiş məktubda avadanlığın dəyərinin 2277,40 manat (ƏDV daxil) təşkil etməsi göstərilmişdir. Cavabdeh bildiriş təqdim olunmuş, dəymiş ziyanı könüllü olaraq ödəmədiyi üçün mübahisənin başqa həlli mövcud olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə qeyd edir ki, Cavabdeh AR Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-320/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə 1 (bir) il 06 (altı) ay 02 (iki) müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, hökmün icrası İddiaçınə həvalə edilmişdir. xx.xx.2022-ci il tarixli İzahatdan görünür ki, xx.xx.2022-ci il tarixdə təxmini saat 21:00-dan mobil qurğunu mindiyi taksidə unutduğunu, taksini tanımadığından mobil qurğunun harada olduğundan xəbərinin olmadığını, mobil qurğunu tapmadığı halda dəyərini ödəməyə hazır olduğu, əks halda məsuliyyətini dərk etdiyini bildirmişdir. xx.xx.2022-ci il tarixli Prortokol tərtib edilmiş, məhkum Cavabdeh “Attenti” markalı elektron nəzarət vasitəsi təhvil verilmiş və hökmün tələbləri, cəzanın icra qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş, Cavabdeh ptotokolu imzalamqla bu halların ona izah edilməsini qəbul etmişdir. xx.xx.2022-ci il tarixli Prortokolda qeyd olunmuşdur ki, Bakı Şəhəri Probasiya İdaərisnin qeydiyyatdından olan azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Cavabdeh nəzarət vasitəsi kimi quraşdırılmış env-nin mobil qurğusunu itirdiyindən yenisi ilə əvəz olunaraq hüquq və vəzifələri izah edilmişdir (ENV-nin № 356228007, qolbaq 50495). Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh vurduğu maddi ziyanı etiraf etdiyindən, həmin borc məbləğini ödəməlidir. Beləliklə, işin materiallarına əlavə olunmuş sənədlər və sübutlardan da görünür ki, cavabdehin iddiaçıya 2277,40 manat məbləğində maddi ziyan vurduğu təsdiq edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, elektron mobil nəzarət qurğusunun 2277,40 (iki min iki yüz yetmiş yeddi, qırx qəpik) manat dəyərində vəsaiti Cavabdeh alınıb dövlət büdcəsinin hesabına keçirilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə hesab edir ki, İddiaçı dövlət rüsumundan azad olduğu üçün 42,78 manat dövlət rüsumu Cavabdeh tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh elektron mobil nəzarət qurğusunun dəyəri olan 2277,40 (iki min iki yüz yetmiş yeddi, qırx qəpik) manat məbləğində vəsait tutularaq dövlət büdcəsinin hesabına (X1, müxbir hesab AZ41NABZ********************, VÖEN: **********, Kod 210005, SWİFT: CTREAZ22, Bakı şəhəri maliyyə idarəsi, Hesab nömrəsi AZ66CTRE********************, Səviyyə kodu: 1, Təsnifat kodu 142330 VÖEN: **********) köçürülməli, məhkəmə xərcləri Cavabdeh aid edilməli, Cavabdeh 42,78 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh elektron mobil nəzarət qurğusunun dəyəri olan 2277,40 (iki min iki yüz yetmiş yeddi, qırx qəpik) manat məbləğində vəsait tutularaq dövlət büdcəsinin hesabına (X1, müxbir hesab AZ41NABZ********************, VÖEN: **********, Kod 210005, SWİFT: CTREAZ22, Bakı şəhəri maliyyə idarəsi, Hesab nömrəsi AZ66CTRE********************, Səviyyə kodu: 1, Təsnifat kodu 142330 VÖEN: **********) köçürülsün. Məhkəmə xərcləri Cavabdeh aid edilsin, Cavabdeh 42,78 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar