Məhkəmə qərarları › İş №2(007)-2708/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2708/2020

17.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2708/2020 17.11.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 01 aprel 2019-cu il tarixli 034 saylı alqı-satqı müqaviləsi üzrə 2302 manat əsas borc, 1151 manat cərimə borcu olmaqla cəmi 3453 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 01 aprel 2019-cu il tarixli 034 saylı alqı-satqı müqaviləsinə əsasən 12 ay müddətinə 2784 (iki min yeddi yüz səksən dörd) manat məbləğində kredit üsulu ilə hər ay 232 manat ödəməklə cavabdehə Samsung Televizoru (model: UE49NU7500U) və Samsung paltaryuyan maşını (model:WW65K52E69SDLP) satılmışdır. Bundan əlavə, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 01.04.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən adı çəkilən şəxs, Cavabdeh1 01 aprel 2019-cu il tarixli 034 saylı alqı-satqı müqaviləsi üzrə öz öhdəliklərini tam yerinə yetirilməsinədək onunla birlikdə İddiaçı qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür.Cavabdeh1 01 aprel 2019-cu il tarixli 034 saylı alqı-satqı müqaviləsi üzrə borcu ödəməmiş və bunun nəticəsində cavabdehin 2302 manat əsas borc və 1151 manat cərimə borcu olmaqla üzrə cəmi 3453 manat borcu yaranmışdır. Borcun qaytarılması barədə cavabdəhlərə dəfələrlə şifahi və yazılı müraciətlər olunmasına baxmayaraq kredit borcu və ona hesablanmış cərimələr qaytarılmamışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına nümayəndəsi gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 01 aprel 2019-cu il tarixli, 031 saylı alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı 2784 manat dəyərində olan Samsung Televizoru (model: UE49NU7500U) və Samsung paltaryuyan maşını (model:WW65K52E69SDLP) almış, həmin əşyaların dəyərini 12 ay müddətində müqavilənin şərtlərinə və müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq hissə-hissə ödəyəcəni öz öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 01 aprel 2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 01 aprel 2019-cu il tarixli alqı -satqı müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür; İş materiallarında olan 01 aprel 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əlavə-ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 01 aprel 2019-cu il tarixli kredit müqaviləsi üzrə iyul ayından sonra ödəniş etməmişdir. İş materiallarında olan 02 sentyabr 2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçıtərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir; Beləliklə məhkəmə araşdırması ilə müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh1 arasında 01 aprel 2019-cu il tarixdə alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh1 İddiaçı 2784 manat dəyərində olan Samsung Televizoru (model: UE49NU7500U) və Samsung paltaryuyan maşını (model:WW65K52E69SDLP) almış, həmin əşyaların dəyərini 12 ay müddətində müqavilənin şərtlərinə və müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq hissə-hissə ödəyəcəni öz öhdəsinə götürmüşdür. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 01 aprel 2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən, zamin İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 01 aprel 2019-cu il tarixli alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilələr üzrə götürmüş olduğu öhdəlikləri vaxtında icra etməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıc isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh1 iddiaçı ilə nisyə alqı-satqı müqaviləsi bağlamış, iddiaçıdan əşyalar almış, lakin müqavilə üzrə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, qeyd edilən müqavilə üzrə Cavabdeh1 öhdəliyi icra etmədiyi üçün, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə aldığı mobil telefonun qalıq məbləğini iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bununla da müəyyən olundu ki, Cavabdeh2 Mülki Məcəllənin 470.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada Cavabdeh1 İddiaçı qarşısında öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti, habelə Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu Cavabdeh1 zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşımağı, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı üzərlərinə götürmüşdür. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçının 01 aprel 2019-cu il tarixli aıqı-satqı müqaviləsi üzrə tələb etdiyi cərimə pulunu (dəbbə pulu) əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh1Tapdıq qızından və Cavabdeh2 müştərək qaydada 01.04.2019-cu il tarixli 034 saylı alqı-satqı müqaviləsi üzrə 2302 manat əsas borc, 200 manat cərimə borcu və dövlət rüsumuna görə ödənilmiş 30 manat vəsaitin əvəzi olmaqla ümumilikdə 2532 (iki min beş yüz otuz iki) manat tutularaq X1 xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məvcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1Tapdıq qızından və Cavabdeh2 müştərək qaydada 01.04.2019-cu il tarixli 034 saylı alqı-satqı müqaviləsi üzrə 2302 manat əsas borc, 200 manat cərimə borcu və dövlət rüsumuna görə ödənilmiş 30 manat vəsaitin əvəzi olmaqla ümumilikdə 2532 (iki min beş yüz otuz iki) manat tutularaq X1 xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar