Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2713/2021 25.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanan 31 iyul 2019-cu il tarixli kredit müqaviləsinə əsasən ona 60 ay müddətinə, illik 1 faiz olmaqla 2855,13 manat məbləğində kredit verilib. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 08 aprel 2021-ci il tarixədək onun banka 2788,21 manat əsas, 34.32 manat faiz, 88.25 manat cərimə borcu, kredit müqaviləsi üzrə 08.04.2021-ci il tarixdək gecikdirilmiş vaxt üçün illik 5 fazilə hesablanmış 130.90 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 3041.68 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Qeyd olunanlara əsasən Cavabdeh 31 iyul 2019-cu il tarixli kredit müqaviləsinə əsasən 2788,21 manat əsas, 34.32 manat faiz, 88.25 manat cərimə borcu, kredit müqaviləsi üzrə 08.04.2021-ci il tarixdək gecikdirilmiş vaxt üçün illik 5 fazilə hesablanmış 130.90 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 3041.68 manat məbləğində pul iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin məzmununa uyğun izahat verərək, bildirdi ki, cavabdehə 2855,13 manat məbləğində kredit verilib. Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir. 24 avqust 2021-ci il tarixədək onun banka 2688,21 manat əsas, 44,69 manat faiz, 306,5 manat cərimə borcu vardır. İddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 25 iyul 2015-ci il tarixli 23-Y-1-0-338-15 saylı kredit müqaviləsi 31 mart 2019-cu il tarixli 23-Y-1- 0-338-15 saylı kredit müqaviləsi üzrə restrukturizasiya olunmuş və Cavabdeh "xxxx" İKB ASC tərəfindən 2855.13 manat kredit 5 il müddətinə illik 1 faiz dərəcəsi ilə verilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, borclu hər ayın 30-dan gec olmayaraq 60 ay müddətinə ilk 12 ayı 2.38 manat, qalan 48 ayı isə 60.70 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 06.02.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC tərəfindən cavabdeh 25 iyul 2015-ci il tarixli 23-Y-1-0-338-15 saylı kredit müqaviləsinə əsasən yaranmış borcun ödənilməsini təmin olunması barədə xəbərdar olunmuşlar, əks təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İş materiallarında olan 24.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 31.07.2019-cu il tarixə İddiaçı ASC-yə 2688.21 manat əsas, 44.69 manat faiz, 306.05 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 3039.40 manat məbləğində borcu vardır. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, borclu 18.08.2021-ci il tarixdə əsas borcundan 100 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, iddiaçı "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 25 iyul 2015-ci il tarixli 23-Y-1-0-338-15 saylı kredit müqaviləsinə əsasən cavabdehə 2855.13 manat məbləğində kredit verilmişdir. "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 25 iyul 2015-ci il tarixli 23-Y-1-0-338-15 saylı kredit müqaviləsi 31 mart 2019-cu il tarixli 23-Y-1-0-338-15 saylı kredit müqaviləsi ilə restrukturizasiya olunmuş və Cavabdeh "xxxx" İKB ASC-nə olan 2855.13 manat kredit borcunun 5 il müddətinə illik 1 faiz dərəcəsi ilə ödənilməsi nəzərədə tutulmuşdur. İddiaçı müqavilə öhdəliklərinə əməl etmiş, lakin borclu müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməyərək borcunu ödəməmişdir. Ona görə də əsas borc və faiz borcu hissəsində iddia əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə əldən çıxmış faydaya görə 130.90 manat tələb olunması hissəsində iddia tələbinə qiymət verərək belə nəticəyə gəlir ki,həmin hissədə iddia təmin olunmamlıdır.Belə ki,yeni müqavilə 31.07.2019-cu il tarixdə 5 il müddətinə bağlanmışdır. Tərəflər arasında bağlanmış müqavilə ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da, 31 mart 2019-cu il tarixli 23-Y-1-0-338-15 saylı kredit müqaviləsi üzrə 306.50 manat məbləğində cərimənin tələb olunması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğu üçün, həmin cərimənin məbləği azadılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, 306.50 manat məbləğində dəbbə pulu azaldılmalı və 10 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hal-hazırda "xxxx" ASC-nin "xxxx" İKB ASC-nin hüquqi varisidir və həmin borcu tələb etmək hüququ vardır. Məhkəmə, iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 31.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 2688.21 manat əsas, 34.32 manat faiz, 10 manat cərimə borcu olmaqla cəmi 2732.53 manat və 30 manat ödənilmiş dövlət rüsumu "xxxx" ASCnin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 31.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 2688.21 manat əsas, 34.32 manat faiz, 10 manat cərimə borcu olmaqla cəmi 2732.53 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia təmin olunmamalıdır. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-2713/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2713/2021
25.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver