Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2718/2021 16.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaç Bank "xxxx"ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank "xxxx" ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bank "xxxx" ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh arasında bağlanmış 14.10.2019-ci il tarixli RPF-01005-16/19A saylı müqaviləsinə əsasən 19.05.2021-ci il tarixə Banka borclu olduğu 3450.48 manat məbləğində əsas borc, 40.93 manat məbləğində faiz borcu ümumilikdə isə 3491.41 manat borcun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun Cavabdeh tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, Bank "xxxx" ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh oğlu arasında bağlanmış 14.10.2019-ci il tarixli RPF-01005-16/19A saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən “Bank "xxxx" ASC 3451.78 manat krediti illik 12 faiz güzəşt tətbiq edilməklə, 60 ay müddətinə cavabdeh Cavabdeh mülkiyyətinə vermiş, Cavabdeh oğlu isə həmin kreditdən iddiaçı ilə bağlanmış C-060/13 saylı, 24 iyul 2013-cü il tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə istifadə etməyi və krediti 14 oktyabr 2024-cü il tarixinədək faiz ilə birlikdə Bank "xxxx" ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Bank "xxxx" ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh oğlu arasında “Problemli kreditlərin restrukrizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri” barəsində RPF-01005-16/19A saylı 14.10.2019-cu il tarixli Kredit müqaviləsinə 2 saylı Əlavə bağlanmışdır. Lakin borclu öz üzərinə götürdüyü kredit öhdəliklərini icra etməmiş və nəticədə cavabdehin Banka 3450.48 manat məbləğində əsas borc, 40.93 manat məbləğində faiz borcu ümumilikdə isə 3491.41 manat məbləğində borcu qalmışdır. İddiaçı Bank "xxxx" ASC-nin nümayəndəsi X1 teleqramla məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi və iddia tələbinə baxıb müvafiq qərara qəbul edilməsini xahiş edilmişdir. Cavabdeh Bank "xxxx" ASC oğlu məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da, məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdehn iddia tələbini qəbul etməsini bildirmişdir. Məhkəmə iddiaçının dəlillərini, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bank "xxxx" ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh oğlu arasında bağlanmış 14.10.2019-ci il tarixli RPF-01005-16/19A saylı kredit müqaviləsindən görünür ki, "Bank” tərəfindən “borcalan”a illik 12 faiz güzəşt tətbiq edilməklə, 60 ay müddətinə 3451.78 manat kredit verməyi, Cavabdeh oğlu isə həmin kreditdən C-060/13 saylı, 24 iyul 2013-cü il tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə istifadə etməyi və krediti 14 oktyabr 2024-cü il tarixinədək faiz ilə birlikdə Bank "xxxx" ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. - Bank "xxxx" ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh oğlu arasında “Problemli kreditlərin restrukrizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri” barəsində RPF-01005-16/19A saylı 14.10.2019-cu il tarixli Kredit müqaviləsinə 2 saylı Əlavə bağlanmışdır. - Bank "xxxx" ASC-nin 19.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 14.10.2019-ci il tarixli RPF-01005-16/19A saylı kredit müqaviləsi üzrə 3450.48 manat məbləğində əsas borc, 40.93 manat məbləğində faiz borcu ümumilikdə isə 3491.41 manat məbləğində borcu vardır. - 25.05.2021-ci il tarixli qəbzin surətindən görünür ki, iddia ərizəsinin verilməsi üçün Bank "xxxx" ASC tərəfindən 30,0 manat dövlət rüsumu ödənilmişdir; Məhkəmə iclasında müəyyən olundu ki, Bank "xxxx" ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh arasında bağlanmış 14.10.2019-ci il tarixli RPF-01005-16/19A saylı kredit müqaviləsinə əsasən, "Bank” tərəfindən “borcalan”a illik 12 faiz güzəşt tətbiq edilməklə, 60 ay müddətinə 3451.78 manat məbləğində pul ayrılmışdır. Lakin Cavabdeh həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürməsinə baxmayaraq kredit müqaviləsindən irəli gələn öhdəliklərini pozmuş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehlərin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Qeyd edilənlərlə müəyyən olundu ki, borclu Cavabdeh iddiaçı Bank "xxxx" ASC-nin “Həzi Aslanov” filialı arasında bağlanmış 14.10.2019-ci il tarixli RPF-01005-16/19A saylı kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də Cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh ilə Bank "xxxx" ASC arasında bağlanılmış 14.10.2019-ci il tarixli RPF-01005-16/19A saylı kredit müqaviləsi üzrə Cavabdeh 3450.48 manat məbləğində əsas borc, 40.93 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 3491.41 manat məbləğində borcun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun əvəzi tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 14.10.2019-ci il tarixli RPF-01005-16/19A saylı kredit müqaviləsi üzrə 3450.48 manat məbləğində əsas borc, 40.93 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə isə 3491.41 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun əvəzi tutularaq Bank "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-2718/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2718/2021
16.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver