Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-272/2022 27.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil2, Cavabdeh1 qanuni nümayəndəsi X8 və onun vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinin nümayəndəsi X22 oğlunun, X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhər İcra Hakimiyyətinə qarşı müstəqil tələb irəli sürməyən 3-cü şəxslər "xxxx" ASC, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X6 üzrə Dövlət Agentliyi, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi cəlb edilməklə “icarə müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhər İcra Hakimiyyətinə qarşı müstəqil tələb irəli sürməyən 3-cü şəxslər "xxxx" ASC, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X6 üzrə Dövlət Agentliyi, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi cəlb edilməklə “icarə müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Bakı şəhəri İcra Hakimiyyəti ilə Cavabdeh1 qanuni nümayəndəsi X18 (Əli qızı) arasında bağlanmış 20.04.2018-ci il tarixli, 1460 nömrəli icarə müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh1 həmin torpaq sahəsindən çıxarılması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 1970-ci ildə Bakı şəhəri, Çobanzadə küçəsində (keçmiş Studençeskaya küçəsi) inşa edilmiş Birləşmiş Qazanxana və İstilik şəbəkələri İdarəsinə xidmət etmək məqsədi ilə İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsi yaradılmış, idarəyə ünvan 1 ünvanında yerləşən torpaq sahəsi ayrılmış və sahə hasarlanmışdır. Sonradan İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsinin adı dəyişdirilərək "xxxx" KM kimi dövlət qeydiyyatına alınmış, Dövlət müəssisəsi olan həmin idarə 1992-ci ildə özəlləşdirilmiş, 2003-cü ildə isə ona 28.12.2004-cü il tarixli “Özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən” 300282 saylı Şəhadətnamə verilmişdir. "xxxx" KM-nin əməkdaşını döydüyünə görə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 01 iyun 2014-cü il tarixli hökmü ilə AR Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə məhkum edilmiş X18 (Əli qızı) zamanın tələblərinə uyğun olaraq qardaşı Cavabdeh1 ruhi xəstə kimi tədim edərək 1998-ci ildə qanunsuz yolla əlillik statusu əldə etmişdir. Sonradan qardaşı Cavabdeh1 əlillik statusundan istifadə edərək "xxxx" KMnin hasar qonşuluğunda olan torpaq sahəsini zəbt etmişlər. Tamara Həmidova zəbt edilmiş torpaq sahəsinin Bakı şəhərinin şərq hissəsini içməli su ilə təchiz edən diametri 1200-1400 mm olan yüksək təzyiqli magistral su kəmərlərinin üzərində və sanitar-mühafizə zolağında yerləşdiyini bilirdi. Amma məkrli niyyəti olan Tamara Həmidova bu torpaq sahəsi üzərində hüquqlarını rəsmiləşdirmək üçün 2010-cu ildə Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmiş, Bakı şəhər İcra Hakimiyyəti həmin torpaq sahəsinin magistral su kəmərlərinin üzərində və sanitar-mühafizə zonasında yerləşdiyindən onun mülkiyyətə və ya uzun müddətli istifadəyə verilməsinin qanunsuz olduğunu bildiyindən Tamara Həmidovanın müraciətinə cavab verməmişdir. Buna görə Tamara Həmidova məkrli niyyətinə çatmaq üçün məsələnin məhkəmə qaydasında həll edilməsi üçün Bakı şəhəri, Çobanzadə küçəsi, 45 ünvanında yerləşən torpaq sahəsinin qəyyumluğunda olan əlil qardaşı Cavabdeh1 icarəyə verilməsi vəzifəsinin Bakı şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması tələbinə dair Səbail rayon Məhkəməsində iddia qaldırmış, Səbail rayon Məhkəməsinin 12.07.2010-cu il tarixli, 2(009)-2298/2010 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Məhz bu qətnamə qüvvəyə mindikdən sonra ünvan 2 ünvanında yerləşən 826.2 kv.m. torpaq sahəsinin icarəyə verilməsinə dair Cavabdeh1 qanuni nümayəndəsi Tamara Həmidova ilə 20.08.2010-cu il tarixli, 0912 saylı icarə müqaviləsi bağlamışdır. İcarə müqaviləsi bağlanarkən ayrılmış torpaq sahəsinin ilkin cizgi-sxemi mövcud olmamışdır. Torpaq sahəsinin cizgi-sxeminin və dönmə nöqtələrinin hazırlanması üçün Tamara Həmidova AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər idarəsinə müraciət etmiş, Tamara Həmidova həmin idarədə olan əlaqələri vasitəsilə uzun müddətli məkrli planını həyata keçirmək üçün bilərəkdən icarəyə verilmiş 826.2 kv.m. torpaq sahəsinin 598 kv.m. hissəsinin faktiki zəbt etdiyi ərazi, 40 kv.m. "xxxx" KM-in ərazisi və 188,2 kv.m. isə ümumi istifadədə olan torpaq sahəsi ilə əhatə olunmasına nail olmuşdur. Yüksək təzyiqli magistral su kəmərlərinin üzərində və sanitarmühafizə zonasında qanunsuz olaraq fərdi yaşayış evinin tikintisinə başladığı üçün Bakı şəhəri Nizami rayon Prokurorluğu tərəfindən Tamara Həmidova və qardaşı Cavabdeh1 barəsində AR CM-in 222-1-ci maddəsi üzrə cinayət işi açılmışdır. Həmin cinayət işinin materiallarında olan ekspert rəylərindən onlara məlum olmuşdur ki, Cavabdeh1 icarəsinə verilən torpaq sahəsinin bir hissəsi "xxxx" KM-nin mülkiyyətində olan torpaq sahəsini zəbt etmişdir. 2016-cı ildə "xxxx" KM cavabdehlər Cavabdeh1, ünvan 3 ünvanında yerləşən 826.2 kv.m. torpaq sahəsinin icarəyə verilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti ilə Cavabdeh1 qanuni nümayəndəsi X18 (Əli qızı) arasında bağlanmış 20.08.2010-cu il tarixli, 0912 saylı icarə müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh1 həmin torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iddia üzrə məhkəmə araşdırması zamanı keçirilən ekspertizaların rəyləri və başqa toplanmış sübutlar əsasında icarə müqaviləsi üzrə "xxxx" KM-in mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinin qanunsuz olaraq Cavabdeh1 icarəsinə verildiyi sübut edildiyindən icarə müqaviləsinin məhkəmə qaydasında etibarsız sayılmasından və məsuliyyətdən yayınmaq məqsədi ilə Tamara Həmidovanın səyləri nəticəsində qeyri-müəyyən şəraitdə və qəfildən peyda olmuş Bakı şəhər İcra Hakimiyyətinin Başçısı Hacıbala Abutalıbovun imzasıyla 20 avqust 2010-cu il tarixli, 0912 saylı icarə müqaviləsinin ləğv edilməsi barədə 20.04.2018-ci il tarixli, 7-183/10g nömrəli “ünvan 4 ünvanında yaşayan, fiziki şəxs Cavabdeh1 İəğvetmə bildirişi məhkəməyə təqdim edilmişdir. Təqdim edilən sənəddə qeyd edilmişdir: Vətəndaş Cavabdeh1 adından çıxış edən X7 2018ci il tarixli müraciəti nəzərə alınaraq, Bakı Şəhər İcra Hakimiyyəti ilə Cavabdeh1 adından çıxış edən X19 arasında ünvan 5 ünvanda yerləşən 826,2 kv.m. torpaq sahəsinə bağlanmış 0912 saylı, 20.08.2010-cu il tarixli icarə müqaviləsinə xitam verilir. Ləğvetməyə dair bildirişin mötəbərliyi kifayət qədər ciddi şübhə altında olsa da Bakı şəhəri Nizami Rayon Məhkəməsi 04 oktyabr 2018-ci il tarixli, 2(007)-48/2018 saylı qətnaməsi ilə "xxxx" KM-in iddiasının qismən təmin edilməsi, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən 826.2 kv.m torpaq sahəsinin Cavabdeh1 icarəsinə verilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən aparılmış reyestr qeydi və həmin qeydin əsasında verilmiş RX seriyalı ******* nömrəli. 25.05.2016-ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Cavabdeh1 "xxxx" KM-in mülkiyyətinə verilmiş torpaq sahəsinin 40 kv.m hissəsindən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddia tələbinin icarə müqaviləsinin etibarsız hesab edilməsinə dair hissəsi ilə bağlı məhkəmə qətnaməsində qeyd edilmişdir ki, mübahisələndirilən müqavilə ləğv edildiyindən və faktiki olaraq belə bir müqavilə qüvvədə olmadığından iddia həmin hissədə təmin edilə bilməz. Sonradan "xxxx" KM qanuni əsaslarla ləğv edilmiş və onun bütün əmlakı, həmçinin ünvan 6 ünvanında yerləşən əmlak kompleksi iddiaçının xüsusi mülkiyyətinə keçmişdir. Bundan sonra 1970-ci ildən inşa edilən əmlak kompleksində təhlükəli qəza vəziyyətində olan hissələrin, əsasən də hasarların təmirbərpa işlərinə başlamış, lakin Tamara Həmidova təmir-bərpa işlərinin həyata keçirilməsinə maneə yaratmaq məqsədilə əsassız olaraq AR DİN-in “102 Xidməti” nə şikayətlər etməyə başlamışdır. İlk dəfə Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı X23 Həmidovanın şikayətinin tamamilə əsassız olması və mübahisəli torpaq sahəsinə dair heç bir hüququnun olmaması səbəbindən 24 yanvar 2020-ci ildə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Onlar yenidən işləri bərpa etdikdə Tamara Həmidova növbəti dəfə AR DİN-in “102 Xidməti’nə şikayət etmişdir. Şikayət üzrə araşdırma aparan Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı Həsən Məmmədov eyni əsaslarla, yəni Tamara Həmidovanın şikayətinin tamamilə əsassız olması və onun ələ keçirmək istədiyi, qonşuluqlarında olan torpaq sahəsinə dair mülkiyyət, sahiblik və istifadə hüququnu təsdiq edən hər hansı sənədinin olmaması səbəbindən 06 may 2021ci ildə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. X9 həmin qərardan verdiyi şikayət əsasında Nizami Rayon Prokurorluğu cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ləğv edib işi yenidən araşdırılması üçün Nizami RPİ-nin 24-cü PŞ-yə göndərilmişdir. İş üzrə aparılan yeni araşdırma zamanı onun, Tamara Həmidovanın və hüquqşünası Tural Hacıbəylinin iştirakı ilə yerində baxış keçirilərkən Tamara Həmidovanın mübahisəli torpaq sahəsinə hər hansı hüququnun olmaması mübahisəyə səbəb olmuş və bu zaman Tamara Həmidova həmin torpaq sahəsinin Cavabdeh1 icarəsinə verilməsi barədə Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı Hacıbala Abutalıbovun imzaladığı yeni 20 aprel 2018-ci il tarixli, 1460 nömrəli icarə müqaviləsini tanış olmaları üçün onlara təqdim etmişdir. Lakin sənədini surətini onlara və polisə təqdim etməkdən imtina etmişdir. Bu səbəbdən Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı, polis baş leytenantı X15 Həmidovanın şikayətinin tamamilə əsassız olması və onun mübahisəli torpaq sahəsinə dair mülkiyyət, sahiblik və istifadə hüququnu təsdiq edən hər hansı sənədinin olmaması əsası ilə 07 avqust 2021-ci ildə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. O, 20 aprel 2018-ci il tarixli, 1460 nömrəli icarə müqaviləsinin saxta olubolmamasını müəyyən etmək məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinə sorğu ilə müraciət etmiş, icarə müqaviləsinin maraqlarına toxunduğundan ləğv edilməsini və surətinin ona təqdim edilməsini xahiş etmişdir. Lakin müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının hüquq və kadr məsələləri şöbəsinin müdiri Ramil Qədimquliyevin 26 iyul 2021-ci il tarixli, B-104-091 nömrəli imtina məktubu verilmişdir. 2021-ci ilin sentyabr ayında Tamara Həmidova qəyyumluğunda olan Cavabdeh1 istifadəsində olduğunu iddia etdiyi torpaq sahəsində oğurluq hadisəsinin baş verdiyini iddia edərək növbəti dəfə AR DİN-in “102 Xidməti’nə şikayət etmişdir. Şikayət üzrə araşdırma aparılarkən Tamara Həmidova mübahisəli torpaq sahəsinin Cavabdeh1 icarəsinə verilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti ilə Cavabdeh1 qəyyumu X18 (Əli qızı) arasında bağlanmış 20 aprel 2018-ci il tarixli, 1460 nömrəli icarə müqaviləsini təhqiqata təqdim edərək həmin torpaq sahəsinə dair əmlak hüquqlarının olmasını iddia etmişdir. 20.04.2018-ci il tarixli, 1460 nömrəli icarə müqaviləsinin (qanuniliyi ciddi şübhələr yaradır. Çünki, 20.04.2018-ci il tarixində Bakı Şəhər İcra Hakimiyyətinin Bascsı Hacıbala Abutalıbov 7-183/10g nömrəli ləğvetmə bildirişi əsasında 20 avqust 2010-cu il tarixli, 0912 saylı icarə müqaviləsini ləgv edib və həmin gün 20.04.2018-ci il tarixli, 1460 nömrəli yeni icarə müqaviləsi bağlamışdır. Üstəlik bütün bu proseslər Hacıbala Abutalıbovun Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı vəzifəsindən azad edilməsi barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21.04.2018-ci il tarixli Sərəncamından bir gün əvvəl baş vermişdir. Bu cür hərəkətlər cinayət qanunvericiliyində vəzifə səlahiyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, sənədləri saxtalaşdırma, saxta sənədlərdən istifadə etmə və s. cinayət əməli kimi qiymətləndirilir və kifayət qədər ağır cəzalarla cəzalandırılır. Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2003-cü il tarixli 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi qaydaları”-nın 3-cü bəndinə görə Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının (özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri istisna olmaqla) torpaq müsabiqələri və ya hərracları vasitəsilə mülkiyyətə və icarəyə verilməsi müvafiq rayon (şəhər) icra hakimiyyəti orqanlarının qərarı ilə həyata keçirilir. Göründüyü kimi qeyd edilən torpaq sahəsi yalnız hərrac və müsabiqə yolu ilə icarəyə verilməli olduğu halda Bakı şəhər İcra Hakimiyyəti heç bir əsas olmadan, qanunsuz olaraq torpaq sahəsini müsabiqə və hərracdan kənar Cavabdeh1 icarəsinə vermişdir. "xxxx" KM-in direktoru 2012-ci ildə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edərək Bakı şəhəri, Çobanzadə küçəsində yerləşən və əslində ümumi istifadədə olan torpaq sahəsinin Cavabdeh1 tərəfindən zəbt edilərək ərazinin hasarlanması, bununla da müəssisəyə yeganə giriş-çıxışı təşkil edən yolun bir hissəsinin zəbt edilməsi nəticəsində müəssisənin normal fəaliyyətinə ciddi problem yaradılmasının qarşısının alınması üçün zəruri tədbirlər görülməsi barədə müraciətinə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri cənab Qərib Məmmədov tərəfindən 01 may 2012-ci il tarixli 17-3/348 saylı məktubla cavab verilmişdir. Cavabda bildirilib ki, qeyd edilən ərazi sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar kateqoriyasına aid olduğundan, ərazi su kəmərinin mühafizə və sənaye zonalarını yaşayış massivindən ayıran sanitar-mühafizə zolağı kimi istehsal obyektlərinin yerləşdirilməsi, fəaliyyəti və istismarına lazımi şərait yaradılması məqsədilə nəzərdə tutulduğundan, ərazidən şəhərin şərq zonasını su ilə təchiz edən diametri 1200-1400 mm-lik yeraltı magistral su kəmərləri keçdiyindən həmin ərazidən qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla yalnız müəyyən edilmiş qaydada bostan və tərəvəz bitkilərinin becərilməsi üçün istifadə oluna bilər. Torpaq Məcəlləsinin 62-ci maddəsinə əsasən elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər. Lakin, Bakı şəhər İcra Hakimiyyəti ayrı-ayrı vaxtlarda olmaqla iki dəfə qanunvericiliyin bu tələblərini pozaraq qeyd edilən torpaq sahəsini Cavabdeh1 icarəsinə vermişir. Bundan başqa, Nizami rayon Məhkəməsinin 17 yanvar 2013-cü il tarixli 2(007)- 37/2013 saylı qətnaməsi ilə "xxxx" ASC-nin Cavabdeh1 və digərlərinə qarşı iddiası qismən, Cavabdeh1 və X19 (Əliyevna) tərəfindən Bakı şəhərini içməli su ilə təchiz edən magistral su kəmərlərinin yanında və sanitar mühafizə zonasında, yəni, ünvan 14 ünvanında inşa edilmiş tikililər, o cümlədən, ümumi sahəsi 105 kv.m. fərdi yaşayış evinin sökülməsi qət edilmişdir. Cavabdeh1 həmin qətnamədən verdiyi apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 08 oktyabr 2014-cü il tarixli, 2(102)-2910/2014 saylı qərarı ilə Nizami rayon Məhkəməsinin 17 yanvar 2013-cü il tarixli 2(007)-37/2013 saylı qətnaməsi dəyişdirilmədən sallanılmışdır. Nizami rayon Məhkəməsinin 17 yanvar 2013-cü il tarixli 2(007)-37/2013 saylı qətnaməsi icraya yönəldilərək Nizami rayon İcra Şöbəsi tərəfindən 15 yanvar 2015-ci il tarixindən Cavabdeh1 və X19 (Əliyevna) tərəfindən ünvan 14 ünvanında həm 105 kv.m., həm də 826.2 kv.m. torpaq sahəsində inşa edilmiş bütün tikililər sökülərək qətnaməninin icrası təmin edilmişdir. Nizami rayon Məhkəməsinin 17 yanvar 2013-cü il tarixli 2(007)-37/2013 saylı qətnaməsi icra edildikdən, magistral su kəmərlərinin sanitar mühafizəsində yerləşən tikililərin sökülməsindən sonra Cavabdeh1 qanuni nümayəndəsi X18 (Əli qızı) Nizami rayon İcra Hakimiyyətinə müraciət edərək Cavabdeh1 icarəsinə verilmiş torpaq sahəsinin yüngül konstruksiyadan hasarlanmasına icazə istəsə də bununla bağlı Nizami rayon İcra Hakimiyyəti tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi öyrənilmiş və Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi məsələyə müsbət rəy verməmiş, bildirmişdir ki, su kəmərinin mühafizə zolağını əhatə edən həmin torpaq sahəsinin yalnız abadlaşma məqsədi üçün istifadə olunması məqsədə uyğundur. Göründüyü kimi bir tərəfdən Bakı şəhər İcra Hakimiyyəti mübahisəli torpaq sahəsini Cavabdeh1 uzun müddətli icarəsinə verir, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi həmin torpaq sahəsində fərdi yaşayış evlərinin tikintisinə razılıq verir, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi mübahisəli torpaq sahəsində sökülmüş hasarın yerində yüngül konstruksiyadan hasar çəkilməsini Cavabdeh1 qadağan edir, qarşılıqlı razılıq əsasında Bakı Şəhər İcra Hakimiyyəti həmin torpaq sahəsinə dair bağlanmış 20.08.2010-cu il tarixli, 0912 saylı icarə müqaviləsini ləğv edir, başqa tərəfdən isə eyni tərəflər arasında, eyni torpaq sahəsinə dair eyni gündə yeni 20.04.2018-ci il tarixli, 1460 nömrəli icarə müqaviləsi bağlanır. Bu faktlar bir daha təsdiq edir ki, magistral su kəmərlərinin mühafizə zonasında yerləşən mübahisəli torpaq sahəsinin hərrac və müsabiqədən kənar Cavabdeh1 uzun müddətli icarəsinə verilməsi ciddi qanun pozuntuları ilə müşayiət olunub. 06.12.2015-ci il tarixindən 07.12.2015-ci il tarixinə keçən gecə Cavabdeh1 icarəsinə verilmiş torpaq sahəsində yerləşən yüksək təzyiqli magistral su kəmərində qəza baş vermişdir. Qəzanın aradan qaldırılması üçün "xxxx" ASCnin əməkdaşları qazma işləri apararkən Cavabdeh1 icarəsinə verilmiş torpaq sahəsinin sərhədi olan və Çobanzadə küçəsi boyu uzanan sökülmüş hasarın altından diametri 1200 mm olan digər magistral su kəməri aşkar edilmiş və qəzanın məhz həmin boruda baş verməsi müəyyən edilmişdir. Cavabdeh1 Nizami rayon İcra Şöbəsinə və qeyrilərinə qarşı sökülmüş hasarın yerində bərpa edilməsi və vurulmuş ziyanın ödənilməsinə dair iddiası üzrə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsində aprılmış məhkəmə araşdırması zamanı keçirilmiş məhkəmə mühəndis-texniki ekpertizası ilə bağlı 01 sentyabr 2015-ci il tarixli, 11046 saylı ekspert rəyi ilə mübahisəli torpaq sahəsinin ortasından 1400 mm-lik magistral su kəmərinin keçməsi və həmin ərazinin yüksək təzyiqli magistral su kəmərlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.08.2003-cü il tarixli, 109 nömrəli qərar ilə təsdiq edilmiş “Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydalarınıır 6.1.2.1-ci bəndi ilə müəyyən edilmiş 10 metrlik mühafizə zonasında yerləşməsi bir daha tam təsdiq olunmuşdur. Cavabdeh1 qanuni nümayəndəsi X18 tərəfindən məhkəməyə yazılı etirazlar ünvanlanaraq iddia tələbi əsassız olduğu üçün təmin olunmaması ilə yanaşı, həm də qanunla müəyyən edilmiş iddia müddəti keçdiyinə görə də həmin iddiadan imtina barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı hazırkı iddia üzrə özünün subyektiv hüququnun olmasına dair heç bir sübut təqdim etməmişdir. “İddiaçı”, mübahisələndirməyə cəhd etdiyi “icarə müqaviləsini bir neçə dəfə gördüyünü, lakin surətini əldə edə bilmədiyini bildirir və o, 20 aprel 2018-ci il tarixli, 1460 nömrəli icarə müqaviləsinin saxta olub-olmamasını müəyyən etmək məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyətinə sorğu ilə müraciət etdiyini, icarə müqaviləsinin maraqlarına toxunduğundan ləğv- edilməsini və surətinin ona təqdim edilməsini xahiş etdiyini, lakin müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının hüquq və kadr məsələləri şöbəsinin müdiri Ramil Qədimquliyevin 26 iyul 2021-ci il tarixli, B-104-091 nömrəli imtina məktubu verildiyini qeyd etmişdir. İddia tələbi- iddiaçının yalnız və yalnız formal mülahizələrinə və fərziyələrinə əsaslandırılmış və həqiqəti əks etdirmir. Eləcə də, iddiaçının belə bir iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir. İddia ərizəsində, "xxxx" KM-nin qanuni əsaslarla ləgv olunması göstərilsə də, müəssisənin həqiqətən qanuni əsaslarla ləğv olunmasını, ümumiyyətlə ləğv olunmasını təsdiq edən hər-hansı bir sübut təqdim edilməmişdir. "xxxx" KM-nin qanuni əsaslarla ləğv olunması barədə iddiaçının dəlili ilə şərti olaraq razılaşılsa belə həmin ləğv olunmuş hüquqi şəxslə onlar aralarında olan məhkəmə mübahisələri ilə bağlı məsələlərin, iddiaçı tərəfindən hüquqlarının müdafiəsi üçün istifadə etməsi qüvvədə olan hüquq normasının tələbinə görə qəbul edilən deyil. Yəni, ləğv olunmuş hüquqi şəxsin hüquq varisliyi bərədə iddiaçının adına hər hansı bir sənəd yoxdursa, həmin şəxsin adından çıxış etməsi və "xxxx" KM ləğv olunanadək onun arasında sona çatmış mübahisələri yenidən məhkəmə müstəvisinə çıxarılması yolverilməzdir. Bundan başqa, iddiaçının etiraf etdiyi kimi, adına keçirilən əmlak kompleksinin qanuni əsaslarla sənədləşdirilməsi açıq-aşkar şübhə doğurur. Belə ki, iddia ərizəsindən də və təqdim olunmuş sənədlərdən də müəyyən olunmur ki, həmin əmlak kompleksi iddiaçının adına hansı yolla keçmişdir. Həmin əmlak kompleksinin iddiaçının adına keçirilən zaman, yəni özgəninkiləşdirilərkən Dövlət büdcəsinə məcburi ödənişlərin və vergilərin də ödənilməsindən yayınması da istisna edilmir. Bu hal üzrə xüsusi qərardadın çıxarılmasını xahiş edirlər. Odur ki, şübhə doğurması güman edilən həmin Çıxarışdan görünür ki, əmlak kompleksi 17.07.2020-ci il tarixdə iddiaçının adına keçirmiş və iddiaçının əmlak kompleksi üzərində həmin tarixdən hüquqları yaranmışdır. Deməli, 20.04.2018-ci il tarixli 1460 saylı icarə müqaviləsi bağlandıqdan sonra, "xxxx" KM ləğv olunan dövrədək, sonuncu ilə aralarında baş verən hadisələrin və hüquq münasibətlərinin iddiaçıya nə kimi əlaqəsinin və ümumiyyətlə onun 17.07.2020-ci il tarixdən sonra yaranmış hüquqlarına qarşı hansı pozuntulara yol verildiyi sübut edilməlidir. "xxxx" KM-nin mülkiyyətində olan əmlak kompleksinin yerləşdiyi torpaq sahəsi ilə onlara icarəyə verilmiş torpaq sahəsinin koordinatları barədə 17.07.2020-ci il tarixədək çoxsaylı məhkəmə mübahisələri olmuş həmin dövrdə, yəni əmlak kompleksi iddiaçının adına keçənədək, hazırda mübahisə edilən 20.04.2018-ci il tarixli 1460 saylı icarə müqaviləsindən "xxxx" KM xəbərdar olmuş və heç bir pretenziyası olmamış və 40 kv.m. torpaq sahəsi ilə bağlı məsələ də öz həllini tapdığından, "xxxx" KM- nin direktoru və hazırda iddiaçının istəkli atası olan Oktay Əliyevin şəxsi imzası ilə Bakı səhər Nizami rayon İcra şöbəsinə müraciət olunaraq, isin icraatına xitam verilməsini şəxsən xahiş etmişdir. Deməli, əmlak kompleksi üzərində iddiaçının hüquqları yaranmamışdan öncə, "xxxx" KM arasında olan hüquq münasibətləri müvafiq məhkəmə qərarları ilə müəyyən olunmuş və iddiaçı əmlak kompleksini bu və ya digər yolla öz adına keçirdikdən sonra, tərəflərindən onun hüquqlarına qarşı hər hansı bir qanun pozuntusunu yol verilməmişdir. Əksinə, onlara qarşı edilən onun qanunsuz hərəktlərindən, tərəflərindən hüquq mühafizə orqanlarına şikayətlər edilmişdir. Onunla iddiaçı arasında 17.07.2020-ci il tarixədək hər hansı bir mülki hüquq münasibəti mövcud deyildir və onun tərəfindən onun hüquqlarına qarşı hər hansı bir qanunsuz hərəkətə yol verilməmişdir. Digər tərəfdən, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə, torpaq sahəsinin sərhədləri və təyinatı ilə bağlı hüquqi mövqe formalaşmış və mübahisə sona çatmışdır. Odur ki, hazırda iddiaçı yenidən həmin məsələləri mübahisə obyektinə çevirdiyi üçün, ilk növbədə iddiaçının subyektiv hüququ müəyyən edilməlidir. İşin həqiqi hallarından müəyyən olunur ki, iddiaçı "xxxx" KMnin mövcudluğuna son qoyulduğu halda, eləcə də sonuncu ilə bütün məhkəmə mübahisələri qurtardığı halda, o cümlədən əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinin sərhədi ilə bağlı məhkəmə işi üzrə icraata xitam verildiyi halda, su, işıq və ya qaz xətləri ilə bağlı hər hansı bir hüquqların müdafiə edilməsinə görə müvafiq təşkilatlardan iddiaçının adına etibarnamə verilmədiyi halda və iddiaçının əmlak kompleksi üzərində hüquqları 17.07.2020-ci il tarixdə yarandıqdan sonra, torpaq sahəsinin sərhədləri ilə bağlı hər hansı bir hərəkətə yol verilmədiyi halda, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müracət etəmək üçün subyektiv hüquqa malik deyildir. Hər bir fiziki və hüquq şəxs qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malik olmaqla, istəkli atasının rəhbəri olduğu və hazırda ləğv olunmuş "xxxx" KM-nin, yəni mövcud olmayan hüquqi şəxsin pozulmuş hüquqlarının müdafiəsi adı ilə özü üçün üstünlük əldə etmək mənsədi ilə öz adından iddia irəli sürmək hüququna mailk deyildir. Hazırki iddia ərizəsinin məzmunundan müəyyən olunur ki, iddiaçı, vaxtı ilə istəkli atasının rəhbərlik etdiyi "xxxx" KM-nin hüquqlarının pozulduğunu iddia edərək öz adından iddia irəli sürmüş və buna subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 61.12-ci maddəsinə əsasən mövcudluğuna son qoyulmuş "xxxx" KM-si ilə bütün məhkəmə mübahisələri başa çatdıqdan və həmin qərarlar icra olunduqdan sonra, həmin əmlak kompleksi üzərində 17.07.2021-ci il tarixdən yaranmış hüquq əsasında, bundan öncə yaranmış, yəni 20.04.2018-ci il tarixli 1460 saylı icarə müqaviləsinin etibarsızlığını mübahisələndirmək üçün iddiaçı subyektiv hüquqa malik deyildir. Eyni zamanda, "xxxx"KM-nin xüsusi mülkiyyətində olan torpaq sahələrinin sərhədləri tam olaraq müəyyən edildikdən və məhkəmə işi üzrə icraata xitam verildikdən sonra, iddiaçının adına keçən əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinin sərhədlərini yenidən eyni əsaslarla mübahisələndirməsinin, yəni qonşuluqda yerləşən dövlətin mülkiyyətində olan torpaq sahəsini, 20.04.2018-ci il tarixli 1460 saylı icarə müqaviləsi əsasında onların istifadələrinə verildiyinə görə həmin müqavilənin etibarsız hesab edilməsi və qanuni əsaslarla istifadələrinə verilmiş torpaq sahəsindən çıxarılma tələbinin heç bir hüquqi əsası yoxdur. İddiaçı digər məhkəmə işləri üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş faktları və hüquq münasibətlərini, çox böyük məharətlə hazırkı məhkəmədən gizlədilməsinə cəhd etsə də, qeyd edirlər ki, iddiaçının hazırda iddia ərizəsində göstərdiyi aşağıdakı dəlillərinə artıq hüquqi qiymət verildiyi üçün, həmin dəlillər də əsassız hesab edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 112/2010-saylı, 26.11.2010-cu il tarixli məhkəmə qətnaməsində göstərilir ki, «Buxar « KM Cavabdeh1 qarşı sökülmüş hasarın bərpası Çobanzadə küçəsi 45a ünvanında yerləşən qanunsuz olaraq zəbt etdiyi sahəni tərk etməsi və digər tələblər üzrə iddiası qismən, hasarın bərpa edilməsi hissəsində təmin edilmiş, qalan hissədə, yəni Cavabdeh1 torpaq sahəsindən çıxarılması və tikinti işlərinin aparılmasının qadağan edilməsi hissəsi rədd olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, "xxxx" KM-nə məxsus Çobanzadə küçəsi 45a ünvanında yerləşən torpaq sahəsi faktiki olaraq zəbt edilmədiyindən həmin sahədən çıxarılması tələbi düzgün olaraq məhkəmə tərəfindən rədd edilmişdir. Həmçinin, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə- Cavabdeh1 ona məxsus torpaq sahəsində inşa etdiyi tikili qonşu kimi "xxxx" KM-nin hüquqlarına və maraqlarına toxunmaması müəyyən edilmişdir. Qeyd olunan məhkəmə mübahisəsi zamanı tikinti-texniki ekspertiza keçirilmiş və 01.06.2009-cu il tarixdə, 14324№-li ekspert rəyinin nəticələr hissəsində rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, C.Ə. Həmidov tərəfindən "xxxx" KM-nin torpaq sahəsinin zəbt olunmadığı, "xxxx" KM-nin torpaq sahəsinin mövcud vəziyyətdə Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən tərtib edilmiş 643 saylı inşaat pasportu və 4294 saylı işin materiallarında olan keçmiş ixtisaslaşdırılmış təmir-tikinti icarə müəssisəsinin torpaq sərhədləri daxilində olmadığı, o cümlədən həmin sənədlərdə torpaq sahəsinin A-B nöqtələri üzrə sərhədlərinin Studençeskaya (hazırda Çobanzadə) küçəsindən başlayan məsafənin 90,0 m müəyyənləşdirildiyi halda, müvafiq ölçülər nəticəsində, 90,0 m. məsafənin faktiki olaraq 36,5 m. olduğu və bununla da "xxxx" KM tərəfindən 53,5 m, məsafədə artıq torpaq sahəsinin zəbt olunduğu, "xxxx" KM-nin texniki pasportunun göstəricilərinin faktiki olaraq Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən tərtib edilmiş 643 saylı inşaat pasportu və 4294 saylı işin materiallarının göstəricilərinə uyğun olmadığı və -"xxxx" KM-nin keçmiş ixtisaslaşdırılmış təmir-tikinti icarə müəssisəsinin əsasında və onun əmlakı bazasında yaradıldığını, eləcə də ilkin iddia üzrə Cavabdeh1 istifadəsində olan torpaq sahəsinin eskiz layihəsinə əsasən 25,0 m. enində nəzərdə tutulduğu halda, həmin torpaq sahəsinin müvafiq ölçülər nəticəsində 15,2 m. enində olduğunu nəzərə alaraq, "xxxx" KMtərəfindəıı Cavabdeh1 istifadəsində olan torpaq sahəsinin 9,8 m, enində olan hissəsinin zəbt olunduğu müəyyən edilmişdir. Göründüyü kimi, artıq qanuni qüvvəyə minmiş bir məhkəmə qətnaməsi ilə- Cavabdeh1 istifadəsindəki torpaq sahəsində inşa etdiyi tikili qonşu kimi "xxxx" KM-nin hüquqlarına və maraqlarına toxunmadığı, eləcə da Cavabdeh1 tərəfindən "xxxx" KM-nin mülkiyyətində olun torpaq sahəsinin zəbt olunmadığı və tikintinin aparılmasının qadağan olunmasına dair iddia tələbinin əsassız olduğu müəyyən edildiyi üçün həmin faktlar hazırkı məhkəmədə sübut olunmur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1274\2011 saylı, 29.04.2011-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3991/2010 saylı, 13.04.2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə ilə iddia tələbi rədd olunsa da, "xxxx" KM maraqlarına toxunan şəxs qismində apellyasiva və kassasiva şikayətləri vermisdir. Şikayətlərini ona əsaslandırmışdır ki, mübahisə olunan 105,0 kv.m. torpaq sahəli fərdi yaşayış evinin tikintisi üçün özəlləşdirilməsi və mülkiyyət şəhadətnaməsinin verilməsi qeyri-qanunidir. Ona görə ki, həmin torpaq sahəsi və tikiləcək yaşayış evi Çobanzadə küçəsi boyu keçən diametri 1200 mm. və 1400 mm. olan magistral su kəmərlərindən tələb edilən 5 metr məsafə saxlanılmadan təqdim edilmişdir və s. "xxxx" KM tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin, Bakı şəhər Nizami Bələdiyyəsinin, Abşeron regional Səhmdar Su Cəmiyyətinin və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhəri üzrə Torpaq şöbəsinin səlahiyyətlərinə aid olan məsələlərə dair tələblər irəli sürüldüyündən və məhkəmə kollegiyasına həmin orqanlar tərəfindən belə səlahiyyətin ona həvalə edilməsinə dair heç bir sənəd təqdim edilmədiyindən şikayət rədd olunmuşdur. Göstərilən iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 2193\2011 saylı , 20.09.2011-ci il tarixli qərarı ilə -Maraqlı səxs "xxxx"KM tərəfindən verilmiş kassasiva şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3991/2010-saylı. 13.04.2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qərarda qeyd olunmuşdur ki, «Apellyasiya instansiyası məhkəməsi müəyyən etdiyi hallara və tərəflərin dəlillərinə, mübahisəyə tətbiq olunan qanuni normaya əsaslanmaqla, düzgün olaraq qeyd etmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsində yerləşən 105,0 kv.m. torpaq sahəsinin Nizami Bələdiyyəsi tərəfindən Cavabdeh1 mülkiyyətinə verilməsi zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Qərarda həmçinin - Bakı şəhəri Nizami rayon Məhkəməsinin 07.08.2009-cu il tarixli, 2(007)-51\2009 saylı qətnaməsi, eləcə də həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 26.11.2010-cu il tarixli qətnaməsi əks edirilmiş və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsi tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2484\2012-saylı, 19.09.2012-ci il tarixli məhkəmə qətnaməsi ilə - (sədrlik edən İ.Ş.Vəliyev, hakimlər G.A.Quliyev və X.B.Məhərrəmova) lərəflərindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhər Nizami rayon Məhkəməsinin hazırkı iş üzrə 22.02.2012-ci il tarixli qətnaməsi ləğv edilmiş, "xxxx" KM-nin Cavabdeh1 qarşı mülkiyyət hüququnun müdafiəsi tələbinə dair iddiası rədd olunmuşdur. Həmin qətnamədə məhkəmə belə bir nəticəyə gəlmişdir ki, Cavabdeh1 inşa etdiyi yarımçıq tikili qanunla müəyyən olunmuş qaydada və müvafiq icazələr əsasında aparılmış, həmçinintikilinin təhlükəsizlik və texniki normalara uyğun aparılmaması müəyyən olunmamışdır. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2484\2012-saylı iş üzrə 08.07.2012ci il tarixli qərardadı ilə məhkəmə texniki-tikinti ekspertizası keçirilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 07.08.2012-ci il tarixli rəyinə əsasən-aşağıdakı nəticəyə gəlimək olar: Cavabdeh1 tərəfindən ünvan 8 ünvanda aparılan tikinti işləri qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun aparılır və onun tərəfindən qonşu torpaq sahəsində yerləşən "xxxx" KM-nin hüquqlarına qarşı hər hansı bir qanunsuzluğa yol verilməmişdir; Torpaq sahəsi ilə bağlı "xxxx" KM-nin 29.04.2003-cü il tarixli texniki pasportunda göstərilən ölçü İxtisaslaşdırılmış təmir-tikinti icarə müəssisəsinin əmlakı üzrə tərtib olunmuş 1992-ci ilin oktyabr ayının texniki pasportundakı ölçülərdən fərqlidir (artıqdır); Torpaq sahəsi ilə bağlı "xxxx" KM-nin texniki pasportunun göstəriciləri faktiki olaraq Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin tərtib etdiyi 643 saylı inşaat pasportunun və 1970ci ildə açılmış 4294 saylı iş materiallarının göstəricilərinə uyğun deyildir; Buxar» KM-nin faktiki sərhədlərinin ilkin ayrıc aktında göstərilən sərhədlərə uyğun olmadığı, həmin sərhəd hasarının faktiki mövcud olan mübahisələndirilən hasardan 52,0 m kənarda yerləşdiyi müəyyən edilir. Hazırda isə "xxxx" KM-nin faktiki istifadəsində olan torpaq sahəsinin Bakı səhəri, Nizami rayonu, Çobanzadə küçəsi ilə paralel istiqamətdə 1-ci sərhədi 38 metr məsafədə olmaqla müəyyən edilir və ümumi sahəsi artıq kvadrat şəkilli 100*100 m-ə deyil, çoxbucaqlı şəkildə olmaqla artıq torpaq sahəsinin zəbt olunmasını təsdiq edir. Torpaq sahəsi ilkin ayırma sənədləri ilə yerquruluşuna köçürülərkən - Bakı səhəri, Nizami rayonu, Çobanzadə küçəsi ilə paralel istiqamətdəki 1-ci sərhədinin 90 m məsafədə olmasını nəzərə alaraq, müəyyən olunur ki, həmin torpaq sahəsi cavabdehin istifadəsində olan torpaq sahəsindən təqribən 52 m məsafədə yerləşmişdir. Bunlardan başqa, yenə də "xxxx" KM-nin yeni iddiası üzrə, istifadələrində olan torpaq sahəsindən çıxarılma və digər tələblər üzrə məhkəməyə müraciət olunmuş və Bakı şəhər Nizami rayon Məhkəməsinin 2(007)-612\2012 saylı, 22.02.2012-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3782\2013-saylı, 22.08.2013-ci il tarixli məhkəmə qətnaməsi ilətərəflərindən veriimiş apellyasiya şikayəti qismən təmin olunmuş, 22.02.2012-ci il tarixli qətnamə bütünlükdə ləğv olunmuş və iddia tələbi rədd olunmuşdur. Həmin qətnamədə müəyyən olunmuşdur ki, «Beləliklə, həm qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə, həm də iş üzrə keçirilmiş məhkəmə ekspertiza rəyi ilə müəyyən olunur ki, "xxxx" KM-nin mülkiyyətində olan Çobanzadə küçəsi 45 A ünvanında yerləşən torpaq sahəsi Cavabdeh1 tərəfindən özbaşına tutulmamış (zəbt edilməmiş) və həmin torpaq sahəsində Cavabdeh1 tərəfindən hər hansı tikinti aparılmamışdır. Həmçinin mübahisəli torpaq sahəsində Cavabdeh1 tərəfindən inşa edilmiş tikili "xxxx" KM-nin hüquqlarına və maraqlarına toxunmur. Bakı Apellyasiya Məhkəməsinin 6ÜŞ-81\2013 №-li, 19.2013-cü il tarixli məktubu ilə bildirilmişdir ki, hazırkı vaxta qədər kassasiya şikayəti verilməmiş və kassasiya şikayəti verilmədiyi təqdirdə, qəbul edildiyi gündən 2 aydan sonra Bakı Apellyasiya Məhkəməsinin 2(103)-24842012-saylı, 19.09.2012-ci il tarixli məhkəmə qətnaməsi qanuni qüvvəyə minir. Yenə, başqa məhkəmə işi üzrə, «Buxar” KM Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə müraciət edərək, KM-yə məxsus ilkin torpaqayırma sənədi üzrə olan 4294 saylı inşaat posportunun təsdiqlənmiş surətinin, ona verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, həmin iş üzrə məhkəmə mühəndis-texniki ekspertizasının keçirilməsi təyin olunmuş və Məhkəmə Ekspertizası Mərkəzinin 31.08.2015-ci il tarixli, 11550 nömrəli rəyin nəticə hissəsində qeyd edilir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin mütəxəsisləri tərəfindən tərtib edilmiş 06.08.2015-ci il tarixli mütəxəsis rəyinə əsasən Bakı səhər İH tərəfindən tərtib edilmiş, mülki iş materiallarında olan 4294 saylı inşaat pasportunu təşkil edən sənədlər əsasında keçmiş Bakı Təmir Bazasının və indiki "xxxx" KM-nə ayrılmış torpaq sahəsinin koordinatlarını və yerləşmə verini müəyyən etmək mümkün olmamışdır. Əmlak Məsələləri Dövlət Komitəsinin mütəxəsisləri tərəfindən tərtib edilmiş 06.08.2015-ci il tarixli mütəxəsis rəyində isə, yuxarıda göstərilən ekspert rəyinin nəticə hissəsindən əlavə, həm də inşaat pasportuna torpaq sahəsinin ayrılması barədə sərəncam və həmin sərancamın ayrılmaz hissəsi olan torpaq sahəsinin təsdiq olunmuş plan və ya ayrıc aktı əlavə edilmədiyi göstərilmişdir. Deməli, "xxxx" KM-nə ayrılmış torpaq sahəsinin ümumiyyətlə koordinatlarını və yerləşmə yerini müəyyən etmək mümkün olmadığı halda, iddia tələbinin təmin edilməsinin qəbul edilməsi vol verilməzdir. Yenə, başqa məhkəmə işi üzrə: Bakı şəhər Nizami rayon Məhkəməsinin 2(007)- 48\2018 №-li, 22.02.2012-ci il tarixli Qətnaməsi ilə Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən 826.2 kv.m torpaq sahəsinin Cavabdeh1 icarəsinə verilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən aparılmış reyestr qeydi və həmin qeydin əsasında verilmiş RX seriyalı ******* nömrəli, 25.05.2016-ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı ləğv edilmiş, Cavabdeh1, oğlu "xxxx" KM-nin mülkiyyətinə verilmiş torpaq sahəsinin 40 kv.m hissəsindən çıxarılması və İlk iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin iş üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 17.08.2018-ci il tarixli, 13907№-li rəyində də, müəyyən edilmişdir ki, "xxxx" KM-nin yerləşdiyi torpaq sahəsinin, ümumiyyətlə ayrıc aktı yoxdur. Çıxarışda göstərilmiş torpaq sahəsinin koordinatları dəqiqləşdirilmişdir. Buxar KM-nin mülkiyyətinə verilmiş torpaq sahəsi ilə Cavabdeh1 məxsus torpaq sahəsinin 40 kv.m üstüstə düşdüyü müəyyən edilmişdir. Təqdim olunmuş sənədlərin araşdırmasından belə nəticəyə gəlmək olur ki, onların istifadələrində olan torpaq sahəsinin qonşuluğunda yerləşən "xxxx" KM-nin adına sənədləşdirilmiş torpaq sahəsinin naturada dəqiq həcmi və yerquruluşuna müvafiq olaraq yerləsdiyi sərhədlər dəqiq olmamaqla yanaşı, əsassız sürüşdürmələrə yol verməklə artıq torpaq sahələrinin zəbt olunması və bununla da əsassız olaraq bəzi məhkəmə mübahisələrinin yaranması hallarına səbəb olduğu üçün məhkəmə mübahisələrinə son qoymaq qərarına gəlmişdirlər. Həmin işin yekunu olaraq, "xxxx" KM ilə aralarında sürən çoxsaylı məhkəmə mübahisələrinə son qoyulmuş və 40 kv.m. torpaq sahəsi ilə bağlı məsələ də öz həllini tapdığından, "xxxx" KM-nin direktoru və hazırda iddiaçının istəkli atası olan Oktay Əliyevin şəxsi imzası ilə Bakı səhər Nizami rayon İcra şöbəsinə müraciət olunaraq, işin icraatına xitam verilməsini şəxsən xahiş etmişdir. Bakı şəhər Nizami rayon İcra şöbəsi tərəfindən 07.05.2020-ci il tarixli Qərar ilə göstərilən məhkəmə işinin icraatına xitam verilmişdir. Deməli, Buxar KM ilə yaranmış uzun sürən çoxsaylı məhkəmə mübahisələrinin son nəticəsi olaraq, Cavabdeh1 40 kv.m. torpaq sahəsinə müdaxilə etməsi müəyyən edilmişdir ki, həmin iş üzrə qətnamə tam icra olunmuş və işin icraatına xitam verilmişdir. Hazırda isə bu cür iddia qaldırmaq üçün, hər hansı bir subyektiv hüququ olmayan iddiaçı, vaxtı ilə qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə hüquqi qiymət verilmiş dəlilləri yenidən məhkəmə mübahisəsində müzakirə obyektinə çevirmişdir. Deməli, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilmiş hallar və faktlar hazırkı məhkəmə mübahisəsində bir daha sübut edilmir. Hazırkı halda iddia ərizəsində göstərilənlərlə və iş materiallarına təqdim olunmuş sənədlərlə sübut olunmur ki, həmin icarə müqaviləsi iddiaçı zərər çəkmiş olaraq, onun hüquqlarına qarşı delikt törədilmişdir. İddia ərizəsində, icarə müqaviləsinin etibarsız hesab edilməsini tələb edən iddiaçı, işin halına aid olmayan müxtəlif maddi hüquq normalarını sadalamış, lakin tələbinin hüquqi əsasını göstərə bilməmiş və həmin müqavilə ilə onun hansı hüququnun zədələnməsi müəyyən olunmur. Belə ki, etirazda müqavilənin etibarlı olmasını aşağıdakı qaydada izah edirlər. İddiaçı icarə müqaviləsnin etibarsız hesab edilməsini tələb edir: müqavilə uydurma əqdir, yəni müqavilə görünüş məqsədilə bağlanmışdır. Mülki Məcəllənin 340.1 və 340.2-ci maddəsinə görə icarə müqaviləsi forma baxımından bütün tələblərə əməl edilməklə bağlanmışdır. Ona görə də müqavilə əhəmiyyətsiz əqd hesab edilməməlidir. Həmçinin, müqavilələrin etibarsız hesab olunması şərtləri və qaydası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-349-cu maddələri ilə tənzimlənir. Qanunvericlikdə müqavilələrin etibarsız sayılmasının müxtəlif şərtləri, qaydası və nəticəsi müəyyən edilmişdir. Yuxanda qeyd olunduğu kimi, iddiaçının, onların istifadəsinə verilmiş torpaq sahəsi üzərində hər hansı hüququ olmadığından, icarə müqaviləsi üzrə tərəf olmadığından, həmin müqaviləni mübahisələndirmək üçin subvektiv hüquqa malik deyil. Əqdin etibarsız hesab edilməsini, bir qayda olaraq, zərərçəkən tərəf tələb edə bilər. Lakin, iddiaçı torpaq sahəsinin onların istifadəyə verilməsi ilə ona dəyən zərərin nədən ibarət olmasını, onun hüquqlarını hansı formada pozulmasını sübuta yetirə bilməmişdir. Belə olan halda, icarə müqaviləsi əsasında istifadələrinə verilmiş dövlət mülkiyyətində olan torpaq sahəsinə dair iddiaçının hər hansı bir qanuni hüququ olmadığından, onun məhkəmə müdafiəsi də qəbul edilən deyil. İşin hallarından müəyyən edilir ki, Bakı şəhər İcra Hakimiyyəti ilə aralarında bilavasitə öz iradə ifadələri olaraq, iddiaçının hüquqlarından asılı olmayan dövlət mülkiyyətində olan torpaq sahəsinin icarə müqaviləsi bağlanmış, beləliklə də müvafiq əqdə dair hüquqi proseslər barəsində hər iki tərəfin iradə ifadələri (iradə azadlığı) olmuşdur. Beləliklə, aydın olur ki, belə bir müqavilə bağlamaq üçün müqavilə tərəflərinə maneə törədə biləcək heç bir səbəb olmamış, müqavilə tərəflərini məhz icarə müqaviləsi bağlamağa vadar edəcək hər hansı təsir və ya təzyiq olmamışdır. İddia tələbinin təmin edilməsi Cavabdeh1 istifadəsinə verilmiş və qanuni əsaslarla yaranmış torpaq sahəsi üzərindəki (əşya) hüquqlarının pozulması nəticəsini doğurmaqla, bu hüquqlara qeyri-taraz müdaxilə olardı. Yuxarıda qeyd olunduğu kimi, 20.04.2018-ci il tarixli 1460 saylı icarə müqaviləsindən "xxxx" KM tam xəbərdar olmuş, məhz bütün məhkəmə mübahisələrinə son qoyaraq, heç bir pritenziyası olmamış və 40 kv.m. torpaq sahəsi ilə bağlı məsələ də öz həllini tapdığından, "xxxx" KM-nin direktoru və hazırda iddiaçının istəkli atası olan Oktay Əliyevin şəxsi imzası ilə Bakı şəhər Nizami rayon İcra şöbəsinə 04.05.2021-ci il tarixdə müraciət olunmuş və işin icraatına xitam verilməsini şəxsən xahiş etmişdir. Odur ki, iddiaçı 04.05.2021-ci il tarixdə və 17.07.2020-ci il tarixdə bilirdi və ya bilməli idi ki, 20.04.2018-ci il tarixli, 1460 saylı icarə müqaviləsi mövcuddur və artıq "xxxx" KM ilə bütün məhkəmə mübahisələrinə son qoyulmuş və sonuncunun istifadələrində olan torpaq sahəsi üzərində heç mübahisəsi qalmamış və işin icraatına xitam verilmişdir. Cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinin nümayəndəsi X11 tərəfindən etiraz ünvanlanaraq iddia ərizəsinin geri qaytarılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, ididaçı tələbində icarə müqaviləsinin onun mülkiyət hüququna toxunduğunu və icarə müqaviləsinin bağlandığı torpaq sahəsinin yüksək təzyiqli su kəmərlərinin üzərində yerləşdiyini qeyd etsə də, bunun nə də ifadə olunduğunu, yəni icarə müqaviləsinin hansı mənada iddiaçının mülkiyyət hüququna toxunduğunu qeyd etməmiş, həmçinin onun "xxxx" KM-in hansı əlaqədə olması, onun özünün şəxsən cavabdehə icarəyə verilmiş torpaq sahəsi ilə hər hansı bağlılığının və ya qonşuluğunun olması, hansı maraqlarına toxunduğnu qeyd etməmişdir. İşin hallarından da görünür ki, İddiaçı hazırki iddianı məhz öz adından vermiş və icarə müqaviləsinin onun mülkiyyət hüququna toxunduğunu israrla qeyd etmişdir. İddiaçının yaşayış ünvanı isə Bakı şəhəri, A.M.Cümə küçəsi, ev 25, mənzil 20-dir. Bununla yanaşı, Bakı şəhər X20 İcraiyyə Komitəsinin 16.03.1963-cü il tarixli, 40/1570 saylı qərarı və həmin ildə tərtib olunmuş 3/106 saylı ayrıc aktı ilə qazanxana tikintisi üçün ünvan 11 ünvanında Bakı şəhəri XDS İcraiyə Komitəsinin Əsas Tikintisinə 1,0 ha torpaq sahəsi ayrılmış, qazanxananın tikintisi başa çatdıqdan sonra qazanxana SSR Kommunal Təsərrüfatı Nazirliyinin Birləşmiş Qazanxana və İstilik Şəbəkələri İdarəsinə təhvil vermiş, İdarənin 13.02.1970-ci il tarixli, 17/01-96 nömrəli məktubuna əsasən qazanxananın ərazisində ona xidmət edən "xxxx" KM-nin yerləşməsinə icazə verilmiş Bakı şəhəri XDS İK-nin Memarlıq-Planlaşdırma İdarəsi tərəfindən icazə verilmiş və 4294 saylı inşaat işi tərtib edilmişdir. 3/106 saylı aprel 11963-cü il tarixli ayrıc aktına, 643 saylı, 30.05.1963-cü il tarixli İnşaat pasportuna və 4294 saylı 1970ci il tarixli inşaat işinə "xxxx" KM-nin əvvəlki Təmir Bazasının yerləşdiyi, ayrılmış 1 ha torpaq sahəsinin konkret hüdudları müəyyənləşdirilmiş və torpaq sahəsinin Çobanzadə küçəsindən 90 metr aralıda və 811-ci keçiddən 40 metr məsafədə olmaqla 100*100 metr ölçüdə olduğu göstərilmişdir. "xxxx" KM-si və "xxxx" ASC-nin 16 saylı X3 Sahəsi, Bakı şəhəri XDS İK-nin 16.03.1963-cü il tarixli, 40/1570 saylı qərarı ilə ünvan 11 ünvanında qazanxana tikintisi üçün ayırmış 1,0 ha torpaq sahəsinin üzərində yaradılmışdır. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, "xxxx" ASC-nin 16 saylı X3 Sahəsi 0,8 ha torpaq sahəsinə, "xxxx" KM-si isə 0, 75827 ha torpaq sahəsinə sahibdirlər və onların faktiki istifadələrində olan torpaq sahələrinin həcmi təqribən 1.6 ha təşkil edir. "xxxx" KM-si müəssisənin əmək kollektivinin qərarı ilə Bakı şəhər Qazanxanalarının və istilik xətlərinin təmiri üzrə ixtisaslaşdırılmış təmirtikinti icarə müəssisəsinin əsasında və onun əmlakının bazasında yaradılmışdır. Belə ki, "xxxx" KM 7505 saylı şəhadətnamə ilə 17.03.1994-cü ill tarixdə AR Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmiş, əmək kollektivinin və AR Mənzil-Kommunal Təsərrüfatı Nazirliyinin qərarı ilə əmək kollektivinin tam mülkiyyətinə verilmiş və "xxxx" icarə müəssisəsinin hüquqi varisidir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. O əlavə olaraq qeyd etdi ki, onların torpağının sərhədləri bəlli idi. Sonra Cavabdehin nümayəndəsi Tamara xanım bura sənəd aldığını bildirmiş, onların hasarını sökdürmüş və ərazilərinə keçmişdir. Məhkəmə qərarı əsasında icarə müqaviləsinə xitam verildiyi bildirildi və nəticədə təsdiq olundu ki, Tamara xanımın 2010-cu il müqaviləsi onların sərhədlərinə daxil olur. Ona görə də etibarsız hesab olunmuşdur. Sonra Tamara xanım müqavilənin ləğvinə dair İcra Hakimiyyətindən bir sənəd alıb gətirmiş həmin vaxt başqa müqavilənin olduğunu soruşmuşlar və onlara başqa müqavilənin olmadığını bildirmişlər. Sonra iddiaçı hasarı söküb yeniləşdirmək istədikdə Tamara xanım polisə müraciət etmişdir ki, bunlar burada qanunsuz hərəkət edirlər. Onlar da onlara hüquqları varsa sənəd gətirmələrini demişlər, onlar da nəhayət həmin icarə müqaviləsini polisə göstərmişlər. Onlar 2 il müddətində dəfələrlə ortaq məxrəcə gəlmələrini, müqavilə varsa göstərmələrini söyləmiş, Tamara xanım isə onlara sənədinin olduğunu, amma verməyəcəyini bildirmişdir. Həmin vaxt polis əməkdaşı onlara demişdir ki, Tamara xanımın sənədi var, tarixi və ili budur. Əsas odur ki, onlar bu müddət ərzində Bakı şəhəri İcra Hakimiyyətinə sorğu vermiş, amma onlara cavab verilməkdən qəti şəkildə imtina etmişlər. Həmin icarə müqaviləsini niyə onlardan gizlətmişdirlər? Cavabdehlər icarə müqaviləsini təqdim etmişlərsə nə üçün cizgiləri məhkəməyə təqdim etməmişlər? İcarə müqaviləsini İcra Hakimiyəti təqdim etsə həmin müqavilənin həqiqiliyinə inanar və hal-hazırda məhkəməyə təqdim edilmiş müqavilənin surətidir. Əvvəlki icarə müqaviləsində də Tamara xanım hasara münasibətdə mübahisə yaradırdı, hal-hazırda da 2018-ci il tarixli icarə müqaviləsinə əsasən mübahisə yaradır. Tamara xanım hasara münasibətdə onun olduğunu deyir. Müqavilədə torpağın təyinatı abadlıq və kiçik sahibkarlıq məqsədi ilə verimiş, hansıki həmin şəxs fəaliyyət qabiliyyəti olmayan şəxsdir və əlildir. Qarşı tərəf icarəyə verilmiş torpağın sxemi təqdim etməmişdir. Əgər subyektiv hüquqlarını tanımırdırlarsa niyə müqaviləni məhkəməyə təqdim etmişlər. Ali Məhkəmənin plenum qərarına əsasən icarə müqaviləsinin əsli olmalıdır. "xxxx" Kollektiv Müəssisəsi həmin torpağı özəlləşdirmiş, İddiaçı "xxxx" Kollektiv Müəssisəsinin təsisiçisi olmuş, "xxxx" Kollektiv Müəssisəsi ləğv edildikdən sonra aktivləri İddiaçı keçmişdir. O, həmçinin bildirmişdir ki, boru kəmərləri ilə bağlı boru kəmərində partlama baş vermiş və partlama vaxtı onların da torpaq sahəsini su basmış, ziyan vurmuş, onların ərazisi zərər görmüş və bunun nəticəsində Tamara xanımın orada inşa etdiyi hasar məhkəmə qərarı ilə sökülmüşdür. Çünkü orada boru kəmərləri təhlükə mənbəyidir və keçən məhkəmə prosesində də müzakirə edildiyi kimi orada tikilən ev də sökülmüşdür. İcra Hakimiyyətinin nümayəndəsi hansı subyektiv hüquqlarına toxunduğunu soruşur, ən əsası elə bu subyektiv hüquqlarına toxunur ki, onlara dəfələrlə deyildiyi kimi hazırda iddia da onların qonşularının sərhədlərinin müəyən olunması və aydın olması barədə hüquqları var. Çünki dəfələrlə Tamara xanıma Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş torpaq sahəsi onların ərazisinə düşmüş və bu səbəbdən də icarə müqavilələri ləğv olunmuşdur. Onların qonşunun torpağının sərhədlərinin hansı olması barədə müəyyənlik olması ilə əlaqədar hüquqları var. Bakı şəhəri İcra Hakimiyyəti icarə müqaviləsini gizlədirdi, indi də cizgiləri gizlədir və onlar əmindirlər ki, həmin cizgilər onların ərazisinə daxildir. O, həmçinin torpağın onlara verilməsi üçün icazə alınıb-alınmaması barədə heç nə deyə bilmədiyini, Tamara xanımın əldə etdiyi 2 icarə müqaviləsindən birinin "xxxx" ASC-nin iddiası əsasında ləğv edildiyini, məhkəmənin həmin boru kəmərinin Azərsuya aid olduğu qərarına gəldiyini, torpağı aldıqdan sonra həmin torpağa aid hüquqların onlara necə keçdiyini bilmədiyini, su basma tarixinin təxminən 2-5 il bundan əvvəl olduğunu, suyun vurduğu zərərlə bağlı şəkillərin olduğunu, dəfələrlə Tamara xanımla onların arasında olan hasarı bərpa etmək üçün tədbirlər görən kimi Tamara xanımın polisə getdiyini, bunun da Tamara xanımla qonşu olduqlarını sübut etdiyini, hazırkı topaq sahəsi ilə bağlı qeydiyyat vəsiqələri və texniki pasportlarının olduğunu, reystrdə bu haqda qeyd olunduğunu, onların torpaq sahəsinin halhazırda yerləşdiyi yerdən 60-90 metr başqa yerdə olması ilə bağlı məhkəmə qərarı olmadığını qeyd etdi. Reyster yoxdur və boru kəmərlərinin oradan keçməsi hər hansı bir yerdə, domenlər kimi qeydiyyata alınmalıdır, lakin alınmamışdır, bu hazırki iddiada hansı məsələni həll edir? Boru kəmərlərinin qeydiyyatda olmaması boru kəmərlərinin orada olmasını istisnamı edir? Boru kəmərləri orda olub. Onlar təhlükəsizlik zonasını qorumaq məqsədi ilə Tamara xanımdan öncə həmin təhlükəsizlik zonasını özlərinə götürməmişlər, çünkü ora təhlükəsizlik zonasıdır. Hazırkı halda da həmin torpaq sahəsinin kimə ayrılması hansı sərhədlərlə ayrılmasını bilməyə hüquqları vardır. Hidrotexniki qurğuların reyestrlərinin olub-olmamsı məsələsini onlara aidiyyatı yoxdur və məhkəmədinin uzadılması məqsədi güdür. O, vəsatətə münasibətdə bildirdi ki, vəsatət tam əsasızdır ona görə ki, onlar “qonşunun topağı onların topağı üzərinə düşdüyü üçün və bu barədə qonşunun topağının sənədini ləğv edilməsi üçün” iddia qaldırmışlar, digər tərəf yəni Cavabdeh1 qanuni nümayəndəsi X18 bildirir ki, ekspertiza keçirilməsini xahiş etsələr də, bu barədə onlar məhkəməyə öz qanuni qüvvədə olan plan sxemlərini təqdim etməmişlər, onların icarəyə götürdüyü topaq sahəsi iddiaçının topağına qarışmır, iddiaçı tərəfi öz texniki pasportunu məhkəməyə təqdim etdiyi halda cavabdeh öz sənədini, cizgi sxemini məhkəməyə təqdim etməmişdir. Əvvəlki mülki iş üzrə məhkəməyə Tamara xanım gətirdi ki, 806 kvadrat metr topaqla bağlı olan müqavilə ləğv olunmuşdur. Tamara xanım hazırkı müqavilənin cizgi sxemini məhkəməyə təqdim etmirsə ekspertiza keçirilə bilməz. Tamara xanımın əvvəlki 806 kvadrat metr topaqla bağlı olan müqaviləsi ona görə ləğv olunmuşdur ki, onların torpaq sahəsinə Tamara xanım müqaviləsi ilə girmişdirlər. Bu gün Tamara xanım özü də təsdiq edir ki, əvvəlki müqavilə onların topaq sahəsi ilə üst-üstə düşür. Bütün bunları nəzərə alınmalı ekspertiza keçirilməsi barədə vəsatət təmin edilməməlidir. Məhkəmə iclasında İddiaçı onun vəkili və nümayəndəsi Vəkil2 izahatına uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. İş üzrə ekspertiza keçirilməsinə dair verilmiş vəsatətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 qanuni nümayəndəsi X8 vəkili və nümayəndəsi Vəkil1 iddianı qəbul etmədiklərini bildirdi və yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 qanuni nümayəndəsi X18 iddianı qəbul etmədiklərini bildirdi və iddianın təmin edilməməsini xahiş etdi. O əlavə olaraq qeyd etdi ki, 2018-ci ildə məhkəmə qurtaranda həmin vaxta kimi onların məhkəmə qərarları çox olmuşdur. Əliyev Bahadur kimdir? O nə hədiyyə edib? Orada qanunu qüvvəyə minmiş qərarlar var. Onların hasarı 90 m o tərəfdədir. Ekspertizanın rəyləri, qanunu qüvvəyə minmiş qərarları var ki, bunlar oranı qanunsuz zəbt edirlər. İddiaçı da, o da sərhədləri yaxşı bilir. İki ekspertiza rəyi var və orda göstərilmişdir ki, onların divarı 90 m yoldan aralıdır. İddiaçı dövlət torpağını zəbt etmişdir. Onun yola çıxışı var. İddiaçı bildirir ki, onun torpağının qiyməti azalır. 2010-cu il məhkəmə iddiaçının torpağı zəbt etməsi barədə qərar vermişdir. 2015-ci ildə iddiaçının vəkili X21 Məhkəməsinə ərizə vermiş və demişdir ki, onun torpağının sərhədləri müəyyən edilsin. 2013-cü ildə çıxarışı Buxar almışdı. 2015-ci ildə iddiaçı məhkəməyə onun torpağının koordinatlarının müəyyən edilməsini vermiş və orada Dövlət Əmlak Məsələlərində ekspert onların torpağının koordinatlarını müəyyən etmək olmadığını bildirmişdir, Ədliyyə Nazirliyinin ekspertizasında yazır ki, əsasa görə onların əlavəsi yoxdur və onlara texniki pasport vermək olar. Onların texniki pasportun notariusda təsdiq olunmuş surətinin təsnifat hissəsində yazılmışdır ki, 306 nömrəli sənəddə 1963-cü ildə təsdiq edilmiş, amma "xxxx" KM orada 1972-ci ildə yaranmışdır. İddiaçılar bütün ərazini zəbt etmişlər. İddiaçının çıxarışı, texniki pasportu ola-ola niyə 2015-ci ildə 1 saylı məhkəməyə onun torpağının koordinatların müəyyən edilməsini verir ki. O, Arxitektura komitəsinə yazmışdır ki, bu adama heç kim lazım olan tədbiri görməmişdir. O, yenə tələb edir ki, onun ərazi sərhədlərini müəyyən etsinlər və Buxarın ərazisini təyin etsinlər. 2018- ci ildə iddiaçı onun divarının yanına gəlmişdi, hansı ki orada onların texniki otaqları mövcud olmuşdur. O, 102-yə zəng vurmuş polislər və müstəntiq Tural gəlmiş,o, müqaviləni göstərmişdir. Həmin vaxt o, iddiaçıya sənədi göstərmiş, o da onunla razılaşmışdır. Orada hasar var idi, amma yarım tikili idi. O, tikilini 06.05.2021-ci ildə sökmüş, yenə onun hasarını, texniki otağı uçurtmuş və o, yenə iki dəfə polisə yazılı müraciət etmiş, amma polis cinayət işi açmamış, uzun cəhddən sonra cinayət işi açılmışdır. Hal-hazırda cinayət işinə polis baxır, prokurorluq onlara cinayət işi açılması ilə bağlı rəsmi məktub vermişdir. İddiaçı tərəf onun hasarını, otağını uçurtmuş, 10.000-ə yaxın mal oğurlanmışdır. Bura onun sərhədidir və mühafizəçisi orada oturmuşdur. Ərazi texniki cəhətdən onun ərazisindədir. İddiaçı deyir ki, onlar hasarı dağıtmamışlar,onların heç ona imkanı və vaxtı yoxdur. İddiaçının vəkili Anar müəllim deyir ki, Cəlal xəstədir, o xəstənin qardaşı, bacısı var, onlar öz xəstələrni narahat etməzlər. Bu xəstəyə kimsə kömək etməlidir ya yox. O əraziyə 1986-ci ildən rüsum ödəmişlər və Bakı İcra Hakimiyyətinə ödəniş etmişlər. O, çıxarış alanda iddiaçının vəkili Anar müəllim onu çağırıb onlarda zəbt etmə olmadığını, amma üst-üstə gəldiyini bildirmişdir. İcra edənlər icra etməyə gələndə o, zəbt olunanı göstərmasını demiş, lakin onlar heç nə göstərə bilməmişlər. X24 atası məktub yazmışdır ki buna xitam versələr də yerinə yetirilmir. Müqavilədə 86 m2 idi, onlar da üstünə 105 m2 gəldikdə 191 m2 alındı. Xəstə qardaşı iddiaçının yanına gedəndə az qala onu öldürəcəkdi, amma axırı bu həddə çatdıracaq. İddiaçı gözləyir ki, o, oradan çıxan zaman həmin dəqiqə orada nəsə eləsinlər. Onların məhkəməyə təqdim etdikləri sənəddə göstərilir ki, onlar oranı zəbt ediblər, onların qanunu yeri 90 m yoldan aralıdadır. Əmlak yazır onların sərhədlərini müəyyən etmək olmamışdır. Onların hasarı da hesablansın niyə? 5000 m2 də böyük uşaq kompleksi yaratmaq olar, niyə oranı o zəbt etməlidir. Bakı İcra Hakimiyyətinə də, Arxitektura komitəsinə də neçə dəfədir deyir ki, oranı iddiaçı zəbt etmişdir. İcraçılar Bahadur da orada olanda gəlib dedilər ki, o, besetkanı yığışdır, onun ərazisi deyil besetkanın ona aidiyyəti yoxdur, burada gəlib işlərini görəcəklər. O da eksperti gətirib işlərini görmələrinə etiraz etmədiyini bildirmişdir. Eksperti gətirmədilər, onlar yaxşı bilirdilər ki ekspert rəyində 40 m2 onda deyil, iddiaçıda olduğu yazılmışdır. Orada zəbt etmə yoxdur. Bahadur 2018-ci ildə onda olan müqaviləni görmüşdü. Bu ilin mayında bilmədiklərini, indi öyrəndiklərini deyirlər, ancaq onun müqaviləsini polisdən alaraq sənədlərin içinə qoydu. Onlar yaxşı bilirdilər ki, müqavilə tikintiyə uyğun deyil, abadlaşdırma üçündür və o, orada güllər əkəcək. Orada abadlaşdırma etmək olar tikinti etmək olmaz. O, həmçinin bildirdi ki, Vergilər müfəttişliyi sənəd vermişdir ki, o, "xxxx" KM-nin hüquqi varisi deyildir. 2018-ci ildə İddiaçı Əliyev Oktayı qəbul etdi, o həm təsisçi, həm də mülkiyyətçi oldu. Buxarın adında məhkəməyə ləğv edilmiş şirkətin sənədi təqdim olunmuşdur, hansı ki, bütün məhkəmə çəkişmələri qurtarmışdı. Buna baxmayaraq məhkəmə bu sənədləri qəbul etdi. Burada Əli müəssisəyə 17 iyul 2020-ci ildə hüquqi icazə almış, müqaviləni isə 20 aprel 2018-ci ildə bağlamışdır. 29 iyun 2018-ci ildə Əliyev Oktay, yəni ata 100%-lik təsisçidir. 3 avqust 2018-ci ildə dövlət reysterindən çıxarışa əsasən İddiaçı təsisçi olmuş, Əliyev Oktay yəni ata isə direktor kimi qalmışdı. 18 mart 2020-ci il tarixli Əmlakın təhvil aktına əsasən İddiaçı yəni oğlu təhvil verir və özü də qəbul edir. 2018-ci ildə o insan çox yaxşı bilirdi ki, onlarda müqavilə vardı. İddiaçı o fakta əsasən 75 sot torpağı və otağı həmin gün özü-özünə təhvil verir. Bundan əlavə neçə dəfə polis orqanlarına onun hasarının və istifadəyə yararlı otağın sökülməsindən şikayət etmişdir. İddiaçı və polis işçiləri onun müqavilə və aktını görmüşlər. 4 il keçməyinə baxmayaraq İddiaçı heç bir tələb bildirməmiş,ancaq cinayət işi qaldırılandan sonra o onu məhkəməyə verməyə qərara gəlmişdir. O, iddiaçı torpağının zəbt edilməsinin müəyyən edilməsi ilə bağlı ekspertiza keçirilməsi barədə vəsatət verərək onun təmin edilməsini xahiş etdi. bildirdi ki, əvvəlki məhkəmə işlərində 3 ekspertiza rəyi var ki, ora onların torpağı deyil. Əgər ekspertiza keçirilməyəcəksə orada qərarlar var ki, onun topağı 90 metr aralıdadır. Həmçinin texniki sənədi heç kəs ləğv etməmişdir. 20 kvadratı həmin sahəyə görə əmlakdan ona çıxarış vermədikləri üçün azaltmışlar. Məhkəmə iclasında həmçinin Cavabdeh1 qanuni nümayəndəsi X8 vəkili və nümayəndəsi Vəkil1 bildirdi ki, icarə müqaviləsinin möhtəbərliyini nə İcra Hakimiyyəti, nə də onlar şübhə altına almırlar. İddiaçı özü bildirir ki, iddiaçı ilə cavabdehin İcra Hakimiyyəti ilə arasında mübahisələr olmuşdur. Həmin torpaq sahələri zamanında Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən sərəncamla cavabdehə bina tikilməsi üçün verlmişdir. Sonra iddiaçının təyziqi ilə "xxxx" ASC "xxxx" Kollektiv Müəssisəsinin sifarişi ilə oradakı heç bir restoranlara iddia qaldırılmadığı halda ancaq Cavabdeh1 qarşı iddia qaldırılmışdır. Məhkəmə qərarları ilə müəyyənləşdirildi ki, "xxxx" Kollektiv Müəssisəsinin sahəsinə neçə kvadrat keçib məhkəmənin qərarı da icra olunmuşdur. Ev də söküldü. İndi "xxxx" Kollektiv Müəssisəsi özünə yol açmaq istəyir, MTT ilə bağlı məhkəmə iclasında da iddiaçının vəkili və nümayəndəsi qeyd etdi ki, onların yolu bağlanıb ona görə torpaqlarının qiyməti düşmüşdür. Bələdiyyənin müqaviləsi ləğv edildikdən sonra torpaq sahəsi İcra Hamiyyətinə keçmişdir. Sonra Bakı şəhəri İcra Hakimiyyəti nəzərə almışdır ki, Cavabdeh1 torpaq sahəsi ilə bağlı bələdiyyəyə, İcra Hakimiyyətinə icarə haqqı ödəmişdir, müqavilə ləğv edildikdən sonra cavabdehə orada abadlıq işləri aparmaq üçün torpaq sahəsi verilmişdir. İddiaçı iddia edir ki, cavabdeh onun torpağını zəbt edib, amma nə qədərini zəb etdib bilmir. Onda iddiaçının hansı hüququ pozulmuşdur. O, həmçinin torpaq sahələrinin üst-üstə düşmədiyini, cavabdehə icarə müqaviləsi ilə verilən torpaq sahəsinin iddiaçının hüdudlarından kənarda yerləşdiyini, müqaviləni o vaxt onlar ləğv etdirəcək deyə vermədiklərini, onların məhkəmə qətnaməsinin icra edildiyini, sonradan kənarda torpaq sahəsinin götürülməsinin,heç kimə aidiyyatı olmadığını bildirdi. O, iş üzrə ekspertiza keçirilməsi barədə müdafiə etdiyi şəxsin vəsatətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinin nümayəndəsi X11 iddia tələbinə dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. həmçinin o bildirdi ki, iİddiaçı bu gün iddia edir ki, icra hakimiyyəti ilə Cavabdeh1 arasında 2018-ci il aprel ayında bağlanmış icarə müqaviləsi onun hüquqlarına toxunur, amma müqavilə iddiaçıda yoxdur və ləğv edilməsini tələb edir. İddiaçı özü iddia ərizəsində qeyd edir ki, istilik şəbəkəsi idarəsi olmuş, həmin "xxxx" Kollektiv Müəssisəsi istilik idarəsinin tərkibində olmuşdur. Birləşmiş qazanxananın istilik şəbəkəsinin 1 ha torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsinin hüqdudları müəyyən olunmuşdur. Həmin torpaq sahəsinin Çobanzadə küçəsindən 90 metr aralıda və 811 keçiddən 40 metr məsafədə olmuşdur. İddiaçı qeyd edir ki, sonradan "xxxx" Kollektiv Müəssisəsi ləğv edilmiş, onun bütün əmlakı iddiaçının mülkiyyətinə keçmişdir. İddiaçının bu iddianı qaldırmaqda subyektiv hüququ yoxdur. iddiaçının subyektiv hüququ olmadığı üçün həmin sənədləri vermək olmaz. İddiaçı sübüt etsin ki, Bakı şəhəri İcra Hakimiyyəti onun hansı hüquqularını pozur. Boş torpaqları İcra Hakimiyəti icarəyə verə bilər. Bu gün onlarda olan məlumata və məhkəmə qərarlarında əks olunan məlumata görə buxar 60 sot torpaq sahəsini özbaşına zəbt etmişdir. O, həmçinin ekspertiza keçirilməsi ilə bağlı iddiaçının dediyi düzdürsə ekspertiza keçirilməsi ilə bir daha təsdiqlənməsini bildirdi və vəsatətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X6 üzrə Dövlət Agentliyi, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, həmin müstəqil tələb irəli sürməyən 3-cü şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" ASC-nin nümayəndəsi X16 bildirmişdir ki, burada qeyri-müəyyənlik var, tərəflər arasında mübahisə ayrı bir məsələdir. Orada "xxxx" ASC-nin balansında olan xətlərin yaratdığı sanitar zonasından gedirsə təbbi ki, orada heç bir icarə müqaviləsinin sözü gedə bilməz. Həmin mühafizə zonası "xxxx" ASC-nindir. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən şəhadətnamənin surətindən görünür ki, ünvan 11, ünvanında yerləşən 7582,7 kv.metr torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə "xxxx" KM-nin adına 28.12.2004-cü ildə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən "xxxx" KM-nin direktoru O.Əliyevə ünvanlanmış 01.05.2012-ci il tarixli məktubdan görünür ki, "xxxx" KM-nin torpaqlarının B.Çobanzadə küçəsi boyunca şəhərarası avtomobil yoluna bitişik olan hissəsi sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla su kəmərinin mühafizə və sənaye zonalarını yaşayış massivindən ayıran sanitarmühafizə zolağı kimi istehsal obyektlərinin yerləşdirilməsi, fəaliyyəti və istismarına lazımi şərait yaradılması məqsədilə nəzərdə tutulan ərazi olduğu, B.Çobanzadə küçəsinə paralel keçən Bakı Su Kəməri İstismar İdarəsinə məxsus (şəhərin şərq zonasını su ilə təchiz edən diametri 1200-1400 mm-lik) yeraltı magistral su kəmərlərinin üstündəki həmin mübahisəli sahədə fiziki şəxs Cavabdeh1 Nizami bələdiyyəsinin 26 sentyabr 2003-cü il tarixli 12 saylı qərarı ilə mülkiyyətinə 105 kv.metr və Bakı Şəhər İcra Hakimiyyəti başçısının 20 avqust 2010-cu iİ tarixli 0912 saylı icarə müqaviləsi və Bakı şəhəri Səbail rayon Məhkəməsinin 12 iyul 2010-cu il tarixli qərarı ilə istifadəsinə 826,2 kv.metr torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi Cavabdeh1 tərəfindən hasara alınaraq orada qanunvericilikdə nəzərdə tutulan norma və şərtlər gözlənilmədən özbaşına tikinti işləri aparıldığını, hansı ki, həmin ərazidən qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla yalnız müəyyən edilmiş qaydada bostan və tərəvəz bitkilərinin becərilməsi üçün istifadə oluna biləcəyi bildirilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17.01.2013-cü il tarixli, 2(007)-37/2013 saylı qətnaməsindən görünür ki, ilk iddia tələblərinin qismən təmin edilməsi, Cavabdeh1 və onun qəyyumu X19 tərəfindən Bakı şəhərini içməli su ilə təhciz edən magistral su kəmərinin yanında və sanitar mühafizə zonasında, yəni, ünvan 14 ünvanında inşa edilmiş tikililərin, o cümlədən, ümumi sahəsi 105 kv.m olan fərdi yaşayış evinin sökülməsi, göstərilən ərazidə magistral su kəmərinin sanitar mühafizə rejiminin təmin edilməsi, ilk iddia «Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən cavabdehə verilmiş reyestrdən çıxarışın və texniki pasportun tikilinin magistral su kəmərinin sanitar mühafizə rejimini pozan hissəsində etibarsız hesab edilməsi» hissəsində və Cavabdeh1 "xxxx" ASC-yə qarşı «törədilmiş hərəkətlərin qanunsuz hesab edilməklə qadağan edilməsi, maddi və mənəvi ziyanın ödənilməsinə dair» qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. - AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə mühəndis-texniki ekpertizası ilə bağlı 01.09.2015-ci il tarixli 11046 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən ünvan 15 ünvanında yerləşən, icra işinin icraatı zamanı sökülmüş 38.5 metr hasar ilə 1400 mm-lik su kəməri arasında olan məsafənin bir tərəfdən 5.84 metr, digər tərəfindən isə 5.7 metr olduğu, 22 metr uzunluqda sökülmüş hasar ilə 1400 mm-lik su kəməri arasında olan məsafənin bir tərəfdən 9.25 metr, digər tərəfindən isə 9.2 metr olduğu, sökülmüş olan tikilinin isə həmin borunun üzərində yerləşdiyi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.08.2003-ci il tarixli 109 nömrəli qərarı ilə təsdiq edilmiş "Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydalarının" 6., 6.1.2.1-ci bəndlərinə əsasən icra işinin icraatı zamanı sökülmüş (əvvəllər Cavabdeh1 qəyyumu X18 tərəfindən inşa edilmiş) tikililərin həmin ərazidən keçən 1400 mm- lik yeraltı su kəmərinin mühafizə zonasında yerləşdiyi müəyyən olunmuşdur. - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-806/2015 saylı, 16.10.2015-ci il tarixli qərardadından görünür ki, iddiaçı "xxxx" KM-nin cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı iddiaçıya məxsus ilkin torpaqayırma sənədi olan 4294 saylı pasportun təsdiqlənmiş surətinin iddiaçıya verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi üzrə ididaçının nümayəndəsi tərəfindən məhkəməyə ərizə ünvanlandığın üçün ərizə təmin edilmiş, idida ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılması qərara alınmışdır. - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-635/2015 saylı, 15 yanvar 2015ci il tarixli qərarından görünür ki, iddia tələbi Bakı şəhəri Nizami bələdiyyəsinin 26 sentyabr 2003-cü il tarixli 12 saylı qərarının etibarsız hesab edilməsi hissəsində təmin edilmiş, Bakı şəhəri Nizami bələdiyyəsinin “vət. Cavabdeh1 mülkiyyətinə torpaq sahəsinin verilməsi haqqında” 26 sentyabr 2003-cü il tarixli 12 nömrəli qərarı etibarsız hesab edilmişdir. - Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.10.2015-ci il tarixli qətnaməsindən görünür ki, üçüncü şəxs Cavabdeh1 qəyyumu X18 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 635/2015 saylı, 15.01.2015-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-23/2017 saylı, 23.02.2017-ci il tarixli qərarından görünür ki, iddiaçı Cavabdeh1 qanuni nümayəndəsi X19 cavabdeh Bakı şəhər İcra Şöbəsinə qarşı üçüncü şəxslər "xxxx" KM və "xxxx" ASC cəlb edilməklə cavabdeh tərəfindən hasarın sökülməsi hərəkətlərinin qanunsuz sayılması və bunun nəticəsində dəymiş maddi və mənəvi ziyanın ödənilməsi barədə iddia tələbi təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinə və Ali Məhkəməsində 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-23/2017 saylı, 23.02.2017-ci il tarixli qərarı qüvvədə qalmışdır. - 20.04.2018-ci il tarixli torpaq icarə müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri İcra Hakimiyyəti Cavabdeh1 adından Tamara Həmidovaya Bakı şəhəri, Çobanzadə küçəsi, 30c ünvanında yerləşən torpaq sahəsini 49 il müddətinə abadlıq və kiçik sahibkarlıq fəaliyyəti məqəsdi ilə verilmişdir. - X10 Reystrindən çıxarışın surətindən görünür ki, 17.03.1994-cü il tarixdə qeydiyyata alınmış "xxxx" KM-nin təsisçisi və nizamnamə kapitalında 100% maya olan İddiaçı olmuş və çıxarış 03.08.2018-ci il tarixdə verilmişdir. - Bakı şəhər Nizami rayon Məhkəməsinin 04.10.2018-ci il tarixli, 2(007)-48/2018 saylı qərardadı ilə vətəndaş Cavabdeh1 oğlunun adından çıxış edən Həmidova Tamara Cəlal qızının 20.04.2018-ci il tarixli müraciəti nəzərə alınaraq Bakı şəhər İcra Hakimiyyəti ilə Cavabdeh1 adından çıxış edən Həmidova Tamara Əli qızı arasında Nizami rayonu, Çobanzadə küçəsi, 30 C saylı ünvanda yerləşən 826,2 kv.m torpaq sahəsinə bağlanmış 0912 saylı 20.08.2010-cu il tarixli icarə müqaviləsinə xitam verilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısının Bakı şəhəri, Nizami rayonu, 8-ci km. Çobanzadə küç. 8 saylı ünvanda yaşayan fiziki şəxs Cavabdeh1 ünvanladığı 20.04.2018-ci il tarixli 7-183/10q saylı ləğvetməyə dair bildirişi nəzərə alınaraq ilk iddiaçı "xxxx" Kollektiv Müəssisəsinin iddia tələbinin Bakı şəhəri, Çobanzadə küçəsi, 45 ünvanında yerləşən 826.2 kv.m (əslində isə faktiki olaraq 598 kv.m) torpaq sahəsinin icarəyə verilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti ilə Cavabdeh1 Əli oğlunun qanuni nümayəndəsi Həmidova Tamara Əliyevna (Əli qızı) arasında bağlanmış 20.08.2010-cu il tarixli, 0912 saylı icarə müqaviləsinin etibarsız hesab edilməsi hissəsinə xitam verilməsi, ilk iddianın Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən 826.2 kv.m torpaq sahəsinin Cavabdeh1 icarəsinə verilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən aparılmış reyestr qeydinin ləğv edilməsi, həmin qeydin əsasında verilmiş RX seriyalı ******* nömrəli 25.05.2016-cı il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və Həmidov Cəlal Əli oğlunun həmin torpaq sahəsindən çıxarılması tələbinə, həmçinin, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən "xxxx" Kollektiv müəssisəsinə verilmiş RX seriyalı ******* saylı «Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış»ın ləğv edilməsinə dair Cavabdeh1 qanuni nümayəndəsi X8 və Bakı şəhər İcra Hakimiyyətinin qarşılıqlı iddialarına mahiyyəti üzrə baxılmasının davam etdirilməsi qərara alınmışdır. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04.10.2018-ci il tarixli, 2(007)-48/2018 saylı qətnaməsindən görünür ki, ilk iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən 826.2 kv.m torpaq sahəsinin Cavabdeh1 icarəsinə verilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən aparılmış reyestr qeydi və həmin qeydin əsasında verilmiş RX seriyalı ******* nömrəli, 25.05.2016-ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının ləğv edilməsi, Cavabdeh1 "xxxx" KM-nin mülkiyyətinə verilmiş torpaq sahəsinin 40 kv.m hissəsindən çıxarılması, ilk iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh1 qanuni nümayəndəsi X8 və Bakı şəhər İcra Hakimiyyətinin "xxxx" Kollektiv Müəssisəsinə qarşı «31.05.2015-ci il tarixli RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizələrinin rədd edilməsi qət edilmişdir. - Azərbaycan Respublikası Əmək Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystr Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin Texniki pasportundan görünür ki, ünvan 18 ünvanı hüquq subyekti kimi İddiaçı adına 16.07.2020-ci il tarixdə qeydiyyata alınmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 11, 8-ci km qəsəbəsində yerləşən 1549,1 kv.metr torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə 17.07.2020-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. - 07.08.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Buxar MMC tərəfindən qanunsuz olaraq hasar söküntüsü və yaxud torpaq sahəsinə olan mülkiyyət hüququnun pozulması halları müəyyən edilmədiyindən, həmin hasarın Tamara Həmidovanın torpaq sahəsinin nəzdində olmasına dair sənəd və çıxarışlar olmadığından materialda cinayət tərkibi yaradacaq digər səbəb və əsas müəyyən edilmədiyindən cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, 1970-ci ildə Bakı şəhəri, Çobanzadə küçəsində (keçmiş Studençeskaya küçəsi) inşa edilmiş Birləşmiş Qazanxana və İstilik şəbəkələri İdarəsinə xidmət etmək məqsədilə İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsi yaradılmış, İdarəyə ünvan 1 ünvanında yerləşən torpaq sahəsi ayrılmış və sahə hasarlanmışdır. Sonradan İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsinin adı dəyişdirilərək "xxxx" KM kimi dövlət qeydiyyatına alınmış, Dövlət müəssisəsi olan həmin idarə 1992-ci ildə özəlləşdirilmiş, 2003-cü ildə isə ona 28.12.2004-cü il tarixli “Özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən” 300282 saylı Şəhadətnamə verilmişdir. Daha sonra Tamara Həmidova Bakı şəhəri, Çobanzadə küçəsi, 45 ünvanında yerləşən, lisenziya əsasında fəaliyyət göstərən İ.Ağayev tərəfindən tərtib olunmuş plan-sxemə əsasən mövcud vəziyyətdə faktiki istifadəsində olan 826.2 kv.m torpaq sahəsinin ona icarəyə verilməsi vəzifəsinin Bakı şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması tələbinə dair Səbail rayon Məhkəməsində iddia qaldırmışdır. Səbail rayon Məhkəməsinin 12.07.2010-cu il tarixli, 2(009)-2298/2010 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Məhz bu qətnamə qüvvəyə mindikdən sonra Bakı şəhər İcra Hakimiyyəti Bakı şəhəri, Çobanzadə küçəsi, 45 ünvanında yerləşən 826.2 kv.m torpaq sahəsinin icarəyə verilməsinə dair Həmidov Cəlal Əli oğlunun qanuni nümayəndəsi Tamara Həmidova ilə 20 avqust 2010-cu il tarixli, 0912 saylı icarə müqaviləsi bağlamışdır. "xxxx" Kollektiv Müəssisəsi həmin müqavilənin, müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi və cavabdehin torpaq sahəsindən çıxarılması barədə ilkin iddia ilə, Cavabdeh1 qanuni nümayəndəsi X18 isə "xxxx" Kollektiv Müəssisəsinə və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı «RX seriyalı ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi və Bakı şəhər İcra Hakimiyyətinin "xxxx" Kollektiv Müəssisəsinə qarşı «31.05.2015-ci il tarixli RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi» barədə qarşılıqlı iddia ərizəsi məhkəməyə müraciət etmişlər. Bakı şəhər Nizami rayon Məhkəməsinin 04.10.2018-ci il tarixli, 2(007)-48/2018 saylı qərardadı ilə vətəndaş Cavabdeh1 oğlunun adından çıxış edən X7 20.04.2018-ci il tarixli müraciəti nəzərə alınaraq Bakı şəhər İcra Hakimiyyəti ilə Cavabdeh1 adından çıxış edən Həmidova Tamara Əli qızı arasında Nizami rayonu, Çobanzadə küçəsi, 30 C saylı ünvanda yerləşən 826,2 kv.m torpaq sahəsinə bağlanmış 0912 saylı 20.08.2010-cu il tarixli icarə müqaviləsinə xitam verilməsi qərara alınmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04.10.2018-ci il tarixli, 2(007)-48/2018 saylı qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən 826.2 kv.m torpaq sahəsinin Cavabdeh1 icarəsinə verilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən aparılmış reyestr qeydi və həmin qeydin əsasında verilmiş RX seriyalı ******* nömrəli, 25.05.2016-ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının ləğv edilməsi, Cavabdeh1 "xxxx" KM-nin mülkiyyətinə verilmiş torpaq sahəsinin 40 kv.m hissəsindən çıxarılması, ilk iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh1 qanuni nümayəndəsi X8 və Bakı şəhər İcra Hakimiyyətinin "xxxx" Kollektiv Müəssisəsinə qarşı «31.05.2015-ci il tarixli RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizələrinin rədd edilməsi qət edilmişdir. Həmin qətnamə əsasında müəyyən edilmişdir ki, məhkəməyə təqdim edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş məhkəmə ekspertizasının 17.08.2018-ci il tarixli, 13907 saylı rəyinin nəticə hissəsinə əsasən rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq mütəxəssis rəyindən məlum olur ki, "xxxx" KM-nin mülkiyyətində olan torpaq sahəsi müvafiq məhkəmə qərarları ilə özəlləşdirildiyindən ayrıc aktının olmadığı müəyyən edilmişdir. Müəssisəyə məxsus iş materiallarında olan çıxarışda qeyd edilmiş torpaq sahəsinin koordinatları dəqiqləşdirilmiş, "xxxx" KM-nin mülkiyyətinə verilmiş torpaq sahəsi ilə Cavabdeh1 məxsus torpaq sahəsinin 40 kv.m-nin üst-üstə düşdüyü müəyyən edilmişdir. Həmidov Cəlal Əli oğlunun adından çıxış edən Həmidova Tamara Cəlal qızının 20.04.2018-ci il tarixli müraciəti nəzərə alınaraq Bakı şəhər İcra Hakimiyyəti ilə Cavabdeh1 adından çıxış edən Həmidova Tamara Əli qızı arasında Nizami rayonu, Çobanzadə küçəsi, 30 C saylı ünvanda yerləşən 826,2 kv.m torpaq sahəsinə bağlanmış 0912 saylı 20.08.2010-cu il tarixli icarə müqaviləsinə xitam verilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısının Bakı şəhəri, Nizami rayonu, “8ci Kilometr” Çobanzadə küçəsi, 8 saylı ünvanda yaşayan fiziki şəxs Həmidov Cəlal Əli oğluna ünvanladığı 20.04.2018-ci il tarixli, 7-183/10q saylı ləğvetməyə dair bildiriş verməsini, bunu həm Həmidova Tamara Cəlal qızı, həm də Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsinin də təsdiq etmələrini və həmin hissə üzrə artıq mübahisə olmayaraq bu hissədə icraata xitam verilmiş, Bakı şəhəri İcra Hakimiyyəti ilə Cavabdeh1 qanuni nümayəndəsi X18 (Əli qızı) arasında həmin gün 20.04.2018-ci il tarixli,1460 nömrəli icarə müqaviləsi bağlanmış, hazırda iddiaçı müqavilə onun hüquqlarını pozduğu üçün həmin müqavilənin etibarsız sayılması və Cavabdeh1 həmin torpaq sahəsindən çıxarılmasını xahiş etmişdir. MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə cavabdehlərin iddaçı İddiaçı hazırki iddianın məhkəmədə qaldırılmasında subyektiv hüququnun olmaması barədə etirazlarına münasibətdə qeyd edir ki, İddiaçı "xxxx" KM-nin 100 faiz paya malki olan yeganə təsisçisi olmuş və bununla bağlı müvafiq çıxarış 03.08.2018-ci il tarixdə verilmişdir. Daha sonra müəssisə ləğv edilmiş və "xxxx" KM-nin yerləşdiyi ünvan 11, 8-ci km qəsəbəsində yerləşən 1549,1 kv.metr torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə 17.07.2020-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04.10.2018-ci il tarixli, 2(007)-48/2018 saylı qətnaməsində sübut kimi qiymətləndirilmiş məhkəmə ekspertizasının 17.08.2018-ci il tarixli, 13907 saylı rəyinin nəticə hissəsinə əsasən "xxxx" KM-nin mülkiyyətində olan torpaq sahəsi müvafiq məhkəmə qərarları ilə özəlləşdirildiyindən Ayrıc aktının olmadığı, müəssisəyə məxsus iş materiallarında olan çıxarışda qeyd edilmiş torpaq sahəsinin koordinatları dəqiqləşdirilərək "xxxx" KM-nin mülkiyyətinə verilmiş torpaq sahəsi ilə Cavabdeh1 məxsus torpaq sahəsinin 40 kv.m-nin üst-üstə düşdüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsində hələ 20.08.2010-cu il tarixli 0912 saylı icarə müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv olunması və torpaq sahəsindən çıxarılmaya dair mübahisəyə 2(007)- 48\2018 saylı mülki iş üzrə məhkəmədə baxılarkən artıq 03.08.2018-ci il tarixdən İddiaçı "xxxx" KM-nin 100 faiz paya malik olan yeganə təsisçisi olmuşdur. Həmin mülki iş üzrə mübahisə gedərkən 20.08.2010-cu il tarixli 0912 saylı icarə müqaviləsinin 2018-ci ilin aprel ayının 20-də ləğv olunması ilə bağlı Tamara Həmidova tərəfindən bildiriş təqdim etməsi və buna görə də məhkəmədə sonuncu ilə Bakı şəhəri İcra Hakimiyyəti arasında bağlanmış mübahisəli icarə müqaviləsinə xitam verilməklə bu münasibətlərə son qoyulması qənaətinə (Qətnamə səh: 23-cü səh) gəlinmiş və ilkin iddia tələbinə həmin hissədə xitam verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, həmin iş üzrə məhkəmədə mübahisə gedən ərəfədə iddiaçının "xxxx" KM-nin 100 faiz paya malik olan yeganə təsisçisi olması və hazırda əvvəllər müəssisəyə məxsus olan əmlakın xüsusi mülkiyyət hüququ üzrə ona məxsus olması, artıq qanuni qüvvəyə minmiş qeyd olunan məhkəmə qətnaməsi ilə Bakı şəhəri İcra Hakimiyyəti ilə Cavabdeh1 qanuni nümayəndəsi X18 (Əli qızı) arasında bağlanmış 20.08.2010-cu il tarixli 0912 saylı icarə müqaviləsi ilə bağlı dövlət reyestrindən çıxarışın ləğv edilməsi, iddiaçıya məxsus olan torpaq sahəsinin Cavabdeh1 tərəfindən 40 kv.m sahəsini zəbt etməklə müəssisənin mülkiyyət hüquqlarını pozmasının müəyyən olunması (Qətnamə səh: 21-ci səh), 20.08.2010-cu il tarixli 0912 saylı icarə müqaviləsi ləğv olunan 20.04.2018-ci il tarixində, yəni eyni gündə də Bakı şəhəri İcra Hakimiyyəti ilə Cavabdeh1 qanuni nümayəndəsi X18 (Əli qızı) arasında məhkəmədə mübahisələndirilən 20.04.2018-ci il tarixli, 1460 nömrəli icarə müqaviləsinin bağlanılmışdır. Qeyd olunan müqavilə iddiaçının hüquqlarına toxunduğundan, onun əmlak hüquqlarını həyata keçirməyə Cavabdeh1 qanuni nümayəndəsi X18 (Əli qızı) tərəfindən hüquq müafizə orqanlarına müxtəlif vaxtlarda müraciətlər edilməklə mane yaradıldığından bu hallar iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsi ilə bağlı subyektiv hüququ mövcud olması qənaətinə gəlməyə əsas vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Məhkəmə Cavabdeh1 qanuni nümayəndəsi X8 hazırda məhkəmədə mübahisələndirilən 20.04.2018-ci il tarixli 1460 saylı icarə müqaviləsindən "xxxx" KM-nin tam xəbərdar olması, bütün məhkəmə mübahisələrinə son qoyularaq, bununla bağlı heç bir pritenziyasının olmaması və 40 kv.m. torpaq sahəsi ilə bağlı məsələnin də öz həllini tapması "xxxx" KM-nin direktoru və hazırda iddiaçının atası olan Oktay Əliyevin şəxsi imzası ilə Bakı şəhər Nizami rayon İcra şöbəsinə 04.05.2021-ci il tarixdə müraciət olunması və işin icraatına xitam verilməsini şəxsən xahiş etməsi buna görə də iddiaçının 04.05.2021-ci il tarixdə və 17.07.2020-ci il tarixdə bu barədə bilməsi və ya bilməli olması dəlilləri ilə bağlı bildirir ki, iddiaçı tərəfindən hazırda məhkəmədə iddia qaldırması onun tərəfindən əmlak kompleksində təmir bərpa işləri aparılarkən Cavabdeh1 qanuni nümayəndəsi X8 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng Mərkəzi Sisteminə iddiaçı tərəfindən onun bıçaqla hədələnməsini bildirməsi ilə bağlı müraciət etməsi, öz izahatında iddiaçının ona məxsus olan torpaq sahəsini zəbt etməsi və bununla bağlı iddiaçı tərəfindən verilmiş izahatda isə onların torpaqla bağlı mübahisələrinin olması lakin şikayətçinin bununla bağlı hüquqlarının ləğv edilməsi şikayətçinin onun təmir bərpa işləri apararkən gəlib işlərinə maneə yaratması bildirilmiş, əməldə cinayət tərkibi olmadığı üçün Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Füzuli Qurbanov tərəfindən 24 yanvar 2020-ci ildə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra Tamara Həmidova növbəti dəfə AR DİN-in “102” Xidməti Zəng Mərkəzi Sisteminə şikayət etdikdə şikayət üzrə araşdırma aparan Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı X26 Həmidovanın şikayətinin tamamilə əsassız olması və onun ələ keçirmək istədiyi, qonşuluqlarında olan torpaq sahəsinə dair mülkiyyət, sahiblik və istifadə hüququnu təsdiq edən hər hansı sənədinin olmaması səbəbindən 06 may 2021-ci ildə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Bundan sonra Tamara Həmidovanın həmin qərardan verdiyi şikayət əsasında Nizami Rayon Prokurorluğu cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ləğv edib işi yenidən araşdırılması üçün Nizami RPİ-nin 24-cü PŞ-yə göndərmişdir. İş üzrə aparılan yeni araşdırma zamanı iddiaçının, Tamara Həmidovanın və hüquqşünası Tural Hacıbəylinin iştirakı ilə yerində baxış keçirilərkən Tamara Həmidovanın mübahisəli torpaq sahəsinə hər hansı hüququnun olmaması mübahisəyə səbəb olmuş və bu zaman Tamara Həmidova həmin torpaq sahəsinin Cavabdeh1 icarəsinə verilməsi barədə Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı Hacıbala Abutalıbovun imzaladığı yeni 20 aprel 2018-ci il tarixli, 1460 nömrəli icarə müqaviləsini təqdim etmiş, lakin müqavilənin surətini onlara və polisə təqdim etməkdən imtina etdiyindən Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı, polis baş leytenantı X15 Həmidovanın şikayətinin tamamilə əsassız olması və onun mübahisəli torpaq sahəsinə dair mülkiyyət, sahiblik və istifadə hüququnu təsdiq edən hər hansı sənədinin olmaması əsasıyla 07 avqust 2021-ci ildə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmiş, daha sonra qərarı aldıqdan sonra İddiaçı 20.04.2018-ci il tarixli müqavilədən xəbəri olmuşdur. İddiaçı iddia ərizəsi 05.10.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Göründüyü kimi İddiaçı öz hüququnun pozulduğunu yəni məhkəmədə hazırda mübahisələndirilən icarə müqaviləsinin mövcudluğundan 2018-ci ilin iyun ayında xəbərdar olmuş bununla bağlı onun digər cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə edilmiş müraciətinə 26.07.2021-ci il tarixdə sözügedən müqavilə üzrə məhkəməyə müraciət etmək hüququnun olması bildirilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən Tamara Həmidova tərəfindən bu barədə bildirilənədək həmin müqavilənin mövcudluğundan xəbəri olmamışdır. Bu barədə məlumat əldə etdiyi vaxtdan isə 1 il müddəti ötürmədən məhkəməyə müraciət etmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, tərəflər arasında 2010-cu il üzrə icarə müqaviləsi ilə bağlı əvvəlki məhkəmə mübahisəsi üzrə qəbul edilmiş məhkəmə qərardadında və ya qətnaməsində də 2018-ci ildə bağlanılmış müqavilənin olması barədə hər hansı bir müddəa əks olunmamış, cavabdeh Cavabdeh1 qanuni nümayəndəsi X18 tərəfindən məhkəməyə bununla bağlı hər hansı sübut təqdim edilməmişdir.. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.1-ci maddəsinə əsasən hüquqdan sui-istifadə qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsidir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-2298/2010 saylı, 12 iyul 2010-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia tələbi təmin edilərək, ünvan 20 ünvanında yerləşən, lisenziya əsasında fəaliyyət göstərən İ.Ağayev tərəfindən tərtib edilmiş plan-ölçüyə əsasən mövcud vəziyyətdə faktiki istifadəsində olan 826,2 kv.m torpaq sahəsinə dair X17 ilə torpaq icarə müqaviləsinin bağlanılması Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilmişdir. Həmin qətnamə qüvvəyə mindiyi üçün icra olunmuşdur. Lakin sonradan "Buxar” Kollektiv Müəssisəsinin verdiyi apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 dekabr 2012-ci il tarixli, 2(103)-5693/2012 saylı qərardadı ilə həmin qətnamə ləğv edilmiş, iddiaçı Cavabdeh1 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı torpaq icarə müqaviləsinin bağlanması tələbinə dair mülki iş aidiyyəti üzrə baxılmaq üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 mart 2013-cü il tarixli, 2(102)- 832/13 saylı qərarı ilə iddiaçı Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 05.12.2012-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 aprel 2014-cü il tarixli 2-1(82)-407/2014 saylı qərardadı ilə iddiaçı Cavabdeh1 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı torpaq icarə müqaviləsinin bağlanmasının cavabdehə həvalə edilməsi barədə iddiası mümkünsüz sayılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 iyun 2014-cü il tarixli 2-1(103)-907/14 saylı qərardadı ilə iddiaçının nümayəndəsi Tamara Həmidovanın iddiadan imtina ərizəsi təmin olunaraq iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.08.2014-cü il tarixli, 2(103)-5693/2014 saylı qərardadı ilə maraqlı şəxs "Buxar” Kollektiv Müəssisəsinin Bakı şəhəri Səbail rayon Məhkəməsinin 12 iyul 2010-cu il tarixli, 2(009)-2298/2010 saylı qətnaməsinin icrasına dönüş edilməsi barədə ərizəsi təmin edilmiş, Bakı şəhəri Səbail rayon məhkəməsinin 12 iyul 2010-cu il tarixli qətnaməsinin icrasına dönüş edilmiş və həmin qətnamə əsasında Bakı şəhər İcra Hakimiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 20.08.2010-cu il tarixli, 091 saylı Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə ləğv edilmiş, qərardadın icrası Bakı şəhər İcra Hakimiyyətinə tapşırılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13.11.2014-cü il tarixli, 2(102)-4357/2014 saylı qərarı ilə iddiaçı Cavabdeh1 qanuni nümayəndəsi X8 və cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin kassasiya şikayətləri təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.08.2014-cü il tarixli, 2(103)-5693/2014 saylı qərardadının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilərək Bakı şəhər İcra Hakimiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 20.08.2010-cu il tarixli, 091 saylı Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin ləğv edilməsinə dair üçüncü şəxs "Buxar” Kollektiv Müəssisəsinin Bakı şəhəri Səbail rayon Məhkəməsinin 12 iyul 2010-cu il tarixli 2(009)-2298/2010 saylı qətnaməsinin icrasına dönüş edilməsi barədə ərizəsi əsassız olduğu üçün təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının qeyd edilən qərarı ilə müəyyən edilmişdir ki, 20.08.2010-cu il tarixli 0912 saylı icarə müqaviləsi Bakı şəhəri Səbail rayon Məhkəməsinin 12.07.2010-cu il tarixli 2(009)-2298/2010 saylı qətnaməsi qəbul edildikdən sonra bağlansa da, özü sərbəst xarakter daşıyır, hazırkı məhkəmə mübahisəsinin predmeti ola bilməz. 20.08.2010-cu il tarixli 0912 saylı icarə müqaviləsinin bağlanmasının halları barədə tərəflərin izahatları müqavilə azadlığı haqqında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddəsinin tələblərinə uyğundur. Buna əsaslanaraq müqavilənin məzmunu və şərtləri maddi hüquq normalarına istinad olunmaqla mübahisələndirilə, əqdin etibarsızlığına və yaxud ləğvinə dair əsaslandırılmış iddia ərizəsinin verilməsi yolu ilə həll edilə bilər. Bundan sonra "Buxar” Kollektiv Müəssisəsi tərəfindən Bakı şəhər İcra Hakimiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 20.08.2010-cu il tarixli, 091 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında mübahisələndirilmiş və işə Bakı şəhər Nizami rayon Məhkəməsində baxılarkən Cavabdeh1 Əli oğlunun adından çıxış edən X25 qızı məhkəməyə müraciət edərək Bakı şəhər İcra Hakimiyyəti ilə Cavabdeh1 adından çıxış edən X19 arasında Nizami rayonu, Çobanzadə küç. 30 C saylı ünvanda yerləşən 826,2 kv.m torpaq sahəsinə bağlanmış 0912 saylı 20.08.2010-cu il tarixli icarə müqaviləsinə xitam verilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısı ünvan 19 ünvanda yaşayan fiziki şəxs Cavabdeh1 ünvanladığı 20.04.2018-ci il tarixli, 7-183/10q saylı ləğvetməyə dair bildirişi təqdim etmiş, həm X7, həm də Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsinin də bu ləğvetməni təsdiq etmələri, bununla bağlı artıq mübahisə olmadığından iddia tələbinin icarə müqaviləsinin etibarsız hesab edilməsi hissəsi üzrə icraata xitam verilmişdir. Lakin, yeni icarə müqavilənin bağlanılması ilə bağlı Bakı şəhəri Nizami rayon Məhkəməsinin nə 04.10.2018-ci il tarixli qərardadında nə də həmin tarixli qətnaməsində hər hansı bir müddəa öz əksini tapmamış, hətta işə baxan məhkəmədə və qarşı tərəfdə artıq cavabdehlər Tamara Həmidova və Bakı şəhəri İcra Hakimiyyəti arasında bağlanmış mübahisəli icarə müqaviləsinə xitam verilməklə bu münasibətlərə son qoyulması görüntüsü yaradılmışdır. Məhz müqavilənin ləğv olunması əsası götürülməklə sözügedən icarə müqaviləsinin etibarsız sayılması ilə bağlı tələbə xitam verilmiş, həmin müqavilə əsasında dövlət reyestrindən verilmiş çıxarış ləğv olunmuşdur. Halbuki, Bakı şəhəri İcra hakimiyyəti həmin müqavilə üzrə icra hakimiyyətinin bir qolu olaraq hakimiyyət orqanı kimi deyil mülki hüquq sübyekti kimi icarə müqaviləsi bağlasa da onun inzibati orqan statusunda olması həm məhkəmədə, həm də qarşı tərəfdə onun hərəkətləri ilə bağlı etimad və inam yaratmışdır ki, bu isə özlüyündə dövlətin əsas funksiyalarının icrasını həvalə etdiyi hakimiyyət orqanları ilə bağlı vətəndaşların, digər icra və hakimiyyət orqalnlarında formalaşan hakimiyyət orqanlarının vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı prinsipindən irəli gəlmişdir. Qeyd olunmalıdır ki, Bakı şəhəri İcra Hakimiyyəti artıq ona Bakı şəhər Səbail rayon Məhkəməsinin Cavabdeh1 ilə icarə müqaviləsinin bağlanılmasına dair öhdəlik qoyulmasına dair qətnamə öz hüquqi qüvvəsini itirməsinə, bununla bağlı Cavabdeh1 iddiasının inzibati məhkəmə tərəfindən mümkünsüz hesab edilməsinə baxmayaraq, özü tərəfindən 20.04.2018-ci il tarixdə ləğv edilmiş icarə müqaviləsi ləğv edildiyi gün həmin ərazi ilə bağlı məhkəmədə mübahisə olduğunu bilə-bilə yeni hazırda mübahisələndirilən 20.04.2018-ci il tarixli 1460 saylı müqaviləni bağlamışdır. Həmin müqavilənin bağlanılması əsası kimi isə Ali Məhkəməsinin 20.08.2010-cu il tarixli 0912 saylı icarə müqaviləsi ilə bağlı məhkəmə qətnaməsinin dönüşü barədə tələbin əsassız hesab olunması barədə 13.11.2014-cü il tarixli 2(103)-4357\2014 saylı qərarı götürülmüşdür. Qeyd olunmalıdır ki, həmin qərarın tərəflər arasında mübahisəli sahə ilə bağlı yeni icarə müqaviləsinin bağlanılması üçün əsas götürülməsi qanuna uyğun olmamışdır. Belə ki, hazırki icarə müqaviləsinin bağalanılması üçün müraciət edən şəxsin ərizəsi olmalı, həmin sahədə su boruları yerləşən "xxxx" ASC-nin, torpaq sahəsinidən istifadəyə və onların mühafizəsinə dövlət nəratəini həyata keçirən müvafiq dövlət orqanlarının razılığı alınmalı, torpaq sahəsinin sərhədləri yerə (naturaya) keçirildikdən, onun sahəsi ölçüldükdən sonra torpağın icarəyə verilməsi barədə müqavilə bağlanıla bilərdi. Lakin qeyd olunan prosedur qaydalara əməl edilməmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 62-ci maddəsinə görə elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər. “Torpaq icarəsi haqqında Azərbaycan Respublikasının Qanunu”nun 10-cu maddəsinə görə dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla, digər dövlət torpaqlarının bilavasitə icarəyə verilməsi barədə qərar torpağı icarəyə götürmək istəyənin ərizəsi, icarəyə verilən torpaq sahəsi qanuni istifadədə olduqda isə torpaq istifadəçisinin razılığı və müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında qəbul olunur və icarəyə verənlə icarəçi arasında icarə müqaviləsi bağlanılır. Həmin Qanunun 22-ci maddəsinə görə əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Azərbaycan Respublikasının Su Məscəlləsinin 83-cü maddəsinə əsasın su mühafizə zonalarında yerləşən torpaq sahələri fiziki və hüquqi şəxslərin istifadəsinə, Azərbaycan Respublikasının torpaq qanunvericiliyi və bu Məcəllə ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmaqla verilə bilər. ”Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikasının” Qanununun 71.1-ci maddəsinə görə su təchizatı və kanalizasiya müəssisələrinin tabeliyində olan texniki qurğuların boru və ya kanalizasiya kollektorlarının, mərkəzi su kəmərləri və kanalizasiya magistrallarının hər iki tərəfində beş metrə qədər məsafədə ağacların, kolların və kənd təsərrüfatı bitkilərinin (bundan sonra əkmələr) əkilməsi qadağan olunur. Azərbaycan Respublikası Nazirlər kabinetinin 23.08.2003-cü il tarixli 109 saylı qərarı ilə təsdiq edilmiş "Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları"nın 6.1.2.1-ci bəndinə görə kanallar, kollektorlar, magistral sunəqledici kəmərlər və tunellər boyu onların suburaxma qabiliyyətindən asılı olaraq onların ətrafında mühafizə zonaları 10 kub. m/san qədər olduqda - 10 metr mühafizə zolağı müəyyən edilir. “Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət Nəzarəti haqqında Əsasnaməsi” Azərbaycan Respublikasının Prezidentinin 28.11.2000-ci il tarixli 421 saylı fərmanı ilə təsdiq edilmişdir. Həmin əsasnamənin 3-cü bəndinə görə torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarətini Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X2 Təşkili üzrə Dövlət Agentliyi haqqında” Əsasnamənin 1.1-ci bəndinə görə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X2 Təşkili üzrə Dövlət Agentliyi (bundan sonra - Agentlik) X2 və torpaq bazarının təşkilinin, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsini təmin edən icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3.0.3-cü bəndinə əsasən Agentlik bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan dövlət mülkiyyətində olan obyektlərin yerləşdiyi və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaqlarını icarəyə və istifadəyə vermək, bu məqsədlə bağlanmış əqdlərin qeydiyyatını aparmaq, icarə haqlarının müəyyən edilməsi ilə bağlı təkliflər hazırlayıb təqdim etmək, dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla digər dövlət torpaqlarının icarəyə və istifadəyə verilməsinə rəy vermək vəzifələri yerinə yetirir. Məhkəmə Cavabdeh1 qanuni nümayəndəsi X8 mübahisələndirilən ünvanından keçən yeraltı su kəmərinin texniki sənədlərinin hidritexniki qurguların dövlət reyestrinə daxil edilməsi və həmin torpaq sahəsinin "xxxx" ASC-yə ayrılması barədə qərara və sərəncamın təqdim edilməsi barədə vəsatəti ilə bağlı bildirir ki, artıq həmin sahədən şəhərin şərq zonasını su ilə təchiz edən diametri 1200-1400 mm-lik yeraltı magistral su kəmərləri keçməsi faktı tərəflər və "xxxx" ASC-nin də tərəf olduğu məhkəmə işlərində öz təsdiqini tapmışdır. Qeyd olunmalıdır ki, məhz bu fakt əsas götürülməklə Bakı şəhər Nizami rayon Məhkəməsinin 17.01.2013-cü il tarixli, 2(007)-37/2013 saylı qətnaməsinə əsasən Cavabdeh1 və onun qəyyumu X19 tərəfindən Bakı şəhərini içməli su ilə təhciz edən magistral su kəmərinin yanında və sanitar mühafizə zonasında, yəni, ünvan 14 ünvanında inşa edilmiş tikililərin, o cümlədən, ümumi sahəsi 105 kv.m olan fərdi yaşayış evinin sökülməsi, göstərilən ərazidə magistral su kəmərinin sanitar mühafizə rejiminin təmin edilməsi təmin edilmiş və həmin qətnamə icra edilmişdir. Müki Prosessual Məcəllənin: 77.3-cü maddəsinə görə işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. 78.3-ci maddəsinə görə sübut tələb olunan şəxsin həmin sübutu təqdim etmək imkanı olmadıqda və ya onu məhkəmənin müəyyən etdiyi vaxtda təqdim edə bilmədikdə, o, səbəblərini göstərməklə, sorğunu aldıqdan 5 gün müddətində bu barədə məhkəməyə məlumat verməlidir. 81-ci maddəsinəəsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 89.3-cu maddəsinə görə yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Məhkəmə tərəfindən mübahisəli icarə müqaviləsi onun bağlanılması üçün Cavabdeh1 nümayəndəsi X12 müraciəti, icarə müqaviləsi və həmin müqavilə üzrə icarəyə götürülmüş icarə obyektinin plan və ölçüsünün məhkəməyə təqdim edilməsi məhkəmə qərardadı ilə Bakı şəhəri İcra Hakimiyyətinə həvalə edilməsinə baxmayaraq, yeni bağlanılmış müqavilə ilə bağlı müraciət ərizəsinin və cizgi planını surətləri ümumiyyətlə təqdim edilməmiş, dəfələrlə məhkəmə tərəfindən xəbardarlıq edildikdən sonra isə icarə müqaviləsinin müvafiq qaydada təsdiq edilməmiş surəti və 2010-cu ilə aid cizgi planın sürəti məhkəmə iclası zamanı Bakı şəhəri İcra Hakimiyyətinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş, sənədlərin təqdim edilməməsinə iddiaçının iddianı qaldırmaqda subyektiv hüququnun olmaması əsas gətirilərək iddianın məhkəmə tərəfindən geri qaytarılmalı olması bildirilərək həmin hərəkətlərə haqq qazandırılmağa çalışılmışdır. Cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi mübahisəli icarə müqaviləsi üzrə plan ölçünü elə özləri tərəfindən ləğv olunmuş 20.08.2010-ci il tarixli 0912 saylı icarə müqaviləsi üzrə 25.05.2016-cı il tarixdə verilmiş torpağın plan və ölçüsü ilə eyni olması, hər iki müqavilənin eyni torpaq sahəsi ilə bağlı olması həmin plan cizgi sxeminin elə yeni icarə müqaviləsinə da aid olması bildirilmişdir. Məhkəmə bununla bağlı xüsusi olaraq vurgulayır ki, Torpaq Məcəlləsinin 65-ci maddəsinə görə torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Lakin qeyd olunmalıdır ki, sonradan bağlanılmış icarə müqaviləsi eyni tərəflər arasında eyni torpaq sahəsi ilə bağlı bağlanılsa da, icarəyə verilmiş obyektlərin sahələri müxtəlif olmuşdur. Belə ki, 2010-cu ilə aid icarə müqaviləsi üzrə 826,2 kv.m sahənin icarəyə verilməsi müəyyən olunsa da hazırda mübahisələndirilən torpaq sahəsinin sahəsi 2018-ci il tarixli icarə müqaviləsində 911 kv.m müəyyən olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhər İcra Hakimiyyətinə qarşı müstəqil tələb irəli sürməyən 3-cü şəxslər "xxxx" ASC, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X6 üzrə Dövlət Agentliyi, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi cəlb edilməklə “Bakı şəhəri İcra Hakimiyyəti ilə Cavabdeh1 qanuni nümayəndəsi X18 (Əli qızı) arasında bağlanmış 20.04.2018-ci il tarixli, 1460 nömrəli icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməlidir. Məhkəmə iddia tələbinin “Cavabdeh1 həmin torpaq sahəsindən çıxarılması” hissəsi ilə bağlı qeyd edir ki, məhkəməyə təqdim edilmiş materiallar əsasında Bakı şəhəri, Çobanzadə küçəsi, 45 ünvanında yerləşən 826.2 kv.m. (əslində isə faktiki olaraq 598 kv.m.) torpaq sahəsinin icarəyə verilərkən Həmidov Cəlal Əli oğlu "xxxx" KM-nin mülkiyyətinə verilmiş torpaq sahəsinin 40 kv.m hissəsini zəbt edilməsi, bu fakt sübut kimi qiymətləndirilmiş "xxxx" KM-nin mülkiyyətinə verilmiş torpaq sahəsi ilə Həmidov Cəlal Əli oğluna məxsus torpaq sahəsinin 40 kv.m-nin üst-üstə düşdüyü müəyyən edilməsinə dair əhkəmə ekspertiza mərkəzinin 17.08.2018-ci il tarixli 13907 saylı rəyi ilə də təsdiq edildiyindən (2(007)-48\2018 saylı mülki iş üzrə qəbul edilmiş Qətnamə səh: 20) iddiaçının mülkiyyət hüquqları pozulduğundan və mübahisələndirilən icarə müqaviləsi etibarsız hesab edildiyindən iddia tələbi həmin hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə Cavabdeh1 qanuni nümayəndəsi X8 məhkəmə iclasında İddiaçı barəsində xüsusi qərardad çıxarılması ilə bağlı bildirir ki, hazırki mübahisə mülki xarakterli mübahisə olduğundan, habelə İddiaçı əməlində cinayət tərkibi olmadığından, onlar barəsində xüsusi qərardad çıxarılması üçün hər hansı əsaslar müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, dəlil əsassızdır və təmin edilə bilməz. Məhkəmə Cavabdeh1 qanuni nümayəndəsi X18 tərəfindən verilmiş iş üzrə ekspertiza keçirilməsinə dair vəsatəti ilə bağlı bildirir ki, X18 məhkəmədən ekspertiza keçirilməsini xahiş etsə də həmin torpaq sahəsi ilə bağlı məhkəməyə təqdim etdiyi cizgi plan artıq cavabdehlər tərəfindən ləğv edilmiş icarə müqaviləsinə aid olduğundan, həmin sənəd üzrə qeyd olunan müqavilə ilə bağlı məhkəmə mübahisəsi üzrə atrıq ekspertiza keçirildiyindən, onun tərəfindən hazırda məhkəmədə mübahisələndirilən 2018-ci il tarixli icarə müqaviləsi üzrə icarəyə götürülmüş torpaq sahəsi ilə bağlı cizgi plan təqdim edilmədiyindən hazırki iş üzrə ekspertizanın keçirilməsi işin lüzumsuz yerə uzadılmasına xidmət etməklə məhkəmə tərəfindən iş üzrə vaxtında tam və obyektiv qərar qəbul edilməməsinə şərait yaradacaqdır. Ona görə də vəsatət əsassız olduğundan təmin edilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 22 ünvanında yerləşən torpaq sahəsinin Cavabdeh1 icarəsinə verilməsinə dair Bakı şəhəri İcra Hakimiyyəti ilə Cavabdeh1 qanuni nümayəndəsi X18 (Əli qızı) arasında bağlanmış 20.04.2018-ci il tarixli, 1460 nömrəli icarə müqaviləsi etibarsız hesab edilməli və Cavabdeh1 həmin torpaq sahəsindən çıxarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. ünvan 22 ünvanında yerləşən torpaq sahəsinin Cavabdeh1 icarəsinə verilməsinə dair Bakı şəhəri İcra Hakimiyyəti ilə Cavabdeh1 qanuni nümayəndəsi X18 (Əli qızı) arasında bağlanmış 20.04.2018-ci il tarixli, 1460 nömrəli icarə müqaviləsi etibarsız hesab edilsin və Cavabdeh1 həmin torpaq sahəsindən çıxarılsın. İddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakl Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-272/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-272/2022
27.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver