Məhkəmə qərarları › İş №2(007)-272/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-272/2023

22.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-272/2023 22.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi, İddiaçı Musazadə Ramı̇ l Əlı̇ can oğlunun, Cavabdeh iştirakları ilə, İddiaçı Musazadə Ramı̇ l Əlı̇ can oğlunun Cavabdeh qarşı “avtomobilə vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Musazadə Ramı̇ l Əlı̇ can oğlu Cavabdeh qarşı “avtomobilə vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən ona vurulmuş 4941,55 manat məbləğinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1978-ci il təvəllüdlü Bakı şəhərində anadan olmuşdur. xx.xx.2022-ci il tarixdə, saat 22:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan-Türkan yolunda ona məxsus olan “Kia Rio" markalı **-KC-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Cavabdeh idarə etdiyi “Vaz 2106" markalı **- BF-*** dövlət qeydiyyat nişanlı minik avtomobili toqquşmuşdur. Hadisə baş verdikdən dərhal sonra Suraxanı rayonu DYP-yə məlumat verilmişdir. Hadisə yerinə gələn polis əməkdaşları dərhal hadisə yerinə baxış keçirmiş, bununla bağlı protokol tərtib edilmiş, hadisə yerinin sxemi tərtib olunmuş və müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Cavabdeh “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinin tələblərini pozaraq hadisə törətməsi Suraxanı RPlnin xx.xx.2022-ci il qərarında öz əksini tapmışdır. Törədilən avtoqəza nəticəsində vurulan ziyanın hesablanması üçün avtomobilinə baxış keçirilmiş və zərər 9379,00 manat məbləğində qiymətləndirilmişdir. Qeyd olunan məlumatlar xx.xx.2022-ci il tarixli ilkin qiymətləndirmə aktında öz əksini tapmışdır. Qeyd olunan məbləğdən 4437,45 manat qarşı tərəfin icbari sığortası olduğundan sığorta tərəfindən ödənilmişdir. Lakin cavabdeh şəxs qalan məbləği ödəməkdən imtina edərək boyun qaçırmışdır. Bu barədə qarşı tərəf ilə aparılan danışıqlar bir nəticə vermədiyindən məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Musazadə Ramı̇ l Əlı̇ can oğlu iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, ekspert rəyinə etiraz etmir və rəydə qeyd edilən məbləğ ilə razıdır. O, dəfələrlə cavabdehdən dəymiş ziyanı tələb etsə də, müraciətlərinin müsbət nəticəsi olmamışdır. O, cavabdehin yenidən ekspertiza keçirilməsi barədə vəsatətinə münasibətdə qeyd etdi ki, iş üzrə hər bir hal müəyyən edilmişdir və avtomobilə dəymiş ziyan ilə bağlı da qüsur aktı mövcuddur. Qeyd olunan hallar hər bir sənəddə göstərilmişdir. Yenidən ekspertiza təyin edilməsi vaxt uzatmaq üçündür. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək iddianın tam rədd edilməsini məhkəmədən xahiş etdi və əlavə olaraq qeyd etdi ki, o,özü ehtiyyat hissələrinin satışını həyata keçirir və qiymətlərdən məlumatı vardır. O, ekspert rəyi ilə razı deyildir, ekspertiza keçirilən zaman ona məlumat verilməmiş və o, orada iştirak etməmişdir. Bütün bunlara əsasən yenidən ekspertiza keçirilməsi barədə şifahi vəsatət verərək vəsatətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri, xx.xx.2022-ci il, saat 22:30 radələrində Suraxanı rayonu, Hövsan-Türkan yolunda Musazadə Ramı̇ l Əlı̇ can oğlunun idarə etdiyi “Kia Rio" markalı **-KC-*** dövlət qeydiyyat nişanlı minik avtomobil ilə Cavabdeh idarə etdiyi “Vaz 2106" markalı **-BF-*** dövlət qeydiyyat nişanlı minik avtomobili toqquşmuşdur. Hadisə ilə əlaqədar Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci PB-də araşdırma aparılaraq xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, Cavabdeh əməlində cinayət tərkibi müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və vətəndaş Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati tənbeh tədbirləri tətbiq edilməsi üçün qəbul edilmiş qərarın surəti Suraxan RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. İddiaçı tərəfindən avtomobilə dəymiş ziyanın müəyyən edilməsi barədə iş materiallarına əlavə edilmiş "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli ilkin qiymətləndirmə aktına əsasən “Kia Rio" markalı **-KC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilə dəymiş ziyan 9379,00 manat olaraq hesablanmışdır. Məhkəmə qərardadı əsasında mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının ekspertinin 9/862 saylı, xx.xx.2023-cü il tarixli rəyi ilə "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Kia Rio" markalı **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 7688,00 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmasıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə iclasında işin faktiki əsasları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkətləri nəticəsində Musazadə Ramı̇ l Əlı̇ can oğluna maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə ki, hadisə baş verdiyi zaman “Vaz 2106" markalı **- BF-*** dövlət qeydiyyat nişanlı idarə edən Cavabdeh yol-nəqliyyat hadisəsi törədərək iddiaçının idarə etdiyi “Kia Rio" markalı **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. İddiaçı Musazadə Ramı̇ l Əlı̇ can oğluna dəymiş maddi zərərin məbləği müəyyənləşdirilərkən xx.xx.2023-cü il tarixli ekspert rəyi, məbləğdən 4437,45 manat qarşı tərəfin icbari sığortası olduğundan sığorta tərəfindən ödənilməsi nəzərə alınmalı, 7688 manat vəsaitdən 4437,45 manat vəsait çıxarılaraq Cavabdeh vurulmuş maddi zərərə görə 3250,55 manat məbləğində vəsait tutularaq Musazadə Ramı̇ l Əlı̇ can oğluna ödənilməli, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə cavabdehin yenidən ekspertiza keçirilməsi barədə şifahi vəsatəti ilə bağlı bildirir ki, hazırda yenidən ekspertiza keçirilməsi işin lüzumsuz uzadılmasına gətirib çıxardığından, ekspert tərəfindən avtomobilə dəymiş ziyan məbləği məhkəmə tərəfindən ağlabatan hesab edildiyindən, işin mübahisəsiz halı iddiaçının avtomobilinə cavabdeh tərəfindən ziyan vurulması ilə bağlı olduğundan vəsatət təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı Musazadə Ramı̇ l Əlı̇ can oğlu tərəfindən ödənilmiş 70 manat dövlət rüsumunun 50 manat hissəsi Cavabdeh iddiaçının xeyrinə tutulmalı və 20 manat dövlət rüsumu iddı̇ açıya aid edilməlidir. Cavabdeh məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə sərf edilmiş 50,0 manat vəsait Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh Musazadə Ramı̇ l Əlı̇ can oğlunun xeyrinə 3250,55 manat vəsait tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Musazadə Ramı̇ l Əlı̇ can oğlunun xeyrinə 3250,55 manat vəsait tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı Musazadə Ramı̇ l Əlı̇ can oğlu tərəfindən ödənilmiş 70 manat dövlət rüsumunun 50 manat hissəsi Cavabdeh iddiaçının xeyrinə tutulsun və 20 manat dövlət rüsumu iddı̇ açıya aid edilsin. Məhkəmə əmtəəşünaslıq ekspertizalarına sərf olunmuş 50 manat məbləğində vəsait Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************, Adı: X1, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar