Məhkəmə qərarları › İş №2(007)-272/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-272/2025

11.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-272/2025 11.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 cəlb edilməklə Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul”) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 cəlb edilməklə Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 54000.00 (əlli dörd min) manat məbləğində əsas borc, hüquqi yardımla əlaqədar vəkillə bağladığı müqaviləyə əsasən ödədiyi 320.00 (üç yüz iyirmi) manat və dövlət rüsumu olaraq ödədiyi 254.00 (iki yüz əlli dörd) manat olmaqla, cəmi 54574.00 (əlli dörd min beş yüz yetmiş dörd) manat tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh 53000 manat məbləğində əsas borc, hüquqi yardımla əlaqədar vəkillə bağladığı müqaviləyə əsasən ödədiyi 320 manat və dövlət rüsumu olaraq ödədiyi 254 manat olmaqla, cəmi 53574 manat pul vəsaitinin tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhərində özünə mənzil almaq üçün “Bina.az” saytında axtarışlar apararkən 2024-cü ilin may ayının 21-də saat 22 radələrində həmin saytda “Elvin” adlı şəxs tərəfindən bir mənzilin 60000.00 (altmış min) manata satışa qoyulduğu barədə elanı görmüşdür. Elanda göstərilən telefon nömrəsinə zəng edərək “Elvin” adlı şəxslə tanış olmuş, ona iki azyaşlı uşağının olduğunu, həyat yoldaşının isə talassemiya xəstəsi olduğunu bildirib elanda göstərilən mənzili almaq istədiyini demişdir. O, telefonda özünü "MİDA”-nın işçisi kimi təqdim edib həyat yoldaşının xəstəliyi ilə əlaqədar 60000.0 (altmış min) manata satışa qoyulmuş həmin evi ona 54000.00 (əlli dörd min) manata düzəldə biləcəyini bildirmiş, eyni zamanda telefon nömrəsini götürərək demişdir ki, onun işçisi Cavabdeh onunla telefon əlaqəsi saxlayacaq, evi almaqdan ötrü sabah onunla 18 saylı notariat ofisində görüşüb müqavilə bağlayacaq, müqavilə bağladıqdan sonra da baş ofislərinə gəlib evi götürər. Həmin günün səhəri, yəni 22 may 2024-cü il tarixdə Lənkərandan Bakıya gəlmiş, yolda ikən bir qız ona zəng edərək özünü “MİDA”-nın işçisi Cavabdeh kimi təqdim edib onu saat 12-də 18 saylı notariat ofisində gözlədiyini bildirmişdir. Deyilən vaxtda 18 saylı notariat ofisində Cavabdeh ilə görüşmüş, o, onunla 54000,00 (əlli dörd min) manat məbləğində borc müqaviləsi bağlamağını istədiyini bildirmiş, müqavilə bağlanandan sonra ''MİDA”-nın baş ofisinə gedib evi rəsmiləşdirəcəyini demişdir. O, orada Cavabdeh ilə 22 iyun 2024-cü il tarixədək qaytarmaq şərtilə 54000.00 (əlli dörd min) manat məbləğində borc müqaviləsi bağlamış, həmin məbləği notariusun işçilərinin yanında kameranın qarşısında sayıb ona təhvil vermiş, o da sayıb ondan təhvil almış və ondan pulun hamısını alandan sonra "Kapital Bank”-da X8 adına olan hesaba göndərmişdir. Bundan sonra o, Cavabdeh ilə bərabər “MİDA”-nın baş ofisinə getmiş, qapıda duran polis əməkdaşı Cavabdeh yanında ona demişdir ki, “burada ‘'Elvin" adlı şəxs işləmir və Solmaz da buranın işçisi deyil”. Bundan sonra Solmaz da ona demişdir ki, “Elvini tanımıram, o məni aldatmışdır”. O, dərhal Cavabdeh 54000,00 (əlli dörd min) manat pulunu geri qaytarmasını tələb etmiş, o isə bildirmişdir ki, “mənlik deyil, hara, kimə istəyirsənsə, get müraciət et”. Yuxarıda qeyd etdiyi kimi, aralarında bağlanmış 22 may 2024-cü il tarixli borc müqaviləsinin 2-ci bəndinə əsasən cavabdeh - “Borc alan” borcu 22 iyun 2024-cü il tarixədək "Borc verən”ə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh 22 iyun 2024-cü il tarixədək borcu qaytarmayıb müqavilənin 2- ci bəndinin şərtini kobudcasına pozduğuna görə onun onda olan telefon nömrələrinə dəfələrlə zəng etsə də, onun telefonlarına zəng çatmamışdır. Bakı şəhərində cavabdehin iş yerinə dəfələrlə getməsinə, faktiki yaşayış yerini axtarmasına, bu barədə hüquq-mühafizə orqanlarına şikayət etməsinə baxmayaraq, onu tapmaq mümkün olmamışdır. Cavabdehin ondan sözügedən müqavilə əsasında borc aldığı 54000 (əlli dörd min) manat pul vəsaitini ödəməkdən qəsdən yayındığını görüb onun qeydiyyatda olduğu ünvana gedərək əri Nümayəndə2 tapmış və bu barədə onu məlumatlandırmışdır, lakin o demişdir ki, “mənim həyat yoldaşım Cavabdeh bu işdə günahsızdır, onu aldatmışlar, sən də “Elvin" adlı şəxslə əlbirsən və mənim həyat yoldaşıma şər-böhtan atırsan”. 02 avqust 2024-cü il tarixdə cavabdehə pretenziya göndərərək pretenziyanı aldıqdan sonra borc müqaviləsi əsasında ondan aldığı 54000 (əlli dörd min) manatı 10 iş günü ərzində qaytarmasını xahiş etmiş, lakin həmin pretenziyanı göndərdikləri zərfin üzərində cavabdehin Səngəçala getməsi barədə qeyd aparılmaqla geri qaytarılmışdır. Bununla da müəyyən etmişdir ki, cavabdeh həmin ünvanda qeydiyyatdan çıxıb başqa ünvana getmiş və hələlik heç bir ünvana qeydiyyata düşməyərək hazırda Səngəçal qəsəbəsində naməlum ünvanda qeydiyyatsız yaşayır və bu yolla məsuliyyətdən yayınmağa çalışır. Bu məbləğdə pul vəsaitinin cavabdeh tərəfindən ona indiyə qədər ödənilməməsi nəticəsində maliyyə vəziyyətim xeyli pisləşmiş və o, özünə mənzil almaq imkanından məhrum olmuşdur. Cavabdeh 22 may 2024-cü il tarixli Borc müqaviləsinə əsasən ondan aldığı və həmin müqavilənin 2-ci bəndinə 22 iyun 2024-cü il tarixədək qaytarmalı olduğu 54000.00 (əlli dörd min) manat pul vəsaitini qaytarmaqdan qəsdən yayınmışdır, bu isə maliyyə vəziyyətini xeyli ağırlaşdırmış və o, özünə mənzil almaq imkanından məhrum olmuşdur. Bundan başqa, hüquqi yardımla əlaqədar 15 saylı Vəkil Bürosunda vəkillə bağladığı müqaviləyə əsasən 320.00 (üç yüz iyirmi) manat vəkil bürosunun hesabına, dövlət rüsumu olaraq isə 254.00 (iki yüz əlli dörd) manat büdcəyə ödəmişdir. Bununla da Cavabdeh 54000,00 (əlli dörd min) manat əsas borc, hüquqi yardımla əlaqədar 15 saylı Vəkil Bürosunda vəkillə bağladığım müqaviləyə əsasən 320.00 (üç yüz iyirmi) manat və 254.00 (iki yüz əlli dörd) manat dövlət rüsumu ödədiyinə görə ona ümumilikdə 54574.00 (əlli dörd min beş yüz yetmiş dörd) manat borcu ödəmək öhdəliyi yaranmışdır. Bu səbəbdən Cavabdeh 54000.00 (əlli dörd min) manat əsas borc, hüquqi yardımla əlaqədar 15 saylı Vəkil Bürosunda vəkillə bağladığı müqaviləyə əsasən 320,00 (üç yüz iyirmi) manat və 254.00 (iki yüz əlli dörd) manat dövlət rüsumu ödədiyinə görə ona ümumilikdə 54574.00 (əlli dörd min beş yüz yetmiş dörd) manat tutularaq ona verilməsi barədə qətnamə çıxarılması xahişi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

4. İddia tələbinin həcminin azaldılmasına dair (dəyişdirilməsinə dair) ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı 54574 (əlli dörd min beş yüz yetmiş dörd) manat (54000 manat əsas borc, hüquqi yardımla əlaqədar ödənilmiş 320 manat və dövlət rüsumu olaraq ödənilmiş 254 manat) pul tələbinə dair iddiası üzrə mülki iş vardır. Bildirir ki, cavabdeh sonradan iddiaçıya 1000 (bir min) manat ödəmişdir və hazırda borcun məbləği 53574 (əlli üç min beş yüz yetmiş dörd) manat təşkil edir. Azərbaycan Respublikası MPMnin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 36.1, 53, 119, 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq, Cavabdeh 53000.00 (əlli üç min) manat məbləğində əsas borc, hüquqi yardımla əlaqədar vəkillə bağladığı müqaviləyə əsasən ödədiyi 320.00 (üç yüz iyirmi) manat və dövlət rüsumu olaraq ödədiyi 254.00 (iki yüz əlli dörd) manat olmaqla, cəmi 53574.00 (əlli üç min beş yüz yetmiş dörd) manat tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılması, cavabdehin əməlindəki cinayət əlamətləri barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsini xahiş etmişdir.

İş materialları :

5. İddiaçı ilə X16 arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, “borc müqaviləsi”ndən görünür ki, İddiaçı X10 54000 manat məbləğində pulu xx.xx.2024-cü il tarixinədək qaytarmaq şərti ilə borc vermişdir.

6. "xxxx" ASC-nin Bakı şəhəri 18 saylı notariat ofisində yerləşən filialına məxsus xx.xx.2024-cü il tarixli qəbzlərdən görünür ki, həmin tarixdə müştəri M***** G***** V***** qızının 416973******4556 nömrəli hesabına 13:23-də 15000 manat, 13:44-da 15000 manat, və 416973******0497 nömrəli hesabına həmin tarixdə saat 13:32-də 12700 manat, 13:36-da 7700 manat, 13:51-də 2600 manat məbləğində pul mədaxil edilmişdir.

7. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, pretenziyanı aldıqdan sonra 10 iş günü ərzində həmin 54000 manatı ona qaytarmasını xahiş etmiş, əks təqdirdə məhkəməyə və ya digər hüquq-mühafizə orqanlarına müraciət etməli olacağı barədə xəbərdar edilmişdir.

8. X11 məxsus "xxxx" ASC-də mövcud olan 416973******4556 nömrəli kart hesabna dair xx.xx.2024-cü il tarixə aid çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə X11 məxsus kart hesabına ayrı-ayrılıqda 2 dəfə 15000 manat məbləğində pul köçürülmüşdür.

9. X11 məxsus "xxxx" ASC-də mövcud olan 416973******0497 nömrəli kart hesabna dair xx.xx.2024-cü il tarixə aid çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə X11 məxsus kart hesabına ayrı-ayrılıqda 12700 və 7700 manat məbləğində pul köçürülmüşdür.

10. Xətai rayon prokurorunun xx.xx.2024-cü il tarixli, “cinayət işi başlanılması və aidyyəti üzrə göndərilməsi haqqında qərar”dan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işinin başlanılması qərara alınmışdır.

11. İş materiallarına X11 məxsus 523915******7688 nömrəli kart hesabına dair xx.xx.2024-xx.xx.2024 dövrü əhatə edən çıxarış əlavə edilmişdir.

12. xx.xx.2024-cü il tarixli, 212331 nömrəli “şahidi dindirmə protokolu”ndan görünür ki, Cavabdeh Xətai RPİ-nin İŞ-nin icraatında olan ********* nömrəli cinayət işi üzrə şahid qismində dindirilmişdir.

13. xx.xx.2024-cü il tarixli, 212335 nömrəli “şahidi dindirmə protokolu”ndan görünür ki, X4 RPİ-nin İŞ-nin icraatında olan ********* nömrəli cinayət işi üzrə şahid qismində dindirilmişdir.

14. xx.xx.2024-cü il tarixli, 242349 nömrəli “təqsirləndirilən şəxsi dindirmə protokolu”ndan görünür ki, X3 RPİ-nin İŞ-nin icraatında olan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmişdir.

15. Bakı şəhəri Xətai RPİ-nin İŞ-nin xx.xx.2024-cü il tarixli, “zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərar”ından görünür ki, İddiaçı ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarına İddiaçı zərərçəkmiş şəxs qismində dindirmə protokolu əlavə edilmişdir.

16. xx.xx.2024-cü il tarixli, **********24 nömrəli qəbzdən görünür ki, iddiaçı X13 tərəfindən məhkəməyə müraciət etmək üçün 254 manat dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları :

17. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək, əlavə olaraq izahatında bildirmişdir ki, iddiaçı ev axtararkən Elvin aldı şəxsin 60 min manata evi satdığını görmüş və ona zəng etmişdir. Elvin adlı şəxs iddiaçının həyat yoldaşı talassemiya xəstəsi olduğu üçün ona güzəşt olunacağını və onun adamı olan Solmaz adlı şəxsin onunla gedib notariat kontorunda müqavilə bağlayacağını bildirmişdir. İddiaçı səhəri günü, Bakıya gəlmiş və cavabdehlə gedib 18 saylı notariat ofisində 22 may 2024-cü il tarixində borc müqaviləsi bağlamış, 54 min manat cavabdehə təqdim edilmişdir. Sonradan 54 min manatın 1000 manatını cavabdeh iddiaçıya qaytarmışdır. Müqavilə bağladıqdan sonra iddiaçı ilə cavabdeh birlikdə şirkətin baş ofisinə getmişlər. Bəlli olmuşdur ki, nə belə ofis, nə də belə işçi var. Cavabdeh iddiaçı ilə könüllü şəkildə borc müqaviləsi bağlamış, tərəflər arasında müqavilə əsasında hüquq və vəzifələr yaranmışdır. Müqavilə əsasında cavabdeh iddaçıya borcu 1 ay ərzində qaytarmağı öhdəsinə götürmüşdür. Lakin hələ də həmin pulu iddiaçıya qaytarmamışdır. Müqavilə hələ də qüvvədədir. Bu işlə bağlı iddiaçı dəfələrlə Lənkərandan Bakıya gəlmiş, xeyli xərc çəkmişdir. Cavabdeh 53000 manat məbləğində əsas borc, hüquqi yardımla əlaqədar vəkillə bağladığı müqaviləyə əsasən ödədiyi 320 manat və dövlət rüsumu olaraq ödədiyi 254 manat olmaqla, cəmi 53574 manat tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

18. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək borc müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, o, iddiaçını Elvin adlı şəxs vasitəsilə tanımışdır. O, Elvin adlı şəxsə inanmışdır. Elvin adlı şəxs ona onu işə götürüləcəyi bildirilmişdir. İddiaçıya özünü MİDA-nın işçisi kimi tanıtmasının səbəbi də Elvin adlı şəxsin onu işə götürəcəyini bildirməsi olmuşdur. Elvin adlı şəxs ona iddiaçı ilə 18 saylı notariusda görüşməsini və müqavilə bağlamasını demişdir. Onlar Həmid bəylə 18 saylı notariusun qarşısında görüşmüşdür. Müqavilənin məzmununu ona Elvin adlı şəxs demiş, notariusda olan zaman isə müqavilənin məzmununu notariusa o demişdir. O, notariusda müqaviləni oxuyub tanış olmuşdur. Müqavilənin məzmununu tam anlamamış, Elvin ona prosedur belə olduğunu, sonda Həmid bəyin gəlib evi götürəcəyini bildirmişdir. Elvin bəy ona həmin pul əvəzində ev təqdim edəcəklərini bildirmişdir. Həmid bəy də borc müqaviləsini bağlamağa etiraz etməmişdir. O, müqavilə bağlanılan zaman aldadıldığı bilməmişdir. Notariusda olan zaman Elvin bəy ona 54 min manat pulun 1000 manatını bu işi gördüyü üçün ona çatacağını bildirmişdir. 1000 manat bir növ premiya kimi verilmişdir. 53 min manat pul vəsaiti Elvin adlı şəxsin dediyi hesablara köçürülmüşdür. Pulları karta Həmid bəy də köçürtmüşdür. Pul köçürdükdən sonra o, iddiaçı ilə birlikdə ofisə getmişdir. Onlar ofisin yerinə internetdən baxmışlar. Elvin adlı şəxs ona ofisin 28 mayda yerləşdiyini demişdir, tam olaraq harada yerləşdiyini isə deməmişdir. Həmid bəy də ofisin yerini bilmirdi. Cavabdeh iddiaçıdan ofisdə heç olmadığını soruşanda, o ofisdə heç vaxt olmadığını bildirmişdir. Yolda başqa şəxslərdən soruşa-soruşa ofisə gəlib çıxmışlar. Orada olan şəxs burada Elvin adlı şəxsin işləmədiyini, Elvinin onları aldatdığını demişdir. O aldandığını bilib, bu işin fırıldaq olduğunu başa düşmüş, onda olan 1000 manatı iddiaçıya geri qaytarmışdır. Həmid bəy polisə gedib müraciət etmələrini təklif etmiş, onlar birlikdə polisə getmiş, polis onların izahatını almışdır. Gün sonuna qədər polis onu saxlamış, sonra isə gedə biləcəyini bildirmişdir. Polisdə olduqları zaman onlara pulların göndərdikləri kart hesablarına blok qoymaq üçün hesab nömrələrini istəmişlər, lakin həm iddiaçı, həm də onun yadında olmadığı üçün deyə bilməmişlər. Elvin bəy onlara şifahi şəkildə dediyi üçün yadlarında qalmamışdır. Həmçinin bildirmişdir ki, 18 saylı notariusda olarkən iddiaçı ilə telefondanışığı zamanı o, əvvəlcə müqavilə bağlamağı rədd edərək, “mən gəlmirəm, mən araşdırmışam, belə evlər yoxdur. Siz məni aldadırsız”-deyə bildirmişdir. O da Elvin bəyə zəng edib iddiaçının müqavilə bağlamaqdan imtina etdiyini bildirmişdir. Elvin bəy də “biz heç kimi müqavilə bağlamağa məcbur edə bilmərik, gedərsiniz”-deyə cavab vermişdir. O, Elvin bəylə olan zəngi söndürdüyü zaman Həmid bəy yenidən ona zəng edərək, mən araşdırdım düz deyirsiniz deyərək gələcəyini bildirmişdir. Onun iddiaçını məcbur eləmədiyini, iddiaçının özünün könüllü gəldiyini bildirmişdir. İddiaçı elə arxayınlıqla gəlmişdir ki, o, elə bilmişdir ki, iddiaçı özü evi görmüşdür. O zəng edəndə əvvəlcədən notariusun qabağında görüşməklə bağlı razılaşdıqları üçün orada gözləmişdir. İlk danışıqları zamanı Elvin bəy iddiaçının nömrəsini ona göndərməmiş, həmin günü onun nömrəsini göndərəcəyini demişdir. Həmid bəyə zəng etdikdə o bu işdən məlumatlı olduğunu bildirmişdir. Onun həmin pulun 1000 manatının ona çatacağından xəbəri olmamışdır.

19. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, cavabdeh günahsızdır. Cavabdeh özünü Midanın işçisi kimi təqdim etmiş, lakin cavabdeh aldanmışdır.

İşin faktiki halı :

20. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixində borc müqaviləsi bağlanılmış və həmin borc müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh 54000 manat məbləğində pul vəsaiti xx.xx.2024-cü il tarixinədək qaytarmaq şərti ilə borc verilmişdir.

21. İddiaçının borc müqaviləsi bağlanılan zaman niyyəti cavabdehə borc vermək deyil, özünü Elvin adı ilə tanıdan şəxs ilə əldə edilmiş razılığa əsasən ev satın almaq, cavabdehin niyyəti isə borc almaq deyil, iddiaçı ilə Elvin arasında ev alqı-satqısına dair aparılmış razılıq üzrə özünü Elvin adı tanıdan şəxsin işçisi olaraq müqavilə bağlamaq olmuşdur.

22. Borc müqaviləsinə əsasən cavabdehə təqdim edilmiş 54000 manat məbləğində pul vəsaitinin 53000 manatı X1 hesabına köçürülmüş, 1000 manatı cavabdeh tərəfindən müqavilənin bağlanıldığı gün iddiaçıya qaytarılmışdır.

23. 53000 manat məbləğində pul vəsaiti X11 məxsus "xxxx" ASC-də mövcud olan iki müxtəlif kart hesabına köçürüldükdən sonra özünü “Elvin” adı ilə tanıdan, X12 tərəfindən müvafiq hesablara köçürülməklə əldə edilmişdir.

24. Fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanılmış, İddiaçı həmin cinayət işi üzrə zərərçəkmiş şəxs, X12 (“Elvin” adlı şəxs) təqsirləndirilən şəxs qismində tanınmışdır.

25. İddiaçı xx.xx.2024-cü il tarixli borc müqaviləsinə istinad edərək cavabdehdən müqaviləyə görə cavabdehə borc olaraq verilən pul vəsaitini tələb edir, cavabdeh isə iddiaçı tərəfindən ona borc verilmədiyini, həmin müqavilə üzrə hər hansı vəsait əldə etmədiyini, həmin müqaviləni aldatma nəticəsində bağladığını bildirir.

26. İddiaçı xx.xx.2024-cü il tarixli borc müqaviləsinin tərəfi Cavabdeh olduğundan hazırki iddia tələbinə cavabdeh qismində Cavabdeh cavab verməli olduğunu bildirir.

Məhkəmə baxışının hədləri:

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi :

106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

29. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :

337.1. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 339.5. Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. 339.6. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

30. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 Aprel 2021-ci il tarixli Qərarı.

31. “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli Qərardadı.

Məhkəmənin mövqeyi :

32. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını nəzərə alaraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi rədd edilməlidir.

33. İddiaçı Cavabdeh qarşı olan “pul” tələbini onunla cavabdeh arasında xx.xx.2024-cü il tarixdə borc müqaviləsinin bağlanılması ilə əsaslandırmışdır.

34. Cavabdeh isə İddiaçı ilə bağlanılmış xx.xx.2024-cü il tarixli borc müqaviləsini aldadılma nəticəsində bağladığını, həmin borc müqaviləsi üzrə iddiaçı tərəfindən ona pul borc verilmədiyini bildirmişdir.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.

36. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.

37. İddiaçı məhkəməyə iddia tələbinin hüquqi əsası qismində Mülki Məcəllənin 739.1-ci maddəsini bildirmişdir. Həmin maddəyə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

38. Borc müqaviləsinə əsaslanan iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərinin olmaması özlüyündə borc müqaviləsinə əsaslanan tələbi əsassız edir.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

40. Hazırki mülki iş üzrə iddiaçı X13 iddia tələbinin faktiki halları qismində məhkəmə bildirmişdir ki, o Bakı şəhərində ev almaq üçün “Bina.az” saytında ev axtararkən Elvin adlı şəxs tərəfindən qoyulmuş elanı görmüş və onunla əlaqə saxlamış, həmin şəxs özünü “MİDA”nın işçisi kimi təqdim edərək 60.000 manat dəyərində olan mənzili ona 54.000 manata düzəldə biləcəyini demiş və onun telefon nömrəsini götürərək işçisinin onunla əlaqə saxlayacağını, evi almaq üçün onun işçisi ilə 18 saylı notariat ofisində görüşüb müqavilə bağlayacağını, daha sonra isə gəlib ofisdən evi götürə biləcəyini bildirmişdir. Daha sonra o, həmin günün səhəri, yəni xx.xx.2024-cü il tarixdə Lənkərandan Bakıya gələrkən, yolda olanda özünü “MİDA”nın işçisi kimi təqdim edən Cavabdeh zəng edərək onu saat 12-də 18 saylı notariat ofisində gözlədiyini bildirmişdir. O, cavabdeh ilə 18 saylı notariat ofisində görüşmüş, onunla borc müqaviləsi bağlamış, onun tərəfindən pul vəsaiti cavabdehə təqdim edildikdən sonra cavabdeh pul vəsaitini X8 adına olan bank hesabına göndərmiş, bundan sonra o cavabdeh ilə birlikdə “MİDA”nın baş ofisinə getmiş, qapıda duran polis əməkdaşı orada Elvin adlı şəxsin işləmədiyini, Cavabdeh isə “MİDA”nın işçisi olmadığını bildirmişdir. Cavabdeh ona Elvin adlı şəxsi tanımadığını, onu aldatdığını bildirmişdir.

41. Göründüyü kimi iddiaçının Cavabdeh ilə borc müqaviləsi bağlanılan zaman niyyəti cavabdehə borc vermək deyil, ev almaq olmuşdur. Yəni iddiaçının iddia tələbini əsaslandırdığı faktiki hallar onun iddia tələbinin hüquqi əsası qismində məhkəməyə bildirdiyi Mülki Məcəllənin 739.1-ci maddəsinin dispozisiya şərtləri ilə üst-üstə düşmür.

42. İddiaçı iddia tələbinin faktiki əsası qismində cavabdeh ilə bağlanılmış borc müqaviləsinə istinad etsə də, onun məhkəməyə bildirdiyi faktiki hallardan aydın olur ki, onun iradəsi cavabdeh ilə borc müqaviləsi bağlanılmasına deyil, özünü Elvin adı ilə tanıdan şəxs ilə şifahi əldə edilmiş razılığa uyğun olaraq alqı-satqı müqaviləsi bağlamaqla ev satın almağa yönəlmişdir. İşin müəyyən edilmiş halı odur ki, İddiaçı ilə Cavabdeh arasında nə alqı-satqı müqaviləsinin bağlanılması, nə dəki borc müqaviləsinin bağlanılmasına dair qarşılıqlı danışıq, qarşılıqlı iradə bəyanı olmamışdır.

43. Cavabdeh isə iddia tələbinə münasibətdə məhkəməyə bildirmişdir ki, o, “Tap.az” saytında iş axtarmağı ilə bağlı elan yerləşdirmiş, Elvin adlı şəxs onunla əlaqə saxlayaraq “MİDA”dakı evlərin satışı ilə məşğul olduğunu, onu menecer kimi işə götürəcəyini, onun gedib satış meneceri kimi müştərilər ilə müqavilə bağlayacağını bildirmişdir. Daha sonra Elvin adlı şəxs ona zəng vuraraq İddiaçı nömrəsini verərək onunla birlikdə müqavilə bağlamaq üçün notariusa gedib müqavilə bağlamasını, ilk işində uğurlu olduğu halda ofisə gəlib onunla əmək müqaviləsi bağlayacağını bildirmişdir. Ona aylıq əmək haqqı və hər satılan mənzildən 1000 manat mükafat veriləcəyini bildirmişdir. O İddiaçı zəng vuraraq onunla notariat ofisində görüşmüş və onunla borc müqaviləsi bağlamış, daha sonra iddiaçının verdiyi pul vəsaitinin 53.000 manatını notariat ofisində olan bankomatda iddiaçı ilə birlikdə Elvin adlı şəxsin telefonda ona bildirdiyi kart hesabına göndərmiş, həmin pul vəsaitinin 1000 manatını Elvin adlı şəxsin ona mükafat qismində verdiyini bildirdiyi üçün özündə saxlamış, daha sonra iddiaçı ilə birlikdə “MİDA”nın ofisinə getmişlər. Elvin adlı şəxs onlara 28 Maya gəlmələrini bildirdiyi üçün onlar ora getmiş, lakin həm iddiaçı, həm də o, ofisinin yerini tanımadıqları üçün “MİDA”nın ofisini axtarıb tapmış, lakin orada aldadıqlarını anlamış, iddiaçı ilə birlikdə polis idarəsinə getmişlər. Həmçinin cavabdeh bildirmişdir ki, aldadıldığını anladıqdan sonra həmin puldan özünə götürdüyü 1000 manatı İddiaçı qaytarmışdır.

44. İşin məhkəmə araşdırması nəticəsində müəyyən edilmiş faktiki halları ondan ibarətdir ki, özünü iddiaçı və cavabdehə Elvin adı ilə tanıdan X12 tərəfindən internetdə yerləşdirilən “MİDA”da evlərin satılmasına dair elana əsasən iddiaçı onunla əlaqə saxlamış və aralarında aparılan telefon danışığı ilə iddiaçının internetdə şəkillərini gördüyü mənzilin 54000 manata alqı-satqısına dair razılıq əldə edilmişdir. Həmin razılığa əsasən iddiaçı Məmmədin işçisi ilə 18 saylı notariat ofisində görüşərək müqavilə bağlamalı, daha sonra isə ofisdə görüşüb evi təhvil almalı idi. Həsənov Məmməd həmçinin Cavabdeh internetdə yerləşdirdiyi elana əsasən onunla əlaqə saxlayaraq onu satış meneceri kimi işə qəbul edəcəyini, ilk işinin sınaq xarakterli olduğunu, həmin işdə uğurlu olduğu halda onunla əmək müqaviləsi bağlayacağını, hər mənzilin satışında əmək haqqından əlavə 1000 manat mükafat qismində ona veriləcəyini, ilk işinin İddiaçı ilə 18 saylı notariat ofisində görüşməklə müqavilə bağlamaq olduğunu bildirmişdir. X6 təşkil etdiyi görüşə uyğun olaraq cavabdeh iddiaçı ilə telefon əlaqəsi saxlamış, iddiaçı telefonda ilk öncə evin satın alınmasından imtina etdiyini bildirmiş, daha sonra cavabdehə zəng edərək fikrini dəyişdiyini, 18 saylı notariat ofisinə gələcəyini bildirmişdir. İddiaçı və cavabdeh 18 saylı notariat ofisində görüşmüş və aralarında borc müqaviləsi bağlanılmışdır. Həmin borc müqaviləsinin bağlanılmasını cavabdeh Elvin adlı şəxsin ona borc müqaviləsinin bağlanılmalı olduğunu bildirməsi, onun məlumatlı olmaması, yəni işin gedişatının belə olmalı olduğunu düşünməsi ilə, iddiaçı isə cavabdehə inanması ilə əsaslandırmışdır. 18 saylı notariat ofisində borc müqaviləsi bağlandıqdan sonra iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş 54000 manat pul vəsaitinin 53000 manatını cavabdeh həmin notariat ofisində yerləşən bankomatda iddiaçının yanında Elvin, yəni X6 telefonda cavabdehə bildirdiyi kart hesabına köçürmüşdür, həmçinin həmin pul vəsaitinin kart hesabına köçürülməsində iddiaçı da (deməsinə görə cavabdeh yorulduğu üçün kömək ediblər) cavabdehə kömək etmişdir. Həmin pul vəsaitinin 1000 manatını cavabdeh X6 deməsinə əsasən özündə saxlamışdır. Daha sonra iddiaçı və cavabdeh birlikdə baş ofisə getmişlər, lakin hər ikisi ofisin yerini bilmədikləri üçün və X12 telefona cavab vermədiyi üçün birlikdə “MİDA”nın baş ofisini axtarmışlar, həmin ofisə yaxınlaşdıqda isə aldadıqlarını anlamışlar. “MİDA”nın baş ofisində həmin şəxsin dələduz olduğunu bildirmişlər. Cavabdeh aldadıldığını bildikdən sonra özündə saxladığı 1000 manat məbləğində pul vəsaitini iddiaçıya qaytarmışdır. İddiaçı və cavabdeh aldadıldıqlarını anladıqdan sonra birlikdə polis idarəsinə getmişlər. İddiaçı Xətai Rayon Prokurorluğu tərəfindən 10 may 2024-cü il tarixdə fakta görə başlanılmış ********* nömrəli cinayət işi üzrə xx.xx.2024-cü il tarixli qərar ilə zərərçəkmiş şəxs qismində tanınmış və Cavabdeh isə şahid qismində dindirilmişdir. Cinayət işinin başlanılması haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən müəyyən edilir ki, daha iki şəxs tərəfindən polis idarəsinə hazırki işin faktiki halları ilə eyni məzmunlu ərizə ilə, özünü Elvin adı ilə, sosial evlərdə satış direktoru kimi təqdim edən şəxs tərəfindən aldadılaraq evin alqı-satqısına dair 18 saylı notariat ofisində borc müqaviləsinin bağlanılmasına dair müraciətlər edilmişdir. Başlanılmış cinayət işi üzrə X12 təqsirləndirilən şəxs qismində cəlb edilməklə dindirilmiş, izahatında törətdiyi əməli etiraf etmiş, lakin özünü AR CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilmədiyi üçün izahatı imzalamaqdan imtina etmişdir. Həmin izahat hər hansı qeyd edilmədən müdafiəçi tərəfindən imzalanmışdır.

45. Həmçinin işin müəyyən edilmiş digər halı isə ondan ibarətdir ki, cavabdeh tərəfindən X6 bildirdiyi və 53000 manat məbləğində pul vəsaitinin köçürüldüyü kart hesabları X11 məxsus olmuş, həmin kart hesablarına köçürülmüş pul vəsaiti həmin gün X12 tərəfindən M10 mobil tətbiqi vasitəsilə çıxarılmışdır. X15 isə özünü ona Murad adı ilə tanıdan X12 ilə “TikTok” sosial şəbəkəsində tanış olmuş, X12 özünün şəxsiyyət vəsiqəsində problemlər olduğunu bildirməklə, həmçinin ona maddi yardım edəcəyini bildirməklə X2 hesablarından istifadə etmişdir.

46. İşin məhkəmə tərəfindən araşdırılan hallarına əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı X17 və Cavabdeh arasında bağlanılan borc müqaviləsi üçüncü şəxs tərəfindən aldadılma nəticəsində bağlanmışdır. Hər iki tərəf özünü Elvin adı ilə “MİDA”nın əməkdaşı qismində təqdim edən şəxs tərəfindən aldadılmışdır.

47. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.

48. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.

49. Mülki qanunvericiliyə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsız əqdlərdir. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri).

50. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı bir əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanılmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur. (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).

51. Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edildiyi kimi etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur.

52. Etibarsızlıq halını yaradan səbəblərdən biri şəxsin iradə ifadəsinin zədələnməsidir. Belə ki, əqdi bağlayan şəxsin iradəsi zədələndikdə belə əqdlər mübahisə edilən əqdlər sayılır. İradənin zədələnməsinə səbəb olan əsaslar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.1 - 339.4-cü və 347-ci maddələrində nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsinin qərarında tərəfin iradə ifadəsinin hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində zədələnmiş olduğu hallarda əqdlərin mübahisələndirilməklə etibarsız hala gəldiyi qeyd edilmiş və bununla da mübahisə edilən əqdlərin dairəsi göstərilmişdir.

53. Konstitusiya Məhkəməsinin qərarında xüsusi olaraq vurğulanmışdır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir.

54. Həmçinin Konstitusiya Məhkəməsi Plenumu qeyd edir ki, əqdi mübahisələndirən şəxsin iradə ifadəsini digər tərəfə bildirməsi baxımından qanunda hər hansı məcburi forma nəzərdə tutulmadığına görə, əqdin mübahisələndirilməsi bununla bağlı iradə ifadəsinin istənilən formada digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilə bilər. Mübahisələndirmə geriyə şamil olunaraq əqdin bağlandığı andan etibarsız sayılmasını təmin edir.

55. Ayrıca iddia tələbinin irəli sürülməsindən asılı olmayaraq, məhkəmə işin halları və tərəflərin dəlilləri əsasında əqdin etibarlı olduğunu və ya etibarsızlığını müəyyən etdikdə həmin halı nəzərə almalıdır. Bu məsələdə etibarsızlığın hansı növdə (o cümlədən mübahisə edilən əqd) olmasının fərqi yoxdur.

56. Bir daha qeyd edilməlidir ki, mübahisə edilən əqdin etibarsız sayılması üçün məhkəmədə tələb irəli sürmək zərurəti yoxdur, etibarsızlıq nəticəsini mübahisələndirmə faktı (iddiadan və məhkəmədən kənarda) əmələ gətirir. Çünki, etibarsızlıq bir nəticədirsə həmin nəticəni əqdi mübahisə etmək hüququna malik olan şəxsin hərəkəti təmin edir. Bu hərəkətlə, yəni iradə ifadəsi qarşı tərəfə bildirilməklə etibarsızlıq nəticəsi qanuna əsasən yaranmış olur. Bunun üçün hüquq sistemimiz əlavə şərtlər - iddia tələbinin irəli sürülməsi, məhkəmənin qərar çıxarması və s. tələb etmir. Amma bu məsələlərlə bağlı tərəflər arasında mübahisə yarandıqda həmin ixtilaf təbii ki, məhkəmə tərəfindən həll olunur.

57. Bu baxımdan mübahisə edilən əqdlərin etibarsızlığı məhkəmə qərarından asılı olmadığına görə, həmin qərarın çıxarılmasının prosessual əsası olan iddia tələbindən də asılı deyil. Çünki, tələb məhkəmə qərarının alınması üçün irəli sürülür.

58. Belə olan halda, məhkəmə əqdə əsaslanan mübahisəyə baxarkən tərəf iradəsinin zədələnməsini və buna görə əqdi mübahisələndirməsini sübut etdikdə, yaxud məhkəmə işin halları əsasında bunu müəyyən etdikdə, etibarsızlıq nəticəsini xüsusi bir iddia tələbinin irəli sürülməsindən asılı olmayaraq nəzərə almalı və ona görə qərar verməlidir.

59. İradə ifadəsinin zədələnməsinə səbəb olan və nəticədə bağlanmış müqavilənin mübahisələndirilməsi vasitəsilə onun etibarsızlığı ilə nəticələnən hallardan biri aldatmadır.

60. Aldatma dedikdə, digər tərəfi əqdi bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair bilə-bilə yalan məlumatlar verməklə və ya barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış təəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur.

61. Aldatma nəticəsində digər əqd iştirakçısında əqd və onun elementləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində yanlış təsəvvür yaranır.

62. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.3-cü maddəsinə əsasən üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər.

63. Göründüyü kimi qeyd edilən normanın tələbinə əsasən əqd üçüncü şəxs tərəfindən aldadılma nəticəsində bağlanılmışdırsa, həmin əqdə əsasən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə həmin əqd mübahisələndirilə bilər.

64. Məhkəmə təkrarən qeyd edir ki, hazırki mülki işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı və cavadeh arasında bağlanılmış borc müqaviləsi tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmamış, həmin borc müqaviləsi üzrə cavabdeh iddiaçıdan borc almamış, borc müqaviləsini hər iki tərəf üçüncü şəxs tərəfindən aldadılma nəticəsində bağlamışdır.

65. Hazırki iddia tələbinə Mülki Məcəllənin 339.3-cü maddəsinin dispozisiya şərtləri baxımından qiymət verildikdə, hazırki iddia tələbinin faktiki əsasını təşkil edən borc müqaviləsi üzrə fayda götürən tərəf İddiaçıdur. Belə ki, bağlanılmış borc müqaviləsi üçüncü şəxs tərəfindən aldadılma nəticəsində bağlanılsa da, hazırki mülki iş üzrə iddia tələbi təmin ediləcəyi halda fayda götürən tərəf İddiaçı olacaqdır.

66. Nəzərə alınmalıdır ki, hazırki mülki iş üzrə İddiaçı cavabdehin xx.xx.2024-cü il tarixli borc müqaviləsi üzrə hər hansı bir fayda götürmədiyini bilsə, cavabdehdən 53 000 manat məbləğində pul vəsaitini tərəflər arasında bağlanılmış borc müqaviləsinin olması, həmin müqavilə tərəfinin X12 (Elvin) deyil, cavabdeh olması, həmin müqaviləyə görə pul vəsaitini Məmmədə deyil, cavabdehə borc olaraq verməsi ilə əsaslandırmışdır. Lakin işin müəyyən edilmiş halı ondan ibarətdir ki, iddiaçı tərəfindən cavabdehə borc verilməmiş, həmin borc müqaviləsini Cavabdeh üçüncü şəxs tərəfindən aldadılma nəticəsində bağlamışdır.

67. Məhkəmə isə qeyd edir ki, məhkəmənin vəzifəsi ilk növbədə müqavilənin etibarlılığını yoxlamaq, iddiaçının tələbinin hüquqi əsası olub-olmadığını müəyyən etmək, ən əsas vəzifəsi isə tərəflərin hüquq və mənafelərini qorumaqdır.

68. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi üzrə hər iki tərəf müqaviləni üçüncü şəxs tərəfindən aldadılma nəticəsində bağlasa da, iddiaçının hüquqlarını iddia tələbinin təmin edilməsi ilə bərpası, cavabdehin hüquqlarının kobud pozuntusu ilə nəticələnəcəkdir. Belə ki, nəzərə alınmalıdır ki, hazırki işin müəyyən edilmiş halı odur ki, cavabdeh tərəfindən həmin borc müqaviləsindən hər hansı bir fayda əldə edilməmiş, gəlir götürülməmişdir. Həmçinin cavabdehin əldə etdiyi 1000 manat məbləğində pul vəsaitini iddiaçıya qaytarması isə onun dürüstlüyünü və vicdanlılığını göstərir.

69. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinə Mülki Məcəllənin 339.3-cü maddəsinin dispozisiya şərtləri baxımından qiymət verildikdə fayda götürən tərəf olan İddiaçı aldatmadan, yəni həmin müqavilənin aldatma nəticəsində bağlanıldığından ehtiyatlılıq göstərsə idi xəbərdar olmalı idi.

70. Belə ki, işin müəyyən edilmiş halı odur ki, İddiaçı bir gün içərisində tanımadığı, sadəcə adını bildiyi şəxslə telefon əlaqəsi saxlamaqla, heç üzünü görmədiyi şəxsə inanaraq, evə gedib baxmadan, yəni həmin şəxsin şəxsiyyətini müəyyən etmədən və evi realda görmədən müqavilə bağlamış, həmçinin niyyəti ev almaq olsa da, borc müqaviləsi bağlamışdır.

71. Məhkəmənin iddiaçıya yönələn “nə üçün borc müqaviləsi bağlanılmışdır” sualına cavabda iddiaçı bildirmişdir ki, Cavabdeh özünü “MİDA”nın işçisi kimi təqdim etdiyi üçün ona inanmışdır. Cavabdehi də ilk dəfə gördüyü halda nə üçün ona inandığı sualına cavabda isə xanım olduğu üçün onu aldadacağını düşünmədiyindən ona inanıb borc müqaviləsi imzaladığını bildirmişdir.

72. Cavabdeh həmçinin məhkəmə iclasında verdiyi izahatda bildirmişdir ki, o notariat ofisində görüş üçün iddiaçı ilə telefon əlaqəsi saxlayarkən iddiaçı artıq onun zəng edəcəyini bilirdi, həmçinin onun davranışlarından onun evi görmədən müqavilə bağlamaq üçün gəldiyini ehtimal etmirdi. Belə ki, iddiaçı elə arxayınlıqla gəlmişdir ki, o, elə bilmişdir ki, iddiaçı özü evi görmüşdür. Həmçinin iddiaçı tərəfindən borc müqaviləsi bağlanılmasına hər hansı etiraz edilmədiyini də bildirmişdir.

73. Yəni cavabdeh tərəfindən yanaşıldıqda o, iddiaçı ilə X12 arasında əldə edilmiş razılığa uyğun olaraq Həsənov Məmmədin işçisi olaraq, yəni onu təmsil edən şəxs olaraq həmin müqavilənin bağlanılmasında iştirak etmək üçün getmişdir. Həmçinin iddiaçı tərəfindən niyə borc müqaviləsi bağlanıldığının mübahisələndirilməməsi, ondan gələn zəngi gözləməsi, yəni müqavilə bağlanılması prosesindəki davranışları onda hər hansı şübhə yaranmamasına və onun aldadılması ilə nəticələnməsinə səbəb olmuşdur.

74. Məhkəmə işin müəyyən edilmiş faktiki hallarına əsasən qeyd edir ki, iddiaçı hazırki iddia tələbi ilə borc müqaviləsinə istinad edərək cavabdehdən pul vəsaitini tələb etsə də, o lazımi ehtiyatlılıq göstərsə idi, aldatmadan xəbərdar olardı.

75. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə ilk növbədə lazımı ehtiyatlılıq iddiaçıdan tələb edilir. Belə ki, nəzərə alınmalıdır ki, iddiaçının niyyəti ev almaq olduğu üçün ilk növbədə gedib evi görməli, həmin əlaqə saxladığı şəxsin şəxsiyyətini müəyyən etməli idi. Həmçinin o da nəzərə alınmalıdır ki, iddiaçı izahatında ev almaq üçün çətinliklə pul topladığını, yoldaşının xəstəliyi ilə əlaqədar Bakıda ev axtardığını bildirdiyindən o daha ehtiyatlı, daha diqqətli olmalı idi.

76. Həmçinin nəzərə alınmalıdır ki, hazırki mülki iş üzrə Cavabdeh tərəfindən hazırki müqavilənin aldatma olmadan bağlanılması gözlənilməzdir. Yəni hazırki mülki işin müəyyən edilmiş faktiki halları baxımından yanaşıldıqda kifayət qədər maddi imkana malik olmayan şəxs tərəfindən 54 000 manat məbləğində borc almasına dair müqaviləni aldatmada olmadan bağlaması ağlabatan deyil.

77. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 339.3-cü maddəsində həmçinin qeyd edilmişdir ki, əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.

78. Məhkəmə qeyd edilən normanın dispozisiya şərtləri baxımından qeyd edir ki, hazırki mülki iş üzrə Cavabdeh tərəfindən müqavilə bağlanılan zamanı iddiaçını aldatmaya yönələn hərəkətlər etməsi işin tədqiq edilən halları ilə müəyyən edilməmişdir. Həmçinin məhkəmə iclasında tədqiq edilən X6 təqsirləndirilən şəxs qismində dindirilməsi protokolundan görünür ki, izahatında Cavabdeh işdən məlumatlı olmadığını bildirmişdir.

79. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qeyd etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar).

80. Məhkəmə Konstitusiya Məhkəməsinin formalaşdırdığı mövqedən çıxış edərək qeyd edir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları onu deməyə əsas verir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanılmış borc üçüncü şəxs tərəfindən aldatma nəticəsində bağlanılmışdır, odur ki, etibarsız əqddir.

81. Həmçinin məhkəmə Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqedən çıxış edərək qeyd etməyi zəruri hesab edir ki, mübahisə edilən əqdlərin etibarsızlığı mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsinin bəyan edilməsi ilə bağlı olduğundan, hazırki mülki iş üzrə Cavabdeh tərəfindən həmin əqdin bağlanılması zamanı iradəsinin zədələnməsi iddiaçıya bəyan edildiyindən, o cümlədən həmin əqdin bağlanıldığı gün bəyan edildiyindən hazırki mülki iş üzrə iddia tələbinin faktiki əsasını təşkil edən borc müqaviləsi Cavabdeh tərəfindən qanunla müəyyən edilmiş müddətdə mübahisələndirilmişdir.

82. Mülki qanunvericiliyə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

83. Hazırki işin müəyyən edilmiş halı isə ondan ibarətdir ki, iddiaçı tərəfindən borc müqaviləsinə əsasən cavabdehə verilmiş 54000 manat məbləğində pul vəsaitinin 53000 manatı cavabdehə deyil, X7 çatmışdır, yəni cavabdeh iddiaçının hesabına hər hansı bir gəlir əldə etməmişdir, əldə etdiyi 1000 manat məbləğində vəsaiti isə iddiaçıya geri qaytarmışdır. Belə olan halda hazırki mülki iş üzrə Mülki Məcəllənin 337.5-ci maddəsi tətbiq edilə bilməz.

84. Məhkəmə bildirir ki, hazırki mülki iş üzrə iddiaçı və cavabdeh arasında bağlanılmış borc müqaviləsi üçüncü şəxs tərfindən aldadılma nəticəsində bağlandığı və iddiaçıya 53 000 manat məbləğində ziyan dəydiyi və həmin ziyan X6 törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəydiyindən iddiaçının mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanı X5 tələb etmək hüququ vardır.

Məhkəmə xərcləri :

85. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.

86. Məhkəmə qeyd edir ki, iddia təmin edilmədiyindən İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödədiyi 254 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir.

87. Həmçinin iddi tələbi təmin edilmədiyindən iddia tələbinin iddiaçı tərəfindən vəkilə hüquqi yardım üçün ödənilmiş 320 manat məbləğində xərcin cavabdehdən tutulmasına dair hissəsi də təmin edilə bilməz.

Nəticə :

88. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, İddiaçı Cavabdeh qarşı olan cavabdehdən 53000 manat məbləğində əsas borc, hüquqi yardımla əlaqədar vəkillə bağlanılmış müqaviləyə əsasən ödənilmiş 320 manat və dövlət rüsumu olaraq ödənilmiş 254 manat olmaqla, cəmi 53574 manat pul vəsaitinin tutulmasına dair iddia tələbi rədd edilməlidir.

89. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

İddiaçı Cavabdeh 53000 manat məbləğində əsas borc, hüquqi yardımla əlaqədar ödənilmiş 320 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 254 manat olmaqla, cəmi 53574 manat məbləğində pul vəsaitinin tutulmasına dair iddia tələbi təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar