Məhkəmə qərarları › İş №2(007)-2722/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2722/2020

23.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2722/2020 23.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı Bank olmayan kredit təşkilatı (BOKT) "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “klredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Bank olmayan kredit təşkilatı (BOKT) "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyəti cavabdehlər- kredit götürən Cavabdeh1 və zamin duran Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən onun xeyrinə müştərək qaydada 697,55 manat məbləğində kredit borcunun və 30 manat dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzinin tultulması (ödənilməsi) barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Bank olmayan kredit təşkilatı (BOKT) "xxxx" MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun və Cavabdeh1 arasında 30 sentyabr 2014-cü il tarixdə, kredit verilməsi haqqında L-BK-0030021-F saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən onun tərəfindən cavabdehə illik 29% ödənilməsi şərti ilə 18 ay müddətinə 2000 (iki min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin ödənilməsinin təminatı məqsədi ilə, həmin tarixdə onun və zamin duran Cavabdeh2 arasında BK - 00020063 saylı zaminlik müqaviləsi bağlanmışdır. 12.10.2017-ci il tarixdə krerditin faizinin 12%-ə endirilməsi və kredit (zaminlik) müqavilələrin müddətinin 19.10.2020-ci il tarixə uzadılması haqqında onun və cavabdeh ( eləcə də zamin duranla) müvafiq müqavilələr bağlanmışdır. Bağlanmış həmin müqavilələr üzrə onun üzərinə düşən vəzifə borcu onun tərəfindən yerinə yetirilməsinə baxmayaraq, cavabdeh və zamin duran şəxslər tərəfindən üzərlərinə düşən öhdəliklər tam yerinə yetirilməmiş və kredit götürən cavabdehin ona 569.89 (beş yüz altmış doqquz dolları səksən doqquz sent) ABŞ dolları məbləğində əsas borcu, 92.70 (doxsan iki dollar yetmiş sent) ABŞ dolları məbləğində faiz borcu və 34.96 (otuz dörd dollar doxsan altı sent) ABŞ dolları məbləğində cəriməsi olmaqla, cəmi 697.55 (altı yüz doxsan yeddi doları əlli beş sent) ABŞ dolları dəyərində borcu qalmışdır.Borcalana və zamin durana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, onlar öhdəliyi icra etməmiş və bu günədək borcu ödəməmişlər. Həmin borcun və ödənilmiş 30 manat dövlət rüsümünün cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını iddiaçı məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işə əlavə olunmuş, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 30 sentyabr2014-cü il tarixli müqavilədən görünür ki, cavabdehə iddiaçı tərəfindən 18 ay müddətində illik 29% ödəmə şərti ilə 2000 (iki min) ABŞ dolları məbləğində kredit verilmişdir və cavabdeh həmin borcu və hesablanmış faizin ödəyəcəyi haqqında üzərinə öhdəliklər götürmüşdür. İşdə olan iddiaçı və zamin duran Cavabdeh2 arasında bağlanmış 30 sentyabr 2014cü il tarixli zaminlik müqaviləsindən görünür ki, kredit götürən Cavabdeh1 kreditin tam ödənilməsi barədə zamin duran Cavabdeh2 üzərinə öhdəliklər götürmüşdür. İşdə olan, 12.10.2017-ci il tarixli müqavilədən görünür ki, iddiaçı və cavabdehlər arasında krerditin faizinin 12%-ə endirilməsi və kredit (zaminlik) müqavilələrin müddətinin 19.10.2020-ci il tarixə uzadılması haqqında aralarında razılıq sazişi bağlanmışdır. İşdə olan, maliyyə arayışından və ödəniş cədvəllərindən görünür ki, kredit götürən Cavabdeh1 iddiaçıya 569.89 (beş yüz altmış doqquz dolları səksən doqquz sent) ABŞ dolları məbləğində əsas borcu, 92.70 (doxsan iki dollar yetmiş sent) ABŞ dolları məbləğində faiz borcu və 34.96 (otuz dörd dollar doxsan altı sent) ABŞ dolları cəriməsi olmaqla, cəmi 697.55 (altı yüz doxsan yeddi doları əlli beş sent) ABŞ dolları dəyərində borcu qalmışdır İşdə olan, ********* saylı ödəniş qəbzindən görünür ki, iddiaçı Bank olmayan kredit təşkilatı (BOKT) "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə iddia qaldırmaq üçün 30 manat məbləğındə dövlət rüsümü ödənilmişdir. İşdə olan bildirişdən (pretenziyadan) görünür ki, iddiaçı Bank olmayan kredit təşkilatı (BOKT) "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyəti tərəfindən cavabdehlərə onların MMC-yə borcu olduğunu və həmin borcun vaxtında ödənilmədiyi halda onun barəsində tərbir görüləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Qeyd edilənlərlə müəyyən olundu ki, cavabdeh iddiaçı ilə bağladığı 30 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə əməl etməmiş, müəyyən edildiyi müddətdə qalan borcu ödəməmiş, kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməmişdir, hansı ki, o, iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 30 sentyabr 2014-cü il tarixli, L-BK-0030021-F saylı kredit müqaviləsi, eləcə də, kreditin təmin olunması barədə 30 sentyabr 2014-cü il tarixli, BK-00020063 saylı zaminlik müqaviləsi üzrə 569.89 (beş yüz altmış doqquz dolları səksən doqquz sent) ABŞ dolları məbləğində əsas borcu, 92.70 (doxsan iki dollar yetmiş sent) ABŞ dolları məbləğində faiz borcu və 34.96 (otuz dörd dollar doxsan altı sent) ABŞ dolları cəriməsi olmaqla, cəmi 697.55 (altı yüz doxsan yeddi doları əlli beş sent) ABŞ dolları borcun bank uçotu dərəcəsinə görə qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə və 30 manat dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlundan müştərək qaydasında iddiaçı Bank olmayan kredit təşkilatı (BOKT) "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar