Məhkəmə qərarları › İş №2(007)-2722/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2722/2021

16.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2722/2021 16.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz və cərimə borcunun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz və cərimə borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 12 ay müddətinə 2657,00 manat məbləğində kredit verilmiş və bununla bağlı Bank Olmayan Kredit Təşkilatı «Embafinans” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 31 yanvar 2020-ci il tarixli, 044-EMB- 0141-20 saylı kredit müqaviləsi bağlanmışdır. Hal-hazırda kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətilə 06.05.2021-ci il tarixə əsas borcu 692.00 manat, cərimə borcu 103.80 manat olmaqla ümumi borcu 795.80 manat təşkil edir ki, bu borcunda cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə 01 dekabr 2020-ci il tarixli, 12983/20 saylı və 18 mart 2021-cı il tarixli, 14218/21 saylı pretenziya məktubu da göndərilmişdir. Cavabdeh əsas borcu 692.00 manat, cərimə borcu 103.80 manat, həmçinin ərizəyə görə ödənilmiş 30.40 manat dövlət rüsumunun, ümumilikdə 826.20 manat borcun iddiaçı Bank Olmayan Kredit Təşkilatı "Embafinans QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 31 yanvar 2020-ci il tarixli, 044-EMB-0141-20 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh 12 ay müddətinə 2 657,00 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə istifadə etmiş olduğu vəsaiti və ona hesablanmış faizləri, komissiyaları və s. müqavilə ilə müəyyən edilmiş şərtlərlə, qanunvericiliklə nəzərdə tutulmuş öhdəlikləri üzərinə götürərək qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, borclu hər ayın 30-dan gec olmayaraq 12 ay müddətinə 221 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 06.05.2021-ci il tarixli MA-0021322-21 nömrəli maliyyə arayışından görünür ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 31 yanvar 2020-ci il tarixli, 044-EMB-0141-20 saylı kredit müqaviləsi üzrə borclunun 06.05.2021-ci il tarixinə 692 manat əsas borc, 103.80 manat cərimə, cəmi 795.80 manat borcu vardır. İş materiallarında olan 18.03.2021-ci il tarixli son xəbərdarlıq məktubundan görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında 31.01.2020 il tarixli 044-EMB-0141-20 saylı "kredit müqaviləsi" imzalanmış və həmin müqavilə əsasında "xxxx"dan 2657 manat məbləğində illik 0%-olmaqla kredit götürmüşdür. Müqavilənin 2.4.2-ci bəndinə əsasən müqaviləyə və onun əlavəsinə/əlavələrinə uyğun olaraq ödəniş məbləğini “borcverənə" ödəməyi öhdənizə götürmüşdür. Kredit müqaviləsinin 2.1.1-ci bəndinə əsasən müqaviləyə və onun əlavəsinə/əlavələrinə (tərəflər arasında tərtib olunmuş razılaşmada göstərilən qrafikə) uyğun olaraq ödəniş məbləğini vaxtında ödəmədikdə "xxxx" kreditin qalıq məbləğinin vaxtından əvvəl tam ödənilməsini tələb edə bilər. Həmçinin "Kredit müqaviləsinin" 3.1-ci bəndinə əsasən öhdəliyinizi lazımi qaydada icra etmədiyiniz hər günə görə ümumi gecikdirilmiş məbləğinin 1% faizi miqdarında penya (cərimə) hesablanır. Nəzərinizə çatdırılır ki, (tərəflər arasında tərtib olunmuş razılaşmada göstərilən qrafikə uyğun olaraq tərəfinizdən əsas borcun 692,00 AZN (Altı yüz doxsan iki manat 00 qəpik) AZN hissəsi, hesablanmış AZN faiz borcu, müqavilə üzrə öhdəliklərinizi lazımı qaydada icra etmədiyinizə görə 0.00 AZN (Sıfır manat 00 qəpik) AZN cərimə borcu olmaqla bu günə 692.00 AZN (Altı yüz doxsan iki manat 00 qəpik) AZN borcunuz ödənilməmiş olaraq qalmaqdadır. Yuxanda göstərilən gecikmənin aradan qaldırılması ilə əlaqədar əvvəlki bildirişlərlə xəbərdarlıq edilmiş, lakin bugünə kimi müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi ilə bağlı lazımi tədbir görülməmişdir. Odur ki, yuxarıda göstərilənləri nəzərinizə çatdırmaqla bir daha bildiririk ki, 3 gün ərzində yuxarıda qeyd edilən məbləğdə olan borcun "xxxx"a ödənilməlidir. Əks təqdirdə müqavilənin ləğv edilməsi, əsas borc, ona görə hesablanmış faiz və borcunun məcburi ödənilməsi, borcun girov predmetinə yönəldilməsi tələbi ilə "xxxx" tərəfindən müvafiq məhkəməyə müraciət ediləcəkdir. Belə olan halda əsas hesablanmış faiz və cərimə borcunuzu ödəməklə yanaşı məhkəmə və icra xərclərinin ödənilməsi də borclunun üzərinə yönəldiləcəkdir. İş materiallarında olan 20.05.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, tərəflər arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirərək müqavilədə nəzərdə tutulan məbləği cavabdehə versə də sonuncu öz öhdəliklərinə əməl etməmiş və layiqincə icra etməmişdir. Tərəflər arasında bağlanmış müqavilə ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da, 31 yanvar 2020-ci il tarixli, 044-EMB-0141-20 saylı kredit müqaviləsi üzrə 103.80 manat məbləğində cərimənin tələb olunması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğu üçün, həmin cərimənin məbləği azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, 103.80 manat məbləğində dəbbə pulu azaldılmalı və 50 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə 31 yanvar 2020-ci il tarixdə baglanmış kredit müqaviləsi üzrə 692 manat əsas, 50 manat cərimə cəmi 742 manat və 27 manat ödənilmiş dövlət rüsumu Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun 3 manatı iddiaçıya aid edilməlidir. İddia tələbi qalan hissədə təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə 31 yanvar 2020-ci il tarixdə baglanmış kredit müqaviləsi üzrə 692 manat əsas, 50 manat cərimə cəmi 742 manat və 27 manat ödənilmiş dövlət rüsumu Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 3 manatı iddiaçıya aid edilsin İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar