Məhkəmə qərarları › İş №2(007)-273/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-273/2025

17.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-273/2025 17.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X3 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami rayon Mohkəmosinin xx.xx.2024-cü il tarixli 1(007)- 142/2024 saylı hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası CM-nin 177.2.3-1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 177.2.3-1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş həmin cəzaları qismən toplamaq yolu ilə Cavabdeh qəti olaraq 02 (iki) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Cavabdeh cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Məhkəmə hökmünə əsasən müəyyən edilmişdir ki, Cavabdeh elektron məlumat daşımasından istifadə etməklə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 02 iyul 2023-cü il tarixdə ünvan 1 ünvanda yerləşən mağazada həmin mağazanın sahibi İddiaçı xahişi ilə sonuncunun mobil telefonuna İddiaçı məxsus "xxxx" ASC-dən verilmiş 4127-2044-4332-5863 nömrəli plastik kartdan internet üzərində istifadə etməsi məqsədilə "ABB" proqramını yüklədikdən sonra eyni tarixdə İddiaçı həmin telefonu danışmaq adı ilə alıb saat 14:16:08 də mobil telefon vasitəsilə bank hesabına müdaxilə edərək elektron məlumat daşıyıcısından istifadə etməklə internet üzərindən həmin kartdan onun cinayətkar niyyətindən xəbərsiz olan qardaşı X1 adına olan, "xxxx" ASC-dən verilmiş 4169-7399-4234-1210 nömrəli plastik karta 60 manat pul vəsaitini köçürdükdən sonra cinayətkar niyyətini davam etdirərək İddiaçı sonuncuya məxsus mobil telefonu müxtəlif bəhanələrlə alıb eyni üsulla sonuncuya məxsus bank hesabına müdaxilə etməklə 13 sentyabr 2023-cü il tarixdə saat 20:45-də X1 adına olan, "xxxx" ASC-dən verilmiş 4169 7388-4234-1210 nömrəli plastik karta 50 manat, 17 sentyabr 2023-cü il tarixdə saat 15:49da özünün adına olan "xxxx" ASC- dən verilmiş 4169-7388-4965-896 nömrəli plastik karta 13 manat, 17 sentyabr 2023- cü il tarixdə saat 17:14-də X1 adına olan "xxxx" ASC-dən verilmiş 4169-7388-4234-1210 nömrəli plastik karta 129 manat, 18 sentyabr 2023-cü il tarixdə saat 01:38-də özünün adına olan "xxxx" ASC-dən verilmiş 5522-0993-4898-0319 nömrəli plastik kartına 130 manat, 18 sentyabr 2023-cü il tarixdə saat 08:49-da özünün adına olan "xxxx" ASC-dən verilmiş 5522-0993-4898-0319 nömrəli plastik kartına 348 manat, 21 sentyabr 2023-cü il tarixdə saat 07:00-də özünün adına olan "xxxx" ASC-dən verilmiş 4169-7388-4965-8962 nömrəli plastik karta 500 manat, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 1230 manat pul vəsaitini köçürməklə gizli olaraq talayıb zərərçəkmiş şəxs İddiaçı 1230 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmənin hökmündə göstərilmiş məbləğlərdən başqa, cavabdeh tərəfindən 21 sentyabr 2023-cü il tarixdə saat 08:18-də "ABB" kartından öz kartına daha 500 manat köçürmə etmişdir. Hesab edir ki, həmin məbləğ cavabdehdən tutularaq ona geri qaytarılmalıdır. Hesab edir ki, Cavabdeh 500 ( beş yüz) manat məbləğində pul və ödənilmiş 31 ( otuz bir) manat dövlət rüsumunun əvəzinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən, Cavabdeh 500 ( beş yüz) manat məbləğində pul və ödənilmiş 31 ( otuz bir) manat dövlət rüsumunun əvəzi alınaraq mənə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq iddianı müdafiə etdiyini bildirmiş, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Qobustan Penitensiar Müəssisəsində cəza çəkən Cavabdeh xx.xx.2024cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, o, iddia tələbini qəbul etmir. O, iddiaçıya dəymiş maddi ziyanı tam şəkildə ödəmişdir. Bu barədə notariat qaydasında yazılmış rəsmi ərizə cinayət işinin materiallarına əlavə edilmişdir. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak etmiş şəxsin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(007)-142/2024 saylı hökmündə müəyyən olunur ki, təqsirləndirilən şəxs Cavabdeh elektron daşıyıcılardan istifadə etməklə özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmiş və ümumilikdə vahid niyyətlə əhatə olunana qəsdlə 1230 manat pul vəsaitini köçürməklə zərərçəkmiş şəxs İddiaçı ümumilikdə 1230 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. -xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. -ABB mobil tətbiqindən çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 08:18-də, 4127********0359 saylı kartdan 5167********8447 saylı karta (alan: JEYHUN K*) 500 manat pul göndərilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəxs Cavabdeh elektron daşıyıcılardan istifadə etməklə özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmiş və ümumilikdə vahid niyyətlə əhatə olunana qəsdlə 1230 manat pul vəsaitini köçürməklə zərərçəkmiş şəxs İddiaçı ümumilikdə 1230 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmiş, zərərçəkmiş şəxs İddiaçı ona dəymiş maddi ziyan ödənildiyinə görə təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbi olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(007)-142/2024 saylı hökmü ilə müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs İddiaçı ona dəymiş maddi ziyan ödənildiyinə görə təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi olmadığını məhkəməyə bildirmişdir. Bundan başqa iddiaçı iddia tələbində göstərmişdir ki, cavabdeh ona 1230 manat məbləğində vurduğu ziyandan başqa, onun kart hesabından xx.xx.2023-cü il tarixdə saat 08:18-də yenidən 500 manat pul başqa karta köçürülmüşdür. Lakin iddiaçının istinad etdiyi həmin məbləğin başqa karta köçürülməsinin cavabdeh tərəfindən həyata keçirilməsi məhkəməyə təqdim edilmiş sübutlarla təsdiq edilmir. Belə ki, sözügedən pul vəsaitinin köçürülməsi ilə bağlı fakt Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(007)-142/2024 saylı hökmü ilə təsdiq edilməmiş, habelə iddiaçı (zərərçəkmiş şəxs) xx.xx.2023-cü il tarixdə saat 08:18-də yenidən 500 manat pul köçürüldükdən sonra, xx.xx.2024-cü il tarixədək, yəni hökm çıxarılanadək belə bir tələbinin olması barədə məhkəməyə məlumat verməmişdir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh İddiaçı 1230 manat ziyan vurmuş, həmin ziyan cavabdeh tərəfindən tam ödənilmiş, cinayət işi üzrə hökm çıxarılan zaman iddiaçının-zərərçəkmiş şəxsin cavabdehə- təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi olmamışdır. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlillərini sübut edə bilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dаir iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar