Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2736/2025 08.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı Cavabdeh qarşı “borc müqaviləsinə əsasən əsas borcun və illik 5 faiz məbləğində kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “borc müqaviləsinə əsasən əsas borcun və illik 5 faiz məbləğində kompensasiyanın ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli notariat qaydasında təsdiq edilmiş borc müqaviləsinə (reyestr № 3M-311) əsasən, 80000 (səksən min) manat əsas borc məbləğinin onun xeyrinə tututub ödənilməsi, borc məbləğinin qaytarılması üçün nəzərdə tutulmuş müddət - xx.xx.2023-cü ildən məhkəmə qətnaməsi tam icra olunan günə qədər olan müddətə əsas borca Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən illik 5% məbləğində kompensasiyanın ona ödənilməsi, məhkəmə xərcləri, dövlət rüsumu və digər xərclərin cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etmişdir ki, həmin ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından, ərizənin qəbul edilməsindən imtina edilməlidir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Belə ki, iş materiallarında olan Bakı şəhəri 44 saylı notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş borcverən İddiaçı ilə borcalan Cavabdeh arasında bağlanmış kredit müqaviləsindən görünür ki, borcverən borcalana bu müqavilənin bağlandığı gün, yəni xx.xx.2022-ci il tarixdə 80000 manat məbləğində pulu borc vermişdir. Həmin müqavilənin 7-ci bəndinə əsasən ödəniş müddətinin keçməsi haqqında kreditorun borcluya yazılı bildiriş göndərməsindən qanunla müəyyyən edilmiş müddətdən sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. Göründüyü kimi, iddiaçı kredit müqaviləsi üzrə borcun qaytarılması məqəsədi ilə məhkəməyə deyil, müqavilədə göstərilən qaydada notariat ofisinə müraciət etməlidir. Bu səbəbdən kredit müqaviləsi üzrə borcun tutulması tələbi məhkəmə qaydasında baxılmalı deyil və iddaçının icra qeydinin aparılması ilə bağlı müvafiq notariat ofisinə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə qeyd olunanlara əsasən müəyyən edilir ki, hazırki ərizəyə ümumi məhkəmələrdə baxılmalı olmadığından, ərizə yolverilməz hesab edilməli, iddiaçıya müvafiq notariat ofisinə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 153, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “borc müqaviləsinə əsasən əsas borcun və illik 5 faiz məbləğində kompensasiyanın ödənilməsi” tələbinə dair ərizəsinin iddianın yolverilməzliyinə görə icraata qəbulundan imtina edilsin. Ərizə və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. İddiaçıya izah olunsun ki, o, müvafiq notariat ofisinə müraciət etməlidir. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-2736/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2736/2025
08.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver