Məhkəmə qərarları › İş №2(007)-2738/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2738/2024

09.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2738/2024 09.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “müqaviləyə xitam verilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM : İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “müqaviləyə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə "xxxx" ASC arasında bağlanılmış xx.xx.2018-ci il tarixli və xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin Mülki Məcəllənin tələblərinə uyğun olmaması və birtərəfli şərtlərlə yalnız cavabdehin mənafeyini ifadə etməsi səbəbindən bu müqaviləyə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsi yoxlanılarkən müəyyən edilmişdir ki, ərizə verilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası MPM-in 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Göründüyü kimi, qanunverici hüquqi şəxsə qarşı iddianın verilməsini hüquqi şəxsin ünvanının olduğu yeri nəzərə alaraq müəyyənləşdirmişdir. İddiaçı isə cavabdeh "xxxx" KB ASC-nin hüquqi ünvanı kimi ünvan 1si ilə məhkəməyə müraciət etmişdir. Lakin, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, "xxxx" ASC-nin hüquqi ünvanı AZ1014, ünvan 2 Göründüyü kimi, iddiaçı tərəfindən iddia ərizəsi hazırkı məhkəməyə deyil, cavabdehin hüquqi ünvanı üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə təqdim edilməli idi. Digər yandan, məhkəməyə qeyd edir ki, iddiaçı tərəfindən tərəflər arasında bağlanmış müqavilənin 7.2-ci bəndinə əsasən pretenziya qaydasına əməl edilməmiş, pretenziya qaydasına əməl edilmədən məhkəməyə müraciət edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 150.1.6-cı maddəsinə əsasən, iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə edilir. Əlavə olaraq, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən qiymətləndirilməyən iddia ərizəsi məhkəməyə təqdim edilərkən, 100 manat dövlət rüsumu ödənilməli olduğu halda, iddiaçı tərəfindən yalnız 30 manat dövlət rüsumu ödənilmişdir, hansı ki, bu hal da dövlət rüsumunun qanunvericilikdə müəyyən olunmuş qaydada ödənilməməsi deməkdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 150.1.2-ci maddəsinə əsasən, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. Hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmək hüququ iddiaçıya izah edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.3-cü maddəsinə görə, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda qeyd olunan nöqsana əsasən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə geri qaytarılmalı, nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah edilməlidir. Məhkəmə hesab edir ki, ərizə geri qaytarıldığından ödənilmiş 30 manat dövlət rüsumu da büdcədən geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “müqaviləyə xitam verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmək hüququ iddiaçıya izah olunsun. İddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 30 manat (Çek nömrəsi- 63401097, mədaxil qəbzi- **********, FİN- xxxxxxx, xidmət istifadəçisi kodu- 14221103, Tarix- xx.xx.2024, saat 16:26:15) dövlət rüsumu dövlət büdcəsindən qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar