Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2745/2023 27.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dаir iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və X4 qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşə məhkəmədə baxılarkən, X2 vəfat etməsi müəyyən olunduğundan, sonuncu cavabdehlər siyahısından çıxarılmışdır. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, 7 iyul 2023-cü il tarixdə saat 20-23 radələrində Bakı-Quba yolu 13 km ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir. 2-ci cavabdeh X3 idarə olunan “X8” 1846 LS Yük markalı, ** HB *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə toqquşmuş, nəticədə iddiaçının idarə etdiyi “OPEL ASTRA” Minik markalı, ** XY *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə 5120.00 manat məbləğində ziyan dəymişdir. "xxxx" ASC tərəfindən ona 2985.00 AZN manat ödənilmişdir. Lakin 2135 manatın ödənməsini avtonəqliyyatın mülkiyyətçisi, cavabdehin üzərinə qoyulması tövsiyə olunmuşdur. İkinci zərərçəkmiş: “HYUNDAİ SONATA” Minik ** LP *** - 1865.00 AZN manat ödənilmişdir. Cavabdehin sürücüsünün hüquqazidd əməli nəticəsində onun avtonəqliyyatı deformasiyaya uğramış və nəticədə o, nəqliyyatsız qalmışdır. Bununla da o, stress, narahatlıq, mənəvi sarsıntı keçirməsi səbəbindən ona maddi və mənəvi zərər dəydiyindən pul təzminatı ödənilməlidir. Həmin təzminat 2000 (iki min) manat pulun cavabdehdən tutulub iddiaçıya ödənilməsi zəruridir. Qeyd olunanlara əsasən, avtoqəza nəticəsində İddiaçı dəymiş 2135.00 manat zərərin ödənilməsi, Cavabdeh Niyaz oğlunun üzərinə öhdəlik qoyulmasını, mənəvi ziyana görə iddiaçının xeyrinə, 2-ci cavabdeh olan X3 üzərinə 2000.00 (iki min) manat məbləğində təzminat ödənilməsinə öhdəçilik qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, mülkiyyətçi nəqliyyat vasitəsini icarəyə verərkən sürücü barədə məlumat toplamadan avtomobili kimə isə verməməli idi. Hadisələri sürücü yuxuladığı üçün törədib. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etmədiyini bildirərək əlavə olaraq göstərdi ki, hadisə zamanı sürücü yuxulamayıb. Görüntüləri də var. Qəzanı o, törətməmişdir. Avtomobili o, idarə etməmişdir. Bütün bunların nəzərə alınaraq iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - BD399666 seriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, “Opel Astra minik” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir. - Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 20:23-də Bakı-Quba yolunun 13-cü kilometrliyində toqquşma növündə yolnəqliyyat hadisəsi baş vermişdir. Hadisə nəticəsində mülkiyyətçisi Cavabdeh olan “X9 1846 LS Yük” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X5 həmin nəqliyyat vasitəsini idarə edərkən yol-hərəkəti qaydalarını pozmuş, nəticədə İddiaçı idarə etdiyi “Opel Astra minik” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. - xx.xx.2023-cü il tarixli dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, “Opel Astra” markalı, ** XY *** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 5120 manat zərər dəymişdir. - xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib, 40 manat məbləğində inzibati cərimə edilmişdir. - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən həmin tarixdə 42 manat dövlət rüsumu ödənilmişdir. - AZ-İİ seriyalı, 370145 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2023-cü ildə vəfat etmişdir, bu barədə Astara rayon Qeydiyyat Şöbəsində xx.xx.2023-cü ildə ölüm haqqında akt qeydləri kitabında 437 nömrə ilə qeyd edilmişdir. - ƏN-Vİ seriyalı, 667767 saylı “Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında” etibarnamədən görünür ki, Cavabdeh mülkiyyətində olan “X9 1846 LS Yük” markalı, **- HB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə vermişdir. Bеləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 20:23-də Bakı-Quba yolunun 13-cü kilometrliyində toqquşma növündə yolnəqliyyat hadisəsi baş vermişdir. Hadisə nəticəsində mülkiyyətçisi Cavabdeh olan “X9 1846 LS Yük” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X5 həmin nəqliyyat vasitəsini idarə edərkən yol-hərəkəti qaydalarını pozmuş, nəticədə İddiaçı idarə etdiyi “Opel Astra minik” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5120 manat ziyan dəymişdir. X5 İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib, 40 manat məbləğində inzibati cərimə edilmişdir. X5 xx.xx.2023-cü ildə vəfat etmişdir. Hazırda iddiaçı, ona dəymiş ziyanın 2985 manat hissəsinin sığorta tərəfindən qarşılandığını, qalan 2135 manat pulun Cavabdeh, dəymiş mənəvi ziyana görə isə X1 2000 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh qəbul etmədiyi hal isə ondan ibarətdir ki, o, hadisə baş verən zaman “X9 1846 LS Yük” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onun mülkiyyətində olsa da, nəqliyyat vasitəsini X2 idarə etdiyini, həmin vaxt özünün də nəqliyyat vasitəsində olduğunu, sürücü o olmadığına görə məsuliyyət daşımadığını, bu barədə DYP tərəfindən də məhz onun deyil, Səxavət Zakirovun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki hüquq pozuntusu dedikdə (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl nəzərdə tutulmuş və pozuntu nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməli olduğu müəyyən edilmişdir. İddiaçı iddia ərizəsinin əsaslandırma hissəsində qeyd etmişdir ki, cavabdehlərin hərəkətləri nəticəsində ona maddi ziyan dəymişdir. Bu yerdə məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı qeyd olunan yolnəqliyyat hadisəsinin Cavabdeh təqsiri nəticəsində deyil, X2 təqsiri ucbatından baş verməsi sübuta yetirilmiş və sonuncu barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, bu işin mübahisəsiz halıdır. İddiaçının cavabdeh qismində cəlb etdiyi S.V.Zakirov vəfat etmiş, bu səbəbdən də cavabdehlər siyahısından çıxarılmış, Cavabdeh isə yol-nəqliyyat hadisəsində təqsiri işdə olan sübutlarla təsdiq edilməmiş, sonuncu da hadisə zamanı orada olduğunu və yol-nəqliyyat hadisəsi baş verən zaman sürücü qismində özünün əyləşmədiyini bildirmişdir. Məhkəmə baxışı zamanı vəfat etmiş X2 vərəsələrinin müəyyən edilməsi və iddiaçının tələbini sonunculara qarşı iddia irəli sürməsi barədə fikri öyrənilmiş, iddiaçı isə verdiyi iddia ərizəsinə münasibətdə işə baxılıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq qeyd edir ki, iddiaçı tərəfindən ona məxsus nəqliyyat vasitəsinə Cavabdeh təqsirli hərəkətləri nəticəsində ziyan dəyməsinə dair məhkəməyə sübutlar təqdim edilməmişdir. Beləliklə, iddiaçı tərəfindən iddia tələbi təmin olunması ilə bağlı məhkəməyə əsaslı sübutlar təqdim olunmadığından iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş 42 manat dövlət rüsumu iddia tələbi təmin edilmədiyindən ona aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dаir iddiası əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dаir iddiası təmin edilməsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №2(007)-2745/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2745/2023
27.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver