Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2752/2021 17.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Abasova Aygün Faiq qızının katibliyi ilə, İddiaçı X4, Cavabdeh iştirakları ilə, İddiaçı X4 Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X6 Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında 11 aprel 2008-ci il tarixdə Bakı Nikah Evində rəsmi qeydə alınmış nikah, 02 avqust 2012-ci il tarixdə Nizami rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuşdur. Birgə nikahdan anadan olmuş 18 noyabr 2007-ci il təvəllüdlü X8 və 27 oktyabr 2010-cu il təvəllüdlü X2 onun yanında qalmaları və cavabdehdən uşaqların saxlanılması üçün hər ay onun xeyrinə hər uşaq üçün 87 manat, ümumilikdə 174 manat məbləğində alimentin tutulması qət edilmişdir. 09 avqust 2018-ci il tarixdə “aliment miqdarının artırılması'” tələbinə dair iddia ərizəsinə Nizami Rayon Məhkəməsində baxılaraq birgə nikahdan anadan olmuş, 18 noyabr 2007-ci il təvəllüdlü X8 və 27 oktyabr 2010-cu il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 117 manat, ümumilikdə 234 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Hazırda heç bir yerdə işləmir, azyaşlı övladları ilə birlikdə yaşayır. Cavabdehin maddi durumunun xeyli yaxşı olmasına baxmayaraq öz doğma övladlarının maddi təminatını ödəməkdən boyun qaçırır. Məlumdur ki, uşaqlar böyüdükcə məsrəfləri yeterincə artır və bu səbəbdən də “aliment məbləğinin həcminin artırılması'’ barədə iddia ərizəsi ilə Məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən cavabdehlə birgə nikahdan doğulmuş 18 noyabr 2007-ci il təvəllüdl X8 və 27 oktyabr 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdehdən hər ay, hər uşaq üçün sabit pul məbləğində 175 manat, ümumilikdə 350 manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmuna uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qismən qəbul edərək izahatında bildirdi ki, pandemiya ilə əlaqədar iş tapa bilmir. O, ancaq 300 manat ödəyə bilər. Maddi vəziyyəti çox çətindir, bunların nəzərə alınmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşağın mənafeyini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 02 avqust 2012-ci il tarixli 2(007)-1643/2012 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilərək, X6 ilə Cavabdeh arasında bağlanmış nikahın pozulması, birgə nikahdan anadan olmuş 18 noyabr 2007-ci il təvəllüdlü X8 və 27 oktyabr 2010-cu il təvəllüdlü X2 anasının yanında qalmaları və cavabdehdən uşaqların saxlanılması üçün hər ay iddiaçının xeyrinə hər uşaq üçün 87 manat, ümumilikdə 174 manat məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 09 avqust 2016-cı il tarixli 2(007)-5141/2016 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilərək, birgə nikahdan anadan olmuş, 18 noyabr 2007-ci il təvəllüdlü X8 və 27 oktyabr 2010-cu il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 117 manat, ümumilikdə 234 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı 164360 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Mamedova Giunai arasındakı nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında № 79 nömrəsi ilə 19 mart 2013-cü il tarixdə qeyd edilmişdir. İş materiallarında olan AZ-İİİ seriyalı 598196 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından olan 18 noyabr 2007-ci il təvəllüdlü X8 anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında isə X6 qeyd edilmişdir. İş materiallarında olan AZ-İİİ seriyalı 957546 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından olan 27 oktyabr 2010cu il təvəllüdlü X3 anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında isə X6 qeyd edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 (yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 09 avqust 2016-cı il tarixli 2(007)-5141/2016 saylı qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək, birgə nikahdan anadan olmuş, 18 noyabr 2007-ci il təvəllüdlü X8 və 27 oktyabr 2010-cu il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 117 manat, ümumilikdə 234 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Məhkəmə cavabdehin maddi vəziyyətini nəzərə alaraq, yetkinlik yaşına çatmayanlar üçün 2021-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, birgə nikahdan anadan olmuş uşağın saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə iddiaçının xeyrinə tutulmalı olan alimentin miqdarı 150 (yüz əlli) manat sabit pul məbləğində müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 09 avqust 2016-cı il tarixli 2(007)- 5141/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. Cavabdeh 18 noyabr 2007-ci il təvəllüdlü X5 və 27 oktyabr 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 (yüz əlli) manat olmaqla, 300 (üç yüz) manat sabit pul məbləğində aliment iddiaçı X4 xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri Cavabdeh aid edilsin, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-2752/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2752/2021
17.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver