Məhkəmə qərarları › İş №2(007)-2760/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2760/2024

23.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2760/2024 23.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X2 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abdulova Lalə Adil qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixində Cavabdeh etibarnamə əsasında idarə etdiyi "Toyota Prius” markalı, **-EV-*** dövlət qeydiyyat nömrəli avtomobillə Xətai rayonu, Sadıqcan küçəsi ilə hərəkət edib geriyə doğru dönmə əməliyyatı edərək əks istiqamətdən gələn onun idarə etdiyi "Tufan 50S" markalı, 99-F-578 dövlət qeydiyyat nişanlı motosikletlə toqquşmuş, beləliklə, yol-nəqliyyat hadisəsi törətmişdir. Baş verən hadisə nəticəsində o, xəsarət almış, bu səbəbdən hadisə yerinə təcili yardım çağırılmış, ilkin tibbi yardımın göstərilməsi üçün xəstəxanaya aparılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 15 may 2024-cü il tarixli, 443 saylı ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı bədənində müəyyən edilmiş xəsarət sağ diz oynağı nahiyəsində cərrahi işlənmiş əzilmiş yarası küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən və tibbi sənəddə qeyd olunan xx.xx.2024cü il tarixində və şəraitdə, yəni sürücü qismində idarə etdiyi mopedlə YNH nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Qeyd olunan sübutların məcmusu əsasında Cavabdeh əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin tərkib əlamətləri olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş və Xətai RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Nurlan Ağazadə tərəfindən 18 may 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında'* qərar tərtib edilmişdir. Bundan başqa, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materialların Bakı şəhəri Xətai RPİ-nin DYPŞ- nə göndərilməsi qərara alınmışdır. Bildirir ki, Bakı şəhəri Xətai rayon DYPŞ-nin xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan məlum olur ki. Cavabdeh törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddədə nəzərdə tutulmuş protokol tərtib edilmişdir. Qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Cavabdeh məhkəmə icraatı zamanı da özünü təqsirli bilmiş, əməlindən peşmanlıq çəkdiyini məhkəmənin diqqətinə çatdırmışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)- 2964/2024 saylı, xx.xx.2024- cü il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və barəsində 300 (üç yüz) manat məbləğində cərimə cəzası tətbiq edilməsi qərara alınmışdır (Qərarın surəti iddia ərizəsinə əlavə edilmişdir). Baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ona xeyli miqdarda ziyan dəymişdir. Bunun nəticəsində o əldə etdiyi qazancdan da məhrum olmuşdur. Belə ki, o, “Wolt” şirkətində “Wolt partneri” vəzifəsi üzrə çalışır, aylıq 1500 (bir min beş yüz) manat məbləğində qazanc əldə edirdi. Lakin baş verən yol hadisəsi nəticəsində iki aydır ki, əmək fəaliyyəti ilə məşğul ola bilmir, qazanc, gəlir əldə edə bilmir. Cavabdeh tərəfindən yol verilmiş bu hüçuq pozuntusu hüquqlarını kobud surətdə pozur, onların realizəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Baş verən yol-nəqliyyat qəzası nəticəsində ilkin tibbi yardımın göstərilməsi üçün xəstəxanaya aparılmış, burada 150 (bir yüz əlli) manat məbləğində müayinə-müalicə xərci çəkmişdir. Həmçinin, müalicənin davam etdirilməsi üçün də əlavə olaraq 1000 (bir min) manat məbləğində pul vəsaiti tələb olunur. Bundan başqa, idarə etdiyi ’’Tufan 50S" markalı, 99-F-578 dövlət qeydiyyat nişanlı motosiklet sözügedən yol qəzasına görə evakuator tərəfindən aparılmış, saxlanc yerində saxlanılmışdır ki, bunun üçün də 60 (altmış) manat məbləğində xərc tələb olunur. Eyni zamanda, ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət etmək məqsədilə iddia ərizəsinin tərtib edilməsi üçün 50 (əlli) manat məbləğində vəkil xidmət haqqı və 62.6 (altmış iki manat altmış qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi də məhz onun vəsaitlərinin hesabına başa gəlmişdir. Baş verən hadisələrin axarından da göründüyü kimi, Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində törədilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta mənə əhəmiyyətli dərəcədə maddi ziyanın dəyməsi ilə nəticələnmişdir. Belə olan halda ona dəymiş maddi ziyanın Cavabdeh tutularaq onun xeyrinə ödənilməsini qanunamüvafiq hesab edir. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində törədilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə əldən çıxmış faydaya görə 3000 (üç min) manat məbləğində pul vəsaitinin; Müayinə-müalicə xərcinə görə 1150 (bir min yüz əlli) manat məbləğində pul vəsaitinin; Evakuator xidmətinə görə tərəfindən ödənilmiş 60 (altmış) manat məbləğində pul vəsaitinin; Ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət edilməsi məqsədilə iddia ərizəsinin tərtib olunmasına görə tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində vəkil xidmət haqqının; Məhkəmə üçün ödənilmiş 62.6 manat (altmış iki manat altmış qəpik) məbləğində dövlət rüsumunun, ümumilikdə, 4322.6 manat (dörd min üç yüz iyirmi iki manat altmış qəpik) məbləğində pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat verərək göstərdi ki, o, keçirdiyi qəzaya görə işləyə bilmir. İşlədiyi halda gəliri təxmini 1500 manat olurdu. Dizinə iynə vurulur, bir iynənin qiyməti 250-300 manatdır. Bank kartı ləğv olunduğu üçün gəlirləri barədə 1 illik hesabdan çıxarışı təqdim edə bilmir. Təqdim etdiyi sübutlar əsasında iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o, ekspertiza keçirilməsini xahiş etmişdi, lakin hadisədən çox keçdiyi üçün təmin edilmədi. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almışdır. Ayda 80 manat pensiya alır. Onun bu qədər məbləği ödəmək üçün imkanı yoxdur. Göstərdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(011)-2964/2024 nömrəli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinib 300 manat cərimə edilmişdir. - “Rezonans” klinikasının xx.xx.2024-cü il tarixli göndərişindən görünür ki, İddiaçı 130 manat güzəşt qiyməti ilə müalicə olunması üçün göndəriş verilmişdir. - İddiaçı tərəfindən təqdim edilmiş “Rezonans” klinikası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli satış çekindən görünür ki, o, diz nahiyəsinin bir tərəfinin MRT-si xərci olaraq 130 manat pul vəsaiti ödəmişdir. - “Helios” klinik tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı müalicə kursunun ümumi məbləği 720 manat təşkil edir. - xx.xx.2024-cü il tarixli "xxxx" ASC-nin mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən ******************** nömrəli hesaba 50 manat mədaxil edilmişdir. - İddiaçı tərəfindən ona məxsus kart hesabına dair çıxarış təqdim edilmişdir. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 63 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı ** EV *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2024-cü ildə Xətai rayonu, Sadıqcan küçəsi ilə hərəkət edib geriyə doğru dönmə əməliyyatı edərək əks istiqamətdən gələn İddiaçı idarə etdiyi “Tufan 50S” markalı, 99-F-578 dövlət qeydiyyat nişanlı motosikllə toqquşaraq, sonuncunun yüngül xəsarət alması ilə nəticələnən yolnəqliyyat hadisəsi törətmiş, nəticədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 3(011)-2964/2024 nömrəli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinib 300 manat miqdarında inzibati qaydada cərimə edilmişdir. Hazırda iddiaçı ona dəymiş zərərin və digər xərclərin cavabdehdən tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri başqa şəxsə zərər vurulmasıdır; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; Məhkəmə iclasında işin faktiki əsasları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, cavabdehin Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan iddiaçıya ödəməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən vurduğu maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir. İlk öncə, məhkəmə iddia tələbinin “müayinə-müalicə xərcinə görə 1150 manat pul vəsaitinin ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə məhz həmin məbləğdə müayinə-müalicə xərcinin olmasını təsdiq edən sübutlar təqdim edilməmişdir. Məhkəməyə təqdim edilmiş sübutlardan “Rezonans” klinikası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli satış çekindən görünür ki, iddiaçı diz nahiyəsinin bir tərəfinin MRT-si xərci olaraq 140 manat pul vəsaiti ödəmişdir. Həmçinin, müayinə-müalicə xərcinin çəkilməsini təsdiq edən sübut qismində təqdim edilmiş “Rezonans” klinikasının xx.xx.2024-cü il tarixli göndərişindən isə görünür ki, İddiaçı 130 manat güzəşt qiyməti ilə müalicə olunması üçün göndəriş verilmişdir. Məhkəmə hesab edir ki, iddia həmin hissələrdə əsaslı olduğundan təmin edilməlidir. O cümlədən, “Helios” klinik tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı müalicə kursunun ümumi məbləği 720 manat təşkil edir. Məhkəmə qeyd edir ki, həmin məbləğ iddiaçı tərəfindən ödənilməmişdir, ümumiyyətlə həmin arayışda müayinənin baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlılığı müəyyən olunmur. Həmin arayış iddianı həmin hissədə əsaslı edəcək sübut qismində qəbul edilməmişdir. Məhkəmə iddia tələbinin “əldən çıxmış faydaya görə 3.000 manat pulun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddianın həmin hissədə təmin edilməsi üçün əsaslar yoxdur. Belə ki, iddiaçı həmin məbləğin tutulmasını əmək fəaliyyətinin müvəqqəti icra edilməməsi ilə əlaqələndirsə də, müsbət halda aylıq gəlirləri barədə arayışı məhkəməyə təqdim edə bilməmiş, sadəcə bank hesabından çıxarış və vergi tutulmaları barədə çıxarış təqdim etmişdir, hansı ki, həmin sənədlərdən də sonuncunun gəlirləri müəyyən olunmur, buna görə də iddia həmin hissədə təmin edilə bilməz. Məhkəmə iddia tələbinin “evakuator xidmətinə görə ödənilmiş 60 manat və iddia ərizəsinin tərtibi üçün vəkilə ödənilmiş 50 manat xidmət haqqı”nın tutulması hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbləri həmin hissədə də təmin edilə bilməz. Belə ki, iddiaçı tərəfindən məhkəməyə evakuator xidmətinə 60 manat ödəməsini və vəkilə 50 manat xidmət haqqı ödəməsini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə təqdim edilmiş xx.xx.2024-cü il tarixli "xxxx" ASC-nin mədaxil orderindən bisə görünür ki, İddiaçı tərəfindən ******************** nömrəli hesaba 50 manat mədaxil edilmişdir, lakin qeyd olunan bank hesabının ümumiyyətlə kimə məxsus olması, həmin hesaba ödənişin təyinatı müəyyən edilmir və bunun əksini təsdiq edən sübut da iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 63 manat dövlət rüsumu ödənilmişdir. Bununla belə, iddiaçı tərəfindən ödənilmiş 62.60 manat dövlət rüsumunun cavabdehdən tutulması xahiş edildiyindən və iddia tələbi qismən təmin edildiyindən, məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 30 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan 32.60 manat hissəsi iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddia qismən təmin edilməli, Cavabdeh 270 manat müalicə-müayinə xərci və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 30 manat hissəsi alınaraq, İddiaçı verilməli, ödənilmiş dövlət rüsumunun 32.60 manat hissəsi iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 270 manat müalicə-müayinə xərci və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 30 manat hissəsi alınaraq, İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun 32.60 manat hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar