Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2763/2020 26.11.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 709.57 manat əsas, 513.33 manat faiz, 740.36 manat cərimə, 24.07.2020-ci il tarixə gecikdirilmiş vaxt üçün hesablanan 107.90 manat faiz olmaqla, ümumilikdə 2071.16 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 07 fevral 2013-cü il tarixli 53986747 ssuda hesablı kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən Cavabdeh İddiaçı ASC tərəfindən 36 ay müddətinə 1500 manat məbləğində kredit xətti açılmışdır. 10.02.2016-cı il tarixli Əlavə sazişə əsasən, 07.02.2013-cü il tarixli 53986747 hesablı kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləyə aşağıdakı dəyişikliklər əlavə olunur. Müqavilənin adında olan “kredit kartının verilməsi və istifadəsi üzrə müqavilə” ifadəsi “Kredit Müqaviləsi” kimi oxunur. Bu müqaviləyə əsasən, kreditor borcalana 1501.32 manat məbləğində kredit verir. Kreditin müddəti 18 ay təşkil edir. Kreditin istifadəsinə görə borcalan kreditora illik 27 faiz ödəyir. Müqavilənin bitmə tarixi 10.08.2017-ci ildir. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina edir. 24.07.2020-ci il tarixinədək Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə 709.57 manat əsəs, 513.33 manat faiz, 740.36 manat cərimə, 24.07.2020-ci il tarixə gecikdirilmiş vaxt üçün hesablanan 107.90 manat faiz olmaqla, ümumilikdə 2071.16 manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən imtina edir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC məhkəməyə ərizə göndrərək, işə onları nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 07 fevral 2013-cü il il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı ASC tərəfindən 36 ay müddətinə 1500 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh isə həmin məbləği, kredit müqaviləsində nəzərdə tutulmuş qaydada və vaxtda ödəniş cədvəlinə uyğun olaraq ödənilməsini öhdəsinə götürmüşdür. - Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 10 fevral 2016-cı il tarixli Əlavə Sazişdən görünür ki, 07.02.2013-cü il tarixli 53986747 hesablı kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləyə aşağıdakı dəyişikliklər əlavə olunmuşdur. Müqavilənin adında olan “kredit kartının verilməsi və istifadəsi üzrə müqavilə” ifadəsi “Kredit Müqaviləsi” kimi oxunur. Bu müqaviləyə əsasən, kreditor borcalana 1501.32 manat məbləğində kredit verir. Kreditin müddəti 18 ay təşkil edir. Kreditin istifadəsinə görə borcalan kreditora illik 27 faiz ödəyir. Müqavilənin bitmə tarixi 10.08.2017-ci ildir. - 24 avqust 2020-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün LPO İddiaçı ASC tərəfindən 30,0 manat dövlət rüsumu ödənilmişdir; - Ləğv prosesində olan İddiaçı ASC-nin 05 avqust 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka 709.57 manat əsas borcu, 513.33 manat faiz borcu, 740.36 manat cərimə borcu, 24.07.2020-ci il tarixə gecikdirilmiş vaxt üçün hesablanan 107.90 manat faiz olmaqla, ümumilikdə 2071.16 manat borcu vardır. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı LPO İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 07 fevral 2013-cü il il tarixli kredit müqaviləsinə əsasən, Cavabdeh İddiaçı ASC tərəfindən 36 ay müddətinə 1500 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh isə həmin məbləği, kredit müqaviləsində nəzərdə tutulmuş qaydada və vaxtda ödəniş cədvəlinə uyğun olaraq ödənilməsini öhdəsinə götürmüşdür. LPO İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 10 fevral 2016-cı il tarixli Əlavə Sazişə əsasən, 07.02.2013-cü il tarixli 53986747 hesablı kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləyə aşağıdakı dəyişikliklər əlavə olunmuşdur. Müqavilənin adında olan “kredit kartının verilməsi və istifadəsi üzrə müqavilə” ifadəsi “Kredit Müqaviləsi” kimi oxunur. Bu müqaviləyə əsasən, kreditor borcalana 1501.32 manat məbləğində kredit verir. Kreditin müddəti 18 ay təşkil edir. Kreditin istifadəsinə görə borcalan kreditora illik 27 faiz ödəyir. Müqavilənin bitmə tarixi 10.08.2017-ci ildir.Lakin cavabdeh kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Qeyd edilənlərlə müəyyən olundu ki, borclu Cavabdeh iddiaçı LPO İddiaçı ASC ilə bağladığı 07 fevral 2013-cü il tarixli kredit müqaviləsi və həmin müqavilə üzrə 10 fevral 2016-cı il tarixli Əlavə Saziş üzrə götürdüyü öhdəliyə əməl edib krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün birgə məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri, cəriməni və digər xərcləri ödəməlidir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, cərimə (dəbbə pulu) əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 709,57 manat məbləğində əsas borc, 513,33 manat məbləğində faiz borcu, 70 manat məbləğində cərimə borcu, eləcə də, kredit müqaviləsi üzrə 24.07.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün hesablanan 107,90 məbləğində faiz borcu olmaqla, ümumillikdə 1400,80 (bir min dörd yüz manat səksən qəpik) manat və 30 manat ödənilmiş dövlət rüsümunun əvəzi tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 709,57 manat məbləğində əsas borc, 513,33 manat məbləğində faiz borcu, 70 manat məbləğində cərimə borcu, eləcə də, kredit müqaviləsi üzrə 24.07.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün hesablanan 107,90 məbləğində faiz borcu olmaqla, ümumillikdə 1400,80 (bir min dörd yüz manat səksən qəpik) manat və 30 manat ödənilmiş dövlət rüsümunun əvəzi tutularaq "xxxx" ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-2763/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2763/2020
26.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver