Məhkəmə qərarları › İş №2(007)-2766/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2766/2020

28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2766/2020 28.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdehna qarşı “klredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdehna qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 550.95 manat məbləğində kredit borcunun və 30 manat dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi İddiaçı Açıq Səhmdar Cəmiyyətin xeyrinə tutulması (ödənilməsi) barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə “FİNtrend” Bank olmayan Kredit təşkilatı arasında 20 sentyabr 2019-cu il tarixdə, kredit verilməsi haqqında 5-0***-******* saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən həmin Kredit təşkilatı tərəfindən cavabdehə illik 40% ödənilməsi şərti ilə 18 ay müddətinə 499.9 manat məbləğində kredit verilmişdir. Lakın, borclu müqavilə şərtlərini pozaraq, krediti vaxtı-vaxtında ödəməkdən boyun qaçırtmışdır. ”FİNtrend” Bank olmayan kredit təşkilatı ilə "xxxx" İKB ASC arasında “hüququnun ötürülməsi barədə” 23 sentyabr 2019-cu il tarixdə, 0004 №-li müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh ilə “FİNtrend” Bank olmayan Kredit təşkilatında “kredit vermə üzrə” bağlanmış həmin müqaviləyə dair borcun tələb etmək hüquqi "xxxx" İKB ASC-yə ötürülmüşdür. 22.11.2019-cu il tarixdə "xxxx" İKB ASC-nin adı dəyişdirilərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti kimi müəyyən olunmuşdur. Aparılmış hesablama ilə müəyyən edilmişdir ki, Cavabdeh banka 435.65 manat məbləğində əsas borcu, 83.42 manat məbləğində faiz borcu və 31.88 manat məbləğində cərimə olmaqla, cəmi 550.95 manat dəyərində banka borcu qalmışdır. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günədək borcu ödəməmişdir. Həmin borcun və ödənilmiş 30 manat dövlət rüsümünün "xxxx" Açıq Səhmdar Cəmiyyəti xeyrinə tutulması barədə qətnamə çıxarılmasını iddiaçı məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işə əlavə olunmuş, “FİNtrend” Bank olmayan Kredit təşkilatı ilə Cavabdeh arasında bağlanmış 20 sentyabr 2019-cu il tarixli müqavilədən görünür ki, cavabdehə iddiaçı tərəfindən 18 ay müddətində illik 40% ödəmə şərti ilə 499.9 manat məbləğində kredit verilmişdir və cavabdeh həmin borcu və hesablanmış faizin ödəyəcəyi haqqında üzərinə öhdəliklər götürmüşdür. İşdə olan iddiaçı və “FİNtrend” Bank olmayan kredit təşkilatı və Cavabdeh arasında bağlanmış 20 sentyabr 2019-cu il tarixli kredit müqaviləyə əlavə edilmiş qəbzdən görünür ki, Cavabdeh tərəfindən “FİNtrend” Bank olmayan kredit təşkilatından həmin tarixdə 499.9 manat dəyərində kredit götürülmüşdür İşdə olan maliyyə arayışından və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 20 sentyabr 2019-cu il tarixli həmin kredit müqaviləsi üzrə banka 435.65 manat məbləğində əsas borcu, 83.42 manat məbləğində faiz borcu və 31.88 manat məbləğində cəriməsi olmaqla, cəmi 550.95 manat dəyərində banka borcu qalmışdır. İşdə olan 23 sentyabr 2019-cu il tarixli, 0004 №-li müqavilənin sürətindən görünür ki, ”FİNtrend” Bank olmayan kredit təşkilatı ilə "xxxx" İKB ASC arasında “hüququnun ötürülməsi barədə” saziş bağlanmışdır. Həmin sazişə əsasən Cavabdeh ilə “FİNtrend” Bank olmayan Kredit təşkilatında “kredit vermə üzrə” bağlanmış 20 sentyabr 2019-cu il tarixli, 5-0***-******* saylı müqaviləyə dair borcun tələb etmək hüquqi "xxxx" İKB ASC-yə ötürülmüşdür. İşdə olan, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsindən verilmiş arayışından görünür ki, 22.11.2019-cu il tarixdə "xxxx" İKB ASC-nin adı dəyişdirilərək, İddiaçı ASC müəyyən olunmuşdur. İşdə olan, ********* saylı ödəniş qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə iddia qaldırmaq üçün 30 manat məbləğındə dövlət rüsümü ödənilmişdir. İşdə olan bildirişdən (pretenziyadan) görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh onun ASC-yə borcu olduğunu və həmin borcun vaxtında ödənilmədiyi halda onun barəsində tərbir görüləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Qeyd edilənlərlə müəyyən olundu ki, cavabdeh iddiaçı ilə bağladığı 20 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə əməl etməmiş, müəyyən edildiyi müddətdə qalan borcu ödəməmiş, kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməmişdir, hansı ki, o, iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 20 sentyabr 2019-ci il tarixli,5-0***-******* saylı kredit müqaviləsi üzrə 435,65 manat məbləğində əsas borcu, 83,42 manat məbləğində faiz borcu və 31,88 manat məbləğində cərimə borcu olmaqla, ümumi məbləği 550,95 manat (beş yüz əlli manat doxsan beş qəpik) borcun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar