Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-277/2022 07.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı Laçin oğlunun vəkili və nümayəndəsi Vəkil, Cavabdeh Əlı̇ yev Nursəməd Əlsəməd oğlunun və onun vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Əlisəməd oğluna və Cavabdeh2 qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 Əlisəməd oğluna və Cavabdeh2 qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Əlisəməd oğlu və Cavabdeh2 müştərək qaydada ona dəymiş maddi zərərə görə 5.497 (beş min dörd yüz doxsan yeddi) manat və dövlət rüsumu olan 30 (otuz) manat, cəmi 5.527 (beş min beş yüz iyirmi yeddi) manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixdə Cavabdeh1 Əlisəməd oğluna məxsus ** XT *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E200CDİ” markalı maşınla ona məxsus ** BX *** dövlət qeydiyyat nişanlı “Toyota Prado” markalı maşın arasında Quba-Xaçmaz yolunun Zərdabi qəsəbəsi ərazisində qəza baş vermişdir. Həmin qəza zamanı Cavabdeh2 ** XT *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E200CDİ” markalı maşını etibarnaməsiz idarə etmişdir. Xaçmaz rayonu Avtomotoservis və Ticarət müəssisəsi Xaçmaz 1 saylı texniki xidmət stansiyası tərəfindən verilmiş ziyan aktına əsasən ona 10497 manat maddi zərər dəymiş, həmin dəymiş zərərin 5000 manat məbləği "xxxx" Sığorta Şirkəti ASC tərəfindən ona ödənilmişdir. Yerdə qalan məbləğin ona ödənilməsi ilə bağlı bir neçə dəfə cavabdehlərə şifahi olaraq bildirməyinə baxmayaraq sonuncular bu istiqamətdə heç bir addım atmamışdır. Nəticədə ona vurulmuş olan maddi zərər hal-hazırda da ödənilməmiş olaraq qalır. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. O, əlavə olaraq bildirdi ki, Toyota servisdən avtomobilə dəyən zərər təqribən 14000 manat müəyyən edilmişdir. Amma onlar Xaçmazdakı qüsur aktına görə zərəri istəyirlər. Dəymiş zərərin 5000 manat məbləği ziyan "xxxx" Sığorta Şirkəti ASC tərəfindən iddiaçıya ödənilmiş, yerdə 5497 manat qalmışdır. İddiaçının 11000 manatda çox xərci çıxmışdır. Detalları avtomobili düzəldən usta almışdır, lakin avtoservisdə təmir olunmadığı üçün bununla bağlı onlarda qəbz yoxdur. Məhkəmə iclasında cavabdeh Əlı̇ yev Nursəməd Əlsəməd oğlu iddianı qəbul etmədiklərini bildirdi və iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. O həmçinin bildirdi ki, hadisə zamanı avtomobil cavabdehin avtomobili ilə toqquşduqdan sonra meşəliyə girmiş və orada xəsərət dəymişdir. İddiaçının avtomobili onun avtomobilinə dəyən zaman bu qədər xəsarət ala bilməzdi. Həmin avtomobili iddiaçı 18000 manata almış, indi necə olur ki, 10.000 manat təmir pulu göstərilir? İddiaçı Toyoto servisdən indiki qiymətləri götürmüş və köhnə detallara yeni qiymətlər qoyaraq hesablamış və zərər şişirdilmişdir. Digər cavabdeh onun qardaşıdır, hadisə vaxtı avtomobili o idarə edirdi, o da avtomobildə yanında oturmuşdur. Bundan başqa iddiaçı aldığı detalların qəbzini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında cavabdehin vəkili X2 iddianı qəbul etmədiklərini bildirdi və iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. O həmçinin bildirdi ki, hadisə zamanı avtomobil cavabdehin avtomobili ilə toqquşduqdan sonra meşəliyə girmiş və orada xəsərət dəymişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclaslarına gəlməmiş və gəlməmələsinin səbələri barədə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh1 Əlisəməd oğluna məxsus ** XT *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E200CDİ” markalı maşınla İddiaçı məxsus ** BX *** dövlət qeydiyyat nişanlı “Toyota Prado” markalı maşın arasında Quba-Xaçmaz yolunun Zərdabi qəsəbəsi ərazisində qəza baş vermişdir. “Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları” barədə Arayışdan görünür ki, təqsirli olan ** XT *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E200CDİ” minik markalı avtomobilin mülkiyyətçisi Cavabdeh1 Əlisəməd oğlu, hadisə baş verdiyi anda sürücüsü Cavabdeh2 olmuşdur. Cavabdeh2 Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş TP 116240 nömrəli İnzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinmişdir. Həmin qəza zamanı Cavabdeh2 ** XT *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E200CDİ” markalı maşını etibarnaməsiz idarə etmişdir. Xaçmaz 1 Saylı Texniki Xidmət Stansiyası tərəfinən verilmiş xx.xx.2018-ci il tarixli ziyan aktına əsasən İddiaçı məxsus ** BX *** dövlət qeydiyyat nişanlı “Toyota Prado” minik markalı, 2012-ci il buraxılışlı maşına yol-nəqliyyat hadisəsinin nəticəsində vurulmuş ziyan üçün 10497 manat xərc çəkilmişdir. Həmin xərcin 5000 manat məbləği "xxxx" Sığorta Şirkəti ASC tərəfindən İddiaçı ödənilmişdir. Məhkəmə qərardadı əsasında təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/37 saylı, xx.xx.2022-ci il tarixli rəyi ilə nəzəri hesablama yolu ilə, iş materiallarında olan xx.xx.2018ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “Toyota Prado” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir- bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9026,0 manat müəyyən olunmuşdur. İddiaçı cavabdehlərə yerdə qalan xərcin ödənilməsi barədə müraciət etsə də, cavabdehlər həmin məbləği ödəməkdən imtina etmişlər və həmin məbləği ödəməyəcəklərini bildirdikləri üçün iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə- qırx manat məbləğində cərimə edilir. Bu Məcəllənin 96.1.1-ci, 332.1, 335.1, 336.1 və 337.1-ci maddələrində “nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs” dedikdə, nəqliyyat vasitəsinin mülkiyyətçisi, yaxud etibarnamə və ya icarə və ya digər əşya hüquqlarına dair müqavilə əsasında nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə ilk öncə İddiaçı “ona dəymiş ziyanın əvəzini cavabdehlər Cavabdeh1 Əlisəməd oğlu və Cavabdeh2 tutulması” barədə tələbinə münasibətdə bildirir ki, ** XT *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E200CDİ” minik markalı avtomobil Cavabdeh1 Əlisəməd oğlunun adına olduğundan, İXM-nin 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin hadisə baş verən zaman nəqliyyat vasitəsində olması həmin şəxsin məsuliyyətini istisna etdiyindən iddiaçıya dəymiş zərərin əvəzinin Cavabdeh1 Əlisəməd oğlundan tutulması hissəsində təmin edilməməlidir. Məhkəmə iclasında işin faktiki əsasları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh2 Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkətləri nəticəsində İddiaçı maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə ki, hadisə baş verdiyi zaman ** XT *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E200CDİ” minik markalı avtomobilin mülkiyyətçisi Cavabdeh1 Əlisəməd oğlu, hadisə baş verdiyi anda sürücüsü Cavabdeh2 olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/37 saylı, xx.xx.2022-ci il tarixli rəyi ilə Cavabdeh2 idarə etdiyi avtomobil tərəfindən ** BX *** dövlət qeydiyyat nişanlı “Toyota Prado” minik markalı avtomobilə 9026,0 manat miqdarında zərər dəydiyi müəyyən olunmuş və həmin məbləğdən ona "xxxx" Sığorta Şirkəti ASC tərəfindən 5000 manat manat ödəniş olunmuşdur. Belə olan halda, məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına, işin materiallarına əlavə olunmuş sənədlər və sübutlara əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, Cavabdeh2 tərəfindən yerdə qalan 4026,0 manat dəymiş ziyan məbləği ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 30.00 manat Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh2 məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə sərf edilmiş 100,00 manat vəsait Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 Əlsəməd oğlundan dəymiş ziyana görə 4026 manat vəsait və dövlət rüsumuna görə ödənilmiş 30 manat vəsaitin əvəzi tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 Əlsəməd oğlundan dəymiş ziyana görə 4026 manat vəsait və dövlət rüsumuna görə ödənilmiş 30 manat vəsaitin əvəzi tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsinə sərf edilmiş 100,00 manat pul Cavabdeh2 Əlsəməd oğlundan alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: **********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-277/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-277/2022
07.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver