Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2771/2020 28.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış 19 aprel 2019-cu il tarixli, 00621047 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, cavabdeh onlardan 585 manat dəyərində “Samsung Galaxy A30” markalı mobil telefonu əldə etmişdir bu şərtlə ki, ilkin ödəniş etmədən, hər ay 39 manat olmaqla, borcu 15 ay ərzində cədvəl üzrə o, ödəyəcəkdir. Lakın, Cavabdeh üzərinə götürdüyü bu öhdəliyi yerinə yetirməmiş, 312 manat məbləğdə ödənişlər etmiş, ödəmənin qalan hissəsinin borclu qalmışdır. Onun əsas borcun məbləği 273 manat, cərimə 27 manat, cəmi 300 manat borcu qalmışdır. Bundan əlavə, 14 sentyabr 2019-cu il tarixli, 00912368 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, cavabdeh onlardan 432 manat dəyərində “Samsung Galaxy A20” markalı mobil telefonu əldə etmişdir bu şərtlə ki, ilkin ödəniş etmədən, borcu hər ay 36 manat olmaqla 12 ay ərzində cədvəl üzrə o, ödəyəcəkdir. Lakın, Cavabdeh üzərinə götürdüyü bu öhdəliyi yerinə yetirməmiş, 108 manat məbləğdə ödənişlər etmiş, ödəmənin qalan hissəsinin borclu qalmışdır. Onun əsas borcun məbləği 324 manat, cərimə 32 manat, cəmi 356 manat, hər iki müqavilələr üzrə ümumilləkdə 656 manat məbləğində borcu qalmışdır. Həmin borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsümün cavabdehdən alınması və "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş, iddiaçı "xxxx" MMC və Cavabdeh arasında bağlanmış 19 aprel 2019-cu il tarixli, 00621407 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, cavabdeh “ABC Telekom MMC-dən 585 manat dəyərində “Samsung Galaxy A30” markalı mobil telefonu əldə etmişdir bu şərtlə ki, ilkin ödəniş etmədən, borcu hər ay 39 manat olmaqla 15 ay ərzində cədvəl üzrə o, ödəyəcəkdir. İşə əlavə olunmuş 14 sentyabr 2019-cu il tarixli, 00912368 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, cavabdeh “ABC Telekom MMC-dən 432 manat dəyərində “Samsung Galaxy A20” markalı mobil telefonu əldə etmişdir bu şərtlə ki, ilkin ödəniş etmədən, borcu hər ay 36 manat olmaqla 12 ay ərzində cədvəl üzrə o, ödəyəcəkdir. İşdə olan 19 aprel 2019-cu il tarixli qəbzdən görünür ki, cavabdeh Cavabdeh oğlu tərəfindən iidiaçıdan həmin tarixdə imza etməklə 585 manat dəyərində “Sansung A30” markalı mobil telefon əldə edilmişdir. İşdə olan 14 sentyabr 2019-cu il tarixli qəbzdən görünür ki, cavabdeh Cavabdeh oğlu tərəfindən iidiaçıdan həmin tarixdə imza etməklə 432 manat dəyərində “Sansung Galaxy A20” markalı mobil telefon əldə edilmişdir. İşdə olan maliyyə arayışından və ödəniş cədvəllərindən görünür ki, Cavabdeh "xxxx" MMC-nə hər iki müqavilə üzrə 597 manat əsas borcu, 59 manat cərimə və cəmi 656 manat məbələğində borcu qalmışdır. İşdə olan bildirişdən (pretenziyadan) görünür ki, iddiaçı "xxxx"MMC Cavabdeh onun MMC-yə borcu olduğunu və həmin borcun vaxtında ödənilmədiyi halda onun barəsində tərbir görüləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, cavabdeh iddiaçı ilə bağladığı 19.04.2019-cu il tarixli və 14.09.2019-cu il tarixli nisyə alqı-satqı müqavilələr üzrə götürdüyü öhdəliyə əməl etməmiş, müəyyən edildiyi müddətdə qalan borcu ödəməmiş, kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməmişdir, hansı ki, o, iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 09 aprel 2019-ci il tarixli və 14 sentyabr 2019-cu il tarixli nisyə alqı satqı müqavilələr üzrə 597 manat əsas borcu, 59 manat cərimə borcu olmaqla, ümumi 656 (altı yüz əlli altı) manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-2771/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2771/2020
28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver