Məhkəmə qərarları › İş №2(007)-2777/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2777/2022

18.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2777/2022 18.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Nizami rayon Məhkəməsinin 2(007)-6448/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı xeyrinə tutulan 150 (yüz əlli) manat məbləğində müəyyən olunmuş sabit pul məbləğində alimentin miqdarının dəyişdirilməsi və Cavabdeh ilə birgə yaşayış dövründə doğulan və atalığı müəyyən edilərək onun yanında saxlanılan övladları - xx.xx.2017-ci il təvəllüdlü X1 üçün Cavabdeh onun xeyrinə onun qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Nizami Rayon Məhkəməsinin 2(007)- 6448/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə onun iddia tələbi təmin edilmiş, Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X4 atası olması faktı müəyyən edilmiş və birgə yaşayışdan doğulan övladlarının saxlanması üçün onun xeyrinə 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Beləliklə Cavabdeh ilə birgə yaşayış dövründə dünyaya gəlmiş xx.xx.2017-ci il təvəllüdlü övladları X3 Lətifova, adı Gülər, ata adı Ruslan göstərilməklə yeni doğum haqqında şəhadətnamə verilmişdir. Hal-hazırda övladlarının saxlanması üçün müəyyən olunmuş alimentin məbləği azdır, onun tələbatını tam ödəmir. Hal-hazırda Cavabdeh polis mayoru rütbəsində Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin Kriminalist Tədqiqatlar qrupunun baş inspektoru vəzifəsində xidmət edir. Onun aylıq maaşı dediyinə görə 1450 (min dörd yüz əlli) manat təşkil edir Övladlarının saxlanması üçün xərclər artığına görə cavabdehdən tutulan alimentin məbləği də artırılmalıdır. Cavabdeh məhkəməyə etiraz və ərizə ünvanlayaraq onun aylıq qazancından İddiaçı xeyrinə övladları X1 üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz və ərizə onunla əsaslandırılmışdır ki, 2006-cı ildə oğlu Cavabdeh ailə qurmuş, rəsmi nikahdan bir övladı xx.xx.2009-cu il təvəllüdlü X9 var. Yaranmış vəziyyətlə əlaqədar onlar boşanmışlar. Nizami rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən Ramin saxlanması üçün atasına verilmişdir. xx.xx.2016-cı il tarixdə oğlu Ruslan, İddiaçı ilə nikahsız ailə qurmuş, birgə yaşadıqları az bir müddətdə başa düşmüşlər ki xasiyyətləri uyğun gəlmir, nəticədə ayrılmışlar. Qeyri-rəsmi nikahdan xx.xx.2017-ci il tarixində dünyaya gəlmiş övladları X2 üçün anası İddiaçı verilmiş və sonuncunun xeyrinə Ruslanın aylıq əmək haqqından 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutulmasına Nizami Rayon Məhkəməsi tərəfindən qətnamə çıxarılmışdır. Hal-hazırki iddia tələbinə münasibətdə bildirir ki, onun hər aylıq qazancının ¼ hissəsinin İddiaçı verilməsi onu qane etmir, belə ki, Ruslanın birinci nikahdan olan oğlu Lətifov Ramin atasının himayəsindədir, Raminə dayəsi baxır, o hazırlığa gedir, kirayədə qalırlar, xəstə anasına baxır və digər xərcləri olur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. o, həmçinin bildirdi ki, ingilis dili müəlliməsi işləyir, işə təzə daxil olduğu üçün əmək haqqısının məbləğini hələ bilmir. 250 manat alimentə razı deyil. Məhkəmə iclasında Cavabdeh etiraz və ərizənin məzmununa uyğun izahat verərək iddianı qismən qəbul etdiyini, 250 manat məbləğində aliment verəməyə razı olduğunu, iddiaçı uşağı saxlaya bilmirsə özünün saxlaya biləcəyini bildirdi. O, eyni zamanda qeyd edir ki, 1406 manat maaş alır, lakin onun maaşından çıxılmalar olur. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı və Cavabdeh qeyri-rəsmi nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X8 adlı övladları anadan olmuşdur. Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-6448/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə idida təmin edilmiş, Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X5 atası olması faktının müəyyən edilməsi, X6 yeni doğum haqqında şəhadətnamə verilərkən uşağın doğum tarixinin xx.xx.2017-ci il, doğulduğu yer Bakı şəhəri soyadı, adı, ata adı qrafasında “X8”, ata adı qrafasında “Cavabdeh”, ana adı qrafasında “İddiaçı” kimi yazılması, xx.xx.2017-ci il təvəllüdlü X5 yеtkinlik yаşınа çаtаnаdək saxlanması üçün Cavabdeh xx.xx.2017-ci il tarixdən başlayaraq hər ay 150 manat sabit pul məbləğində aliment tutulması, qətnаmənin alimеntin tutulmаsı hissəsində dərhаl icrа еdilməsi qət edilmişdir. Hazırda ana uşağın saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını, yəni hər ay cavabdehin qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda alimentin tutulmasını xahiş edir. O, məhkəməyə müraciət etməzdən qabaq mediasiya prosesindən keçmişdir. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2016-cı il tarixli qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci, 78.1-ci və 112,1-ci maddələrinin müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini, uşağın mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı halda yaranmış iqtisadi çətinlik iddiaçının da maddi vəziyyətinın ağırlaşmasına səbəb olmuşdur, iddiaçı məhkəmə qətnaməsinə əsasən 2017ci ildə müəyyən edilmiş alimentlə uşağı saxlamaqda çətinlik çəkir. Hazırda isə yaşayış minimumu məbləği artırılmışdır. Məhkəmə həmin halları nəzərə alaraq, hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin alimentin miqdarı dəyişdirilməli, tələb olunan məbləğ cavabdehin qazancının və (və ya) başqa gəlirlərinin ¼ hissəsi miqdarda aliment uyğun müəyyən edilməli, iddia təmin edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh yetkinlik yaşına çatmayan xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək tutulmalı olan, Bakı səhəri Nizami Rayon Məhkəməsinin 2(007)-6448/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay əmək haqqısının və digər gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulub, İddiaçı verilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının mediasiya xərci qismində ödəmiş olduğu 50 manat məbləğində vəsait ona aid edilməli, Cavabdeh iddiaçının ödəməkdən azad edildiyi 50 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh yetkinlik yaşına çatmayan xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək tutulmalı olan, Bakı səhəri Nizami Rayon Məhkəməsinin 2(007)-6448/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay əmək haqqısının və digər gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulub, İddiaçı ödənilsin. İddiaçı mediasiya xərci qismində ödəmiş olduğu 50 manat məbləğində vəsait ona aid edilsin. Cavabdeh iddiaçının ödəməkdən azad edildiyi 50 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar