Məhkəmə qərarları › İş №2(007)-278/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-278/2021

31.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-278/2021 31.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əlcanova Əfsanə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili X4 iştirakları ilə, İddiaçı "İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 cəlb edilməklə Cavabdeh qarşı "kredit müqaviləsi üzrə şərtlərin dəyişdirilməsi vəzifəsinin cavabdeh üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "İddiaçı Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 cəlb edilməklə Cavabdeh qarşı "kredit müqaviləsi üzrə şərtlərin dəyişdirilməsi vəzifəsinin cavabdeh üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 040HOME200620001 saylı 02 mart 2020-ci il tarixli kredit müqaviləsində olan faiz hissəsinin 20%-a, kreditin qaytarılması müddətinin 60 ay müddətinə dəyişdirilməsi və bununla bağlı ipoteka müqaviləsinə dəyişikliyin edilməsi vəzifəsinin Cavabdeh həvalə edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı ASC-yə dövlət ipotekanın alınması üçün müraciət etmişdir. Bundan sonra İddiaçıSC ilə Cavabdeh arasında 040HOME200620001 saylı 02 mart 2020-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Həminə müqaviləyə əsasən ona 300 ay müddətinə illik 4% faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 70000 manat məbləğində ipoteka krediti verilmişdir. Həmin kredit ona ünvan 1 ünvanda yerləşən 174 saylı mənzilin alınması üçün verilmişdir. Daha sonra tərəflər arasında 040HƏME200620001 saylı 03 mart 2020-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi bağlanmış və ünvan 1 ünvanda erləşən 174 saylı mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Qeyd olunan kredit güzəştli dövlət ipotekası olduğu üçün maliyyəşmənin həyata keçirilməsi məqsədi ilə müvafiq sənədlər Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fonduna göndərilmişdir (bundan sonra Fond). Sənədlər Fondə göndərildikdən sonra Fond tərəfindən araşdırma aparılmış və müəyyən edilmişdir ki, Cavabdeh güzəştli ipoteka krediti almaq hüququ olan şəxslər kateqoriyasına aid deyil və bu səbəbdən onun ipoteka krediti dövlət hesabına ilkin maliyyəşdirilməsinə imtina edilmişdir. Belə ki, “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanında və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına iəoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qayda”larına uyğun olaraq güzəştli mənzil əldə etmək hüququna malik olan şəxslərin dairəsini müəyyən etmişdir. Həmin qaydaların 3.2-ci bəndinə əsasən, aşağıdakı şəxslər güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdirlər: 3.2.1. gənc ailənin üzvü olan aşağıdakı şəxslər: ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs. Göründüyü kimi mövcud şərtlərə əsasən yaşı 35 aşağı olan gənc ailələrdən, ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxslər güzəştli şətlərlə ipoteka götürmək hüququna malikdirlər. “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının qanunun 1.0.3-cü maddəsində gənc ailənin anlayışı verilmişdir. Həmin maddəyə əsasən gənc ailə - gənclərin nikaha daxil olmasından yaranan ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideyn hesab edilir. Hazırki iş üzrə Cavabdeh həyat yoldaşı olan X2 güzəştli şətlər ilə ipotekanın alınması üçün banka müraciət edən zaman yaşı 35 keçdiyi üçün, yəni artıq gənc hesab edilmədiyi üçün ona güzəştli şərtlər ilə kreditin düşmədiyi müəyyən edilmişdir. Məsələ ilə bağlı tərəflərindən Cavabdeh müraciət olunaraq, ona güzəştli şərtlərlə kreditin düşmədiyi üçün aralarında bağlanmış kredit müqaviləsində dəyişikliyin həyata keçirərək, ona 8%-lik ipoteka kreditinin 6%-la bağlanması təklif olunmuşdur. Bununla bağlı tərəflərindən cavabdehə dəfələrlə şifahi və bildirişlə müraciət etməklərinə baxmayaraq, o, kredit müqaviləsində dəyişikliyin edilməsindən boyun qaçırmışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətindədirlər. İddiaçının nümayəndəsi Nümayəndə Azərbaycan Respublikasının 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin dəyişdirilməsinə dair ərizə təqdim edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 02.03.2020-ci il tarixli 040HOME200620001 №-li kredit müqaviləsinin dəyişdirilərək kreditdən istifadəyə görə illik faiz dərəcəsinin 14%, müddətinin 60 ay müəyyən olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. 21 aprel 2021-ci il tarixli məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İpoteka və Kredit Fondunun nümayəndəsi X7 izahat verərək bildirdi ki, Cavabdeh güzəştli ipoteka krediti verilmiş və buna dair onunla bankla arasında müqavilə bağlanmışdır. Bundan əvvəl Cavabdeh güzəştli ipoteka krediti almaq hüququ olan şəxslər dairəsinə aid olub-olmaması məsələsi yoxlanmış və ilkin razılıq verilmişdir. Daha sonra cavabdehin müraciəti ilə bağlı ətraflı araşdırma aparılarkən məlum olmuşdur ki, cavabdeh güzəştli ipoteka krediti almaq hüququ olan şəxslər dairəsinə aid deyil. Bu səbəbdən banka pul ayrılmasından imtina edilmişdir. Belə ki, cavabdehin həyat yoldaşının yaşı 35-dən çox olduğundan onlar gənc ailə hesab edilmirlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin dəyişdirilməsi barədə ərizənin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X10 iddia tələbini qəbul etməyərək bildirdi ki, tərəflər arasında müqavilə azadlığı prinsipinə uyğun olaraq müqavilə bağlanmış, cavabdehlə müqavilə bağlanarkən onun məlumatları təqdim edilmiş və heç bir problem aşkar edilməmişdir. Lakin daha sonra cavabdehin həyat yoldaşının yaşının 35-i keçdiyi müəyyən edilmişdir. Bu səbəbdən də, iddiaçı tərəf müqavilənin şərtlərinin dəyişdirilməsini xahiş edirlər. Lakin mübahisələndirilən müqavilə qanuna müvafiq qaydada bağlanmış, iddiaçı tərəfə heç bir hədə-qorxu, aldatma olmamış, tərəflər iradəvi şəkildə müqavilə bağlanmışlar. Cavabdeh tərəf müqavilə üzrə iddiaçıdan illik 4 faizlə 70000 manat məbləğində ipoteka krediti götürmüş, əmlakını ipotekaya qoymuşdur. Cavabdeh tərəfindən 4%-lə ödənişlər edilmişdir. Hazırda şəraitin dəyişməsi ilə bağlı müddəaların da hazırkı mübahisəyə aidiyyəti yoxdur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, proses iştirakşılarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Bakı Nikah evi tərəfindən 04 iyun 2010-cu il tаriхdə vеrilmiş AZ-İ № 585136 saylı nikah haqqında şəhаdətnаmənin surətindən görünür ki, 04 iyun 2010-cu il tаriхdə Cavabdeh ilə X8 аrаsındа nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 04 iyun 2010-cu il tаriхdə 1099 № ilə qеyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Alverdiyev, arvada Alverdiyeva soyadı verilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10.08.2019-cu il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, ünvan 2 ünvanında yerləşən mənzilin X3 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** №-si ilə qeydiyyata alınmışdır. - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 02.03.2020-ci il tarixli 040HOME200620001 saylı kredit müqaviləsindən görünür ki, cavabdehə illik 4 faiz dərəcəsi ilə 300 ay müddətinə 70000 manat məbləğində kredit verilmişdir. Kredit üzrə ödənişlərin qrafiki ödəniş cədvəlində (kredit haqqında məlumatda) göstərilir. - İpoteka saxlayan İddiaçı ASC ilə, satıcı X9 və borcalan Cavabdeh arasında bağlanılmış 03 mart 2020-ci il tarixli 040HOME200620001 saylı alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, X9 özünə məxsus olan ünvan 2 ünvanında yerləşən mənzili Cavabdeh satmış, və həmin mənzil Cavabdeh kredit öhdəliyinin təminatı olaraq bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Evin satış qiyməti 114000 manat müəyyən edilmişdir. Daşınmaz əmlakın dəyərinin 44000 manatı Cavabdeh özü tərəfindən, 70000 manatı isə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 02.03.2020-ci il tarixli 040HOME200620001 saylı kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı” ASC tərəfindən ona verilmiş vəsait hesabına ödəyir. - X1 01.03.2020-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, X5 məxsus olan ünvan 3 ünvanında yerləşən mənzilin (reyestr nömrəsi: **********0205301-093020) əri Cavabdeh tərəfindən alınmasına və ipoteka ilə yüklü edilməsinə etiraz etmir. - İddiaçı ASC-nin 16.04.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh güzəştli ipoteka krediti almaq hüququ olan şəxslər kateqoriyasına aid olmadığından ona illik 8 faiz olan krediti 10.05.2020-ci il tarixədək 6 faizə bağlanması təklif edilmiş, əks halda tərəflərindən kredit müqaviləsinin, həmçinin alqı-satqı və ipoteka müqaviləsinin dəyişdirilməsi barəsində Məhkəmə qaydasında iddia qaldırılacağı barədə xəbərdar olunmuşdur. - Çek BR-1 № 378834 saylı qəbzdən görünür ki, 03.03.2020-ci il tarixdə İddiaçı ASCnin hesabına 113076 manat ödəniş edilmişdir. - 31.05.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı ASC ASC tərəfindən 30,00 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh İddiaçı ASC-yə dövlət ipotekanın alınması üçün müraciət etmişdir. Bundan sonra İddiaçıSC ilə Cavabdeh arasında 040HOME200620001 saylı 02 mart 2020-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Həminə müqaviləyə əsasən ona 300 ay müddətinə illik 4% faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 70000 manat məbləğində ipoteka krediti verilmişdir. Həmin kredit ona ünvan 1 ünvanda yerləşən 174 saylı mənzilin alınması üçün verilmişdir. Daha sonra tərəflər arasında 040HƏME200620001 saylı 03 mart 2020-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi bağlanmış və ünvan 1 ünvanda erləşən 174 saylı mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Qeyd olunan kredit güzəştli dövlət ipotekası olduğu üçün maliyyəşmənin həyata keçirilməsi məqsədi ilə müvafiq sənədlər Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fonduna göndərilmişdir. Sənədlər Fondə göndərildikdən sonra Fond tərəfindən araşdırma aparılmış və müəyyən edilmişdir ki, Cavabdeh güzəştli ipoteka krediti almaq hüququ olan şəxslər kateqoriyasına aid deyil və bu səbəbdən onun ipoteka krediti dövlət hesabına ilkin maliyyəşdirilməsinə imtina edilmişdir. Hazırki iş üzrə Cavabdeh həyat yoldaşı olan X2 güzəştli şətlər ilə ipotekanın alınması üçün banka müraciət edən zaman yaşı 35 keçdiyi üçün, yəni artıq gənc hesab edilmədiyi üçün ona güzəştli şərtlər ilə kreditin düşmədiyi müəyyən edilmişdir. Məsələ ilə bağlı tərəflərindən cavabdehə müraciət olunaraq, ona güzəştli şərtlərlə kreditin düşmədiyi üçün aralarında bağlanmış kredit müqaviləsində dəyişikliyin həyata keçirərək, ona 8%-lik ipoteka kreditinin 6%-la bağlanması təklif olunmuşdur. Bununla bağlı tərəflərindən cavabdehə dəfələrlə şifahi və bildirişlə müraciət etməklərinə baxmayaraq, o, kredit müqaviləsində dəyişikliyin edilməsindən boyun qaçırmışdır. Hazırda iddiaçı ərizə ilə məhkəməyə müraicət edərək, İddiaçı ASC ilə cavabdeh Alver diyev Tariyel Mehman oğlu arasında bağlanmış 02.03.2020-ci il tarixli 040HOME200620001 №-li kredit müqaviləsinin dəyişdirilərək kreditdən istifadəyə görə illik faiz dərəcəsinin 14%, müddətinin 60 ay müəyyən olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qayda”larına uyğun olaraq güzəştli mənzil əldə etmək hüququna malik olan şəxslərin dairəsini müəyyən etmişdir. Həmin qaydaların 3.2-ci bəndinə əsasən, aşağıdakı şəxslər güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdirlər: 3.2.1. gənc ailənin üzvü olan aşağıdakı şəxslər: ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs. Göründüyü kimi mövcud şərtlərə əsasən yaşı 35 aşağı olan gənc ailələrdən, ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxslər güzəştli şətlərlə ipoteka götürmək hüququna malikdirlər. “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.3-cü maddəsində gənc ailənin anlayışı verilmişdir. Həmin maddəyə əsasən gənc ailə - yaşı 35dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideyn hesab edilir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçıSC ilə Cavabdeh arasında bağlanmış 02.03.2020-ci il tarixli 040HOME200620001 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 4 faiz dərəcəsi ilə 300 ay müddətinə 70000 manat məbləğində kredit verilmişdir. İddiaçı tərəf iddiasını belə əsaslandırmışdır ki, tərəflər arasında müqavilə bağlanan zaman elə hesab edilmişdir ki, cavabdehin güzəştli şərtlərlə ipoteka krediti almaq hüququ olan şəxslər dairəsinə aiddir. Lakin sonradan məlum olmuşdur ki, cavabdehin həyat yoldaşı X2 güzəştli şərtlər ilə ipotekanın alınması üçün banka müraciət edən zaman yaşı 35 keçdiyi üçün, yəni artıq gənc hesab edilmədiyi üçün ona güzəştli şərtlər ilə kredit düşmür. Cavabdeh tərəf isə buna etiraz edərək bildirmişdir ki, müqavilə bağlanan zaman cavabdeh tərəfindən zəruri olan bütün sənədlər təqdim edilmiş, bank tərəfindən bu məlumatlar yoxlanılmış və cavabdehə güzəştli şərtlərlə ipoteka krediti verilməsinə dair müqavilə bağlanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən kredit müqaviləsi qanunun tələblərinə uyğun olaraq bağlanmış və cavabdeh tərəfindən müqavilə şərtlərinə riayət edilmişdir. Belə ki, tərəflər müstəqil şəkildə müqavilə bağlayaraq öz hüquq və vəzifələrini müqavilədə təsbit edərək onu təsdiqləmişlər. Məhkəmə həmçinin qeyd edir ki, müqavilə bağlanan zaman iddiaçının cavabdehin ailəsinin gənc ailə olduğunu hesab edərək, ona güzəştli şərtlərlə ipoteka kreditini verməsi, lakin sonradan cavabdehin həyat yoldaşı X1 yaşının güzəştli şərtlər ilə ipotekanın alınması üçün banka müraciət edən zaman 35-i keçdiyinin məlum olması şəraitinin dəyişməsi kimi qiymət verilməməli, çünki bu əvvəlcədən məlum olan haldır və bank tərəfindən sənədlərin tam yoxlanılmaması, yoxlama zamanı boşluqlara yol verilməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Məhkəmə ilkin olaraq qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Yəni müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir və insanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikası Konstirusiya Məhkəməsi plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” 07 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, şəraitin dəyişməsi əhəmiyyətli dərəcədə olmalıdır. Yəni şəraitin dəyişməsi o dərəcədə gözlənilməz xarakter daşımalıdır ki, tərəflər onu qabaqcadan görə bilməzdilər, əgər görə bilsəydilər, müqaviləni bağlamazdılar və ya fərqli şərtlərlə bağlayardılar. Həmçinin, tərəflər şəraitin dəyişməsinın qarşısını ala bilməzlər. Bu cür şəraitdə müqavilənin icrası tərəflərdən ən azı biri üçün son dərəcə əlverişsiz olmalıdır. Məhkəmə mübahisəyə hazırkı mövqedən yanaşaraq qeyd edir ki, iş materiallarından görünür ki, cavabdeh güzəştli şərtlərlə ipoteka kreditinin alınması üçün əvvəlcədən banka müraciət etmiş və müraciətlə bağlı zəruri sənədləri təqdim etmiş, qanunvericiliyə əsasən sənədlər Bank və Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanəti Fondu tərəfindən yoxlanılmış və ilkin müsbət rəy alındıqdan sonra cavabdehə ipoteka krediti ayrılmışdır. Bundan sonra bütün prosedurlar həyata keçirilmiş və cavabdehlə qanunla nəzərdə tutulmuş qaydada tərəflərin qarşılıqlı razılığı ilə rəsmi müqavilə bağlanılaraq ona illik 4 faizlə 300 ay müddətinə 70000 manat məbləğində ipoteka krediti verilmiş, cavabbdeh ipoteka krediti əsasında mənzil əldə etmiş və müqavilə üzrə üzərinə öhdəliklər götürərək hər ay ödənişlər etmişdir (hazırda da ödənişlər edir). Bütün bu proseslər zamanı cavabdeh tərəfindən hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Sonradan Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanəti Fondunun məlumatı əsasından banka məlum olmuşdur ki, cavabdeh güzəştli krediti almaq hüquq olan şəxslər dairəsinə aid deyil. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiada göstərilən hal şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilməməlidir. Çünki şəraitin dəyişməsi tərəflər üçün gözlənilməz olmalıdır ki, tərəflər onu əvvəlcədən bilə bilməzlər. Hazırda cavabdeh müqavilə üzrə götürdüyü öhdəliklərə əməl edir və müqavilə bağlanan zaman da onun əməllərində hər hansı pozuntu müəyyən edilməmişdir. İddiaçı tərəfindən sənədlərin tam yoxlanılmamasına və öhdəlik götürməsinə görə cavabdeh məsuliyyət daşımır. Buna görə də, sonradan iddiaçıya məlum olmuş hallara görə cavabdehin vəziyyətinin ağırlaşdıran şərtlərlə müqavilə bağlanması məqsədəuyğun deyil. Məhkəmə onu da vurğulayir ki, hazırkı halda cavabdehin razılığı olmadan müqavilənin birtərəfli qaydada dəyişdirilməsi yolverilməzdir. Göstərilənlərə əsasən məhkəmə araşdırması zamanı 02.03.2020-ci il tarixli 040HOME200620001 saylı kredit müqaviləsinin dəyişdirilməsi üçün əsaslar müəyyən edilmədiyindən, tərəflər arasında qanunvericiliyin tələblərinə uyğun olaraq tərəflərin qarşılıqlı razılığı ilə müqavilə bağlandığından iddia tələbi təmin edilməməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, "İddiaçı Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 cəlb edilməklə Cavabdeh qarşı " İddiaçı ASC ilə cavabdeh Alver diyev Tariyel Mehman oğlu arasında bağlanmış 02.03.2020-ci il tarixli 040HOME200620001 №-li kredit müqaviləsinin dəyişdirilərək kreditdən istifadəyə görə illik faiz dərəcəsinin 14%, müddətinin 60 ay müəyyən olunması” tələbinə dair iddiası rədd edilmidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "İddiaçı Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 cəlb edilməklə Cavabdeh qarşı " İddiaçı ASC ilə cavabdeh Alver diyev Tariyel Mehman oğlu arasında bağlanmış 02.03.2020-ci il tarixli 040HOME200620001 №-li kredit müqaviləsinin dəyişdirilərək kreditdən istifadəyə görə illik faiz dərəcəsinin 14%, müddətinin 60 ay müəyyən olunması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar