Məhkəmə qərarları › İş №2(007)-2783/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2783/2024

05.12.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2783/2024 05.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X1 Tağı oğlunun sədrliyi, Abdulova Lalə Adil qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə Rəşad oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “qaraj sahəsindəki dayanacaq yerinin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “qarajın təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsində, yerləşən 36 saylı binanın istismar müddəti bitdiyindən həmin binada ümumi sahəsi 49.0 kv.m olan 4 saylı mənzilini akt əsasında Cavabdeh təhvil almışdır. Onunla cavabdeh arasında 29 iyun 2016-cı il tarixli razılaşdırılmış müqavilənin 1.2 bəndinə əsasən cavabdeh həmin mənzilin əvəzində müqavilə bağlandığı gündən 24 ay ərzində hər birinin ümumi sahəsi 74.8 kv.m. olan B-5.3 və 5.4 saylı, tam təmirli mənzilləri Sakinə təhvil verir. B-5.3 saylı mənzil mənə təmənnasız olaraq verilir. B-5.4 saylı mənzilin 51.6 kv.m. sahəsi təmənnasız olaraq, qalan 23.2 kv.m sahəsi isə «MMC»nin 24 aylıq daxili faizsiz kredit hesabına verilir. Mənzilin qalan 23.2 kv.m sahəsinin 23.200 (iyirmi üç min iki yüz) AZN dəyəri isə ona «MMC» tərəfindən ödəniləcək 9.600 manatı kirayə haqqı ilə əvəzləşdirilir. Qalan 13.600 manat məbləğin 5000 manat məbləği onun tərəfindən nağd şəkildə ödənilir, yerdə qalan 8600 manatı isə «MMC»nin 24 aylıq faizsiz daxili kredit hesabına verilir. Cavabdeh 22 iyul 2016-cı il tarixdə 15 saylı Notariat Kontorunda aralarında № M-383 saylı öhdəliklərin və hüquqların alqısatqı müqaviləsinin 2.2.3-cü bəndinə əsasən cavabdehin inşa etdiyi yeni binanın zirzəmisində yerləşən qaraj sahəsində ona təmənnasız şəkildə bir avtomaşın üçün dayanacaq yeri verir. Cavabdeh tərəfindən yeni inşa edilmiş çoxmənzilli yaşayış binası uzun müddətdir ki, istifadəyə verilmişdir. Artıq həmin yaşayış binasında müqavilə şərtlərinə əsasən yeni mənzillə təmin edilmişdir və yaşayır. Lakin, binanın zirzəmisində yerləşən qaraj sahəsi sahibliyinə verilmədiyindən cavabdeh qarajdan istifadə etməyinə qanunsuz maneçiliklər yaratmışdır. Cavabdehə dəfələrlə qaraj sahəsini istifadəsinə verilməsi üçün həmin qarajı sahibliyimə verilməsini tələb etsə də o, məhəl qoymayaraq bundan imtina etmişdir. Bu barədə cavabdehə pretenziya göndərilməsinə baxmayaraq, cavabdeh müraciətinə məhəl qoymayaraq qarajı istifadəsinə verməmişdir. Buna görə də, Bakı şəhəri Nizami rayonu, Şirin Mirzəyev və M.Abbasov küçələrinin kəsişməsində inşa etdiyi binadan ona təhvil verilmiş mənzilin yerləşdiyi binanın zirzəmisində olan qarajı sahəsini sahibliyinə, istifadəsinə verilməsini, yaradılmış maneəçiliyin aradan qaldırılmasını Cavabdehnə qadağan edilməsi və cavabdehdən 100 (bir yüz) manat dövlət rüsumu tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa, xx.xx.2024-cü il tarixdə İddiaçı Azərbaycan Respublikası MPM-in 53cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və Mehdi Abbasov küçələrinin kəsişməsindəki 2535ci məhəllədə inşa olunmuş xx.xx.2016-cı il tarixli müqavilə ilə mülkiyyətinə verilmiş B-5.3 və B-5.4 saylı mənzillərin (hazırkı Mehdi Abbasov küçəsi, ev 56, mənzil 21 və 22) yerləşdiyi binanın zirzəmisində yerləşən qaraj sahəsində təmənnasız şəkildə bir avtomaşın üçün dayanacaq yerinin cavabdeh tərəfindən ona təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, onun dəlillərinə uyğun izahat verərək, əlavə olaraq izahatında göstərmişdir ki, qarajda avtomobil saxladığı üçün polisə verilmişdir, komendant evinə hücum çəkib. Avtomobilini ümumiyyətlə orada saxlamağa icazə vermirlər. Onlara, sakinlərə hər cür formada əziyyət verirlər. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə Rəşad oğlu iddia tələbini qəbul etməyib izahatında bildirmişdir ki, iş materiallarında iki müqavilə var. 29 iyun 2016-cı il tarixdə bağlanan müqavilədə qaraj məsələsi öz əksini tapmayıb. İkinci müqavilə notarial qaydada təsdiq olunub. Orada iddiaçının mənzilinin əvəzində ona nə veriləcəyi qeyd olunub. Pilot layihə olduğuna görə bir mənzilin əvəzində iki mənzil verilir. İddiaçıya şirkət tərəfindən digərlərinə müqayisədə daha çox kompensasiya verilib. Düzdür orada əlavə sahəyə görə əlavə məbləğ də qeyd olunub. 2.1.2-ci maddədə qeyd olunub ki, yeni binanın zirzəmisində yerləşən qaraj sahəsində sakinə təmənnasız şəkildə bir avtomaşın üçün dayanacaq yeri verilir. Qaraj ümumi istifadədə olan yerdir. Orada kiməsə qaraj satılmayıb, bütün sakinlərin ümumi istifadəsindədir. Lakin günlük ya aylıq xidmət haqqı alınır. Mehriban xanım ödənişsiz istifadə edə bilər. Orada sahibliyə verilməsi qeyd olunmur. İddiaçıya avtomobilini saxlamaq üçün maneəçilik yaradılmır. Sahiblik, istifadə hüququ mülkiyyətin bir növüdür, belə halda iddiaçının qaraja mülkiyyət hüququ yaranır. Amma qaraj bütün sakinlərin ümumi istifadəsindədir. İddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh MMC ilə sakin İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin surətindən görünür ki, 1.1. Bu müqaviləyə əsasən “Sakin” xüsusi mülkiyyətində olan, ünvan 1 ünvanında istismar müddəti bitmiş binada yerləşən, 49.0 kv.metr ümumi sahəsi olan 4 saylı mənzili Akt əsasında (müqaviləyə Əlavə 1) “MMC”-yə təhvil verir. “MMC” isə həmin mənzilin əvəzində müqavilə bağlandığı gündən 24 ay ərzində hər birinin ümumi sahəsi 74.8 kv.metr olan B-5.3. və B-5.4. saylı, tam təmirli mənzilləri “Sakin”ə təhvil verir. B-5.3. saylı mənzil “Sakin”ə təmənnasız olaraq verilir. B- 5.4. saylı mənzilin 51.6 kv.metr sahəsi “Sakin”ə təmənnasız olaraq, qalan 23.2 kv.metr sahəsi isə “MMC”-nin 24 aylıq daxili faizsiz krediti hesabına verilir. Mənzilin qalan 23.2 kv.metr sahəsinin 23200.0 (iyirmi üç min iki yüz) AZN dəyəri isə “Sakin”ə, “MMC” tərəfindən ona ödəniləcək 9600.0 (doqquz min altı yüz) AZN kirayə haqqı ilə əvəzləşdirilir. Qalan 13600.0 (on üç min altı yüz) AZN məbləğin 5000.0 (beş min) AZN-ni “Sakin” tərəfindən nəqd şəkildə ödənilir, yerdə qalan 8600.0 (səkkiz min altı yüz) AZN isə “MMC”nin 24 aylıq faizsiz daxili krediti hesabına verilir. Bu zaman aylıq ödəniş 358.0 (üç yüz əlii səkkiz) AZN təşkil edir. 1.3. “MMC” tərəfindən “Sakin”ə təhvil veriləcək mənzilin ümumi sahəsi “Sakin”in mənzilinin ümumi sahəsinin, ümumi sahəyə əlavənin və mənzilə bitişik olan əlavə tikililərin (əgər varsa) 50%- inin cəmi olaraq hesablanır. 2.1.2. “MMC” yeni binanın zirzəmisində yerləşən qaraj sahəsində “Sakin”ə təmənnasız şəkildə bir avtomaşın üçün dayanacaq yeri verir. - Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış və Bakı şəhəri 15 saylı notariat kontorunda reyestrdə 3M-383 nömrə ilə təsdiqlənmiş “Öhdəliklərin və hüquqların alqısatqısı barədə xx.xx.2016-cı il tarixli müqavilənin surətindən görünür ki, 1.2. Bu müqaviləyə əsasən “Sakin” Bakı şəhəri İcra Hakimiyyəti texniki inventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən xx.xx.1996-cı il tarixdə İddiaçı verilmiş 30/29677 qeydə alma nömrəsi ilə 698 nömrəli kitabın 104816 səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən xüsusi mülkiyyətində olan, ünvan 1 ünvanında istismar müddəti bitmiş binada yerləşən, 49.0 kv.metr ümumi sahəsi olan 4 saylı mənzili Akt əsasında (müqaviləyə Əlavə 1) “MMC”-yə təhvil verir. 1.3. “MMC” isə həmin mənzilin əvəzində müqavilə bağlandığı gündən 24 ay ərzində hər birinin ümumi sahəsi 74.8 kv.metr olan B-5.3. və B-5.4. saylı, tam təmirli mənzilləri “Sakin”ə təhvil verir. B-5.3. saylı mənzil “Sakin”ə təmənnasız olaraq verilir. B-5.4. saylı mənzilin 51.6 kv.metr sahəsi “Sakin”ə təmənnasız olaraq, qalan 23.2 kv.metr sahəsi isə “MMC”-nin 24 aylıq daxili faizsiz krediti hesabına verilir. Mənzilin qalan 23.2 kv.metr sahəsinin 23200.0 (iyirmi üç min iki yüz) AZN dəyəri isə “Sakin”ə, “MMC” tərəfindən ona ödəniləcək 9600.0 (doqquz min altı yüz) AZN kirayə haqqı ilə əvəzləşdirilir. Qalan 13600.0 (on üç min altı yüz) AZN məbləğin 5000.0 (beş min) AZN-ni “Sakin” tərəfindən nəqd şəkildə ödənilir, yerdə qalan 8600.0 (səkkiz min altı yüz) AZN isə “MMC”-nin 24 aylıq faizsiz daxili krediti hesabına verilir. Bu zaman aylıq ödəniş 358.0 (üç yüz əlii səkkiz) AZN təşkil edir. 1.4. “MMC” tərəfindən “Sakin”ə təhvil veriləcək mənzilin ümumi sahəsi “Sakin”in mənzilinin ümumi sahəsinin, ümumi sahəyə əlavənin və mənzilə bitişik olan əlavə tikililərin (əgər varsa) 50%-inin cəmi olaraq hesablanır. 2.3. “MMC” yeni binanın zirzəmisində yerləşən qaraj sahəsində “Sakin”ə təmənnasız şəkildə bir avtomaşın üçün dayanacaq yeri verir. - Bakı şəhəri Nizami rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh MMC ilə aralarında bağlanmış müqaviləyə əsasən cəmiyyətin vəzifəli şəxsləri tərəfindən yeni tikilmiş binada ayrılmış qaraj sahələrinin ona təhvil verilməsi barədə müraciətə baxıldığı və mülki qaydada məhkəməyə müraciət etmək hüququ İddiaçı izah edilmişdir. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış Pretenziyadan görünür ki, onun xüsusi mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu, Şirin Mirzəyev küçəsində, yerləşən 36 saylı binanın istismar müddəti bitdiyindən həmin binada ümumi sahəsi 49.0 kv.m olan 4 saylı mənzilini AKT əsasında Cavabdeh təhvil almışdır. Onunla cavabdeh arasında 29 iyun 2016-cı il tarixli razılaşdırılmış müqavilənin 1.2 bəndinə əsasən cavabdeh həmin mənzilin əvəzində müqavilə bağlandığı gündən 24 ay ərzində hər birinin ümumi sahəsi 74.8 kv.m. olan B-5.3 və 5.4 saylı, tam təmirli mənzilləri Sakinə təhvil verir. B-5.3 saylı mənzil mənə təmənnasız olaraq verilir. B-5.4 saylı mənzilin 51.6 kv.m. sahəsi təmənnasız olaraq, qalan 23.2 kv.m sahəsi isə «MMC»nin 24 aylıq daxili faizsiz kredit hesabına verilir. Mənzilin qalan 23.2 kv.m sahəsinin 23.200 (iyirmi üç min iki yüz) AZN dəyəri isə ona «MMC» tərəfindən ödəniləcək 9.600 manatı kirayə haqqı ilə əvəzləşdirilir. Qalan 13.600 manat məbləğin 5000 manat məbləği mənim tərəfindən nağd şəkildə ödənilir, yerdə qalan 8600 manatı isə «MMC»-nın 24 aylıq faizsiz daxili kredit hesabına verilir. Cavabdeh 22 iyul 2016-cı il tarixdə 15 saylı Notariat Kontorunda aralarında № M-383 saylı öhdəliklərin və hüquqların alqı-satqı müqaviləsinin 2.2.3-cü bəndinə əsasən cavabdehin inşa etdiyi yeni binanın zirzəmisində yerləşən qaraj sahəsində ona təmənnasız şəkildə bir avtomaşın üçün dayanacaq yeri verir. Cavabdeh tərəfindən yeni inşa edilmiş çoxmənzilli yaşayış binası uzun müddətdir ki, istifadəyə verilmişdir. Artıq həmin yaşayış binasında müqavilə şərtlərinə əsasən yeni mənzillə təmin edilmişdir və yaşayır. Lakin, binanın zirzəmisində yerləşən qaraj sahəsi sahibliyinə verilmədiyindən cavabdeh qarajdan istifadə etməyinə qanunsuz maneçiliklər yaratmışdır. Cavabdehə dəfələrlə qaraj sahəsini istifadəsinə verilməsi üçün həmin qarajı sahibliyinə verilməsini tələb etsə də o, məhəl qoymayaraq bundan imtina etmişdir. Qaraj sahəsini istifadəsinə verilmədiyi təqdirdə üçün 3 gün müddətində məhkəməyə müraciət olunacaqdır. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh MMC ilə “Sakin” İddiaçı arasında bağlanmış və Bakı şəhəri 15 saylı notariat kontorunda reyestrdə 3M-383 nömrə ilə təsdiqlənmiş “Öhdəliklərin və hüquqların alqı-satqısı barədə xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən, “Sakin” Bakı şəhəri İcra Hakimiyyəti texniki inventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən xx.xx.1996-cı il tarixdə İddiaçı verilmiş 30/29677 qeydə alma nömrəsi ilə 698 nömrəli kitabın 104816 səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən xüsusi mülkiyyətində olan, ünvan 1 ünvanında istismar müddəti bitmiş binada yerləşən, 49.0 kv.metr ümumi sahəsi olan 4 saylı mənzili Akt əsasında (müqaviləyə Əlavə 1) “MMC”-yə təhvil vermiş, “MMC” isə həmin mənzilin əvəzində müqavilə bağlandığı gündən 24 ay ərzində hər birinin ümumi sahəsi 74.8 kv.metr olan B-5.3. və B-5.4. saylı, tam təmirli mənzilləri “Sakin”ə təhvil verir. B-5.3. saylı mənzil “Sakin”ə təmənnasız olaraq vermiş, B-5.4. saylı mənzilin 51.6 kv.metr sahəsi “Sakin”ə təmənnasız olaraq, qalan 23.2 kv.metr sahəsi isə “MMC”-nin 24 aylıq daxili faizsiz krediti hesabına verilir. Mənzilin qalan 23.2 kv.metr sahəsinin 23200.0 (iyirmi üç min iki yüz) AZN dəyəri isə “Sakin”ə, “MMC” tərəfindən ona ödəniləcək 9600.0 (doqquz min altı yüz) AZN kirayə haqqı ilə əvəzləşdirilir. Qalan 13600.0 (on üç min altı yüz) AZN məbləğin 5000.0 (beş min) AZN-ni “Sakin” tərəfindən nəqd şəkildə ödənilir, yerdə qalan 8600.0 (səkkiz min altı yüz) AZN isə “MMC”-nin 24 aylıq faizsiz daxili krediti hesabına verilir. Bu zaman aylıq ödəniş 358.0 (üç yüz əlii səkkiz) AZN təşkil edir. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən, “MMC” tərəfindən “Sakin”ə təhvil veriləcək mənzilin ümumi sahəsi “Sakin”in mənzilinin ümumi sahəsinin, ümumi sahəyə əlavənin və mənzilə bitişik olan əlavə tikililərin (əgər varsa) 50%-inin cəmi olaraq hesablanır. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, “MMC” yeni binanın zirzəmisində yerləşən qaraj sahəsində “Sakin”ə təmənnasız şəkildə bir avtomaşın üçün dayanacaq yeri verir. Hazırda iddiaçı sözügedən binanın zirzəmisində yerləşən qaraj sahəsindəki bir avtomaşın üçün dayanacaq yerinin ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Konstitusiyanın 29-cu və MM-in 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Göründüyü kimi, müqavilə azadlığı prinsipi özündə müqavilə tərəfinə seçdiyi kontragentlə müqavilə bağlamaq, onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini müəyyən etmək sərbəstliyini ehtiva etməklə yanaşı, tərəfin həmin müqavilə şərtlərindən irəli gələn öhdəliklər üzrə də məsuliyyət daşımasını da nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliklərə əməl etsə də, cavabdeh tərəfindən isə müqavilə üzrə öhdəliklərinə əməl edilməyərək müqavilə üzrə yeni binanın zirzəmisində yerləşən qaraj sahəsində iddiaçıya təmənnasız şəkildə bir avtomaşın üçün dayanacaq yeri təhvil verilməmiş, hansı səbəbdən iddiaçıya təhvil verilməməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə işin faktiki hallarını araşdırıb, qanunvericiliyin yuxarıda qeyd olunan normalarını nəzərə alaraq, belə qənaətə gəlir ki, cavabdeh MMC tərəfindən mübahisə predmeti olan yeni binanın zirzəmisində yerləşən qaraj sahəsində iddiaçıya təmənnasız şəkildə bir avtomaşın üçün dayanacaq yerinin təhvil verilməməsi üçün əsaslar yoxdur, buna görə də iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur;. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC ilə İddiaçı arasında Bakı şəhəri 15 saylı notariat kontorunda bağlanmış xx.xx.2016-cı il tarixli və reyestrdə 3M-383 nömrə ilə qeyd edilmiş öhdəliklərin və hüquqların alqı-satqı müqaviləsi əsasında- Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və Mehdi Abbasov küçələrinin kəsişməsindəki 2535ci məhəllədə inşa olunmuş və İddiaçı mülkiyyətinə verilmiş B-5.3 və B-5.4 saylı mənzillərin (hazırkı Mehdi Abbasov küçəsi, ev 56, mənzil 21 və 22) yerləşdiyi binanın zirzəmisində yerləşən qaraj sahəsində təmənnasız şəkildə bir avtomaşın üçün dayanacaq yeri Cavabdeh MMC tərəfindən İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iddiaçı isə tələb etdiyindən, ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq, İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC ilə İddiaçı arasında Bakı şəhəri 15 saylı notariat kontorunda bağlanmış xx.xx.2016-cı il tarixli və reyestrdə 3M-383 nömrə ilə qeyd edilmiş öhdəliklərin və hüquqların alqı-satqı müqaviləsi əsasında- Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və Mehdi Abbasov küçələrinin kəsişməsindəki 2535-ci məhəllədə inşa olunmuş və İddiaçı mülkiyyətinə verilmiş B-5.3 və B-5.4 saylı mənzillərin (hazırkı Mehdi Abbasov küçəsi, ev 56, mənzil 21 və 22) yerləşdiyi binanın zirzəmisində yerləşən qaraj sahəsində təmənnasız şəkildə bir avtomaşın üçün dayanacaq yeri Cavabdeh MMC tərəfindən İddiaçı təhvil verilsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq, İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar