Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2791/2022 16.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Quluzadə Emil Mirələm oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 cəlb edilməklə cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ümumilikdə 5600 (beş min altı yüz) manat pulun alınıb ona verilməsi və ödənilməli dövlət rüsumunun cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X12lə danışıb şifahi razılıqlarına görə 1000 (min) manat qarşılığında xx.xx.2019-cu il tarixdə "HP Güven" klinikasında burun üzərində septoplastika (burun görünüşündəki nöqsanların estetik üsulla düzəldilməsi üçün) və burun çəpər əyriliyinin aradan götürülməsi tibbi əməliyyatı icra olunmalı idi. Qeyd olunan tarixdə, yəni xx.xx.2019-cu il tarixdə "HP Güven" klinikasında əməliyyat olunmağı üçün X12lə görüşmüşlər. Həmin vaxt Fuad Nəbiyevin yanında bir nəfər də xanım var idi. Lakin o, həmin xanımı tanımır və əvvəl də görməmişdir. xx.xx.2019-cu il tarixdə "HP Güven" klinikasında burun üzərində septoplastika və burun çəpər əydiyinin aradan götürülməsi tibbi əməliyyatı icra olunmuş, lakin əməliyyat uğursuz nəticə vermişdir. Belə ki, əməliyyatdan sonra nəfəs alıb-verməyi daha da çətinləşmiş və burnunum üzərində döyənəklər yaranmışdır. Bu barədə X12ə müraciət etmiş və X12 bildirmişdir ki, bunlar həkim nöqsanıdır və təkrar əməliyyat olmalıdır. Lakin növbəti əməliyyat üçün əvvəlki əməliyyatın üzərindən azı 6 (altı) ay keçməli olduğunu bildirmişdir. O, birinci əməliyyatdan 6 (altı) ay keçdikdən sonar təkrar X12ə müraciət etmişdir. Bu dəfə də X12 bildirmişdir ki, onu əməliyyat edən həkim hazırki iddia ərizəsində cavabdeh olaraq göstərilmiş Cavabdeh1 olmuşdur. Yəni "HP Güven" klinikasında əməliyyat olduğu gün X12in yanında görüdüyü xanım olmuşdur. X12 Cavabdeh1 mobil telefon nömrəsini vermiş və təkrar əməliyyat üçün cavabdehə müraciət etməli olduğumu bildirmişdir. O, cavabdehlə telefonda danışmış və Cavabdeh1 onu işlədiyi X1 qəbul etmişdir. Cavabdeh1 burnundakı nöqsanları aradan qaldırmaq üçün xx.xx.2020-ci il tarixə "Vitamed" Tibb Mərkəzində əməliyyat üçün gün təyin etmiş və yalnız 300 (üç yüz) manat klinika xərclərini ödəməyinin onun üzərinə düşdüyünü bildirmişdir. Cavabdeh bunu da bildirmişdir ki, əməliyyatı başqa bir həkimlə (həkim Elnarə Əkbərova) birlikdə icra edəcək. Qeyd olunan tarixdə, yəni xx.xx.2020-ci il tarixdə "Vitamed" Tibb Mərkəzində cavabdeh həkim Cavabdeh1 onu qəbul etmiş və sözügedən tibbi əməliyyat icra olunmuşdur. O, həmin gecəni klinikada qalmış və növbəti gün evə buraxılmışdır. xx.xx.2020-ci il tarixdə "Vitamed" Tibb Mərkəzindən buraxılarkən ona verilən epikrizdə həkim olaraq Elnarə Əkbərova göstərilmişdir. Bir neçə gün sonra nəticə olaraq müəyyən oldu ki, xx.xx.2020-ci il tarixdə "Vitamed" Tibb Mərkəzində Cavabdeh1 tərəfindən icra olunmuş növbəti əməliyyat da uğursuz nəticə vermişdir. Belə ki, burnunun estetik görünüşü daha da pisləşmiş və sol burun borusunda sinexiya yaranmışdır. O, əməliyyatın nöqsanları barədə cavabdehə məlumat vermiş və cavabdehdən əməliyyata xərclədiyi pulu və əlavə olaraq da təzminat ödəməli olduğunu bildirmişdir. Cavabdeh əməliyyatı həkim Elnarə Əkbərova icra etdiyini bildirərək tələbini icra etməkdən boyun qaçırtmışdır. Hadisəyə ümumi qaydada baxılıb hüquqi qiymət verilməsi üçün hüquq mühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət etmiş və həkim Elnarə Əkbərovaya qarşı "dəymiş ziyanın əvəzi olaraq pul tələbinə dair" iddia ərizəsi ilə ərazi aidiyyəti üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Prokurorluq və məhkəmə araşdırması zamanı müvafiq aktlarla müəyyən oldu ki, epikrizlər başqalarının adına rəsmiləşdirilnəsinə baxmayaraq xx.xx.2019-cu il tarixə "HP Güvən" klinikasında burun üzərində septoplastika və burun çəpər əyriliyinin aradan götürülməsi tibbi əməliyyatı və həmin əməliyyatdan qalan nöqsanların aradan qaldırılması üçün növbəti dəfə xx.xx.2020-ci il tarixdə "Vitamed" tibb mərkəzində icra olunmuş tibbi əməliyyatlar Cavabdeh1 tərəfindən icra olunmuşdur. Prokurorluq araşdırması zamanı tibbi əməliyyatların icrasında və əməliyyatdan sonrakı hərəkətlərdə cinayət əməli müəyyən edilməmişdir. Həkim Cavabdeh1 tibbi əməliyyatlarından qalan nöqsan, yəni sol burun borusundakı sinexiya X2 xx.xx.2022-ci il tarixdə müvafiq tibbi əməliyyat ilə götürülmüşdür. Lakin burnumun üzərindəki nöqsanlar qalmaqdadır. Belə ki, əvvəlki əməliyyatdan qalmış estetik nöqsanların götürülməsi üçün təkrar estetik əməliyyat olmalıdır. Təkrar olduğu üçün icra olunmalı əməliyyata 4000 (dörd min) manat pul tələb olunur. Həmin pulu ödəməyə onun maddi imkanı çatmır. Həkimlərlə şifahi razılaşmalarına əsasən burnunun estetik görünüşü düzəlməli və burun çəpər əyriliyi aradan götürülməli idi. O, ilkin əməliyyata 1000 (min) manat, növbəti təkrar əməliyyata isə 300 (üç yüz) manat və ümumi olaraq 300 (üç yüz) manat pul dərmanlara sərf etmişdir. Həkimlərlə şifahi razılaşmalarına əsasan əməliyyatdan sonra burnunun görünüşündə və ya digər funksiyalarında problem müəyyən olunsa xərclədiyi pullar və dəymiş ziyana görədə əlavə pul vəsaiti ona geri ödənilməli idi. Göründüyü kimi, cavabdeh həkim Cavabdeh1 burnundakı problemləri həll etməyin əksinə burnunun görnüşünü daha pis vəziyyətə gətirmişdir. Həmçinin, burnunun öz funksiyasının pozmulmasına səbəb olmuşdur. Yuxarıda göstərilənlərə əsasən hesab edir ki, tibbi əməliyyata sərf etdiyi 1600 manat və mənəvi zərər, həmçinin yenidən zəruri olan əməliyyatı keçirtməyi üçün tələb olunan 4000 manat pul cavabdehdən alınaraq ona verilməlidir. Odur ki, cavabdeh həkim Cavabdeh1 ona vurduğu maddi və mənəvi ziyanın əvəzini ödəmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh1 iddia ərizəsinə dair mülahizəsini məhkəməyə təqdim edərək qeyd etmişdir ki, hesab edir ki, iddia tələbləri əsassız olduğundan rədd edilməlidir. İddia ərizəsində də qeyd olunub və əlavə olaraq qeyd etmək istəyir ki, İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl şikayət ərizəsi ilə Bakı şəhəri Binəqədi rayon Prokurorluğuna, daha sonra isə E.Əkbərovaya və "Vitamed" tibb mərkəzinə qarşı analoji iddia tələbi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. E.Əkbərova iddiaçının burun əməliyyatı zamanı ona köməkçi olmuşdur. Həm Bakı şəhəri Binəqədi rayon Prokurorluğunda, həm də Bakı şəhəri Səbail Rayon Məhkəməsində aparılmış araşdırmada zamanı İddiaçıla bağlı yerinə yetirilmiş tibbi əməliyyatların səhiyyə sistemində qüvvədə olan mövcud təlimatlara uyğun olması müəyyən olunmuşdur. Odur ki, həm prokurorluq orqanı, həm də məhkəmə tərəfindən İddiaçı şikayəti və iddia tələbi rədd edilmişdir. Sözügedən araşdırmalar zamanı prokurorluq və məhkəmə yekun nəticəyə gəlmək üçün İddiaçı müayinəsində və əməliyyatında, habelə müalicəsində hər hansı həkimin və ya tibb işçisinin təqsirinin olub-olmaması ilə bağlı təyin olunmuş və müvafiq rəyi aparılmış komisyon məhkəmə-tibb ekspertizasının nəticəsi olmuşdur. Mülahizəyə əlavə edilmiş xx.xx.2021-ci il tarixli KEŞ-504 №-li komisyon məhkəmə-tibb ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, ""HB Güvən" klinikasında İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən ona "Septum duriasiyası, burun deformasiyası, konxo hipertrofiyası" diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq xx.xx.2019-cu il tarixdə İddiaçı üzərində "Rinoseptoplastika. Bilateral alt konxa qismi kiçildilməsi" cərrahiyyə əməliyyatı icra edilmiş, əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş və xx.xx.2019-cu il tarixdə xəstə kafi vəziyyətdə evə yazılmışdır. “Vitamed” klinikasında İddiaçı adına tərtib olunmuş tibbi sənədlərdə göstərilənlərə əsasən o, xx.xx.2020-ci il tarixdə klinikaya daxil olmuş və aparılmış müvafiq müayinədən sonra ona "Burun çəpəri əyriliyi" diaqnozu təyin edilmiş, və üzərində "Septoplastika" cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş və xx.xx.2020-ci il tarixdə xəstə kafi vəziyyətdə evə yazılmışdır. İddiaçı üzərində icra edilmiş əməliyyatlar faktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. İddiaçı göstərilmiş tibbi yardımlar onun vəziyyətinə uyğun olmuşdur. Tibbi manipulyasiyalar zamanı sağlamlığa zərərvunnamn dərəcəsinin təyini nəzərə alınmır. İddiaçı mütəxəssis müayinəsi zamanı onda icra edilmiş cərrahiyyə əməliyyatından sonra hazırkı dövrdə burun sümüyünün yonulduğu, lakin kosmetik deformasiya yaratmadığı müəyyən edilmişdir. Bu cür əməliyyatlarda xəstə icra edilmiş cərrahiyyə əməliyyatının nəticəsindən kosmetik olaraq narazı olduğu zaman üzün sefolometrik ölçülərinə uyğun olaraq korreksiya edilə bilər. İddiaçı göstərilmiş tibbi xidmət Səhiyyə sistemində qüvvədə olan mövcud təlimat qaydalarına uyğun olmuşdur." Qeyd etdiyi kimi, Binəqədi rayon Prokurorluğu adıçəkilən komisyon məhkəmə-tibb ekspertizasının rəyini rəhbər tutarq İddiaçı şikayəti əsasında toplanmış materiallar üzrə "cinayət işinin rədd edilməsi haqqında" xx.xx.2021-ci il tarixli qərar qəbul etmişdir. İddiaçı prokurorluğun rədd qərarı ilə razılaşmadığı üçün, həmin qərarından şikayət vermiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 6(001)-134/2021 saylı xx.xx.2021-ci il tarixli ilə onun şikayəti təmin edilməmişdir. Həmçinin, R.Səfəronun E.Əkbərovaya və "Vitamed" Tibb Mərkəzinə qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2691/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə rədd edilmiş, qətnanamədən verilmiş apellyasiya şikayəti isə Bakı Apellyasiya Məhkməsinin 2(103)-1680/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Göründüyü ki, iddiaçının bundan əvvəl həm prokurorluq orqanlarına müraciəti, həm də mülki mühakimə qaydasında başladığı iddia tələbi təmin edilməmişdir. Lakin qeyd olunalara baxmayaraq, İddiaçı yenə də eyni əsasları istinad etməklə yenidən məhkəməyə müraciət etmişdir. Hesab edir ki, məhkəmə mübahisəni həll edən zaman yuxarıda qeyd etdiyi məzmunda dəlillərini, habelə mülahizəyə əlavə edilmiş qərarları və qətnamələri, ekspert rəyini nəzərə alaraq İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edəcək. Qeyd edilənlərə əsasən İddiaçı ona qarşı iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı "xxxx" MMC cavabdeh və X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb olunmuşdur. Cavabdeh "xxxx" MMC etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, hazırkı etiraz mülahizələrinə əlavə edilən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (sədrlik edən Ş.Abdullayev) 2(009)-2681/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnamədən və həmin qətnamənin dəyişdirilmədən saxlanılması barədə Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2103)-1680/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı hazırkı iddiasının faktiki halı kimi qeyd etdiyi “Burun çəpər əyriliyi və Septoplastika” cərrahi əməliyyatı ilə əlaqədar X5 və “Vitamed” tibb mərkəzinə qarşı yuxarıda göstərilən əməliyyata ödədiyi 1600 (bir min altı yüz) manat məbləğində pulun və çəkdiyi əziyyətin təzminatı olaraq 3000 (üç min) manat məbləğində pulun tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Qeyd etməyi zəruri hesab edirlər ki, iddiaçının hazırkı iddiasının faktiki əsasını təşkil edən hallar yuxarıda göstərilən məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilməklə yanaşı, həmin xüsusatlar Bakı şəhəri Binəqədi rayon Prokurorluğu tərəfindən araşdırılmış və bu araşdırmanın nəticəsində müvafiq qərar qəbul olunmuşdur. Eyni zamanda qeyd edilməsi zəruridir ki, “HB Güven Klinik" MMC-nin və hazırkı iş üzrə Cavabdeh1 İİİ şəxs qismində cəlb edildikləri yuxarıda sözügedən iş üzrə məhkəmə araşdırmaları zamanı təhqiq olunmuş sübutlarla, o cümlədən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X6" PHŞ-si tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 504/KEŞ saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, “xx.xx.2019-cu il tarixdə Cavabdeh2 MMC-də Cavabdeh1 və Fuad Nəbiyev tərəfindən iddiaçının üzərində “Rinoseptoplastika. Bilaterial alt konxa qismin kiçidilməsi” cərrahiyyə əməliyyatı icra edilmiş, əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş və xx.xx.2019-cuil tarixdə iddiaçı kafi vəziyyətdə evə yazılmışdır.” Eyni zamanda həmin iş üzrə məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, “iddiaçı nəfəsalmada daha da çətinlik yaranması ilə bağlı həmin həkimlərə müraciət etmiş, xx.xx.2020-ci il tarixdə “Vitamed” Tibb mərkəzində aparılmış müvafiq müayinələrdən sonra iddiaçıya “Burun çəpər əyriliyi” diaqnozu təyin edilmiş, diaqnoza uyğun olaraq Cavabdeh1 tərəfindən “Septoplastika” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş və xx.xx.2020-ci il tarixdə iddiaçı kafi vəziyyətdə evə buraxılmışdır.” Bakı şəhəri Binəqədi rayon Prokurorluğunun müvafiq qərarı əsasında yuxarıda göstərilən Birlik tərəfindən keçirilmiş komisyon məhkəmə-tibbi ekspertizanın KEŞ- 504 saylı, xx.xx.2021-ci il tarixli rəyinə əsasən “...İddiaçı aparılmış müayinələr təyin olunmuş diaqnoza uyğun olmuşdur. Cavabdeh2 MMC-də İddiaçı adına tərtib olunmuş tibbi sənədlərdə göstərilənlərə əsasən O, xx.xx.2019-cu il tarixdə klinikaya daxil olmuş və aparılmış müayinələr əsasında ona “septum duriasiyası, burun deformasiyası, konxo hipertrofiyası” diaqnozu düzgün təyin edilmişdir. Təyin olunmuş diaqnoza uyğun olaraq xx.xx.2019-cu il tarixdə İddiaçı üzərində “Rinoseptoplastika. Biateral alt koxna qismi kiçidilməsi” cərrahiyyə əməliyyatı icra edilmiş, əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş və xx.xx.2019-cu il tarixdə xəstə kafi vəziyyətdə evə yazılmışdır.” Qeyd edilənlərə əsasən hazırkı etiraz mülahizələrinə yuxarıda istinad olunan məhkəmə aktlarını əlavə ilə məhkəməyə təqdim edərək, İddiaçı Cavabdeh1 qarşı “pul” tələbinə dair iddiasına həmin məhkəmə aktları ilə müəyyən edilmiş hallar nəzərə alınmaqla hüquqt qiymət verilməsini, eləcə də işə nümayəndələrinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, təqdim etdiyim ərizəyə əsasən ekspertiza tərəfindən LOR müayinəsi aparılmamışdır. O, həkim Cavabdeh1 tərəfindən iki dəfə əməliyyat olunmuşdur. Hər iki əməliyyat uğursuz keçmişdir. Bununla əlaqədar keçirilən ekspertiza ilə razılaşılmalı hal mövcud deyil. Burada bir sual yaranır ki, əgər birinci əməliyyat uğurlu keçmişdirsə, nəyə görə ikinci əməliyyatı keçirmişlər. Hər iki əməliyyatdan sonra təkrar olaraq burun əməliyyatı keçirmişdir. Əsas problemlər birinci əməliyyatdan sonra olmuşdur. İkinci əməliyyat birinci əməliyyatdakı nöqsanları aradan qaldırmaq üçün olmuşdur. Tibb qaydalarına düzgün riayət olunmamışdır. Ona görə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Burnunun bir tərəfi düzəlmiş, digər tərəfində yəni kosmetik problemləri də düzəlməlidir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirdi ki, hazırda məhkəmə təqdim edilən sübutları qəbul etmir. Həmin sənədləri hazırlıq mərhələsində təqdim etməli idi. Eyni zamanda təqdim edilən sənədə münasibət olaraq bildirir ki, iddiaçı mütəxəssis həkim ilə kobud rəftar etdiyindən həkim tərəfindən qəbul edilməmişdir. Hesab edir ki, iddia əsassızdır. Həmçinin, bildirir ki, hazırkı iş üzrə təqdim olunan iş materiallarından da görünür ki, ilkin olaraq iddiaçı öz hüquqlarından istifadə edərək, Binəqədi rayon Prokurorluğuna müraciət etmiş və həmin araşdırma zamanı əməliyyatın uğursuz olması ilə bağlı ekspertiza təyin olunmuşdur. Ekspert qarşısında 10 sual qoyulmuş, iddiaçının həkimlərə qarşı iradları həmin suallarda əks olunmuş və həmin suallara cavablar alınmışdır. Həmin ekspert rəyinin nəticə hissəsində iddiaçının xeyrinə, iddiaçının iddia tələbini əsaslandıran və təmin etdirməyə imkan verən hər hansı cavab verilməmişdir. Eyni zamanda həmin dövrdə Binəqədi rayon Prokurorluğunda iş üzrə araşdırma aparan vəzifəli şəxs bu işdə hər hansı hüquq pozuntusunun olmaması ilə bağlı qərar qəbul etmişdir. Həmçinin iddiaçı öz hüquqlarından istifadə edərək həmin qərardan Binəqədi rayon Məhkəməsinə şikayət etmiş, lakin təmin olunmamışdır. İddiaçı eyni sübutları məhkəməyə təqdim edərək, ona dəymiş ziyanın yəni 5600 manat məbləğində ziyanın tutulmasını xahiş edir. Hesab edir ki, qanunvericiliyə əsasən bütün sübutlar eyni hüquqlu qüvvəyə malikdir. Hər hansı sübutun digər sübutlardan üstünlük hüququ yoxdur. Lakin hazırki iş üzrə daha önəmli, daha mötəbər sübut kimi məhkəmə mülki iş üzrə keçirilmiş komission ekspertizasının 05 may 2021-ci il tarixli rəyini nəzərə almalıdır. Həmin rəydə müəyyən olunmuşdur ki, iddiaçıya hər hansı ziyan yetirilməmiş və onunla aparılmış tibbi əməliyyatlar səhiyyənin qüvvədə olan təminat qaydalarına uyğun olmuşdur. Bu nöqteyi nəzərdən hər hansı əməliyyat aparan həkimə və ya onunla əməliyyatda iştirak edən köməkçiyə qarşı iddiaçının hüququ olsa da, iddia tələbinin təmin olunmasına əsas vermir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etdi. Hazırkı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 məhkəməyə gəlməmişlər. Məhkəmə işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Binəqədi rayon prokurorluğunun xx.xx.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd eidlməsi” haqqında qərarının surətindən görünür ki, C-73 nömrəli material üzrə Cavabdeh1 və Fuad Nəbiyevib əməlində cinayət tərkibi olmaması əsasına görə cinayət işinin başlanması rədd edilmişdir. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2691/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər X5 və “Vitamed” Tibb Mərkəzinə qarşı tibbi əməliyyatına görə ödənilmiş 1600 manat məbləğində pulun və çəkdiyi əziyyətin təzminatı olaraq 3000 manat məbləğində pulun X3 və "Vitamed” Tibbi Mərkəzindən tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1680/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməyərək, hazırkı iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2691/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X6” X10 504/KEŞ saylı ekspert rəyinin surətindən görünür ki, 1. İddiaçı aparılmış müayinələr təyin edilmiş diaqnoza uyğun olmuşdur. 2. “HB Güvən” Klinikasında İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, xx.xx.2019-cu il tarixdə klinikaya daxil olmuş və aparılmış müvafiq müayinələr əsasında ona “Septum duriasiyası, burnun deformasiyası, konxo hipertrofiyası”diaqnozu düzgün təyin edilmişdir. 3. Təyin edilmiş diaqnoza uyğun olaraq xx.xx.2019-cu il tarixdə İddiaçı üzərində “Rinoseptoplastika. Bilateral alt konxa qismi kiçildilməsi” cərrahiyyə əməliyyatı icra edilmiş, əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş və xx.xx.2019-cu il tarixdə xəstə kafi vəziyyətdə evə yazılmışdır. “Vitamed” Klinikasında İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, xx.xx.2020-ci il tarixdə klinikaya daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Burun çəpəri əyriliyi” diaqnozu təyin edilmiş və üzərində “Septoplastika” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş və xx.xx.2020-ci il tarixdə xəstə kafi vəziyyətdə evə yazılmışdır. İddiaçı üzərində icra edilmiş əməliyyatlar taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. 4. İddiaçı aparılmış müalicələr təyin edilmiş diaqnoza uyğun olmuşdur. 5.7. İddiaçı göstərilmiş tibbi yardımlar onun vəziyyətinə uyğun olmuşdur. 6. Tibbi manipulyasiyalar zamanı sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərə alınmır. 8. İddiaçı mütəxəssis müayinəsi zamanı onda icra edilmiş cərrahiyyə əməliyyatından sonra hazırki dövrdə burun sümüyünün yonulduğu, lakin kosmetik deformasiya yaratmadığı müəyyən edilmişdir. Bu cür əməliyyatlarda xəstə icra edilmiş cərrahiyyə əməliyyatının nəticəsindən kosmetik olaraq narazı olduğu zaman üzün sefolometrik ölçülərinə uyğun olaraq korreksiya edilə bilər. 9.10. İddiaçı göstərilmiş tibbi xidmət Səhiyyə sistemində qüvvədə olan mövcud təlimat qaydalarına uyğun olmuşdur. - “Vitamed” Tibbi Mərkəzinin baş həkimi F.Hacıyev və müalicə həkimi E.Ələkbərova tərəfindən imzalanmış ******* No-li xəstəlik tarixindən çıxarış-epikrizdən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə klinikaya daxil olmuşdur. Kliniki diaqnoz: Burun çəpəri əyriliyi. Teztez tənəffüz çətinləşməsindən şikayət edir. Xəstənin deməsinə görə özünü uzun müddətdir ki, xəstə hesab edir. Xəstə üzərində Septoplastika cərrahi əməliyyatı icra edildi. Ağırlaşmalar olmayıb. Müalicəni təyinat üzrə davam etdirmək məsləhət görülmüşdür. - xx.xx.2021-ci il tarixli məsləhət vərəqinin kserosurətlərindən görünür ki, İddiaçı burun çəpərində əməliyyatdan sonrakı sinexiya və digər qüsurlar müəyyən edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X6” X10 xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, vətəndaş İddiaçı barəsində onu müayinə və müalicə etmiş tibb işçilərinin peşə fəaliyyətilə bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən təyin edilmiş komisyon məhkəmə-tibb ekspertizası “MTE və PAB” phş-nin Komisyon ekspertizalar şöbəsində aparılarkən ekspert tərəfindən ona həkimotolorinqoloqun müayinəsindən keçəməsi üçün ATU-nun LOR kafedrasının assistenti, t.e.n. Ayaz Qasımovun adına göndəriş verilmişdir. Lakin araşdırma zamanı izahatı alınmış, həmin komisyon ekspertizanın aparılmasında iştirak etmiş şöbə rəisi Cavid Cahangirli yazdığı izahatında göstərmişdir ki, vətəndaş İddiaçı məhkəmə-tibbi ekspertiza müayinəsindən keçirildikdən sonra ATU-nun həkim-assistenti Ayaz Qasımovun müayinəsinə göndərilərkən, o, A.Qasımovla kobud rəltar etdiyindən həkim onun müayinəsindən imtina etməli olmuşdur. Ona görə də, ekspert tərəfindən İddiaçı “Qələndər” Klinikasının plastik-rekonstruktiv cərrahı, t.e.d., professor Vaqif Qələndərlinin müayinəsinə göndərilmişdir. İddiaçı adına tərtib edilmiş tibbi sənədlərə, iş materiallarına, onun özünün məhkəmə-tibbi və həkim-mütəxəssis müayinələrinə əsasən ekspertlər komissiyası tərəfindən xx.xx.2021-ci il tarixdə ekspertiza başa çatdırılmış və buna dair, qüvvədə olan əsasnamə və təlimatlara uyğun elmi əsaslı Ekspert rəyi tərtib olunub, aidiyyəti üzrə müstəntiqə göndərilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “C.N.İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair” 24 iyul 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun qanuni qüvvəyə minmiş məhkəmə aktlarının preyudisiallığı ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, preyudisiallıq institutu yalnız işdə iştirak edən şəxslərə aid olmaqla, onlar tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların başqa məhkəmə prosesində mübahisələndirilməsini istisna edir. Sonrakı işdə iştirak edən şəxslərdən biri artıq qanuni qüvvəyə minmiş qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak edən şəxs olmamışdırsa, bu zaman həmin qətnamənin müəyyən etdiyi faktlar onun üçün preyudisial əhəmiyyətə malik deyildir və o, belə faktların məhkəmə qaydasında sübut edilməsini tələb edə bilər (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli və G.Əhmədovanın şikayəti üzrə 2019-cu il 24 iyul tarixli Qərarlar). Məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2691/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixdə “HB Güvən" klinikasında Cavabdeh1 və Fuad Nəbiyev tərəfindən iddiaçının üzərində “Rinoseptoplastika. Bilaterial alt konxa qismin kiçildilməsi” cərrahiyyə əməliyyatı icra edilmiş, əməliyyatdan sonakı dövr fəsadsız keçmiş və xx.xx.2019-cu il tarixdə iddiaçı kafi vəziyyətdə evə yazılmışdır. İddiaçı nəfəsalmada daha da çətinlik yaranması ilə bağlı həmin həkimlərə müraciət etmiş, xx.xx.2020-ci il tarixdə “Vitamed” Tibb mərkəzində aparılmış müvafiq müayinələrdən sonra iddiaçıya “Burun çəpəri əyriliyi” diaqnozu təyin edilmiş, diaqnoza uyğun olaraq Cavabdeh1 tərəfindən “Septoplastika” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonrarkı dövr fəsadsız keçmiş və xx.xx.2020-ci il tarixdə iddiaçı kafi vəziyyətdə evə buraxılmışdır. Bunda sonra iddiaçı cavabdehlər X5 və “Vitamed” Tibb Mərkəzinə qarşı tibbi əməliyyatına görə ödənilmiş 1600 manat məbləğində pulun və çəkdiyi əziyyətin təzminatı olaraq 3000 manat məbləğində pulun X3 və "Vitamed” Tibbi Mərkəzindən tutularaq ona dənilməsi barədə iddia ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin adıçəkilən qətnaməsi ilə onun iddiası təmin edilməmişdir. Hazırda isə iddiaçı ilk əməliyyat üçün ödədiyi 1000 manatın, ikinci əməliyyat üçün ödədiyi 300 manatın, dərmanlara ödənilmiş 300 manatın və təkrar əməliyyat edilməsi üçün tələb olunan 4000 manatın, ümumilikdə 5600 manat pulun xeyrinə ödənilməsi ilə bağlı iddia qaldırmışdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh Məmmədova Gülər həm xx.xx.2019-cu il tarixdə “HB Güvən" klinikasında, həm də xx.xx.2020-ci il tarixdə “Vitamed” Tibb mərkəzində əməliyyatları icra etmişdir. “Vitamed” Tibb mərkəzinə qarşı qaldırılmış iddia üzrə hazırda qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Məhkəmə tərəfindən həmçinin, "xxxx" MMC cavabdeh kimi cəlb edilmişdir. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun: 57-ci maddəsinə əsasən vətəndaşların sağlamlığına zərər vurulduqda təqsirkar şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada və həcmdə ziyanı ödəməyə borcludurlar. 59-cu maddəsinə əsasən tibb və əczaçılıq işçilər öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanuna uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. 1118.1-ci maddəsinə əsaəsn fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Məhkəmə qeyd edir ki, daha əvvəl iddiaçının müraciəti əsasında araşdırmalar aparılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X6” X10 504/KEŞ saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı aparılmış müayinələr təyin edilmiş diaqnoza uyğun olmuşdur. “HB Güvən” Klinikasında İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, xx.xx.2019-cu il tarixdə klinikaya daxil olmuş və aparılmış müvafiq müayinələr əsasında ona “Septum duriasiyası, burnun deformasiyası, konxo hipertrofiyası”diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq xx.xx.2019-cu il tarixdə İddiaçı üzərində “Rinoseptoplastika. Bilateral alt konxa qismi kiçildilməsi” cərrahiyyə əməliyyatı icra edilmiş, əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş və xx.xx.2019-cu il tarixdə xəstə kafi vəziyyətdə evə yazılmışdır. “Vitamed” Klinikasında İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, xx.xx.2020-ci il tarixdə klinikaya daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Burun çəpəri əyriliyi” diaqnozu təyin edilmiş və üzərində “Septoplastika” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş və xx.xx.2020-ci il tarixdə xəstə kafi vəziyyətdə evə yazılmışdır. İddiaçı üzərində icra edilmiş əməliyyatlar taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. İddiaçı aparılmış müalicələr təyin edilmiş diaqnoza uyğun olmuşdur. İddiaçı göstərilmiş tibbi yardımlar onun vəziyyətinə uyğun olmuşdur. Tibbi manipulyasiyalar zamanı sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərə alınmır. İddiaçı mütəxəssis müayinəsi zamanı onda icra edilmiş cərrahiyyə əməliyyatından sonra hazırki dövrdə burun sümüyünün yonulduğu, lakin kosmetik deformasiya yaratmadığı müəyyən edilmişdir. Bu cür əməliyyatlarda xəstə icra edilmiş cərrahiyyə əməliyyatının nəticəsindən kosmetik olaraq narazı olduğu zaman üzün sefolometrik ölçülərinə uyğun olaraq korreksiya edilə bilər. İddiaçı göstərilmiş tibbi xidmət Səhiyyə sistemində qüvvədə olan mövcud təlimat qaydalarına uyğun olmuşdur. Göründüyü kimi, həmin ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının üzərində icra edilmiş əmliyyatlar taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmiş, iddiaçıya aparılmış müalicələr təyin edilmiş diaqnoza uyğun olmuşdur. İddiaçıya göstərilmiş tibbi yardımlar onun vəziyyətinə və göstərilmiş tibbi xidmət Səhiyyə sistemində qüvvədə olan mövcud təlimat qaydalarına uyğun olmuşdur. İddiaçı üzərində aparılmış əməliyyatların nöqsanlarla icra edilməsi halı öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı məhkəmə araşdırması zamanı müəyyən edilmiş halları təkzib edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia tələbini qeyd olunan hallara münasibətdə, onun üzərində icra edilmiş əməliyatların düzgün icra edilməməsi halını sübut edə bilməmiş və onun iddia ərizəsində göstərdiyi faktlar öz təsdiqini tapmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, Binəqədi rayon prokurorluğunun müstəntiqi 1 dərəcəli hüquqşünas X4 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla müəyyən edilir ki, İddiaçı burun əməliyyatının uğursuz olması ilə bağlı şikayət etmiş, Fuad Nəbiyev və Cavabdeh1 ona vurduqları 4600 manat maddi ziyanın, yəni 1600 manat ödədiyi əməliyyat pulun və 3000 manat isə mənəvi ziyanın ödəmələrini tələb etmişdir. İddiaçı müayinəsi, hər iki əməliyyatı və müalicəsi düzgün aparılmışdır. Material üzrə Cavabdeh1 və Fuad Nəbiyevin əməlində cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 6(001)-134/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı Bakı şəhəri Binəqədi rayon prokurorluğunun müstəntiqi, 1 dərəcəli hüquqşünas X4 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsi barədə şikayətinin təmin edilməməsi qərara alınmışdır. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçı tələbində 300 manat məbləğində vəsaiti dərmanlara sərf edildiyini göstərsə də, bunu təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmiş, həmçinin onun üzərində icra edilmiş əməliyyatların nöqsanlarının aradan qaldırılması üçün təkrar əməliyyat edilməsini olduğunu və bunun üçün də 4000 manat pul tələb olunduğunu qeyd etsə də, tələb olunan məbləğ əsaslandırılmamışdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 cəlb edilməklə cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobil AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunduğu kimi, iddiaçı müharibə veteranıdır və qanunvericiliyin tələbinə əsasən müharibə veteranları məhkəməyə verilən iddialar üzrə dövlət rüsumunu ödəməkdən azaddırlar. Belə olan halda, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. MPM-in: 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 cəlb edilməklə cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-2791/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2791/2022
16.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver