Məhkəmə qərarları › İş №2(007)-2792/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2792/2022

14.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2792/2022 14.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin təmin edilməsi, cavabdehlərin hər ikisi, Cavabdeh1 və Cavabdeh2 22000 manat məbləğində pulun, ona qarşı vurduqları maddi və mənəvi zərərin əvəzi olaraq 10.000 manat məbləğində pulun, 187 manat məbləğində dövlət rüsumunun ödənilməsi və ümumilikdə 32187 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, ərizə ilə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət edərək həmkəndlisi Cavabdeh1 və Abşeron DSMF-nin pensiya şöbəsinin müdürü işləmiş Cavabdeh2 onun hesabında toplanmış təqaüdü olan 22.000 manat məbləğində pulunun aldatma yolu ilə ələ keçirilmələrini göstərməklə sonuncular barəsində qanunamüvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Belə ki, o, izahatında bildirmişdir ki, uzun illər ədliyyə orqanlarında müxtəlif vəzifələrdə çalışmış, xx.xx.2013-cü il tarixdə təqaüdə çıxdıqdan sonra hesabında yığılmış 100.000 manat pulu ala bilmək üçün dəfələrlə aidiyyəti qurumlara müraciət etməyinə baxmayaraq həmin məbləği ala bilməmişdir. 2015-ci ilin yay aylarında həmkəndlisi Cavabdeh1 həmin məbləğin 50% müqabilində ona köməklik edə bilcəyini bildirmiş, o, isə sonuncu ilə 35%-ə razılaşmışdır. Hicran onu Xətai rayon DSMF-də işləyən Abşeron DSMF-nin pensiya şöbəsinin müdiri İkramla tanış etmiş, xx.xx.2015-ci ildə təqaüd kartına 17.500 manat pul köçürülmüş, həmin puldan ona 6.500 manat verilmiş, 11.000 manatı İkram və Hicran tərəfindən götürülmüşdür. O, buna etiraz etmişdir. Həmin vaxtlar müəyyən şəxslərə borcunun olduğundan razılaşmışdır. xx.xx.2015-ci ildə onun hesabına yenidən 17.500 manat köçürülmüş, yenə də həmin məbləğin 11.000 manatı İkram və Hicran tərəfindən götürülmüş, sonuncular ona avqust ayına qədər gözləməyini məsləhət görmüşlər. 2015-ci ilin avqust ayında onun hesabına 1000 manat pul köçürmüşlər. Həmin vaxt onun borclu olduğu şəxslər Hicranın onu aldatdıqlarını bildrmişlər. O, Hicranla birlikdə İkramın iş yerinə getmiş, İkram artıq Nizami rayon DSMF-də işləyirdi. İkram ona pulunun ona növbəti ay vurulacağını bildirmişdir. Sentyabr-oktyabr ayında ona təqaüddən əlavə pul vurulmamışdır. O, Hicranla birlikdə İkramın yanına getmiş, borclu olduğu şəxslərin məsləhəti ilə həmin görüşü telefona çəkmişdir. Çünki həmin şəxslərdə onun tərəfindən aldanıldıqlarını, pullarının alınıb onlara verilmədiklərini düşünmüşlər. Həmçinin bank işçiləri də digər tərəfdən borcun ödənilməsini tələb edirdi. O, dəfələrlə Hicran və İkramla görüşmüş, aralarında olan razılığa əsasən ona çatan təqaüdün məbləğinin yarısından çoxunun özümə verilməli olduğunu, pulu götürdüklərini, onu isə banklarla üz-üzə qoyduqlarını bildirmişdir. Lakin həmin vaxtdan hazırki vaxta kimi İkram onun pulunu verməmişdir. o, Abşeron DSMF-nin pensiya şöbəsinin rəisi vəzifəsində işləmiş, İkram adlı şəxsi əvvəllər tanımamış, onu həmkəndlisi Cavabdeh1 vasitəçiliyi ilə tanımışdır. Dövlət tərəfindən ona ödəniləcək təqaüd məbləği ödənilmiş, lakin həmin məbləğin 22.000 manatı İkram və həmkəndlisi Cavabdeh1 tərəfindən sui-istifadə edilməklə ələ keçirilmişdir. O, ilkin aldığı təqaüdü həmkəndlisi Cavabdeh1 Abşeron rayonu, Masazır qəsəbəsində vermiş, buna dair Cavabdeh1 imzalı kağız almış, həmin pulları Hicran İkrama vercəyini bildirmişdir. İddiaçı müalicəyə ehtiyacının olduğunu bildirməklə tələbinin pulunun Hicran və İkramdan alınıb ona verilməsindən ibarət olduğunu göstərmişdir. Həmçinin araşdırma zamanı izahatı alınmış Cavabdeh1 Müseyb oğlu vermiş olduğu izahatinda bildirmişdir ki, o ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır, uzun illər ədliyyə orqanlarında müxtəlif vəzifələrində işləmiş, 2017-ci ildə təqaüdə çıxmışdır. Onun izahatında verdiyi məlumatların yalan olduğunu demiş və ona müxtəlif vaxtlarda verilmiş ümumi 22.000 manat məbləğində pulun özü tərəfindən şəxsən imzalandığını izahatında etiraf etmiş, guya spritli içkili vəziyyətdə imza çəkdiyini deyərək xatırlamadığını bildirmişdir., Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət edərək ona dəymiş 22.000 manat maddi zərərə görə Cavabdeh1 və Cavabdeh2 cinayət məsuliyyətinə cəlb eilməsini xahiş etmiş, Abşeron rayonu, Xırdalan, şəhəri, Abşeron RPİ-nin İstintaq şöbəsinin onun müraciəti əsasında toplanılmış xx.xx.2021-ci il tarixli HK-1/6969 nömrəli materialları nəzərdən keçirib xx.xx.2022-ci il tarixli qərarı ilə cinayət işininin başlanılması rədd edilmişdir. Yuxarıda qeyd edilən qanun pozuntularından irəli gələrək öz konstitusion hüquqlarının təmin edilməsi və bərpası eləcə də ədalətli qərar qəbul edilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh1 məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək iddianı qəbul etmədiyini bildirdi və ona qarşı qaldırılan iddia üzrə iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahta verdi və iddianın təmin edilməsini xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, cavabdehlər onu aldatmış, əmək pensiyasının alınmasında köməklik göstərilməsini deyib onun 22 min manat pulunu almış, lakin heç nə etməmişlər. O, birbaşa İkrama deyil, Hicrana pul vermişdir. O, bununla bağlı cavabdeh İkramın yanına getmiş, o da ona qohumlarının onu aldatdığını, onun işini düzəldən şəxsin bacanağının general olduğunu, onun da müharibə veteranı kimi ortada qaldığını demişdir. Pulu almaları barədə Hicran tərəfindən yazılı olaraq sənədə imza edilmişdir. Lakin, o deyir ki, kağıza imza atarkən içkili vəziyyətdə olmuşdur. Ona bir kişi demişdir ki, bunların səsini yaz, o da videoçəkiliş etmişdir. İş materialında olan CD diskə baxış keçirilərkən də görünür ki, cavabdehlər onu aldatmışlar. O, uzun müddət qohum olduqları, Səlim Müslümov hakimiyətdə olduğundan qorxduğu üçün şikayət etməmiş, o hakimiyyətdən gedəndən sonra televizorda şikayəti olanların şikayət etmələri deyilmiş və o da şikayət etmişdir. O, əvvəlcə X1 müraciət etmiş, orada Eldəniz Əsgərov adında müstəntiq 1 il onun işini uzatmışdır. O, polisə müraciət etdikdə cinayət işinin başlanması birinci dəfə rədd edilmiş, ikinci dəfə təsdiq olunsa da, cinayət işi açılmamışdır. O, nazir Sahil Babayevin qəbulunda olmuş, ona teleqram da vurmuş, amma ona cavab yazmamışlar. O, cavabdehlər tərəfindən pulun ödənilməsinə münasibətdə qeyd edir ki, əgər cavabdehlər onun pulunu götürməmişdirsə bəs onda o, polisə şikayət verdikdən sonra Hicran nə üçün ona 6500 manat vermişdir. Onlar ilk vaxtlar 100 min manatın 50000 manatının ona verilməsini, 50000 manatın isə cavabdehlərin götürməsinə razılaşmışlar. 2015-ci ildə onun müxtəlif şəxslərə borcları olmuş, o da cavabdehlərlə pulun həmin vaxt veriləcəyi, nəticədə həmin borclarını ödəyəcəyi barədə danışıqlar aparmışdır. Lakin, cavabdehlər buna əməl etməmişdir. Onlar tərəfindən pul Ali Məhkəmənin qərarından sonra, yəni 2019-cu ildə ona verilmişdir. 2015-ci ildə banka 17500 pul vurulmuş, 11000 manatı onlar götürüb, 6500 manatı ona vermişlər. Daha sonra yenə 17500 manat vurulmuş, 11000 manat məbləği yenə onlar götürmüş, 6500 manatı ona vermişlər, yəni kartına bir ayın içində 35000 manat pul vurulmuşdur. O da niyə pulu belə verdiklərini soruşanda əvvəlcə yuxarıları razı salmalı olduqlarını demişlər, o da razılaşmışdır. Sonra onu aldatdıqlarını öyrənmişdir. Aldatmanı da təsdiq edən bankdan çıxarış da var. Onun pensiyası 2000 manat olduğu halda ona 2015-ci ilin 8-ci ayında 1000 manat pul vurmuşlar, o gedib maraqlananda isə cavabdehlər ona 17500 manat vurduqlarını demişlər. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etmədiyini bildirdi və iddianın təmin edilməməsini və mülki işə iddia müddətinin tətbiq edilməsini xahiş etdi. O əlavə olaraq qeyd etdi ki, iddiaçının dediklərinin hamısı yalandır. İddiaçı özü 100 min manatı aldığını, çıxardığını demişdir. İddiaçının işində problem yaranıbsa, iddiaçı nə üçün 7 ildən sonra yenidən onun səs yazısını yazır, əgər iddiaçının əlində məhkəmənin qərarı varsa, hansı orqan kağız veribsə ona müraciət etsin. O özü də təqaüdə çıxmış, qanun çıxmış, 2 faiz idisə bir faizini kəsmişlər və bununla əlaqədar onun da pensiyasında problem yaranmışdır. O da gedib sosialda ərizə yazaraq araşdırılmasını və düzgün qərar verilməsini bildirmiş, sonradan ona məktub gəlmişdir ki, narahatçılıq yoxdur, anlaşılmazlıq olmuş, hansı ki, bir faiz söhbəti hər ay pensiyasına vurulacaq. İddiaçı sosiala müraciət edib, sənəd alıb? Əgər alıbsa onunla nə işi var. İddiaçı 100 min manat almalı idisə, həmin məbləği də almışdır. O kimdir ki, Bəbirin pensiya məsələsini həll etsin, sosiala heç kəs müdaxilə edə bilməz. 6500 manat pulun bu pula aidiyyəti yoxdur. Bəbir gedib-gəlirdi, onu bütün günü polisə çağırırdılar. O, Bəbirə 5500 manat pul vermişdir, o pulun da bu məsələyə aidiyyəti yoxdur. O, həmçinin bildirdi ki, onlar qohum olmuşlar, Bəbir qardaşının qaynıdır. Digər Cavabdeh2 sosialda işləyirdi, onun maşını olduğu üçün iddiaçını avtomobili ilə aparmışdır. İddiaçı 17 min manatı çıxarıb ona verdiyi üçün özünün pis vəziyyətdə olduğunu deyir, iddiaçı pis vəziyyətdə idisə nə üçün pulu çıxarıb ona verirdi. 2015-ci ildə ona zəng etmişdir ki, səs yazıları var və iddiaçı 2015-ci ildən bu günə kimi nə üçün gedib şikayət etmirdi? Bu məsələ bu gün ona görə ortaya çıxmışdır ki, 3 il bundan əvvəl yeznəsi rəhmətə gedəndə onun qardaşı Bəbirin yanında oturmasını demiş, o, Bəbirin yanında oturanda Bəbir ona söz atmış, o da Bəbirlə 2015-ci ildən qurtardığını demişdir. Onun qardaşı ilə Bəbirin bacısı olan yoldaşı arasında soyuq münasibət olmuşdur. İddiaçı ona 22 min manat pul verilməmişdir. Əgər veribsə bunu sübut etsin. Onun tərəfindən iddiaçıya verilən pulun bu məsələyə heç bir aidiyyəti yoxdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, həmin cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh2 iddianı qəbul etmədiyini bildirmiş və iddianın təmin edilməməsini xahiş etmişdir. O əlavə olaraq qeyd etmişdir ki, 1995-ci ildən sosial müdafiədə işləmişdir. İddiaçı yalan danışır. 2015-ci ilin may-iyun aylarında 2 nəfər gəlmişdir. Bunlardan biri Hicran müəlim formada olmuş, sonradan onun Ədliyyədə işlədiyini bilmişdir. Hicran müəllim ona demişdir ki, Bəbir onun yaxın qohumudur, pensiyasını ala bilmir, imkan daxilində ona köməklik et, evi girovdadır, borcları çoxdur, vəziyyəti pisdir. O da istiqamət vermiş, onlar da sənədləri gətirib təqdim etmişlər, ödəniş vaxtı 2015-ci ilin iyun ayında onun iş yerini Nizami rayonuna dəyişmişdirlər. Əvvəllər vəsait o qədər qıt deyildi, alınmamış məbləği ödəmək olurdu. İddiaçının qeyd etdiyi 17500 manat məsələsi düzdür. Sonradan pensiyaların ödənilməsində problemlər yaradığına görə dövlət sosial müdafiə fondunun kollegiyasının qərarına əsasən, əgər vətəndaşın aylığı nə qədərdirsə, keçmiş dövrdən o qədər məbləğ verirdilər. Əgər səhv etmirsə iddiaçının pensiyası 2000 manat olmuş, deyəsən 2000 manat da əlavə vermişdirlər, sonra pensiyada yubanma olmuş, iddiaçı əlində siyahı ilə gəlib onun borcu olduğunu və borcu verməli olduğunu, ona hörmət edəcəyini, çörək yeməyə getmələrini demiş, o da ehtiyac olmadığını demişdir. İddiaçının pensiyası aybaay bölünmüş, arada pensiya gecikəndə iddiaçı ona gecikdiyi üçün zəng etmişdir. O da hamının pensiyasının gecikdiyini demişdir. Ondan sonra o, bunları görməmişdir. İddiaçı onu iki ildir ki, bezdirmişdir. Ona heç kəs heç bir manat da verməmişdir. Sonra onu müstəntiq prokurorluğa çağırmış, o da həmin diskə baxmış, müstəntiq ondan bu barədə soruşanda o da dövlət sosial fonduna gündə 100 nəfər qoca gəldiyini, onu haradan tanıya biləcəyini, əgər onun bir cinayəti varsa Bəbir gəlib desin ki, ona pul verib o da boynuna almasa adam deyildir, bu adam ona heç nə verməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar üzrə İddiaçı izahatında bildirmişdir ki, xx.xx.2015-ci ildə onun təqaüd kartına 17500 manat pul köçürülmüş, həmin puldan ona 6500 manat verilmiş, 11000 manat pul İkram və Hicran tərəfindən götürülmüşdür. O, buna etiraz etmişdir. xx.xx.2015-ci ildə onun hesabına yenidən 17500 manat köçürülmüş, yenə də həmin məbləğin 11000 manatı İkram və Hicran tərəfindən götürülmüş, sonuncular ona avqust ayına qədər gözləməyini məsləhət görmüşlər. 2015-ci ilin avqust ayında onun hesabına 1000 manat pul köçürmüşlər. İzahatı alınmış Cavabdeh1 Bəbirin şikayət ərizəsində və izahatında qeyd etdiklərinin yalan olduğunu, Bəbirdən pul almadığını, onun Bəbirin təqaüdündən pul çıxılması məsələsindən ümumiyyətlə məlumatı olmadığından, İddiaçı ayrı-ayrı vaxtlarda ona ümumi olaraq 22000 manat pul verməsi barədə kağız parçasının surətində olan imzanın ona məxsus olmasını, lakin hansı vəziyyətdə həmin imzanın çəkilməsindən xəbəri olmadığını, ola bilsin ki, spirtli içki qəbul etdiyi zaman kimsə tərəfindən çəkdirildiyini, qeyd olunan kağızda olan yazıların həqiqəti əks etdirmədiyini, Bəbirin ayrı-ayrı şəxslərə borcunun olduğunu qeyd etmişdir. Cavabdeh2 isə izahatında 2020-ci il tarixdə Bəbirin ona zəng edərək pulunu qaytarmalarını bildirmiş, o da Bəbirə ondan hər hansı məbləğdə pul almadığını bildimiş, pulu kimdən aldığını soruşanda Bəbir pulu kəndlisi Cavabdeh1 verdiyini, onda nömrəsi olmadığı üçün zəng edib bu məsələni aydınlaşdırmadığını bildirmiş və bundan sonra ona zəng etməmişdir. Həmin iş üzrə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı təqaüdə çıxdıqdan sonra hesabında yığılmış 100000 manat pulu almaq üçün 2015-ci ildə qohumu Cavabdeh1 vasitəsi ilə həmin vaxtlar Abşeron DSMF-nin pensiya idarəsinin şöbə müdiri işləmiş Cavabdeh2 müraciət etmiş, sonuncu İddiaçı təqaüdün hesaba köçürülməsi ilə bağlı müvafiq izah verməklə köməklik edəcəyini bildirmiş, müəyyən müddətdən sonra İddiaçı təqaüd kartına hesabda yığılmış pullar hissə-hissə köçürülməyə başlanılmışdır. Araşdırma zamanı 2015-ci ildə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə fondunun Abşeron rayon şöbəsinin pensiya şöbəsinin müdiri işləmiş, Cavabdeh2 və qohumu Cavabdeh1 onun 22000 manat təqaüd pulunu aldatma yolu ilə ələ keçirmələri barədə İddiaçı izahatında və müraciətində göstərilən xüsusatlar öz təsdiqini tapmamışdır, Buna görə də toplanmış material üzrə cinayət işinin başlanması AR CPM-in 39.1.1-ci maddəsi, yəni cinayət hadisəsi olmaması əsası ilə rədd edilmişdir. Eyni zamanda xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda qeyd edilmişdir ki, İddiaçı Hatəm oğlu etmiş olduğu müraciətində və izahatında Cavabdeh2 və Cavabdeh1 onun 22000 manat pulunu ələ keçirdiyini bildirsə də, bu hal onun öz izahatında başqa digər istintaq sənədləri ilə sübuta yetirilməmişdir. Cavabdeh2 və Cavabdeh1 izahatlarından görünür ki, İddiaçı yalnız bu iş barədə kömək etmiş, sonuncu ona təyin olunan pensiyanı özü şəxsən çıxarıb istifadə etmişdir. Lakin iş İddiaçı izahatında qeyd edildiyi kimi olsa belə Cavabdeh2 və Cavabdeh1 əməlində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin tərkib əlamətinin olması istisna olur. Çünki araşdırmaya İddiaçı Hatəm oğlu müraciəti tərəfindən baxıldıqda bir daha aydın olur ki, Cavabdeh2 və Cavabdeh1 İddiaçı ilə pensiyasının təmin olunması və qarşılığında onun 35%-nin, yəni, 35000 manatının alınması barədə razılaşmışlar. İddiaçı Hatəm oğlunun izahatından aydın olur ki, o, ona təyin olunmuş 100000 manat pensiyanı tam almışdır. Belə olduqda Cavabdeh2 və Cavabdeh1 verdikləri vədi yerinə yetirdikləri və bunun qarşılığında Bəbir Lətizadədən hətta 35000 deyil, 22000 aldıqları müəyyən olunur. Araşdırma zamanı bir daha müəyyən olmuşdur ki, Cavabdeh2 və Cavabdeh1 verdiklərə vədə əməl edərək İddiaçı 100000 manat pensiyasını almağa kömək edərək vasitəçilik etmişlər. Bundan başqa toplanmış materiala əlavə edilmiş xx.xx.2021-ci il tarixli qəbz və ərizədən, xx.xx.2021-ci il tarixli qəbzdən, xx.xx.2021-ci il tarixli ərizə və qəbzdən, xx.xx.2022-ci il tarixli ərizədən göründüyü kimi Hicran və İkram İddiaçı müəyyən qədər pul geri qaytarmışlar. Bununla da toplanmış materialda cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilməsi qərara alınmış, İddiaçı iddiası ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etməsi izah olunmuşdur. Həmçinin iddia ərizəsinə əlavə olunmuş Cavabdeh1 imzası ilə təsdiq olunmuş əlyazmanın surətindən görünür ki, 17500 manat olmaqla, cəmi 35000 manat məbləğin 6500 manat olmaqla cəmi 13000 manat məbləğ İddiaçı, iki dəfəyə 11000 manat məbləğ olmaqla, cəmi 22000 manat isə Cavabdeh1 verilmişdir. Məhkəmə Cavabdeh1 iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə münasibətdə bildirir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1 və 373-cü maddələrinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Tərəflər arasında pul münasibəti 2015-ci il tarixdə yaranmış, həmin vaxtdan sonra cavabdehlər tərəfindən ona pensiyasının ödəniləcəyi barədə vədlər verilmiş, iddiaçı onların vədlərinə inanaraq pensiya məbləğinin ona köçürüləcəyini gözləmiş, həmçinin bununla bağlı iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Abşeron rayon Şöbəsinə qarşı təminat xərcliyinə sonrakı artımlar, habelə prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən verilən iki aylıq əmək haqqı məbləğində pul təminatı və s. ödənişlər nəzərə alınmaqla pensiya ödənilməsinin cavabdehə həvalə edilməsi tələbi ilə məhkəməyə müraciət edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddiaçının tələbi təmin edilmişdir. Həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli qətnaməsi ilə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi də xx.xx.2017-ci il tarixli qərar ilə qüvvədə qalmışdır. Ali Məhkəmənin qərarından sonra 2019-cu ildə iddiaçıya ödənilməli olan pensiya məbləği onun hesabına köçürülmüşdür. İddiaçı cavabdehlərə müraciət edərək, pulunu tələb etmiş, eyni zamanda 2021-ci il və 2022-ci il tarixlərdə qanunamüvafiq tədbirlərin görülməsi üçün Abşeron Rayon Prokurorluğuna müraciət etmişdir. xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda həmin iş üzrə materiala əlavə edilmiş xx.xx.2021-ci il tarixli qəbz və ərizədən, xx.xx.2021-ci il tarixli qəbzdən, xx.xx.2021-ci il tarixli ərizə və qəbzdən, xx.xx.2022-ci il tarixli ərizədən göründüyü kimi Hicran və İkram İddiaçı müəyyən qədər pulun geri qaytarıldığı qeyd edilmişdir. Bu fakt isə özlüyündə cavabdehlərin 6500 manat məbləğində pul vəsaitinin iddiaçıya qaytarılmasına dair etiraf edici hərəkətləri kimi qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1 və 380.2-ci maddələrinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Eyni zamanda Mülki Məcəllənin 553.1.1-ci maddəsinə əsasən müddətin axımı mükəlləfiyyətli şəxs tələbi ixtiyarlı şəxsə hissə-hissə ödənişlərlə, faizlər ödəməklə, təminat verməklə və ya digər üsulla icra edirsə kəsilir. Göründüyü kimi, iddiaçı tərəfindən müxtəlif vaxtlarda məhkəmə və digər aidiyyəti orqanlara müraciət edildiyindən, yekun məhkəmə qərarı əsasında pul məbləği 2019-cu ildə onun hesabına ödənildiyindən, cavabdehlər tərəfindən müəyyən məbləğlər 2021-ci və 2022-ci illərdə ona geri qaytarıldığından iddiaçı tərəfindən iddia müddəti ötürülməmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Məhkəmə ilk öncə qeyd edir ki, Cavabdeh1 22000 manat, İddiaçı 13000 manat pul qəbul etmələri barədə olan yazılı əlyazmanın Cavabdeh1 tərəfindən imzalanması və iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş CD diskində görüntülənən şəxslərin və səslərin cavabdehlərə məxsus olması işin mübahisəsiz halıdır. Belə ki, Cavabdeh1 əlyazmadakı imzanın ona məxsus olmasını inkar etməmiş, həmçinin hər iki cavabdeh diskdəki həmin görüntülərin və səslərin onlara məxsus olmasına etiraz etməmişlər. Hazırda iddiaçı iddia qaldıraraq cavabdehlərdən 22000 manat məbləğində pulun tutulub ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbinin həmin hisssəsinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Mülki iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar üzrə müəyyən olmuşdur ki, Cavabdeh2 və Cavabdeh1 verdiklərə vədə əməl edərək İddiaçı 100000 manat pensiyasını almağa kömək edərək vasitəçilik etmişlər. Bundan başqa toplanmış materiala əlavə edilmiş xx.xx.2021-ci il tarixli qəbz və ərizədən, xx.xx.2021-ci il tarixli qəbzdən, xx.xx.2021-ci il tarixli ərizə və qəbzdən, xx.xx.2022-ci il tarixli ərizədən göründüyü kimi Hicran və İkram İddiaçı müəyyən qədər pul geri qaytarmışlar. Həm qeyd olunan qərada göstərilən, həm də məhkəməyə təqdim olunmuş Cavabdeh1 imzası ilə təsdiq olunmuş əlyazmanın surətindən görünür ki, hər biri 17500 manat olmaqla, cəmi 35000 manat məbləğin hər biri 6500 manat olmaqla, cəmi 13000 manat məbləğ İddiaçı, hər biri11000 manat məbləğ olmaqla, cəmi 22000 manat isə Cavabdeh1 verilmişdir. Bütün bu hallar isə cavabdehlər tərəfindən iddiaçının pulunu almalarını qəbul etdiklərinə, onların borcu etiraf etməsinə gətirib çıxarır. Həmçinin, iddiaçı tərəfindən də məhkəmə iclasında Cavabdeh1 ona 6500 manat ödədiyini bildirmişdir. Cavabdeh1 qaytarılmış 6500 manat məbləğin bu məsələyə aidiyyəti olmadığını, hər iki cavabdehin iddiaçıdan heç bir məbləğ almadıqlarını bildirsələr də, xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda Cavabdeh2 və Cavabdeh1 İddiaçı ilə pensiyasının təmin olunması və qarşılığında onun 35%-nin, yəni, 35000 manatının alınması barədə razılığa gəlmələri, həmin vəsitlərdən müəyyən qisminin iddiaçıya qaytarmaları müəyyən olunmuşdur. Məhkəmə həmçinin bildirir ki, iddia tələbi 3000 manatdan yuxarı olsa da, müqavilə yazılı formada bağlanmamış, tərəflər arasında şifahi formada razılaşma olmuşdur. Yəni, tərəflər MM-nin 740.2-ci maddəsinin qeyd olunan tələbinə riayət etməmişdirlər. Bununla belə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən iddiaçı tərəfindən həmin borc məbləğinin tələb edilməsi mümkündür. Belə ki, MM-nin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Hazırda mülki işə əlavə olunmuş materiallar və tərəflərin izahatları əsasında məhkəmə araşdırılması ilə cavabdehlərin iddiaçıdan 22000 manat pul alması və onun 6500 manat vəsaitinin qaytarılması öz təsdiqini tapdığından cavabdehlərdən iddiaçının xeyrinə 15500 manat vəsait tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə iddia tələbinin “cavabdehlərin hər ikisi, Cavabdeh1 və Cavabdeh2 ona qarşı vurduqları maddi və mənəvi zərərin əvəzi olaraq 10.000 manat məbləğində pulun ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı maddi və mənəvi zərərin ödənilməsi barədə iddia qaldırsa da, ona maddi və mənəvi zərər vurulmaya, habelə bu zərərlərin məhz cavabdehlərin təqsirli hərəkətləri nəticəsində yetirilməsinə dair məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Əlı̇ yev Hı̇ cran Müseyı̇ b oğlundan və Cavabdeh2 iddiaçı Fətı̇ zadə Bəbı̇ r Hətəm oğlunun xeyrinə 15500 (on beş min beş yüz) manat və dövlət rüsumuna görə ödənilmiş 187 manat vəsaitin əvəzi tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Əlı̇ yev Hı̇ cran Müseyı̇ b oğlundan və Cavabdeh2 Fətı̇ zadə Bəbı̇ r Hətəm oğlunun xeyrinə 15500 (on beş min beş yüz) manat və dövlət rüsumuna görə ödənilmiş 187 manat vəsaitin əvəzi tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar