Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2793/2025 14.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, Cavabdeh Xanəlı̇ yev Rüfət Əkbər oğlunun vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada 4871 manat və 70 manat dövlət rüsumunun, cəmi 4941 manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə, saat 19:00 radələrində özünə məxsus idarə etdiyi “Toyoto Prado” minik markalı ** OB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yaşadığı binanın yanında M.Şərifli küçəsi ilə R.Rüstəmov küçəsinin kəsişməsində park yerində saxlayaraq evinə getmiş, xx.xx.2025-ci il tarixdə saat 04:30 radələrində Cavabdeh1 idarə etdiyi “KİO” markalı 77DQ 750 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarının tələblərini pozaraq mülkiyyətində olan “Toyoto Prado” minik markalı ** OB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini vuraraq hadisə yerindən qaçmışdır. xx.xx.2025-ci il tarixdə saat 08:30 radələrində mülkiyyətində olan “Toyoto Prado” minik markalı ** OB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini vurulmuş vəziyyətdə gördükdən sonra Daxili İşlər Nazirliyinin 102 nömrəli çagrı mərkəzinə məlumat vermişdir. Polislər tərəfindən araşdırıldıqdan sonra hadisəni Cavabdeh1 idarə etdiyi “KİO” markalı ** DQ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə törətdiyi məlum olmuşdur. Hadisə ilə bağlı Bakı şəhəri DYPİ tərəfindən xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin protokol əsasında inzibati xəta haqqında işə baxılmış və xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 332.1-ci (Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmaclan idarə edilməsinə görə) maddəsi ilə 40 manat məbləğində inzibati cərimə olunmuşdur. Belə ki, araşdırma zamanı məlum olmuşdur ki, Cavabdeh1 idarə etdiyi “KİO” markalı 77DQ 750 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "Okean Avto 2011” MMC-nin mülkiyyətindədir və həmin avtomobilin icbari sığortası belə yoxdur. Bundan əlavə Cavabdeh1 oglu idarə etdiyi “KİO” markalı 77DQ 750 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə olmadan idarə edirmiş. "xxxx" MMC tərəfindən avtomobilin müayinəsi aparılmış və tərtib olunmuş qüsur aktına görə vurulmuş zərərin 4731 manat təşkil etdiyi müəyyən olunmuşdur. Avtomobil bu hadisəyədək zərbə görməmişdir, onun heç bir hissəsində rənginə belə əl dəyməmişdir, hadisə zamanı zərbə arxa təkər hissədən dəymiş, avtomobilin üz hissələri ilə yanaşı hərəkət hissələrinə də böyük zərbə dəymişdir. Bu da onun dəyərinin böyük məbləğdə aşağı düşməsinə səbəb olmuşdur. İlkin olaraq cavabdehlər ona məxsus olan “Toyoto Prado” minik markalı ** OB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini təmir etmələrinə söz verərək, səhəri günü xx.xx.2025-ci il tarixdə avtomobili parklanma yerindən evakuatorla götürərək təmir etdirmək ücün avtomobil ustasının yanına servisə aparacaqlar. Amma avtomobil 7 gün parking yerində qalmış və buna görə də ona 140 manat cərimə gəlmişdir. Ona dəymiş 4731 manat maddi zərər baş vermiş yol-nəqliyyat hadisəsində təqsirkar şəxs olan cavabdehlər Cavabdeh1 oglu və "xxxx" MMC tərəfindən ödənilməlidir, lakin, cavabdehlər vurduğu maddi zərəri ödəməkdən imtina edir. Onun avtomobilinə 4731 manatdan artıq zərər dəymişdir. İddia tələbinə qarşı etiraz: Cavabdeh2 MMC tərəfindən iddia tələbinə etiraz verilərək iddia tələbini onlara aid hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixində saat 04:30 radələrində Cavabdeh1 idarə etdiyi “KİA K7” markalı 77DQ750 dövlət qeydiyyat nişanlı avtomobili ilə onun mülkiyyətində olan “Toyota Prado” markalı 90OB808 dövlət qeydiyyat nişanlı avtomobili vuraraq hadisə yerindən qaçmışdır. Hadisə ilə bağlı Cavabdeh1 barəsində DYPİ tərəfindən xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında İXM-nin 327.1-ci və 332.1-ci (Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması hallan istisna olmaqla nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) maddəsi ilə 40 manat məbləğində inzibati cərimə olunması barədə protokol tərtib olunmuşdur. Göründüyü kimi İddiaçı özünün də qeyd etdiyi kimi YNH-nin günahkarı Cavabdeh1dur və o avtomobili Cavabdeh2 MMC-dən etibarnamə olmadan idarə etmişdir. Sözügedən avtomobil isə Cavabdeh2 MMC-nin mülkiyyətində deyil, X3 mülkiyyətindədir. Belə olan halda Cavabdeh2 MMC-nin cavabdeh kimi cəlb olunması absurddur. Tərəflərin izahatları: Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Vəkil iddia tələbinin qəbul etmədiklərini bildirərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, qiymətləndirmə hesabatında göstərilən zərər məbləği ilə razı deyillər. Həm hesabatda, həm də iddia tələbində göstərilən zərər məbləği həddən artıq çoxdur. Onlara görə iddiaçının avtomobilinə 500 manat civarında ziyan dəymişdir. MPM-ə əsasən rəyin nəzərə alınması məhkəmə tərəfindən məcburi deyildir. Cavabdeh avtomobilin mülkiyyətçisinin Elxan adlı şəxs olduğunu bilmişdir. Hadisə zamanı etibarnamənin müddəti 2-3 gün keçmiş, çünki cavabdeh həmin vaxt gedib yeni etibarnamə götürə bilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş İddiaçı və Cavabdeh2 MMC məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmiş və əlavə olaraq qeyd etmişdir ki, qiymətləndirmə hesabatında göstərilən zərər məbləği ilə razı deyildir. Həmin hesabatda, avtomobilinə dəymiş zərər məbləği az göstərilmişdir. Cavabdeh tərəf tərəfindən səs çıxmadığı üçün onun müraciəti əsasında “Toyota Servis” qiyməti çıxarıb ona vermişdir və istəyir ki, qiymət də oradan müəyyən edilsin. O, məhkəmə tərəfindən təyin edilmiş qiymətləndirmə üçün 650 manat ödəmişdir, lakin bununla bağlı qəbz də verməyiblər. O, bundan 2 gün sonra maşını “Toyoto Servis”in yüksək qiymətləndirməsini düşündüyü üçün başqa servisə aparmış və 3500 manat da həmin servis kağız vermişdir. Onun avtomobilinin bazar qiyməti də düşmüşdür. O, qanuni şəkildə avtodayanacaqda avtomobili saxlamış və evinə qalxmışdır. Bu zaman yol-nəqliyyat hadisəsi baş vermiş, cavabdeh içkili vəziyyətdə, yüksək sürətlə etibarnaməsiz avtomobili idarə edərək taksiyə oradan da avtomobilinə dəymişdir. Yol-nəqliyyat hadisəsi barədə Daxili İşlər Nazirliyi 102 xidməti zəng mərkəzinə məlumat vermiş, Baş Dövlət Yol Polisinə getmiş, ona avtomobilini vuran şəxsin qüsurlu olması bildirilmişdir. Cavabdeh avtomobili Cavabdeh2 MMC-dən müqaviləsiz, etibarnaməsiz götürüb sürmüşdür. Bu hadisədə o zərərçəkmiş şəxsdir. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixində, saat 04:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsində X2 mülkiyyətində olan və müddəti keçmiş etibarnamə ilə Cavabdeh1 idarə etdiyi “KİO K7” minik markalı 77DQ750 dövlət nömrə nişanlı minik avtomobilo ilə, X1 idarə etdiyi “Renault Megane” markalı, 99TG373 dövlət qeydiyyat nişanlı avtomobili və İddiaçı mülkiyyətində olan “Toyota Prado” minik markalı 90OB808 dövlət qeydiyyat nişanlı avtomobili vurararaq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə ilə əlaqədar Bakı şəhəri DYPİ-nin xx.xx.2025-ci il tarixli, İXP № ******* saylı inzibati xəta haqqında protokola və xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən, Cavabdeh1 tərəfindən hadisə zamanı nəqliyyat vasitəsi etibarnamə olmadan idarə edildiyinə görə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində o, İXM-nin 327.1 və 332.1-ci maddələrinə əsasən 40 manat məbləğində cərimə edilmişdir. Cavabdeh1 tərəfindən inzibati qərar mübahisələndirilməmişdir. İddiaçı tərəfindən avtomobilə dəymiş ziyanın müəyyən edilməsi barədə iş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli qiymətləndirmə aktına əsasən “Toyota Prado” minik markalı 90OB808 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 4731 manat olaraq hesablanmışdır. Məhkəmə qərardadı əsasında mülki iş üzrə əmlakın qiymətləndirilməsi təyin edilmiş, Mərkəzi Ekpertiza Bürosunun xx.xx.2025-ci il tarixli MEB-352-1025 saylı qiymətləndirmə hesabatında qeyd edilmişdir ki, Mərkəzi Ekspertiza Bürosunun qiymətləndiricimütəxəssisləri tərəfindən aparılmış hesablamalar və təhlillər nəticəsində qoyulmuş suallar belə cavablandırılır: Hesablamalar, bazar qiymətləri üzrə aparılmış müqayisəli təhlillər, analoji markalı və model avtomobillərin ehtiyat hissələri üzrə satıcı müəssisələrdən toplanmış məlumatlar, həmçinin servis göstərən istehsalat müəssisələrindən alınmış məlumatlar nəzərə alınmaqla müəyyən edilmişdir ki, Toyota Bakı Mərkəzi’’ MMC-nin xx.xx.2025-ci il tarixli qiymətləndirmə aktında göstərilmiş ehtiyat hissələrinin və onların bərpası üzrə göstərilən işçilik xərclərinin dəyərləri hadisə baş verən tarix qiymətlərinə uyğun gəlmir. “Toyota Prado” markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin detallarının (hissələrinin) bərpası, işçilik xərclərinin dəyərləri üçün hazırkı vaxtda 2485 manat tələb olunur. “Toyota Prado” minik markalı 90-0B-898 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərər detallarının (hissələrin) köhnəlmə faizləri nəzərə alınmaqla, onların qalıq dəyərləri və həmin hissələrin bərpasına dəmirçi və rəngsaz tərəfindən sərf olunan əməyin (servisin) dəyəri nəzərə alınmaqla real bazar qiymətləri ilə qeyd edilən zərərin aradan qaldırılması üçün 2176,25 manat xərc tələb olunur. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, tərəflərin izahatlarını dinləyib araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmasıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə ilk öncə iddia tələbinin Cavabdeh2 MMC-dən dəymiş ziyanın tutulması” hissəsinə münasibətdə bildirir ki, iddia ərizəsinə əlavə olunmuş DİN-in DYP Web portalından çıxarışdan görünür ki, “KİO K7” minik markalı 77DQ750 dövlət nömrə nişanlı minik avtomobilin mülkiyyətçisi X4r. Cavabdehin Xanəlı̇ yev Rüfət Əkbər oğlunun vəkili və nümayəndəsi Vəkil da avtomobilin mülkiyyətçisi olaraq ondan etibarnamə almasını, sadəcə olaraq hadisə baş verən zaman etibarnamənin müddətinin bitməsini bildirmişdir. Göründüyü kimi, cavabdehin idarə edtdiyi avtomobil Cavabdeh2 MMC-nin mülkiyyətində olmadığından və Xanəlı̇ yev Rüfət Əkbər oğlu tərəfindən hadisə törədildiyindən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 MMC-yə münasibətdə əsassızdır və ona aid hissədə təmin edilməməlidir. Məhkəmə iclasında işin faktiki əsasları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, cavabdeh Xanəlı̇ yev Rüfət Əkbər oğlunun Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkətləri nəticəsində ididaçı İddiaçı maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə ki, hadisə baş verdiyi zaman “KİA K7” markalı 77DQ750 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Xanəlı̇ yev Rüfət Əkbər oğlu yol-nəqliyyat hadisəsi törədərək iddiaçının mülkiyyətində olan “Toyota Prado” minik markalı 90OB808 dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. İddiaçı dəymiş maddi zərərin məbləği müəyyənləşdirilərkən Mərkəzi Ekpertiza Bürosunun xx.xx.2025-ci il tarixli MEB-352-1025 saylı qiymətləndirmə qiymətləndirmə hesabatı nəzərə alınmalıdır. Belə ki, hesabatda onlar tərəfindən cəlb edilmiş mütəxəssislərin aktı ilə “Toyota Prado” minik markalı **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərər detallarının (hissələrin) köhnəlmə faizləri nəzərə alınmaqla, onların qalıq dəyərləri və həmin hissələrin bərpasına dəmirçi və rəngsaz tərəfindən sərf olunan əməyin (servisin) dəyəri nəzərə alınmaqla real bazar qiymətləri ilə qeyd edilən zərərin aradan qaldırılması üçün 2176,25 manat xərc tələb olunduğundan cavabdeh Xanəlı̇ yev Rüfət Əkbər oğlundan vurulmuş maddi zərərə görə həmin məbləğdə vəsait tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən, yəni 2176,25 manat həcmində təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 70 manat məbləğində dövlət rüsumundan 41,76 manat məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 28,24 manat dövlət rüsumu isə iddiaçıya aid edilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Xanəlı̇ yev Rüfət Əkbər oğlundan İddiaçı xeyrinə maddi ziyan qismində 2176,25 manat vəsait və ödənilmiş 41,76 manat dövlət rüsumunun əvəzi tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-2793/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2793/2025
14.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver