Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-280/2022 25.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor İddiaçı MMC borclu Cavabdeh qarşı məhkəmə əmrinin çıxarılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1988-ci ildə doğulmuş və ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh 1390 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1410 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-nın hesabına (Azərbaycan Beynəlxalq Bankı Nəsimi filialı, m/h. AZ03NABZ********************, H/h: AZ531BAZ********************) ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Kreditor məhkəmə əmrinin çıxarılması barədə ərizəni onunla əsaslandırmışdır ki, iş üzrə borclu Cavabdeh kredit müqaviləsinə əsasən “Soliton LTD" MMC-dən dəyəri 1646 manat olan məişət avadanlığı əldə etmişdir. Borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 1390 manat borcu qalmışdır. Odur ki, borcludan 1390 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1410 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılması zəruridir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4248/2021 saylı 08.10.2021-ci il tarixli məhkəmə əmri ilə borclu Cavabdeh 1390 manat pulun və 20 manat dövlət rüsumunun tutulması qərara alınmışdır. Bundan sonra Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, İddiaçı MMC-nin iddiası ilə razı deyil. Həmin ərizəyə etiraz edir. Qeyd edilənlərə əsasən işə iddia icraatı qaydasında baxaraq məhkəmə araşdırmasının onun iştirakı ilə keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4248/2021 saylı 27.10.2021-ci il tarixli qərardadı ilə borclu Cavabdeh etirazı təmin olunaraq Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli 2(007)-4248/2021 saylı məhkəmə əmrinin ləğv edilməsi, işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı MMC-nin nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddianı müdafiə edir. İş üzrə bütün sübutları məhkəməyə təqdim etmişdir. Hər hansı əlavə sübut və vəsatəti yoxdur. Göstərilənlərə əsasən işə iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib izahat verərək bildirdi ki, aylıq ödənişləri etməyə maddi imkanı çatmır. Belə ki, o, müharibə iştirakçısı olmuşdur və orada yaralandığı üçün ayaq üstə çox dayana bilmir. Yaxın vaxtda ona sosial ödəniş kimi pensiya da verəcəkdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 28 noyabr 2019-cu il tarixli 28K5771034 nömrəli müqavilədən görünür ki, Cavabdeh İddiaçı MMC-dən hissə-hissə ödəniş şərti ilə 1646 manat məbləğində məişət avadanlığı əldə etmiş, onun 206 manatını ilkin ödəmiş və qalan 1440 manat məbləği 12 ay müddətinə aylıq 120 manat olmaqla İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. - 15 iyul 2020-ci il tarixli 1281 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh ilə 28 noyabr 2019-cu il tarixində bağlanmış 28K5771034 saylı müqavilə üzrə ödənilməmiş 1390 manat əsas (qalıq) borcu vardır; - 20 sentyabr 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı MMC tərəfindən 20,0 manat dövlət rüsumu ödənilmişdir; Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 28 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 206 manat ilkin ödənişlə, aylıq ödənişi 120 manat olmaqla, 12 ay müddətinə, 1646 manat dəyərində məişət avadanlığı almışdır. Cavabdeh müqavilələrdə nəzərdə tutulmuş müddətlərdə, müqavilələrin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüş, müqavilənin bağlandığı tarixdə də müqavilənin predmeti olan əşyanı İddiaçı MMC-dən təhvil almışdır. Lakin, cavabdeh müqavilələrlə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 28 noyabr 2019-cu il tarixli borc müqaviləsi əsasında İddiaçı MMC-dən müvafiq olaraq məişət avadanlığı almış, lakin o, müqavilə üzrə ödənişi tam həyata keçirməmişdir. Göründüyü kimi, Cavabdeh borc müqavilələri üzrə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilələrlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcıiddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx xxxx 1988-ci ildə doğulmuş və ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh 1390 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1410 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-nin hesabına (Azərbaycan Beynəlxalq Bankı Nəsimi filialı, m/h. AZ03NABZ********************, H/h: AZ531BAZ********************) ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx xxxx 1988-ci ildə doğulmuş və ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh 1390 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1410 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-nin hesabına (Azərbaycan Beynəlxalq Bankı Nəsimi filialı, m/h. AZ03NABZ********************, H/h: AZ531BAZ********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-280/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-280/2022
25.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver