Məhkəmə qərarları › İş №2(007)-2837/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2837/2021

12.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2837/2021 12.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 18.01.2020-ci il tarixli əlavə kredit müqaviləsinə əsasən ona istehlak məqsədləri üçün 12 ay müddətinə illik 28% ödəmək şərtilə 1600 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit Müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 ilə aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürüb. Lakin cavabdehlər müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduqları kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdirlər. Nəticədə cavabdehlərin banka 22.05.2021-ci il tarixə 1219,74 manat əsas, 316,82 manat faiz, cəmi 1536,56 manat borcu yaranmışdır. Qeyd olunanlara əsasən cavabdehlərdən 1219,74 manat əsas, 316,82 manat faiz, cəmi 1536,56 manat borcunun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılması xahiş edilr. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşə əlavə olunmuş "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh1 arasında bağlanmış 18.01.2020-ci il tarixli 44micADJ/20 saylı əlavə müqaviləsindən görünür ki, borcluya 12 ay müddətinə illik 28% ödəmək şərtilə 1600 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 müəyyən olunmuş müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh1 arasında bağlanmış 18.01.2020-ci il tarixli 44micADJ/20-EM saylı əsas kredit və bank hesabı kredit müqaviləsindən görünür ki, borcluya 120 ay müddətinə illik 32% ödəmək şərtilə kredit kartı verilmişdir. Cavabdeh1 müəyyən olunmuş müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh2 arasında bağlanmış 18.01.2020-ci il tarixli 44micADJ/20 saylı zaminlik müqaviləsindən görünür ki, zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürüb. İşə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, borclu 12 ay müddətinə hər ayın 18-dən gec olmayaraq 155 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş "xxxx" Kommersiya Bankı ASC-nin 22.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh1 banka 1219.74 manat əsas, 316.82 manat faiz, cəmi 1536.56 manat borcu vardır. İşə əlavə olunmuş 27.04.2021-ci il tarixli UB-BANK/PİKMD saylı bildirişdən görünür ki, «"xxxx" KB ASC ilə aralarında bağlanmış 18.01.2020-ci il tarixli, 44micADJ/20 saylı əlavə kredit müqaviləsinə əsasən borclu üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün borclunun Banka 27 aprel 2021ci il tarixə 1219,74 AZN əsas, 294,57 AZN faiz, 0 AZN cərimə, cəmi 1514,31 AZN borcu yaranmışdır. Kredit müqaviləsi ilə üzərinizə götürdüyünüz öhdəlikləri lazmınca və vaxtında icra etmədiyinizdən gecikdirilmiş borc məbləğinə əlavə olaraq cərimə hesablanmışdır. Yuxanda qeyd edilənlərə əsasən Banka olan bütün borc məbləğini tam olaraq 3 iş günü müddətində ödəməklə aramızda bağlanmış kredit müqaviləsini 3 iş günü müddətində ləğv etməyi Sizə təklif edilmişdir. Əks təqdirdə, vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar tərəfimizdən iddia tələbi ilə məhkəməyə müraciət ediləcəkdir.» İşə əlavə olunmuş 25.05.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" Kommersiya Bankı ASC məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Qeyd edilənlərlə müəyyən olundu ki, cavabdeh iddiaçı ilə bağladığı 18.01.2020-ci il tarixli 44micADJ/20 saylı əlavə kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməmiş, kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməmişdir, hansı ki, o, iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 18.01.2020-ci il tarixli 44micADJ/20 saylı zaminlik müqaviləsi üzrə zamin Cavabdeh2 üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınmasının zəruri olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 1219.74 manat əsas, 316.82 manat faiz, cəmi 1536.56, manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 1219.74 manat əsas, 316.82 manat faiz, cəmi 1536.56, manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar