Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2842/2022 21.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “terminala vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “terminala vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 02 mart 2021-ci il tarixində gecə vaxtı ünvan 1 ünvanında yerləşən “Vüsal” marketin dəmir barmaqlıqlarından olan qapısının qıfıllarını sındıraraq binaya qanunsuz daxil olmuş və orada quraşdırılmış İddiaçı MMC-yə (X1 xx.xx.2022-ci il tarixli qərarı ilə "xxxx" MMC-nin adıınn İddiaçı adlanması ilə əlaqədar bu dəyişiklik xx.xx.2022-ci il tarixində Dövlət Vergi Xidmətində qeydiyyata alınmışdır) məxsus 00534 saylı ödəmə terminalının 100 (bir yüz) manat dəyərində təhlükəsizlik kəmərini, 50 (əlli) manat dəyərində kəmərin qıfılını, 110 (bir yüz on) manat dəyərində inkassasiya qapısını, 50 (əlli) manat dəyərində inkassasiya qapısının daxili kilidini sındırmış və terminalda quraşdırılmış 300 (üç yüz) manat dəyərində pul kasetini içərisində olan 2573 (iki min beş yüz yetmiş üç) manat nağd pul ilə birlikdə oğurlamışdır. Həmin terminalın təmiri üçün Şirkət tərəfindən 250 (iki yüz əlli) manat vəsait sərf edilmişdir. İddiaçı MMC-yə 2873 manat maddi və 560 manat texniki ziyan olmaqla, nəticədə 3433 (üç min dörd yüz otuz üç) manat ziyan vurulmuşdur. Dəymiş bu ziyan ilə əlaqədar iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixində Akt tərtib edilmişdir. Ziyanın ödənilməsinin təmin edilməsi ilə bağlı müvafiq sənədlər hazırlanıb, xx.xx.2021-ci il tarixli, KO-08/0523/2021 saylı məktubla Sumqayıt şəhər Polis İdarəsinə göndərilmişdir. Sumqayıt ŞPİ-nin İŞ-nin 03 iyun 2021-ci il tarixli qərarı ilə zərərçəkmiş hüquqi şəxs İddiaçı MMC-nin nümayəndəsi X3 ********* nömrəli cinayət işi üzrə mülki iddiaçı qismində tanınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş 1(060)-29/2022) hökmü ilə Cavabdeh 3 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. İddiaçı MMC tərəfindən mülki iddia verilməsinə baxmayaraq, Sumqayıt Şəhər Məhkəməsində həmin cinayət işinə baxılarkən bu mülki iddia üzrə dövlət rüsumu ödənilməməsi səbəbi ilə iddia baxılmamış saxlanmışdır. Sumqayıt Şəhər Məhkəməsinin yuxarıda göstərilən hökmündən zərərçəkmiş şəxs və mülki iddaçı İddiaçı MMC-nin nümayəndəsi Azər Quliyev tərəfindən verilmiş apcllyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli (iş 1(105)-323/2022) qəran ilə qismən təmin edilmişdir. Həmin Qərarda göstərilir ki, ittiham aktında maddi ziyan 2873 manat müəyyən edildiyindən, mülki tələb həmin məbləğ həddində təmin edilməli, həmçinin ödənilmiş 54,33 manat dövlət rüsumu təqsirləndirilən şəxsdən tutulmalıdır. Eyni zamanda şirkətə (yəni iddiaçıya) izah edilməlidir ki, o, mülki məhkəmə icraatı qaydasında ittihamda göstərilən məbləğdən artıq pul vəsaitinin tutulmasına dair təqsirləndirilən şəxsə qarşı iddia qaldırmaq hüququna malikdir. Bu Qərar nəzərə alınmaqla, Cavabdeh tərəfindən iddiaçıya vurulmuş ziyanın qalıq məbləği hazırda faktiki olaraq 560 (beş yüz altmış) manat təşkil edir, o cümlədən terminalın zədələnmiş təhlükəsizlik kəməri -100 manat, təhlükəsizlik kəmərinin qıfılı - 50 manat, inkassasiya qapısı — 110 manat, inkassasiya qapısının daxili kilidi -50 manat və təmir xərcləri- 250 manat. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xx.xx.2022-ci il tarixli, 17/6-11968 nömrəli məktubunda Cavabdeh hazırda Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkməsi bildirilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilərək, Cavabdeh tərəfindən İddiaçı MMC-yə məxsus 00534 nömrəli ödəmə terminalından oğurluq edilməsi ilə əlaqədar olaraq, İddiaçı MMC-yə vurulmuş 3433 manat məbləğində ziyan üzrə qalan 560 (beş yüz altmış) manat məbləğində texniki zərərin və 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək Cavabdeh tərəfindən İddiaçı MMC-yə məxsus 00534 nömrəli ödəmə terminalından oğurluq edilməsi ilə əlaqədar həmin terminala vurulmuş 560 (beş yüz altmış) manat texniki zərərin və 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edib, ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Cavabdeh etiraz və mülahizəsini bildirməsi üçün iddia ərizəsinin surəti təqdim edilmiş, sonuncu xx.xx.2022-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC tərəfindən verilmiş iddiaya heç bir etiraz və əlavəsinin olmadığını bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-323/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 30 mart 2022-ci il tarixli 1(060)- 29/2022 nömrəli hökmünün apellyasiya şikayətinə münasibətdə dəyişdirilməsi, Cavabdeh 2873 (iki min beş yüz yetmiş üç) manat məbləğində maddi ziyan və 54 (əlli dörd) manat 33 qəpik ödənilmiş dövlət rüsumunun alınaraq zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ödənilməsi, hökmün qalan hissəsinin dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin qismən təmin edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, təqsirləndirilən şəxs Cavabdeh "xxxx" LTD MMC-nin şəxsi mülkiyyəti olan 00534 saylı «Milliön» ödəmə terminalının inkasassiya qapısının daxili kilidini də həmin qayçı ilə kəsərək ödəmə aparatının içərisində quraşdırılmış saxlanc yeri hesab edilən və içərisində 2573 (iki min beş yüz yetmiş üç) manat pul olan 300 (üç yüz) manat dəyərində pul kasetini gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs "xxxx" LTD MMC-yə 2873 (iki min beş yüz yetmiş üç) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. İttihamda maddi ziyan 2873 (iki min beş yüz yetmiş üç) manat müəyyən edildiyindən mülki tələb həmin məbləğ həddində təmin edilməli, həmçinin 54 (əlli dörd) manat 33 qəpik ödənilmiş dövlət rüsumu təqsirləndirilən şəxsdən tutulmalıdır. Eyni zamanda "xxxx" LTD şirkətinə izah edilməlidir ki, mülki məhkəmə icraatı qaydasında ittihamda göstərilən məbləğdən artıq pul vəsaitinin tutulmasına dair təqsirləndirilən şəxsə qarşı iddia qaldırmaq hüququna malikdir. - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, İddiaçı MMC xx.xx.2005-ci il tarixdə qeydiyyata alınmışdır. Qurumun əvvəlki adı "xxxx" LTD MMC olmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xx.xx.2022-ci il tarixli, 17/611968 nömrəli məktubdan görünür ki, Cavabdeh 1 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/1338 nömrəli rəydən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş "xxxx" LTD MMC tərəfindən tərtib edilmiş 02 mart 2021-ci il tarixli dəymiş ziyan barədə “Akt”-a əsasən 00534 saylı ödəmə terminalına dəymiş ziyanın ümumi dəyəri 860.00 manat müəyyən edilir. O cümlədən: təhlükəsizlik kəməri – 100.00 manat, qıfıl – 50.00 manat, inkassasiya qapısı – 110.00 manat, inkassasiya qapısının daxili kilidi – 50.00 manat, pul kaseti – 300.00 manat, təmir-bərpa xərci - 250.00 manat müəyyən olunmuşdur. - xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh iddiaçıya məxsus olan 00534 saylı «Milliön» ödəmə terminalının inkassasiya qapısının daxili kilidini qayçı ilə kəsərək ödəmə aparatının içərisində quraşdırılmış saxlanc yeri hesab edilən və içərisində 2573 (iki min beş yüz yetmiş üç) manat pul olan 300 (üç yüz) manat dəyərində pul kasetini gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs "xxxx" LTD MMC-yə 2873 (iki min beş yüz yetmiş üç) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-323/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən qeyd olunan məbləğdə maddi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır. Dəyəri 300.00 manat olan pul kasetinin dəyəri iddiaçıya ödənilmişdir ona görə hazırda cavabdehin iddiaçıya maddi ziyana görə ödənilməmiş borcu 560 manat təşkil edir və cavabdeh hazırki iddia tələbinin təmin edilməsinə etiraz etmir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus olan 00534 saylı «Milliön» ödəmə terminalına ziyan vurulması işin mübahisəsiz halıdır və cavabdeh tərəfindən etiraf edilir, məhkəmə tədqiqi zamanı bu hallar öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh PashaPay” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus terminala vurulmuş 560 manat zərər və 30 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh PashaPay” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus terminala vurulmuş 560 manat zərər və 30 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-2842/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2842/2022
21.12.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver