Məhkəmə qərarları › İş №2(007)-285/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-285/2022

07.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-285/2022 07.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qızına qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdeh arasında bağlanan 22.10.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədləri üçün 36 ay müddətinə 300 manat məbləğində kredit verilib. Tərəflər arasında bağlanan kredit müqaviləsinə əsasən kreditin və kreditdən istifadəyə görə faizlərin və əsas borcun müştəri tərəfindən Banka qaytarılmasının dövriliyi tərəflər arasında yazılı şərtləşdirilən ödəniş şərtləri ilə müəyyənləşdirilir: Müştəri bu müqavilə üzrə ödənişləri ödəmə müddəti” ərzində ödəməlidir. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməyib. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 10.09.2021-ci il tarixinə banka cəmi 973.61 manat borcu yaranıb.Tərəflər arasında yaranan mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılıb, lakin bu danışıqlar heç bir fayda verməyib və kreditor LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlib.Qeyd olunanlara əsasən iddianın təmin olunması, Cavabdeh qızından İddiaçı ASC-nin xeyrinə 228.14 manat əsas, 713.85 manat cərimə və müqavilənin bitdiyi tarixdən gecikdirilən vaxt üçün illik beş faiz olmaqla 31.62 manat faiz borcu olmaqla, ümumilikdə 973.61 manat məbləğində borcun və 31.62 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: 22.10.2015-ci il tarixli, ******* saylı kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən kartının verilməsi və istifadəsi üzrə müqavilədən görünür ki, Cavabdeh qızına istehlak məqsədləri üçün 36 ay müddətinə 300 manat məbləğində kredit xətti açılmışdır. 20.10.2021-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin ləğv prosesində olan İddiaçı ASC-yə 55.66 manat əsas, müqavilənin bitmə tarixinə hesablanan 228.14 manat əsas, 713.85 manat cərimə və müqavilənin bitdiyi tarixdən gecikdirilən vaxt üçün illik beş faiz olmaqla 31.62 manat faiz borcu olmaqla, ümumilikdə 973.61 manat məbləğində borcu borcu vardır. Ödəniş tapşırığından görünür ki, bank məhkəməyə müraciət etmək üçün 20 manat dövlət rüsumu ödəmişdir. 09.09 2021-ci il tarixli bildirişdən görünür ki, bank tərəfindən borclu borcun ödənilməsi barədə xəbərdar olunmuşlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında 22.10.2015-ci il tarixl kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə 36 ay müddətinə 300 manat məbləğində kredit xətti açılıb. Lakin borclu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmişdir. Cavabdehin həmin kredit müqaviləsi üzrə banka 228.14 manat əsas, 713.85 manat cərimə və müqavilənin bitdiyi tarixdən gecikdirilən vaxt üçün illik beş faiz olmaqla 31.62 manat faiz borcu olmaqla, ümumilikdə 973.61 manat məbləğində borcu qalmışdır. Qeyd olunanlara əsasən məhkəmə iddia tələbini əsas borc və faiz borcu hissəsində əsaslı hesab edir. Cərimə hissəsində iddia tələbinə qiymət verərkən məhkəmə cərimə məbləğinin azaldılmasını məqsədəuyğun hesab edir. Belə ki,əsas borca nisbətdə tələb olunan 713.85 manat cərimə məbləği tənasübsüz olaraq yüksəkdir.Ona görə də cəriməni azaldaraq 70 manat müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Talışxa qızından Dəmirbank” ASC-nin xeyrinə 22.10.2015-ci il tarixl kredit müqaviləsi üzrə 228.14 manat əsas,70 manat cərimə və müqavilənin bitdiyi tarixdən gecikdirilən vaxt üçün illik beş faiz olmaqla 31.62 manat faiz borcu, ümumilikdə 329.76 manat borc və 30 manat dövlət rüsumu tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Talışxa qızından Dəmirbank” ASC-nin xeyrinə 22.10.2015-ci il tarixl kredit müqaviləsi üzrə 228.14 manat əsas, 70 manat cərimə və müqavilənin bitdiyi tarixdən gecikdirilən vaxt üçün illik beş faiz olmaqla 31.62 manat faiz borcu, ümumilikdə 329.76 manat borc və 30 manat dövlət rüsumu Ləğv Prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar