Məhkəmə qərarları › İş №2(007)-2864/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2864/2021

12.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2864/2021 12.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mirzəyev Fikrət Xasay oğlu, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 27.07.2018-ci il tarixli kredit müqaviləsinə əsasən "Nikoyl” İKB ASC-dən illik 25 faizlə 24 ay müddətinə 500 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 09.04.2021-dək Cavabdeh banka 27.07.2018-ci il tarixli kredit müqaviləsi üzrə 79,8 manat əsas borc, 8,17 manat faiz borcu, 14,26 manat cərimə və kredit müqaviləsi üzrə 27.07.2020-ci il tarixdən 09.04.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1,75 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 103,98 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Qeyd olunanlara əsasən, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 27.07.2018-ci il tarixli kredit müqaviləsi üzrə 79,8 manat əsas borc, 8,17 manat faiz borcu, 14,26 manat cərimə və kredit müqaviləsi üzrə 27.07.2020-ci il tarixdən 09.04.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1,75 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 103,98 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşə əlavə olunmuş "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 27.07.2018-ci il tarixli 3-Y-1-0-438-18 saylı kredit müqaviləsindən görünür ki, "Nikoyl” İKB ASC-dən illik 25 faizlə 24 ay müddətinə 500 manat kredit götürmüşdür. Cavabdeh müəyyən olunmuş müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, borclu 24 ay müddətinə hər ayın 27-dən gec olmayaraq 26,69 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş "xxxx" ASC-nin 09.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnən 79,8 manat əsas borc, 8,17 manat faiz borcu, 14,26 manat cərimə və 1,75 manat əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 103,98 manat borcu vardır. İş materiallarında olan 27.07.2018-ci il tarixli kassa məxaric orderindən görünür ki, "xxxx" İKB ASC tərəfindən 500 manat məbləğində pul Cavabdehya təhvil verilmişdir. İşə əlavə olunmuş 30.03.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, cavabdeh iddiaçı ilə bağladığı 27.07.2018-ci il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməmiş, kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməmişdir, hansı ki, o, iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınmasının zəruri olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 27.07.2018-ci il tarixli kredit müqaviləsi üzrə 79,8 manat əsas borc, 8,17 manat faiz borcu, 14,26 manat cərimə və kredit müqaviləsi üzrə 27.07.2020-ci il tarixdən 09.04.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1,75 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 103,98 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar