Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2867/2021 12.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 11 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı İKB ASC-dən illik 1 faizlə 60 ay müddətinə 725,84 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şətlərini pozaraq, borc öhdəliyini ica etməkdən boyun qaçırır. 03 may 2021-dək Cavabdeh banka 11 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 723,84 manat əsas borc, 6,8 manat faiz borcu, 10,57 manat cərimə və kredit müqaviləsi üzrə 03 may 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 121,1 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 862,31 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Qeyd olunnalara əsasən 11 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 723,84 manat əsas borc, 6,8 manat faiz borcu, 10,57 manat cərimə və kredit müqaviləsi üzrə 03 may 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 121,1 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 862,31 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşə əlavə olunmuş "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 11 sentyabr 2019-cu il tarixli 20-P-1-0-518-14 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən borcluya illik 1 faizlə 60 ay müddətinə 725,84 manat kredit verilmişdir. Cavabdeh müəyyən olunmuş müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş 11 sentyabr 2019-cu il tarixli 20-P-1-0-518-14 saylı kredit müqaviləsinin ödəniş cədvəlindən görünür ki, borclu hər ayın 11-dən gec olmayaraq 60 ay müddətinə ilk 12 ay 0,60 manat, digər aylar isə 15,43 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş "xxxx" ASC-nin 03.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 11 sentyabr 2019-cu il tarixli 20-P-1-0-518-14 saylı kredit müqaviləsi üzrə Cavabdeh 723,84 manat əsas borc, 6,8 manat faiz borcu, 10,57 manat cərimə və kredit müqaviləsi üzrə 03 may 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 121,1 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 862,31 manat borcu vardır. İş materiallarında olan 11.03.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, bank tərəfindən borcludan borcun 5 gün müddətində ödənilməsi tələb olunur. Əks təqdirdə borcun məhkəmə qaydasında tutulması üçün tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. İşə əlavə olunmuş 02.03.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Konstitusuya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” Plenumunun Qərarına əsasən Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Qeyd edilənlərlə müəyyən olundu ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı 11 sentyabr 2019-cu il tarixli 20-P-1-0-518-14 saylı kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməmiş, kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməmişdir, hansı ki, o, iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınmasının zəruri olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək, Cavabdeh 11 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 723,84 manat əsas borc, 6,8 manat faiz borcu, 10,57 manat cərimə və kredit müqaviləsi üzrə 03 may 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 121,1 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 862,31 manat borc və 30 manat ödənilməmiş dövlət rüsumu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 11 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 723,84 manat əsas borc, 6,8 manat faiz borcu, 10,57 manat cərimə və kredit müqaviləsi üzrə 03 may 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 121,1 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 862,31 manat borc və 30 manat ödənilməmiş dövlət rüsumu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-2867/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2867/2021
12.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver