Məhkəmə qərarları › İş №2(007)-287/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-287/2024

05.08.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-287/2024 05.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızına qarşı “ümumi paylı mülkiyyətdə olan evdən payının naturada ayrılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızına qarşı “ümumi paylı mülkiyyətdə olan evdən payının naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən evin İddiaçı mülkiyyətində olan 5/10 hissəsinə dair payı naturada ayrılmaqla, paylara uyğun bölgü sxemi tərtib edilməklə, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən evin 5/10 hissəsi ilk əvvəl xx.xx.1974-cü il tarixdə verilmiş 203 saylı kitabın 11399-cu səhifəsində qeyd edilmiş Bakı şəhərində Bələdiyyələşdirilməmiş Tikintilərin Reyestrindən çıxarışa əsasən, daha sonra isə xx.xx.2023-cü il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun adına qeydiyyatdan keçirilmişdir və ona bu barədə çıxarış verilmişdir. ünvan 1 ünvanında yerləşən evin 1/20 hissəsi Cavabdeh1, 1/20 hissəsi Cavabdeh2, 1/10 hissəsi X2, 1/10 hissəsi Cavabdeh3 qızının, 5/10 hissəsi İddiaçı, 1/10 hissə X6 və 1/10 hissə X1 mülkiyyətindədir. X7 rəhmətə getmiş, hər hansı şəxs tərəfindən miras əmlak kimi qəbul edilməmişdir. X3 erməni əsilli olduğundan, uzun illərdir Azərbaycan Respublikasının hüdudlarını tərk edərək getmişdir. ünvan 1 ünvanında yerləşən evin digər paylı hissələri müxtəlif şəxslərin adına qeydiyyatdan keçirildiyindən, müstəqil surətdə mülkiyyətində olan evə dair müstəqil sərəncam verə bilmir. Digər mülkiyyətçilərin bir neçəsi həmin ünvanda qeydiyyatda deyildir və həmin ünvanda yaşamırlar. Hal-hazırda isə mülkiyyətində olan hissəyə dair bağışlama müqaviləsi bağlamaq istəsə də, evin digər payçılarını tapa bilmədiyindən, biri X7 rəhmətə getdiyindən, X4 isə erməni əsilli olduğundan, artıq uzun illərdir Azərbaycan Respublikasının hüdudlarını tərk edərək getmiş, hal-hazırda harada yaşaması barədə heç bir məlumatı yoxdur. Mülkiyyətində olan əmlaka dair müstəqil sərəncam vermək hüququ məhdudlaşdırır. Bu səbəbdən, ünvan 1 ünvanında yerləşən evin onun xüsusi mülkiyyətində olan 5/10 hissəsinə dair yeni ünvan göstərilməklə, yeni daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq istəyir. Lakin, onun öz mülkiyyətində olan hissəyə dair yeni ünvan göstərilməklə çıxarış ala bilməyi üçün ona məxsus 5/10 hissədə payının naturada ayrılması zəruridir. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə Azərbaycan Respublikasının 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızına qarşı “ümumi paylı mülkiyyətdə olan evdən payının naturada ayrılması” tələbinə dair iş üzrə, paylı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən evin İddiaçı mülkiyyətində olan 5/10 hissəsinə dair payının naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak etmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ümumi sahəsi 130.80 kv.m olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 1/20 hissəsi Cavabdeh1, 1/20 hissədə Cavabdeh2, 1/10 hissədə X2, 1/10 hissədə Cavabdeh3 qızının, 5/10 hissədə İddiaçı, 1/10 hissədə X6 və 1/10 hissədə X1 mülkiyyətindədir. İddiaçı 5/10 hissədə payı xx.xx.2023-cü il tarixdə reyestrdə qeydə alınmışdır. - Məhkəmənin qərardadı əsasında təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/8937 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, tədqiq olunan fərdi yaşayış evinin və torpaq sahəsinin faktiki vəziyyətini, planlı yerləşməsini, iddiaçının istifadəsində faktiki istifadəsində olan yaşayış və yardımçı sahənin ümumi sahədən təcrid şəkildə bölündüyünü nəzərə alaraq, Bakı şəhəri, Nizami rayonu, Q.Sadıq küçəsi, dalan 2-də yerləşən 2 saylı fərdi yaşayış evindən İddiaçı mülkiyyətində olan 5/10 hissəsinin faktiki istifadə qaydasına uyğun şəkildə bölünməsi “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4. və 2.9. bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkündür. Məhkəmə iclasında müəyyən edildi ki, ümumi sahəsi 130.80 kv.m olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 1/20 hissəsi Cavabdeh1, 1/20 hissədə Cavabdeh2, 1/10 hissədə X2, 1/10 hissədə Cavabdeh3 qızının, 5/10 hissədə İddiaçı, 1/10 hissədə X6 və 1/10 hissədə X1 mülkiyyətindədir. İddiaçı 5/10 hissədə payı xx.xx.2023-cü il tarixdə reyestrdə qeydə alınmışdır. Hazırda iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 130.80 kv.m fərdi yaşayış evinin 5/10 hissəsi üzrə payının naturada bölünməklə ona aid hissədə onun xeyrinə verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə, mübahisənin hüquqi həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 213-cü maddəsinə görə, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. MM-nin 220.2-ci və 220.3-cü maddələrinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə, İddiaçının payının naturada ayrılmasının mümkünlüyünü müəyyən etmək məqsədi ilə tikinti-texniki ekspertizası təyin etmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/8937 saylı rəyində Bakı şəhəri, Nizami rayonu, Q.Sadıq küçəsi, dalan 2-də yerləşən 2 saylı fərdi yaşayış evindən İddiaçı mülkiyyətində olan 5/10 hissəsinin faktiki istifadə qaydasına uyğun şəkildə bölünməsi “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4. və 2.9. bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə, baxılan mübahisənin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb ekspertiza rəyi ilə razılaşaraq hesab edir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin naturada bölünməsi mümkün olduğundan, iddiaçının payının naturada ayrılması tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın dövlət reyestrində ümumi sahəsi 130.80 kv.m olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzrə, İddiaçı payı kimi ********** nömrə ilə qeydə alınmış 5/10 hissə naturada ayrılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia ərizəsi verilərkən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilməli, o cümlədən məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 50 manat məbləğində pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın dövlət reyestrində ümumi sahəsi 130.80 kv.m olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzrə, İddiaçı payı kimi ********** nömrə ilə qeydə alınmış 5/10 hissə naturada ayrılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X5, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar