Məhkəmə qərarları › İş №2(007)-2875/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2875/2021

01.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2875/2021 01.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X3 Mirzəyevin sədrliyi, X1 Qurbanovun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 oğlunun iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 oğlu iddia tələbini onunla əsaslandırdı ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanan 20 dekabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən ona 7 ay müddətinə, illik 25 faiz olmaqla 4276,72 manat məbləğində kredit verilib. Borcun təminatı olaraq Cavabdeh2 ilə 20 dekabr 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanıb. Lakin borclular müqavilənin şərtəlrini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırırlar. 08 aprel 2021-ci il tarixədək onların banka 4276,72 manat əsas borcu, 674,45 manat faiz borcu,39,07 manat cərimə və kredit müqaviləsi üzrə 20.032021-ci il tarixdən,08.04.2021-ci il tarixinədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış,5,4 manat əldən çıxmış fayda olmaqla cəmi 4995,64 manat borcu vardır.Qeyd olunanlara əsasən borclulardan müştərək qaydada 4995,64 manat borcun və 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada məlumatlandırılsalar da məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsini dinləyibiş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: İddiaçı ASC ilə Cavabdeh1 oğlu arasında bağlanmış 20 dekabr 2019-cu il tarixli kredit müqaviləsindən görünür ki,cavabdehə 7 ay müddətinə, illik 25 faiz-lə 4950 manat məbləğində kredit verilib. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 20 dekabr 2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, sonuncu öz üzərinə zaminlik öhdəlikləri götürmüşdür. 20.12.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 4950 manat kredit nəğd olaraq verilmişdir. 08.04.2021-ci il tarixili maliyyə arayışından görünür ki,Cavabdeh1 20 dekabr 2019cu il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-nə 4276,72 manat əsas, 674,45 manat faiz borcu,39,07 manat cərimə və kredit müqaviləsi üzrə 20.032021-ci il tarixdən,08.04.2021-ci il tarixinədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış,5,4 manat hesablanmış əldən çıxmış fayda olmaqla cəmi 4995,64 manat borcu vardır. Ödəniş tapşırığından görünür ki, İddiaçı ASC məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Xəbərdarlıq məktubundan görünür ki borclulara 2021-ci ilin mart ayında pretenziya məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmış və iddiaçı müqavilənin şərtlərinə uyğun olaraq müqavilədə nəzərdə tutulan məbləğdə krediti nəğd şəkildə cavabdehə vermişdir.Lakin sonuncu müqavilə üzrə götürdüyü öhdəlikləri tam və layiqincə yerinə yetirməmişdir və 08.04.2021-ci il tarixinə onun banka 20 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-nə 4276,72 manat əsas, 674,45 manat faiz borcu,39,07 manat cərimə və kredit müqaviləsi üzrə 20.032021-ci il tarixdən,08.04.2021-ci il tarixinədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış,5,4 manat əldən çıxmış fayda olmaqla cəmi 4995,64 manat ödənilməmiş borcu qalmışdır.Digər Cavabdeh2 isə müqavilə ilə üzərinə götürdüyü zaminlik öhdəliklərinə əməl etməmişdir. Qeyd olunanlarla əlaqədar məhkəmə iddia tələbini əsaslı hesab edir. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb, qiymətləndirərək, hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 4276,72 manat əsas borc, 674,45 manat faiz borcu,39,07 manat cərimə və kredit müqaviləsi üzrə 20.03.2021-ci il tarixdən 08.04.2021-ci il tarixinədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış,5,4 manat əldən çıxmış fayda olmaqla cəmi 4995,64 manat borc və 30 manat dövlət rüsumu tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 4276,72 manat əsas borc, 674,45 manat faiz borcu,39,07 manat cərimə və kredit müqaviləsi üzrə 20.03.2021-ci il tarixdən 08.04.2021-ci il tarixinədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış, 5,4 manat əldən çıxmış fayda olmaqla cəmi 4995,64 manat borc və 30 manat dövlət rüsumu tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar