Məhkəmə qərarları › İş №2(007)-2876/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2876/2021

22.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2876/2021 22.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının artırılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırdı ki, cavabdehlə birgə nikah dövründə 04.10.2007-ci il təvəllüdlü X7 dünyaya gəlmişdir. 20.12.2011-ci il tarixdə Cavabdeh ilə aralarındakı nikah məhkəmə qaydasında ləğv edilmişdir. Cavabdeh əvvəllər uşağın saxlanılmasına kömək etsə də, sonrdan heç bir maddi yardım göstərməmiş, uşaqla maraqlanmamışdır. Buna görə də Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 3616 saylı 15.04.2017-ci il tarixli qətnaməsinə əsasən borclu Cavabdeh hər ay qazancının ¼ hissəsi miqdarında və əlavə olaraq 48 manat sabit pul məbləğində aliment tutulması müəyyən edilmişdir. Həmin tarixdən bugünə kimi borclu 120 manat aliment pulu ödəmişdir. Qeyd olunanlara əsasən cavabdehdən 04.10.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin miqdarının artırılaraq hər ay 175 manat sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh məhkəməyə ərizə təqdim edərək, izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. O, 04.10.2007-ci il təvəllüdlü Nərmin üçün 120 manat aliment ödəyir. 2-ci dəfə ailə qurmuşdur. Həmin nikahdan iki övladı var. Özü də şəkər xəstəsidir. Ştat cədvəlinə əsasən maaşı 530 manat təşkil etsə də, əlinə təmiz 458 manat pul alır. İddianın təmin olunmamasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşağın mənafeyini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan AZ-İİ seriyalı 070628 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından 04.10.2007-ci il təvəllüdlü X7 anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında isə X1 qeyd edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 05 aprel 2017-ci il tarixli 2(103)-3616/2017 saylı icra vərəqəsinin surətindən görünür ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 10 yanvar 2011-ci il tarixli 2(007)-348/2011 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, Cavabdeh qətnamıə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 04 oktyabr 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay aylıq qazancıının ¼ hissəsi miqdarında və əlavə olaraq 48 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya verilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı 137455 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 20.12.2011-ci il tarixdə qeyd olunmuşdur. İş materiallarında olan AZ-İ seriyalı 833843 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında nikah Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsində 28.02.2013-cü il tarixdə bağlanmış və bu barədə 232 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra Əliyeva Nərgiz “Əmirova” soyadını qəbul etmişdir. İş materiallarında olan AZ-İİİ seriyalı 874116 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X2 birgə nikahından 23.11.2016-cı il təvəllüdlü X9 anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında isə X5 qeyd edilmişdir. İş materiallarında olan AZ-İİİ seriyalı 236587 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X2 birgə nikahından 10.01.2014-cü il təvəllüdlü X9 anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında isə X5 qeyd edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı Apelyasiya Məhkəməsinin 05 aprel 2017-ci il tarixli 2(103)-3616/2017 saylı icra vərəqəsinin surətindən görünür ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 10 yanvar 2011-ci il tarixli 2(007)-348/2011 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, Cavabdeh qətnamıə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 04 oktyabr 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay aylıq qazancıının ¼ hissəsi miqdarında və əlavə olaraq 48 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya verilməsi qət edilmişdir. İş üzrə cavabdeh olan Cavabdeh X4 ilə Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsində 28.02.2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdu. Birgə nikahdan iki övladı olmuşdur. İddiaçı aliment miqdarının artırılmasını tələb edir. Cavabdeh isə iddianı qəbul etmir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 (yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri Cavabdeh aid edilməli, 20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə baxışında cavabdeh ikinci ailəsindən iki uşağının olmasını bildirmiş, maddi imkanının zəif olmasını və özünün şəkər xəstəsi olmasını bildirmişdir. Lakin xəstəliyi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə cavabdehin ikinci ailəsindən iki uşağının olmasını və yetkinlik yaşına çatmayanlar üçün 2021-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Bakı Apelyasiya Məhkəməsinin 05 aprel 2017-ci il tarixli 2(103)-3616/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, Cavabdeh 04 oktyabr 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Alimentin tutulması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablanmalıdır. İddia tələbi qalan hissədə təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin 05 aprel 2017-ci il tarixli 2(103)-3616/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. Cavabdeh 04 oktyabr 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Məhkəmə xərcləri Cavabdeh aid edilsin, 20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablansın. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar