Məhkəmə qərarları › İş №2(007)-29/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-29/2021

28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-29/2021 28.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi ilə, İddiaçı “X11” ASC-nin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı “X11” ASC-nin (ləğv prosesindədir) cavabdehlər X7, Cavabdeh2 qarşı “kredit məbləğinin geri qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X11” Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) cavabdeh X7, Cavabdeh2 qarşı “kredit məbləğinin geri qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ləğv prosesində olan “X11” ASC cavabdeh X2 xx.xx.2018-ci il tarixinə 600.000,00 (altı yüz min) manat məbləğində əsas borcun, müqavilə bitdiyi xx.xx.2015-ci il tarixə hesablanan 96.000 (doxsan altı min) manat məbləğində faiz borcunun, ümumilikdə 771000 (yeddi yüz yetmiş bir min) manat borc məbləğinin və mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması üçün ödənilmiş 31 manat rüsumun və bank rüsumunun tutulub iddiaçı ləğv prosesində olan “X11” ASC-nin xeyrinə ödənilməsi, ödəmənin X8 ilə ləğv prosesində olan “X11” ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 143-720-13 saylı “Kredit müqaviləsi”nin təminatı qismində Cavabdeh2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 01.04.201-cu il tarixli, reyestr nömrəsi **********05-11301 olan, MA seriyalı, ******* №li çıxarışına əsasən xüsusi mülkiyyət hüququ əsasında məxsus olan, Bakı şəhəri, Sabunçu rayonu, Lehiş bağ sahəsində 0,12 ha, torpaq sahəsində yerləşən, 340.46 kv.m ümumi, 203.5 kv.m yaşayış sahədən ibarət 3418 saylı bağ evinə tutma yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, həmin ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə ediilən pul vəsaitinin yuxarıda göstərilən pul tələbinin təmin edilməsi üçün iddiaçı ləğv prosesində olan “X11” ASC-yə ödənilməsi, ipoteka predmetinin satıldıqdan sonra 1 ay müddətinə boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ləğv prosesində olan “X11” ASC-nin cavabdeh X8 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 143-720-13 saylı “Kredit müqaviləsi”nə əsasən, cavabdehə bağ evinin əsaslı təmiri, mebellərin təchiz edilməsi və məişət avadanlıqlarının alınması məqsədilə 24 ay müddətinə, illik 8% hesablanmaqla 600.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh X8 ilə ləğv prosesində olan “X11” ASC-nin cavabdeh X8 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 143-720-13 saylı “Kredit müqaviləsi”nin təminatı qismində Cavabdeh2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin xx.xx.2010-cu il tarixli, reyestr nömrəsi **********05-11301 olan, MA seriyalı, ******* №li çıxarışına əsasən xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan, Bakı şəhəri, Sabunçu rayonu, Lehiş bağ sahəsində 0,12 ha, torpaq sahəsində yerləşən, 340.46 kv.m ümumi, 203.5 kv.m yaşayış sahədən ibarət 3418 saylı bağ evi banka ipoteka qoyulmuş, bu barədə cavabdehlə xx.xx.2013-cü il tarixli, 143-720-13 saylı “İpoteka müqaviləsi” bağlanmış və buna əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən həmin “İpoteka müqaviləsi” qeydiyyata alınaraq qeyd olunan orqan tərəfindən xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* №-li ipoteka yüklülüyünə dair çıxarış verilmişdir. X8 bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, o, banka razılaşdırılmış ödəniş qrafikini pozaraq, ödənişlərini vaxtında etməmişdir. Bunun nəticəsində borclunun banka xx.xx.2018-ci il tarixinə 600.000,00 (altı yüz min) manat məbləğində əsas borcun, müqavilə bitdiyi xx.xx.2015-ci il tarixə hesablanan 96.000 (doxsan altı min) manat məbləğində faiz borcunun, ümumilikdə 771000 (yeddi yüz yetmiş bir min) manat borcu yaranmışdır. Məhkəmə iclasında İddiaçı “X11” ASC-nin nümayəndəsi X9 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclaslına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh2 vəkili və nümayəndəsi X10 iddia tələbini qəbul etmədiyini və Bakı şəhəri, Nəsimi rayonu Məhkəməsinin və yuxarı instansiya məhkəmələrinin qərarları ilə kredit və ipoteka müqavilənin etibarsız sayıldığını və ipoteka predmetinin girovdan azad edildiyini bildirmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “X11” ASC ilə X8 arasında bağlanmış xx.xx.2013- cü il tarixli, 143-720-13 saylı “Kredit müqaviləsi”ndən görünür ki, bank tərəfindən cavabdehə mebellərin təchiz edilməsi və məişət avadanlıqlarının alınması məqsədilə 24 ay müddətinə, illik 8% hesablanmaqla 600.000 manat məbləğində kredit verilmişdir; - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Lehiş bağ sahəsində 0,12 ha, torpaq sahəsində yerləşən, 340.46 kv.m ümumi, 203.5 kv.m yaşayış sahədən ibarət 3418 saylı bağ evi “X11” ASC-nin xeyrinə yüklü edilərək xx.xx.2018-ci tarixdə qeydiyyata alınmışdır; - “X11” ASC-nin xx.xx.2018-ci il tarixli maliyyə arayışından görünür ki X5 “X11” ASC-yə xx.xx.2018-ci il tarixinə 600.000,00 (altı yüz min) manat məbləğində əsas borcun, müqavilə bitdiyi xx.xx.2015-ci il tarixə hesablanan 96.000 (doxsan altı min) manat məbləğində faiz borcunun, ümumilikdə 771000 (yeddi yüz yetmiş bir min) manat borc məbləği vardır.; - xx.xx.2018-cil tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün “X11” ASC tərəfindən 30,0 manat dövlət rüsumu ödənilmişdir. əsinin; - Bakı şəhəri, Nəsimi rayonu Məhkəməsinin 13 avqust 2018-ci il tarixli, 2(006)- 3766/2018 saylı qətnaməsindən görünür ki, iddiaçılar Cavabdeh2, habelə onun və X1, Cavabdeh2, X6 və digərlərinin cavabdeh ləğv prosesində olan “X11” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “Kredit müqavilələri və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiaları təmin edilmiş və kredit müqaviləsi ləğv edilmiş, əmlaklar ipotekadan azad edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli, 2(103)-12204/2018 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu Məhkəməsinin 13 avqust 2018-ci il tarixli, 2(006)-3766/2018 saylı qətnaməsindən “X11” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayət təmin edilməmişdir. - Ali Məhkəmənin 05 dekabr 2018-ci il tarixli, 2(103)-12204/2018 saylı qətnaməsindən görünür ki, “X11” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Bakı Apellyasiya Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli, 2(103)-12204/2018 saylı qəQeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, iddia tələbinin əsasını təşkil edən kredit və ipoteka müqaviləsi qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə etibarsız hesab olunduğu üçün iddia tələbi iddia təmin edilməməlidir. Beləliklə məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçı “X11” ASC-nin cavabdehlər X7, Cavabdeh2 qarşı xx.xx.2018-ci il tarixinə 600.000,00 (altı yüz min) manat məbləğində əsas borcun, müqavilə bitdiyi xx.xx.2015-ci il tarixə hesablanan 96.000 (doxsan altı min) manat məbləğində faiz borcunun, ümumilikdə 771000 (yeddi yüz yetmiş bir min) manat borc məbləğinin və mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması üçün ödənilmiş 31 manat rüsumun və bank rüsumunun tutulub iddiaçı ləğv prosesində olan “X11” ASC-nin xeyrinə ödənilməsi, ödəmənin X8 ilə ləğv prosesində olan “X11” ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 143-720-13 saylı “Kredit müqaviləsi”nin təminatı qismində Cavabdeh2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 01.04.201cu il tarixli, reyestr nömrəsi **********05-11301 olan, MA seriyalı, ******* №li çıxarışına əsasən xüsusi mülkiyyət hüququ əsasında məxsus olan, Bakı şəhəri, Sabunçu rayonu, Lehiş bağ sahəsində 0,12 ha, torpaq sahəsində yerləşən, 340.46 kv.m ümumi, 203.5 kv.m yaşayış sahədən ibarət 3418 saylı bağ evinə tutma yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, həmin ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə ediilən pul vəsaitinin yuxarıda göstərilən pul tələbinin təmin edilməsi üçün iddiaçı ləğv prosesində olan “X11” ASC-yə ödənilməsi, ipoteka predmetinin satıldıqdan sonra 1 ay müddətinə boşaldılması barədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “X11” ASC-nin cavabdehlər X7, Cavabdeh2 qarşı "xx.xx.2018-ci il tarixinə 600.000,00 (altı yüz min) manat məbləğində əsas borcun, müqavilə bitdiyi xx.xx.2015-ci il tarixə hesablanan 96.000 (doxsan altı min) manat məbləğində faiz borcunun, ümumilikdə 771000 (yeddi yüz yetmiş bir min) manat borc məbləğinin və mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması üçün ödənilmiş 31 manat rüsumun və bank rüsumunun tutulub iddiaçı ləğv prosesində olan “X11” ASC-nin xeyrinə ödənilməsi, ödəmənin X8 ilə ləğv prosesində olan “X11” ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 143-720-13 saylı “Kredit müqaviləsi”nin təminatı qismində Cavabdeh2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 01.04.201-cu il tarixli, reyestr nömrəsi **********05-11301 olan, MA seriyalı, ******* №li çıxarışına əsasən xüsusi mülkiyyət hüququ əsasında məxsus olan, Bakı şəhəri, Sabunçu rayonu, Lehiş bağ sahəsində 0,12 ha, torpaq sahəsində yerləşən, 340.46 kv.m ümumi, 203.5 kv.m yaşayış sahədən ibarət 3418 saylı bağ evinə tutma yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, həmin ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə ediilən pul vəsaitinin yuxarıda göstərilən pul tələbinin təmin edilməsi üçün iddiaçı ləğv prosesində olan “X11” ASC-yə ödənilməsi, ipoteka predmetinin satıldıqdan sonra 1 ay müddətinə boşaldılması" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar