Məhkəmə qərarları › İş №2(007)-2916/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2916/2025

05.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2916/2025 05.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, Cavabdehlər Cavabdeh1 Bəxtı̇ yar oğlunun və Qulı̇ yeva Sevda Həzrətqulu qızının iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 Bəxtı̇ yar oğluna və Qulı̇ yeva Sevda Həzrətqulu qızına qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 Bəxtı̇ yar oğluna və Qulı̇ yeva Sevda Həzrətqulu qızına qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli kredil müqaviləsi üzrə 6232,91 manat əsas borc, 251,85 manat faiz borcu və 74.27 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 6559,03 manat məbləğində borcun və 85,59 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixli Kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 15,7 faizlə 36 ay müddətinə 14000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq xx.xx.2023-cü il tarixində Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlamnişdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2025-ci il mayın 14-dək Cavabdeh1 banka xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 6232,91 manat əsas borc, 251,85 manat faiz borcu və 148,53 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 6633,29 manat borcu vardır. Cavabdeh1 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 148,53 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50 miqdarında olmaqla, yəni 74.27 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Tərəflərin izahatları: Məhkəmə iclasında Cavabdeh1 Bəxtı̇ yar oğlu iddia tələbini qismən qəbul etdiyini, borcun müəyyən bir qismini ödədiklərini, müəyyən bir qisminin isə ödənilməmiş qaldığını bildirərək əlavə olaraq qeyd etdi ki, avqust ayında qazancını banka vermiş, sentyabr ayında da anası borc məbləğindən ödəmişdir. Bank ona zəng edib 1000 manat ödəniş etməsini, qalan məbləği də danışa biləcəklərini qeyd etmişdir. O, 1000 manat maaş alır, ailəsini də saxlayır, digər iki banka da ödəniş edir. Tərəfindən 2 ayın kommunalları ödənilə bilməmişdir. Onun bir dəfə "xxxx" ASC-də borcu olanda onlar restrukzasiya etdilər. Hazırki borcun ödənilməsi üçün anası onun üçün 2000 manat borc götürmüş, keçən ay da həmin borcu ödəmişdir. O, bu qədər pulu birdəfəlik ödəyə bilmir. Bütün bunlara əsasən ona borcu ödəyə bilməsi üçün müəyyən bir vaxt verilməsini və ödəyə biləcəyi bir məbləğin müəyyən edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Qulı̇ yeva Sevda Həzrətqulu qızı iddia tələbini qismən qəbul etdiyini, ailə problemləri ilə əlaqədar ödəniş edə bilmədiklərini, lakin sonradan ödəniş etdiklərini, zamin kimi çox ödəniş etdiyini, qalan borcun borclunun maaşına yönəldilməsini bildirdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaçı elektron qaydada ərizə verərək iş həcminin çoxluğunu nəzərə alaraq mülki iş üzrə baxış iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 Bəxtı̇ yar oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 11-Z1-2-0-967-23 saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh1 Bəxtı̇ yar oğluna 36 ay müddətinə, illik 15,7% olmaqla 14000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 Bəxtı̇ yar oğlu da öz növbəsində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Bu kredit müqaviləsinə əsasan yaranmış öhdəliklərin icrasına təminat olaraq Qulı̇ yeva Sevda Həzrətqulu qızı ilə Bank arasında bağlanılmış xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsinə əsasən Qulı̇ yeva Sevda Həzrətqulu qızı zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olmuş, razılaşmadan irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün Cavabdeh1 Bəxtı̇ yar oğlu ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İddiaçı ASC-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, müqavilə üzrə borclunun banka 6232,91 manat əsas borc, 251,85 manat faiz borcu, 543,82 manat cərimə borcu vardır. İddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra İddiaçı ASC-nin tərtib etdiyi xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, müqavilə üzrə borclunun banka 2044,34 manat əsas borc, 457,99 manat faiz borcu, 543,82 manat cərimə borcu vardır. İddiaçı ASC-nin cavabdehlərə ünvanladığı xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, iddiaçı cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi ilə əlaqədar borcun vaxtından əvvəl qaytarılmasını tələb etmiş, bununla da öhdəliklərin lazımi qaydada icra edilməməsi ilə əlaqədar müqavilədən imtina etməsi ilə bağlı iradə ifadəsini qarşı tərəfə bildirmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib cavabdehlərin izahatını dinləyib, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci, 739.2-ci, 739.3-cü, 742.1-ci, 448.1-ci, 462.1-ci, 465.2-ci və 467-ci maddələrinə əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Beləliklə, qeyd edilənlərlə müəyyən olundu ki, borclu X1 İddiaçı ASC ilə bağladığı xx.xx.2023-cü il tarixli müqavilə üzrə götürdüyü öhdəliyə əməl edib krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bununla yanaşı müəyyən olundu ki, Qulı̇ yeva Sevda Həzrətqulu qızı Mülki Məcəllənin 470.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada Cavabdeh1 Bəxtı̇ yar oğlunun İddiaçı ASC qarşısında öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti, habelə Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşımağı, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı üzərinə götürmüşdür. Məhkəmə cavabdehlər tərəfindən ödənişlərin edilməsini, bunu iddiaçının qəbul etməsini və məhkəməyə ən son təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışını nəzərə alaraq hesb edir ki, iddia tələbi əsas borc hissəsində qismən təmin edilərək cavabdehlərdən müştərək qaydada 2044,34 manat manat əsas borc tutulmalıdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdehlər müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdıqlarından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməli, iddia tələbi qismən təmin edilərək cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 2044,34 manat əsas borc, 251,81 manat faiz borcu, 74,27 manat cərimə borcu olmaqla, ümumilikdə 2370,46 manat məbləğində kredit borcu tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən, yəni 2044,34 manat həcmində təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 43,70 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, yerdə qalan 41,89 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Seyı̇ dzadə Məhəmməd Bəxtı̇ yar oğlundan və Qulı̇ yeva Sevda Həzrətqulu qızından müştərək qaydada 2044,34 manat əsas borcu, 251,85 manat faiz borcu, 74,27 manat cərimə borcu olmaqla, ümumilikdə 2370,46 manat borc və ödənilmiş 43,70 manat dövlət rüsumunun əvəzi "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar